Microsoft Word Кitab-yunis hazir. Doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/77
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18836
1   ...   26   27   28   29   30   31   32   33   ...   77

 
92 
və ya inkişaf etdirmək üçün əmək alətləri, iş heyvanları var idi. 
Xanlıqda  rəiyyətlər  müəyyən  vergi  və  mükəlləfiyyətlər  yerinə 
yetirirdilər.  Qarabağ  xanlığında  bu  mükəlləfiyyətlərin  sayı 
iyirmiyə  çatırdı.  Onların  içərisində  malcəhət,  salyanə, 
darğalıq, bayramlıq, cütpulu və başqalarını göstərmək olar 
(9,  s.561).  Azərbaycanın  başqa  xanlıqlarında  da  belə  mükəllə-
fiyy
ətlər mövcud olmuşdur. 
Xəzinə  rəiyyətlərinə  nisbətən,  sahibkar  rəiyyətlərinin 
sosial-
iqtisadi vəziyyətləri daha ağır idi. Ona görə ki, onlar həm 
xəzinə, həm də sahibkar qarşısında mükəlləfiyyətlər daşıyır və 
onlar tərəfindən istismar olunurdular. 
Qarabağ xanlığında təsərrüfatı olmayan kəndlilər rəncbər 
adlanırdı.  Rəncbərlər  sahibkardan  təsərrüfat  işləri  üçün  lazım 
olan  iş  heyvanları,  əmək  alətləri,  toxum  və  sair  alırdılar. 
Qarabağ  xanlığında  da  əsasən  köçmə  maldarlıqla  məşğul  olan 
əhali  elat  adlanırdı.  Elata  daxil  olan  maldar  kəndlilər  bəyin 
sürüsünü  otarır,  qoyunlarını  qırxır  və  başqa  mükəlləfiyyətləri 
yerinə yetirirdilər. Elatın vəziyyəti rəiyyətə və rəncbərə nisbətən 
yüngül idi. Bu, bir tərəfdən hakim təbəqənin əsas gəlirini əkinçi 
əhalidən  toplanılması,  digər  tərəfdən  elatın  xan  qoşunu  üçün 
əsgər  verməsi  ilə  bağlı  idi.  Azərbaycanda  kəndlilər  hüquqi 
cəhətdən sahibkarlardan şəxsən asılı deyildi, burada təhkimçilik 
münasibətləri  yox  idi.  Sahibkarla  kəndli  arasındakı  münasibət 
kəndlinin onun torpağından istifadə etməsilə müəyyən olunurdu 
(9, s.562). 
Xanlıqlar  dövründə  Qarabağ  xanlığında  da  torpaq 
üzərində  mülkiyyətin  beş  forması  mövcud  idi.  Bunlar  dövlət 
(divan) torpaqları, xalisə, mülk, vəqf və icma torpaqları idi
Qarabağ  salnaməçiləri  öz  əsərlərində  torpaq  üzərində  müxtəlif 
mülkiyyət formalarına geniş yer vermirlər. Onlar sadəcə olaraq 
bu  barədə  ümumi  sözlərlə  kifayətlənirlər.  Biz  isə  yuxarıda 
göstərilən torpaq mülkiyyətləri barədə bir qədər geniş və ətraflı 
danışmağı lazım bilirik. 
Qeyd  edək  ki,  Azərbaycanda mövcud olan feodal 
münasibətləri, torpaq mülkiyyət formaları, kəndli kateqoriyaları, 


 
93 
vergi  sistemi  və  mükəlləfiyyətlər  professor,  tarix  elmləri 
doktoru  İlya  Pavloviç  Petruşevski  tərəfindən  hərtərəfli  təhlil 
edilmişdir (123, s.222-247). 
Divan  torpaqları  -  dövlət  xəzinəsinə  mənsub  olan 
torpaqlar  idi.  XVIII  əsrin  ikinci  yarısında  bu  torpaqlar  xalisə 
torpaqları ilə birləşmiş, onların arasında fərq aradan qalxmışdır. 
Mülk  -  ata-
babadan  irsən  qalmış,  qeyri-şərti  torpaq 
mülkiyyətinə  deyilirdi.  Buraya  eyni  zamanda  su  kanalları, 
meşələr,  otlaqlar  və  s.  daxil  idi.  Mülk  torpaqlarının  sahibləri 
mülkədar  adlandırılırdılar.  Onlar  öz  malikanələrində  qeyri-
məhdud iqtisadi və sosial hüquqlara malik idilər. 
Xalisə  -  xassə  torpaqları.  Orta  əsrlərdə  Yaxın  və  Orta 
Şərqdə şah və onun ailəsinə mənsub olan torpaq sahələrinə xas 
(yəni  «məxsus»  və  «xüsusi»  mənalarını  verən  ərəb  sözüdür) 
deyilirdi. Bu torpaq sahələrində əldə edilən məhsuldan heç bir 
vergi alınmırdı. Ona görə də vergi dəftərlərində belə torpaqları 
həm də xalisə kimi qeyd edirdilər. 
Vəqf  torpaqları  -  ziyarətgahlara,  müqəddəs  yerlərə, 
pirlərə xeyriyyə idarələrinə və habelə yüksək dərəcəli ruhanilərə 
bağışlanan torpaq sahələrinə deyilirdi. Buraya ayrı-ayrı kəndlər, 
torpaq  sahələri,  bağlar,  evlər,  dükanlar,  karvansaralar, 
hamamlar,  bazarlardan  gələn  gəlirlərin  bir  hissəsi  daxil  idi. 
Xanlıqlar  dövründə,  o  cümlədən  də  Qarabağ  xanlığında  vəqf 
torpaqları geniş yayılmışdır. 
«Qarabağnamələr»  də  vəqf  yerləri  və  onların 
vəqfnamələri  (vəqflərin  bağışlanılması  haqqında  sənədlərin  - 
Y.H.) ilə bağlı məlumatlara təsadüf edilmir. Ancaq Həsən İxfa 
Əlizadənin «Şuşa şəhərinin tarixi» adlı əsərində İbrahim xan 
tərəfindən  1768/69-cu  illərdə  Şuşada  inşa  olunmuş  və  1866-cı 
ildə isə onun qızı Gövhər ağanın vəsaiti hesabına əsaslı şəkildə 
təmir  edilmiş  cümə  məscidinin  girəcəyindəki  vəqfnamə 
haqqında  müfəssəl  məlumat  vardır.  Müəllifin  qeydlərindən 
aydın olur ki, bu məscidin inşa olunduğu dövrdən vəqf yerləri 
olmuş, onların gəlirləri məscidə çatmış və Gövhər Ağa da onu 
elə həm də vəqfin gəliri hesabına təmir etdirmişdir. Gövhər Ağa 


 
94 
tərəfindən  bərpa  edilmiş  yuxarı  məscid  adı  ilə  məlum  cümə 
məscidi  ilə  yanaşı,  digər  bir  məscidin  də  vəqfləri  olmuş  və 
həmin  vəqflərin  gəliri  hesabına  maliyyələşdirilmişdir.  Cümə 
məscidindəki  Gövhər  Ağanın  vəqfnaməsində  məscidin 
dükanları,  kəndləri,  əkin  sahələri,  bağları  və  dəyirmanlarının 
sayı  öz  əksini  tapmış  və  eyni  zamanda  hər  iki  məscidin  vəqf 
gəlirlərinin  necə  bölünüb  sərf  olunması  da  göstərilmişdir. 
Vəqfnamədə  qeyd  olunur:  «...  Göhəriyyənin  iki  məscid  və  iki 
mədrəsəsinin  mövqüfatını  xərcləyən  müvəkkillər  vəqf  gəlirini 
hər il üç yerə bölsünlər...» Belə ki, qeyd olunan gəlirin üçdə biri 
yığılıb  saxlanılmalı  və  lazım  olduqda  bərpa  işlərinə  sərf 
olunmalı idi. Gəlirin iki hissəsinin isə cari təmir işlərinə, məscid 
və  mədrəsələrin  işıq  və  yanacağına,  məscid  və  mədrəsələrdə 
çalışan  işçilərin,  din  xadimlərinin  məvaciblərinə  sərf  olunması 
nəzərdə  tutulmuşdu.  O  cümlədən  vəqfin  gəlirinin  hesabına 
Aşura, Ramazan ayı və bayramı, mədrəsə tələbələrinin xərcləri 
ödənilməli  və  imkansız  adamlara  da  müəyyən  məbləğdə  pul 
verilməli idi. Məscidin birinin nəzdində kasıblar, qəriblər üçün 
xəstəxana  açılmalı  və  bu  xəstəxana  vəqfin  gəliri  hesabına 
maliyyələşdirilməli idi (27, s.342-345). 
Tarixçi  - 
tədqiqatçı  M.S.Nemətova  Şuşa  şəhərindəki 
came  məscidində  Gövhər  Ağanın  vəqfnaməsi  həkk  olunmuş 
kitabələri  oxuyub,  məscidin  Gövhər  Ağa  tərəfindən  bərpası  və 
onun  giriş  qapıları  üzərinə  həkk  olunmuş  kitabələrin  tarixini 
dəqiqləşdirmişdir (64, s.47). Müəllifin təhlillərindən aydın olur 
ki,  bu  idarə  quruluşuna  görə  şəri  vəqf  olur  ki,  bu  idarə 
quruluşuna  görə  həm  vəqfi  ammə,  həm  də  vəqfi  xassə 
xüsusiyyətinə malik olmuşdur. 
Camaat  torpaqları  -  bu  icma  torpaqları  idi.  Həmin 
torpaq  sahələri  camaatın  tam  mülkiyyəti  kimi,  onların 
ixtiyarında idi. 
«Qarabağnamə»  müəllifləri  xanlıqda  torpaq  və  digər 
vergilərə olduqca az yer verirlər. Mirzə Camal Cavanşir yazır: 
«Qarabağ  ellərindən  tövcü  pulu  və  məhsuldan  malcəhət 
alınmazdı. Lakin mahallardan və kəndlərdən hər il malcəhət və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə