Microsoft Word Кitab-yunis hazir. Doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/77
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18836
1   ...   22   23   24   25   26   27   28   29   ...   77

 
80 
idarələrində  çalışan  məmurlar  kimi  müxtəlif  tarixi  sənəd  və 
məlumatlarla  yaxından  tanış  olmuş,  əsərlərini  isə  xanlıq  yox, 
məhz  Rusiya  əsarəti  dövründə  yazmışdılar,  yəni  heç  nə  onları 
Pənahəlini  tərifləməyə  məcbur  etmirdi.  Fikrimizcə,  həmin 
hadisələrin  təsvirində  bu  qaynaqlar  «yalan  danışmır» 
«Qarabağnamə»lərdə göstərildiyi kimi, Fətəli xan Şuşa ətrafında 
ciddi  təhlükə  ilə  üzləşmiş,  çoxlu  itki  vermiş,  vəziyyətdən 
çıxmaq  və  gələcəkdə  Qarabağ  xanlığını  özündən  asılı  etmək 
üçün hiyləyə - uğursuz nikah diplomatiyasına əl ataraq, güneyə 
dönmək zorunda qalmışdır (58, s.44-46; 53, s. 117-119). 
Fətəli xan Əfşar Qarabağ xanlığını özündən bu yolla asılı 
vəziyyətə  saldıqdan  sonra,  tabe  olmayan  digər  xanlıqlara  qarşı 
lazımi  tədbirlər  həyata  keçirmək  niyyətində  idi.  Lakin  İran  və 
Güney  Azərbaycanda  gedən  sonrakı  proseslər  ona  öz  planını 
həyata keçirməyə imkan vermədi (15, s.119). 
Qarabağ  salnaməçiləri  qeyd  edirlər  ki,  Fətəli  xandan 
intiqam almaq arzusunda olan Kərim xan Zənd Pənahəli xanın 
yanına elçilər göndərib əfşarlara qarşı müharibədə ona müttəfiq 
olmağı  təklif  etdi.  Onun  Pənahəli  xana  göndərdiyi  məktubda 
deyilirdi:  - 
«Fətəli  xan  bizim  nəinki  təkcə  düşmənimiz,  hətta 
qanlımızdır. Sizə qarşı da olduqca yaramaz işlər görmüş, andını, 
peymanını  pozmuşdur.  Sənin  oğlunu  məkr  və  hiylə  ilə  aparıb 
məhbus  etmişdir.  İndi  var  qüvvə  ilə  bizə  kömək  etməli  və  bu 
işdə heç şeydən müzayiqə etməməlisən. Çünki intiqam alsaq və 
oğlunu xilas etsək, siz sevindiyiniz kimi biz də arzumuza çatmış 
olacağıq» (55, s.119). 
Mirzə  Adıgözəl  bəy  bu  məsələyə  belə  açıqlıq  gətirir: 
«Fitnə  fəsad  sahibi  olan  Fətəli  xan  indi  bizimlə  qan  düşməni 
olmuşdur.  Sizinlə  də  pis  xasiyyətli  düşməndir.  Verdiyi  söz  və 
içdiyi  andın  əksinə  olaraq  hərəkət  etmişdir.  İbrahimxəlil  ağanı 
apararaq,  sizi  dərd  və  qüssəyə  salmışdır.  Hər  an  bir  fikirdə  və 
hər  gündə  bir  əmrlə  hərb  etməkdədir.  Mən  də  «...Ey  ağıl 
sahibləri,  sizin  üçün  qisas  almaqda  həyat  vardır»  ayəsinin 
məzmununa əsasən intiqam almağı və ədavət qılıncını qınından 
çəkib hərbə girişməyi qərara almışam. Buna görə cənabınızdan 


 
81 
bir dost kimi xahiş edirəm ki, təcili surətdə durmadan və təxir 
etmədən  yoldaşlıq  edəsiniz.  Çünki  əsas  məqsədim  və  günəş 
kimi işıqlı olan fikrim budur ki, həm sizin oğlunuzu xilas edim, 
həm də öz qardaşımın qanını alım» (54, s.46). 
Sözsüz  ki,  Fətəli  xandan  yaxa  qurtarmaqda  Pənahəli 
xanın böyük marağı var idi. Məhz ona görə də o, Kərim xanın 
təklifini  tərəddüdsüz  qəbul  etdi.  Pənahəli  xan  vaxt  itirmədən 
seçmə  döyüşçüləri  ilə  Arazı  keçib  Kərim  xanın  qoşunları  ilə 
birləşdi  (6,  s.65).  «Pənahəli  xan.  Qarabağın  adlı-sanlı 
süvarilərilə Azərbaycan torpağında Kərim xanla görüşdü. Kərim 
xan  ona  qarşı  böyük  izzət  və  ehtiram  göstərib,  ənamlar  bəxş 
etdikdən  sonra,  Fətəli  xanı  birlikdə  dəf  etmək  üçün  Urmiya 
vilayətinə tərəf yola düşdülər» (55, s.119). 
Mirzə Adıgözəl bəy isə bu hadisəni aşağıdakı kimi təsvir 
edir:  - 
«Kərim  xan  Zəndin  məktubundan  sonra  Pənahəli  xan 
saysız-hesabsız  süvari  dəstəsi  və  çoxlu  qoşunla,  Kərim  xanın 
köməyinə  getdi.  Azərbaycan  torpağında  Kərim  xana  yetişdi. 
Kərim xan da ona qarşı lazımi hörmət və izzət şəraitini yerinə 
yetirdi.  Hər  ikisi  düşmənləri  olan  Fətəli  xana  qarşı  ittifaq 
bağladılar. Köçmək təbilini çalıb Urmiya ətrafına yaxınlaşdılar. 
Şəhərin  ətrafında  fələklər  qədər  əzəmətli  olan  çadırlarını 
qurdular» (54, s.47). 
Əhməd bəy Cavanşir isə Pənahəli xanla Kərim xan Zənd 
arasında  Fətəli  xan  Əfşara  qarşı  yaranan  ittifaqı  belə  qələmə 
almışdır: - «O zaman İranda Fətəli xandan başqa bir də Kərim 
xan Zənd məşhur idi. O, (Fətəli - Y.H.), hakimiyyət arzusunda 
olmaqdan başqa, həm də döyüşdə onun (Kərimin - Y.H.) qarda-
şını öldürmüşdü. Kərim xan ona ədavət bəsləyirdi. Pənah xan bu 
ədavətdən  istifadə  edib,  onun  yanına  qasidlər  göndərib,  birgə 
hərəkətləri  barədə  razılığa  gəlib,  hər  iki  tərəfdən  Fətəli  xanın 
üzərinə hücuma keçdilər və onu məğlub edib, özünü əsir aldılar 
və İbrahim xanı da sağ-salamat geri qaytardılar» (17, s.162). 
Mirzə  Camalla  Mirzə  Adıgözəl  bəydə  də  bu  hadisələrin 
təsviri eyni şəkildədir. Əhməd bəy Cavanşir isə ümumi düşmənə 
qarşı  ittifaq  bağlamağın  təşəbbüsçüsü  kimi  Pənahəli  xanı 


 
82 
göstərir.  Əhməd  bəy  Cavanşirin  bu  fikrinə  heç  bir  salnamədə 
rast gəlinmir. 
Fətəli xan Əfşarla döyüşdə müttəfiqlər qələbə qazandılar. 
Əsasən,  Qacar  və  Əfşar  qəbilələrindən  olan  Urmiya  qoşununa 
qalib gəldikdən sonra Kərim xan Zənd əslində bütün İranda və 
Quzey  Azərbaycanda  hakimiyyəti  ələ  almış  oldu.  O,  öz 
dövrünün  başqa  hakimlərdən  fərqli  olaraq  özünü  «şah»  deyil, 
«vəkil»  adlandırmışdı.  Bu  münasibətlə  Mirzə  Adıgözəlbəy 
yazırdı: - «Kərim xan vəkil, İranda müstəqil bir padşah olmadı-
ğından  özünə  padşah-vəkil  adı  vermiş  və  şahlıq  adını  qəbul 
etmək istəməmişdir. O, İbrahimxəlil ağanı Urmiyadan hüzuruna 
gətirtdi.  Ona  qiymətli  xələt,  cəvahiratla  bəzədilmiş  bir  qızıl 
yəhər və yaraqlı bir at bağışladı, xanlıq fərmanı və hökmranlıq 
verib Qarabağa yola saldı. Sonra Pənah xana təklif edib ondan 
xahiş etdi ki, bir neçə gün onunla birlikdə Şiraza səyahət etsin. 
Pənah xan da bu təklifi qəbul etdi» (54, s.47). 
Kərim  xan  Zəndin  Pənahəli  xana  göstərdiyi  münasibəti 
Mirzə  Camal  və  digər  salnaməçilər  də  təxminən  eyni  tərzdə 
qələmə  almışlar.  Lakin  onlar  Kərim  xan  Zəndin  məharətlə 
pərdələnmiş məkrli niyyətini hərtərəfli açıb göstərmirlər. Kərim 
xan  yaxşı  dərk  edirdi  ki,  Pənahəli  kimi  fərasətli,  diribaş, 
möhkəm  iradəli  mahir  bir  sərkərdə  və  siyasətçinin  Qarabağda 
hakimiyyət  başında  qalması  onun  istilaçılıq  və  hökmranlıq 
planlarının reallaşdırılması yolunda ciddi maneədir. Ona görə də 
o,  Pənahəli  xanın  fəal  köməyi  ilə  əsas  rəqibi  olan  Fətəli  xan 
Əfşarı  aradan  götürdükdən  sonra,  Pənahəli  xanı  yalan  vədlərlə 
özü ilə bərabər, Şiraza apardı. «Qarabağnamə» müəllifləri iddia 
edirlər  ki,  guya  Kərim  xan  Zənd  xüsusi  fərman  verib 
İbrahimxəlil  xanı  Qarabağa  hakim  təyin  edib,  onu  vətənə 
göndərdi. Əvvəla onu deyək ki, Kərim xan Zənd belə bir fərman 
verməyə səlahiyyətli deyildi, o, etiraf edirdi ki, İranda müstəqil 
padşah  olmadığından  mən  vəkiləm.  «Bir  padşah  aralığa  çıxıb 
taxta oturmayınca mən padşahın vəkiliyəm» (55, s.119). 
Hadisələrin  təhlili  göstərir  ki,  İbrahimxəlil  ağanın 
əsirlikdən  azad  edilib  Qarabağa  göndərilməsi,  o  dövrün 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə