Microsoft Word Кitab-yunis hazir. Doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/77
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18836
1   ...   28   29   30   31   32   33   34   35   ...   77

 
98 
təhkim  olunurdu.  İbrahimxəlil  xanın  dövründə  onun 
fərmanlarında həmin torpaqların satılması, dəyişdirilməsi və ya 
bağışlanılmasına yol verilmirdi (6, s.154). 
Kiçik  Qafqazın  cənub-şərq  çıxıntısında,  əsasən  Kür  və 
Araz  çayları  arasında  yerləşən  Qarabağ  xanlığı  Azərbaycan 
ərazisinin  ən  mühüm,  məhsuldar  torpaq  sahələrinin  xeyli 
hissəsini  əhatə  edirdi.  Qarabağ  xanlığı  Səfəvilər  dövləti 
dövründə  Gəncə-Qarabağ  bəylərbəyliyinin  bir  hissəsində 
meydana gəlmişdi. V.Minorskiyə görə, Qarabağ istilahına yazılı 
qaynaqlardan  ilk  dəfə  Həmdullah  Mustoufinin  «Nüzhət  əl-
qülub» adlı əsərində təsadüf olunur. Ehtimal ki, «Qarabağ» adı 
bu  gün  izi  mövcud  olmayan  hansısa  bir  türk  elinin  adı  ilə 
bağlıdır. Mərkəzi Şuşa olan Qarabağ Arazla Kür çayı arasında 
yerləşirdi  (143,  s.  192).  H.Məmmədov  (Qaramanlı)  «Gəncə-
Qarabağ  əyalətinin  müfəssəl  dəftəri»  adlı  qaynağa  yazdığı  ön 
sözdə  tarixi  qaynaqlara  istinad  edərək  qeyd  edir:  -  “İstər  XVI 
əsrin  sonunda,  istərsə  də  XVIII  əsrin  əvvəllərində  Gəncə-
Qara
bağ əyalətinin ərazisi əsasən, dəyişməz olmuşdur. Əyalətin 
sərhədləri şimalda Kür çayı boyunca davam etmiş, Kürün Araz 
çayı  ilə  birləşdiyi  yerdən  Araz  çayı  boyunca  qərbə  doğru 
Bərgüşad  divasına  və  buradan  şimal  istiqamətində,  Göyçə  
gölünün 
şərq hissəsindən keçərək yenə də şimala doğru, Tiflis 
əyalətinə daxil olmuş Borçalının cənub hissəsi və Taşır nahiyəsi 
il
ə  həmsərhəd  olan  Lori  qəzasına  qədər  uzanırdı»  (23,  s.7). 
Ancaq  Gəncə-Qarabağ  bəylərbəyiliyinin  ərazisində  meydana 
ç
ıxmış  Qarabağ  xanlığının  coğrafi-siyasi  sərhədlərinin 
«Qarabağnamələr» 
əsasında 
müəyyənləşdirilməsi, 
bu 
mənbələrdə  qeyd  olunan  məsələ  ilə  bağlı  məlumat  qıtlığı  və 
pərakəndəliyi  olduğuna  görə,  o  qədər  də  asan  deyildir.  Mirzə 
Adıgözəl  bəyin  əsərində  göstərilir  ki,  Şuşa  xanlığın  mərkəzi 
olduqdan sonra, xan «Mehri, Güney m
ahallarını  Bərgüşada 
qədər Qaradağ hakimindən alıb özünə tabe etdi. Tatev və Sisyan 
mahallarını  Naxçıvan  hakimindən,  Zəngəzur  və  Qapan 
mahallarını  Təbriz  bəylərbəyindən  aldı.  Kolanıların  məskəni 
olub  Uşacıq  kəndindən  Göyçə  sərhədinə  qədər  uzanan  Tərtər 


 
99 
çayı  sahilindəki  yerləri  İrəvan  hakimindən  aldı.  Gəncə 
hakimlərinə aid və Xudafərin körpüsündən Kürək çayına qədər 
olan yerləri də öz əlinə keçirdi» (54, s.35-36). Göründüyü kimi 
Mirzə  Adıgözəl  bəyin  məlumatları  xanlığın  tarixi-coğrafi 
mövqeyi  haqqında  təsəvvür  yaratsa  da,  ancaq  bu  o  material 
əsasında xanlığın bütün istiqamətlərdən sərhədlərini dəqiq təyin 
etmək  mümkün  deyildir.  Ancaq  Mirzə  Adıgözəl  bəydən  fərqli 
olaraq,  Mirzə  Camal  Cavanşirin  «Qarabağnamə»si  xanlığın 
ərazisini,  sərhədlərinin  coğrafi  hüdudlarının  müəyyənləşdiril-
məsi baxımından xüsusi elmi əhəmiyyət kəsb edir.  
Müəllif xanlığın siyasi sərhədləri haqqında yazır:- «... Cə-
nub 
tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər - Araz 
çayıdır.  Şərq  tərəfdən  Kür  çayıdır...  Şimal  tərəfdən  Qarabağın 
Yelizavetopolla  sərhədi  Goran  çayıdır.  Qərb  tərəfdən  Küşbək, 
Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır...». Zəngəzur, 
Qapan, Qarabağın Çuldur, Mehri mahalları da xanlığa daxil idi 
(55, s.107-108, 113, 114; 67, s.206). 
Q
arabağ  xanlığının  tarixinə  dair  salnamələrdəki 
materialların  təhlili  onları  sinxron  ədəbiyyatlar  olduğunu,  bir-
birindən o qədər də fərqlənmədiklərini göstərir. Məsələn, Mirzə 
Adıgözəl  bəy  və  Mirzə  Camalın  Qarabağ  xanlığının  coğrafi 
sərhədlər  haqqındakı  məlumatları  eynilə  Rzaqulu  bəy  Mirzə 
Camal oğlunun da əsərində təkrarlanır (67, s.206). 
Xanlıq  Kürəkçay  və  Qaraçay  çayları  boyunca  şimal-
qərbdə  Gəncə,  cənub-qərbdə  Naxçıvan,  qərbdə  İrəvan,  şimal-
qərbdə  Şəki  (Kür  çayı  boyunca),  həmçinin  Kür  çayı  boyunca 
Şirvan  xanlıqları  ilə  həmsərhəd  idi.  Bunlardan  əlavə  Qarabağ 
xanlığının  cənub-şərqində  Təbriz  və  Ərdəbil  xanlıqları 
yerləşirdi.  Müxtəlif  qaynaqların  müqayisəli  təhlili  göstərir  ki, 
xanlığın  sərhədləri  haqqında  danışarkən  salnamə  müəlliflərinin 
göstərdikləri sərhədləri əsas götürmək mümkündür. 
«Qarabağnamə»lərdə  Qarabağ  xanlığının  əhalisinin  milli 
və  sosial  tərkibi  haqqında  dəqiq  rəqəmlərlə  göstərilmiş 
məlumatlar yoxdur. Ancaq xanlığın meydana gəlməsi ərəfəsində 
qısa  zaman  kəsiyinin  tarixi  hadisələrini  özündə  əks  etdirən 


 
100 
«Gəncə-Qarabağ»  əyalətinin  müfəssəl  dəftəri  əyalətin 
demoqrafik  vəziyyəti  və  əhalisinin  etnik  tərkibi  barədə  verdiyi 
məlumatlar dolğunluğu ilə seçilir. 
H.Məmmədov  «Müfəssəl  dəftər»  materialları  əsasında 
təhlillər  aparmış,  əyalətin  əhalisinin  sayı  və  etnik  tərkibinə  aid 
qiymətli  nəticələr  əldə  edə  bilmişdir.  Onun  hesablamalarına 
görə, Qarabağ əyalətində 19.395 mükəlləfiyyətli ailə başçısı və 
hər  ailə  isə  orta  hesabla  beş  nəfərdən  götürüldükdə,  əhalinin 
ümumi  sayı  təxminən  96.975  nəfərdən  ibarət  olmuşdur. Bu 
müəllif belə hesab edir ki, «Müfəssəl dəftər»də məlumatlar vergi 
mükəlləfiyyəti daşıyanları əhatə etdiyinə, hərbçilər, ruhanilər və 
onların ailə üzvləri nəzərə alınmadığına görə yuxarıda əhalinin 
say
ı  haqqında  verilmiş  rəqəm  minimumdur,  həqiqətdə  isə 
əhalinin ümumi sayı 100 mindən çox olardı (23, s. 12-13). Bizə 
elə  gəlir  ki,  möhtərəm  H.Məmmədovun  hesabladığı  bu  yekun 
rəqəmi  də  çox  azdır.  Belə  ki,  burada  söhbət  təkcə  az  sonra 
meydana  çıxmış  Qarabağ  xanlığının  yox,  bütün  Qarabağ 
bəylərbəyliyinin əhalisindən gedir. Digər tərəfdən hər ailə 5 yox, 
ən  azı  5,5-5,6  nəfərdən  götürülməlidir  və  nəhayət,  üçüncüsü, 
müsəlman  şərqində,  o  cümlədən  Azərbaycanda  vergi  verən  və 
vergidən  azad  əhalinin  nisbəti  3:1  ilə  5:1-ə  nisbəti  «Müfəssəl 
dəftər»də  yalnız  Şəmkürbasan  və  Böyük  Kürəkbasan 
nahiyələrində  25  kəndin  qeyri-müsəlman  kəndi  olduğu 
göstərilir.  Qeyri-müsəlmanların  çox  böyük  əksəriyyətini  isə 
XVIII  əsrdə  də  albanlığını  unutmamış  xristian  əhalisi  təşkil 
edirdi (23, s.13). 
Çarizmin  idarəçiliyi  dövründə  yazılmış  və  onun 
ideologiyası  ilə  səsləşən  «Qarabağnamələr»də  isə  Qarabağ 
xanlığında demoqrafik proseslər, xüsusilə əhalinin sayı öz əksini 
tapmamış,  ancaq  əhalinin  etnik  tərkibi  ilə  bağlı  fraqmentar 
xarakterli məlumatlara təsadüf edilir ki, bunların təhlili əsasında 
əhalinin  etnik  tərkibi  və  etnik  tərkibdə  müəyyən  hərbi-siyasi 
tarixi hadisələrlə bağlı baş vermiş dəyişiklikləri qismən də olsa 
izləmək mümkündür. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə