Microsoft Word Кitab-yunis hazir. Doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/77
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18836
1   ...   29   30   31   32   33   34   35   36   ...   77

 
101 
Nadir  şahın  dövründə  Qarabağ  əyalətində  əhalinin  etnik 
tərkibində baş vermiş dəyişikliklər «Qarabağnamələr»də təsviri 
səpkidə  öz  əksini  tapmışdır.  Bu  barədə  Mirzə  Adıgözəl  bəy 
yazır  ki,  Nadir  şah  «Qazax  və  Borçalı  ellərini  öz  xanları  ilə 
bərabər Gürcüstan əmirlərinə və uca mərtəbəli valinin hökmünə 
tabe  etdi.  Cavanşir,  Otuziki  və  Kəbirlidən  ibarət  olan  Qarabağ 
ell
əri  haqqında  da,  icrası  vacib  olan  fərman  çıxdı  ki,  onları 
köçürüb  Xorasanın  Sərəxs  torpağına  aparsınlar...  Xəmsə 
məliklərinə də əmr verdi ki, özünüzü tam azad sayın» (54, s.30). 
Nadir şahın əmrinə əsasən həyata keçirilmiş məcburi köçürmələr 
Qarabağ  bölgəsi  əhalisinin  etnik  tərkibinə  qısa  müddətə  və 
qismən də olsa, öz təsirini göstərmişdi. Ancaq Qarabağ xanlığı 
meydana gəldikdən və onun qonşu dövlət qurumları ilə apardığı 
u
ğurlu  savaşlardan  sonra  xanlığın  əhalisinin  etnik  tərkibi, 
salnamədə qeyd olunduğu kimi, bura köçən yeni ellərin hesabına 
tam  dəyişir.  Belə  ki,  Naxçıvandan  Kəngərli  eli,  Borçalıdan 
Dəmirçihəsənli  və  Cinlilərinin  eli  köçüb  (54,  s.36)  Qarabağda 
yerləşməsi  etnik  strukturun  güclü  şəkildə  türk-müsəlman 
əhalisinin xeyrinə dəyişməsinə səbəb olmuşdur. Dövrün sinxron 
salnamələrində  hərbi-siyasi  proseslərdəki  miqrasiyalarla  yanaşı 
Qarabağda  lap  qədim  dövrlərdən  yaşayan  yerli  əhali  haqqında 
bir-
birini tamamlayan və ya təkrarlayan materiallar az deyildir. 
Mirzə  Adıgözəl  bəy  «Qarabağ  vilayətinin  əsl  elatı,  kənd 
əhalisindən başqa Cavanşir, Otuziki və Kəbirlilərdir» (54, s.36) 
dedikdə,  sözsüz  ki,  burada  o,  «kənd  əhalisi»  adlandırdığı türk-
müsəlmanların oturaq əkinçilər olmasını nəzərdə tutur ki, bu da 
heç  bir  şübhə  doğura  bilməz.  Ona  görə  ki,  onun  əsərində 
albanlardan ibarət olan qeyri-müsəlmanlar haqqında ayrıca bəhs 
edilir (54, s.36, 
37).  Adları  qeyd  olunan  ellərlə  yanaşı, 
salnamədə  Qarabağda  məskun  olan  Qaraqoyunlu  obasının  (54, 
s.92)  da  adı  çəkilmişdir  ki,  onların,  yəni  qaraqoyunluların 
Qaramanlı  və  Alpout  ellərinin  əski  çağlardan  Qarabağın  yerli 
əhalisi olması bəlli bir həqiqətdir. F.Sümər haqlı olaraq yazır ki, 
bu  gün  Quzey  Azərbaycanda,  xüsusilə  Gəncə  və  Bərdə 
bölgələrindəki Qaraman və Qaramanlı yer adları bu oymağa aid 


 
102 
xatirələrdir (78, c.I, s.27). 
P
ənah  xanın  Bayat,  Şahbulaq  və  Şuşa  qalalarını  inşa 
etdirməsi  və  xanlıq  dövründəki  hərbi-siyasi  hadisələr 
demoqrafik  proseslərə  təsirsiz  qalmamışdır.  Belə  ki,  bu  sayaq 
irimiqyaslı və çoxsaylı tikinti bərpa işləri əhali artımı və hərbi-
siyasi  hadisələr  isə  bir  qayda  olaraq  məcburi  miqrasiyalarla 
müşayiət olunur. Məsələn, Bayat qalası inşa olunduqda, Mirzə 
Camalın  yazdığı  kimi,  bura  Təbriz  və  Ərdəbil  vilayətlərindən 
xeyli  rəiyyət  və  sənətkar  ailələri  ilə  gəlib  yerləşmişdilər  (53, 
s.112, 116). 
Mirmehdi  Xəzaninin  əsərində  Qarabağ  xanlığındakı 
evlərin  (ailə  təsərrüfatlarının)  sayı  haqqında  məlumatda 
göstərilir:  -  «İbrahim  xan  mərhumun  Qarabağda  və  sair 
vilayətlərin  müti  olanlarından  əlavə,  35  minədək  ev  itaətində 
olub, 12 minədək dəftəri-məxsusi qoşunu var idi...» (53, s.199). 
Ancaq  «Qarabağnamə»lərdə  və  dövrün  digər  mənbələrində, 
hələlik  əhalinin  sayımının  keçirilməsi  haqqında  məlumatlara 
rast  gəlmədiyimizə  görə,  müqayisəli  təhlillərin  aparılması 
m
ümkün olmamışdır. Mirmehdi Xəzaninin qeyd etdiyi 35  min 
evin  (ailə  -  Y.H.)  hər  birinin  orta  hesabla  beş  nəfərdən  ibarət 
olduğunu  qəbul  etsək,  İbrahim  xan  dövründə  Qarabağ 
xanlığında  175000  əhalinin  olduğunu  müəyyən  etmiş  oluruq. 
Fikrimizcə burada salnaməçi tərəfindən ya ixtiyarı mübahisəyə 
yol verilmiş, ya da qeyri ixtiyarı yanlışlıq edilmişdir. Ancaq onu 
da  qeyd  etmək  lazımdır  ki,  XVIII  əsrin  ikinci  yarısı  və  XIX 
əsrin  əvvəllərindəki  hərbi-siyasi  hadisələr,  sözsüz  ki, 
miqrasiyalara səbəb olmuşdur ki, nəticədə qısa zaman kəsiyində 
baş  vermiş  bu  proseslər  əhalinin  sayına  təsir  etməyə  bilməzdi. 
1816-
cı ildə İbrahimxəlil xanın oğlu Əbülfət ağa ilə 4 min ailə 
Qarabağı tərk etmişdir (103, s.112). «Qarabağnamələr»də rəsmi 
sayımların  aparılması  haqqında  məlumatlar  olmadığına  görə, 
Qarabağ  xanlığı  əhalisinin  XVIII  əsrin  II  yarısı  -  XIX  əsrin 
əvvəllərindən  etnik  strukturunun  dəqiq  müəyyənləşdirilməsi 
mümkün deyildir. Ancaq 1822-
ci  ildə  Qarabağ  xanlığı  Rusiya 
imperiyası  tərəfindən  ləğv  edilib,  onun  əyalətlərindən  birinə 


 
103 
çevrilməsindən  sonra  əhali  siyahıya  alınmışdır.  1823-cü il 
siyahıyaalınmasına  görə  Qarabağ  xanlığında  əhalinin  ümumi 
sayı 90.000 nəfər idi. Şəhər və kəndlərdə 18.563 ev vardı (114, 
s.22).  Onun  17  mindən  çoxunu  isə  Azərbaycan  türk  ailələri 
təşkil  edirdi  (103,  s.112).  Türkmənçay  sülh  müqaviləsindən 
sonra,  məlum  olduğu  kimi,  xaricdən  Qarabağa  ermənilərin 
kütləvi şəkildə köçürülüb yerləşdirilməsi və müharibələr zamanı 
Qarabağı  tərk  etmiş  müsəlman-türk  əhalisi  öz  doğma  yurd 
yerlərinə dönmələri nəticəsində burada əhali artırdı. 1832-ci ilin 
kameral təsvirində Şuşada və Qarabağın 741 kəndi və obasında 
20.546  ailə  qeydiyyata  alınmışdır.  Bunun  13.965  ailəsi 
müsəlmanların, 6.491 ailəsi isə ermənilərin, çox cüzi hissəsi isə 
qaraçıların payına düşürdü (120, h.III, s.267). 
Qarabağ  xanlığının  çox  zəngin  təbii-coğrafi  şəraiti 
əhalinin  təsərrüfat  fəaliyyətinin  çoxsahəliyinə  geniş  şərait 
yaradırdı.  Lakin  məhsuldar  qüvvələrin  və  istehsal  vasitələrinin 
istənilən  səviyyədə  inkişaf  etməməsi  təsərrüfat  sahələrinin 
yüksələn xəttə artımını ləngidirdi. Bu isə orta əsrlər üçün təbii 
idi. Bütün bunl
ara  baxmayaraq  xanlıqda  məhsuldar  qüvvələr, 
ləng də olsa, inkişaf edirdi. 
Qeyd  olunduğu  kimi,  «Qarabağnamələr»  faktiki 
materiallar  və  qiymətli  məlumatlarla  zəngin  olub,  Qarabağ 
xanlığının  tarixinin  öyrənilməsi  üçün  əvəzolunmaz  əsərlərdir. 
Ancaq Rzaqulu bəy Mirzə Camal oğlunun əsəri istisna olmaqla 
qalan  «Qarabağnamələr»də  Qarabağın  təbii-coğrafi  şəraiti 
haqqında  müfəssəl  məlumatlara  təsadüf  edilmir.  Dövrün 
ədəbiyyatlarında,  Qarabağın  təbii-coğrafi  şəraiti  haqqındakı 
pərakəndə və müxtəsər məlumatları ümumiləşdirərək təhlil edən 
M.M.Mustafayev  yazır ki,  "Qarabağ  xanlığında  cənub-qərbdən 
şimal-şərqə qədər çoxlu dərin və dayaz dərələr vardır. Dərələrin 
bəziləri  sıldırım  olduğuna  görə  təsərrüfat  üçün  yararlı  deyildi. 
Ərazinin dağlıq və aran hissəsinin iqlim şəraiti imkan yaradırdı 
ki, əhalinin əksəriyyəti taxılçılıq, əkinçilik, maldarlıq, bağçılıq, 
bostançılıq, üzümçülük, baramaçılıq və digər təsərrüfat sahələri 
ilə məşğul olsun" (114, s.23). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə