Microsoft Word Кitab-yunis hazir. Doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/77
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18836
1   ...   18   19   20   21   22   23   24   25   ...   77

 
68 
xanlıqları  ilə  yanaşı  güclü  xanlıqdan  biri  də  Şəki  xanlığı  idi. 
Şəki  xanı  Hacı  Çələbi  qonşuluğunda  güclü  Qarabağ  xanlığının 
yarana biləcəyindən bərk təşvişə düşmüş və Qarabağın xristian 
araqarışdırıcılarının  təhriki  ilə  bu  xanlığı  özünə  tabe  etmək 
fikrinə düşmüşdür. Bu barədə Mirzə Adıgözəl bəy yazır: «Hacı 
Çələbi... Dərbənd, Car və Balakənədək bütün Şirvanat qoşusunu 
cəm  etdi.  Pənah  xan  da  qabaqcadan  bütün  elata  bu  əhvalatı 
bildirmiş  və  hamısını  yığıb  səngərə  dolduraraq  sığınacaq 
etmişdi. Hacı Çələbi gəldi və mühasirə ilə məşğul oldu. Hər gün 
müharibə edir, didişib-döyüşməkdən əl çəkmirdilər. Axırda Hacı 
Çələbi  məqsədinə  çatmadan,  külli  zərərlə  qayıtmaq  təbilini 
vurdurdu» (54, s.34). 
Pənahəli  xanın  qüdrətli  bir  Qarabağ  hakimi  kimi 
tanınmasında  Hacı  Çələbi  və  onun  müttəfiqlərinin  Qarabağ 
üzərinə  uğursuz  yürüşü  mühüm  rol  oynadı.  Hacı  Çələbi 
Qarabağdan  geri  qayıdarkən  demişdir:  «Pənahəli  xan  bu  vaxta 
kimi  bir  parça  gümüş  idi,  biz  gəldik,  ona  sikkə  vurduq  və 
qayıdırıq» (54, s.35). 
Mirzə Camal Cavanşir isə bu kəlamı belə ifadə etmişdir: - 
«Pənah xan bir xan idi. Biz gəldik onunla dava etdik və bir iş də 
görə  bilmədik.  Biz  indi  onu  şah  edib  qayıdırıq»  (55,  s.112). 
Göründüyü kimi, Şəki hakimi Çələbi xanın bu sözləri onun öz 
məğlubiyyətinin açıqdan-açığa etirafını özündə əks etdirir. 
«Qarabağnamələr»in  müəllifləri  göstərirlər  ki,  Pənahəli 
xan  bir  müddət  Bayat  qalasını  xanlığın  mərkəzi  kimi  saxladı. 
Ancaq  ətrafı  düşmən  bürüdüyünə  görə  burada  əbədi  şəhər  və 
qala  tikmək  ehtiyatsızlıq  hesab  edilərək,  məsləhət  görülmədi. 
Mirzə  Camal  göstərir  ki,  Pənahəli  xan  Xaçın  məlikliyinin 
düşmənçiliyinə,  fitnə-fəsadlarına  silah  yolu  ilə  son  qoyduqdan 
sonra Şahbulaq adı ilə məşhur olan Tərnəküt qalasının binasını 
qoydu. Xanın müşavirləri olan əyan-əşrəfin məsləhəti ilə Bayat 
qalası  tərk  olundu.  Şahbulaqdakı  böyük  çeşmə  yanında  qala 
tikildi,  onun  ətrafında  yüksək  yerlər  boyunca  hündür  qala 
divarları hörüldü, bazar, çarsu, hamam və  məscid tikildi. Hicri 
tarixi ilə 1165-ci (1751-1752-ci illər) ildə, elat camaatının bütün 


 
69 
evləri-böyüklərin,  sənətkarların,  xanın  yaxın  adamlarının  və 
xidmətçilərinin (ailəsi) Şahbulaq qalasına köçürüldü (55, s.113). 
Mirzə Adıgözəl bəy isə xristian alban məlikləri ilə bağlı 
bu  hadisəni  belə  qələmə  almışdır:  «Bundan  sonra  Pənah xan 
düşündü ki, mən təzəbinə bir adamam. Cavanşir və otuziki elatı 
yağı,  xəmsə  məlikləri  də  mənə  düşməndirlər.  Mən  gərək 
möhkəm  bir  yerdə  məskən  və  mənzil  salam.  Düşməni  dəf 
etməkdə  kahallıq  və  fəsad  əhli  ilə  mübarizədə  səhlənkarlıq 
etməyəm.  Buna  görə  də  Bayat  şəhərini  dağıtdı  və  gəlib  bir 
təpənin ətəyində Şahbulağı adı ilə məşhur olan Tərnəkütdə bir 
qala  bina  etdi.  Daş  və  əhəngdən  məscidlər,  evlər,  çarsu  və 
hamamlar tikdirdi. Bu işləri 1165-ci ildə bitirərək, oranı özünə 
məskən etdi» (54, s.35). 
Bayat 
qalası strateji baxımdan əlverişsiz yerdə olduğuna 
görə  Tərnəkütdə  yeni  müdafiə  qalası  tikdirilmişdir. 
«Qarabağnamələr» də Şahbulaq qalasının səhvən 1751-1752-ci 
illərdə  tikdirildiyi  göstərilir.  Bir  sıra  tədqiqatçıların  hərtərəfli 
araşdırmaları  göstərir  ki,  əslində  bu  qala  1749-cu  ildə 
tikilmişdir. 
Pənahəli xan qorxmaz, zirək və uzaqgörən dövlət xadimi 
idi. O, öz vətənini qızğın  məhəbbətlə sevirdi. Pənahəli xandan 
söhbət açan A.A.Bakıxanov yazırdı: «Rəftarında sadə və avam 
olmasına  baxmayaraq,  anadangəlmə  qabiliyyətə  malik  idi»  (4, 
s.366).  Pənahəli  xan  Nadir  şah  tərəfindən  sürgün  edilmiş  yerli 
Qarabağ  elatlarından  başqa  qonşu  xanlıqlardan  Qarabağa  - 
qaraçorluları,  salahlıları,  dəmirçihəsənliləri,  boyəhmədliləri, 
səfikürdləri,  cinliləri,  saatlıları  və  digərlərinin  müəyyən 
hissələrini  də  köçürüb  məskunlaşdırmışdı.  Pənahəli  xan 
müstəqil  hakim  olmaq  iddiasına  düşmüş  cavanşir  tayfa 
başçılarının  müqavimətini  cəsarətlə  qıra  bildi  və  onları  özünə 
tabe  etdi.  Beləliklə  də  o,  Cavanşir tayfasının  vahid  və  şəriksiz 
başçısı  oldu,  özünü  xan  elan  etdi.  Əhməd  bəy  Cavanşir  yazır: 
«Təzə  xan  ilk  baxışdan  məğrur,  əxlaqlıdır.  O,  Arqun  xanın 
nəslindəndir  və  onun  ulu  babalarından  biri  Məhəmməd  xan 
bütün  Qarabağ  torpağını  almış,  uzun  müddət  müstəqil  olaraq 


 
70 
ondan  istifadə  etmiş  və  Qarabağda  daimi  olan  qəbilə  davasına 
son qoymuşdur» (17, s.158). 
Pənah  xan  Qarabağı  vahid  xanlıq  halında  birləşdirmək 
uğrunda  mübarizəni  bir  an  da  olsun  dayandırmırdı.  Bu  fikir 
«Qarabağnamələr»də  də  ardıcıl  və  təkrar-təkrar  öz  əksini 
tapmışdır. Pənahəli xanın bu məqsədini yaxşı duyan və bunu öz 
müstəqillikləri  üçün  təhlükə  sayan  Çiləbörd  və  Gülüstan 
məlikləri  birləşərək  onun  üzərinə  hücuma  keçməyə  cəhd 
göstərdilər.  Lakin  onların  bu  cəhdi  dəf  edildi.  Pənahəli  xan 
diplomatik  yolla  məlikləri  bir-birindən  ayırmaq  və  onların 
arasında nifaq salmağı üstün tutdu. Bu, gəlmə məliklərin tezliklə 
ram olunmalarına şərait yaratdı. Məliklər arasında mövcud olan 
nifaqdan  Pənahəli  xan  məharətlə  istifadə  edə  bildi. 
«Qarabağnamə»  müəllifləri  Vərəndə  məlikliyi  istisna  olmaqla 
başqa məliklər arasında da mövcud olan düşmənçiliyi az da olsa 
nəzərə  çatdıra  bilmişdilər.  Vərəndə  və  Xaçın  məlikləri  tezliklə 
Pənahəli  xana  tabe  oldular.  Dizaq,  Çiləbörd  və  Talış  məlikləri 
bir neçə il «xana qarşı düşmənçilik etdilər» (55, s. 112,113). Bu 
məliklər bir müddət Qarabağda mərkəzləşdirmə siyasətinə qarşı 
çıxmış,  habelə  bütün  Quzey  Azərbaycanda  didişmə  və 
pərakəndəliyin salınmasında az rol oynamamışdılar (9, s.521). 
V.A.Potto  yazır:  «Pənah  xan  İrandan  böyük  miqdarda 
həmyerliləri  ilə  Vətənə  qaça  bildi  və  vətəndə  üsyan  bayrağı 
qaldırdı.  Qarabağ  İrandan  ayrıldı  və  1747-ci  ildə  Pənah  xan 
özünü hakim elan etdi. Beləliklə, böyük dövlətin sərhədlərində 
öz müstəqilliyini inadla qoruyan kiçik bir müstəqil dövlət əmələ 
gəldi»  (126,  c.2,  s.602).  Bu  müstəqil  dövlətin  başçısı  Pənahəli 
xan,  salnamələrdə  deyildiyi  kimi,  günü-gündən  öz  mövqeyini 
möhkəmləndirir, dövlət quruculuğunda uğurlar qazanırdı. Mirzə 
Camal  Cavanşir,  Mirzə  Adıgözəl  bəy  Pənah  xanın  ilk  uğurları 
ilə  yanaşı,  Nadir  şahdan  sonra  hakimiyyət  uğrunda  gedən 
çəkişmələr  və  hakimiyyətə  keçən  şahın  siyasi  pərakəndəliyi 
aradan  qaldırmaq  üçün  quzeydəki  xanlarla  apardıqları 
diplomatik  danışıqlar  barəsində  də  öz  əsərlərində  müəyyən 
məlumatlar verirlər.  Mirzə  Camal  yazır:  «Mərhum  Nadir  şah 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə