Microsoft Word Кitab-yunis hazir. Doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/77
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18836
1   ...   21   22   23   24   25   26   27   28   ...   77

 
77 
qoşunları  və  başqa  dəstələr  düşmənin  «mal-dövlətini  əlindən 
alıb,  zərər  vurdular,  hətta  əsgərlərin  də  atlarını  əllərindən  alıb, 
var-
yoxunu qarət etdilər. Bunlar üçün azuqə gətirənlərin yolunu 
kəsirdilər».  Bu  zaman  Kərim  xanın  qələbələr,  onun  İrandaxili 
yürüşü  barəsində  xəbərlər  Məhəmmədhəsən  xanın  qulağına 
çatmışdı.  O,  bu  yerləri  tutmaq  niyyətindən  əl  çəkərək  güneyə 
doğru geri çəkilmişdi. 
Qarabağ  Məhəmmədhəsən  xandan  sonra  Azərbaycanın 
güneyi  və  Farsda  ali  hakimiyyət  uğrunda  mübarizənin  fəal 
iştirakçısı  olan  Fətəli  xan  Əfşarın  hərbi  yürüşünə  məruz 
qalmışdı. Fətəli xan öz qüvvələrini səfərbər edərək 1759-cu ildə 
Gəncə  və  Qarabağa  hücum  etdi.  Fətəli  xan  Əfşar  Qarabağ 
xanlığının  ayrı-ayrı  mahallarını  tutaraq,  onun  paytaxtı  Şuşaya 
yaxınlaşdı və şəhəri mühasirəyə aldı (15, s.117). 
Pənahəli xanın müdafiəyə hazırlaşması və Şuşa şəhərinin 
qalın  qala  divarları  ilə  əhatə  edilməsi  onun  qısa  müddətdə 
alınması  işini  çətinləşdirdi.  Bunu  nəzərə  alan  Fətəli  xan  Əfşar 
şəhərin altı kilometrliyində (Ballıca çayı ilə Xocalı çayı arasında 

Y.H.) müdafiə əhəmiyyəti olan istehkamların salınmasını əmr 
etdi (15, s.117). 
Fətəli  xan  Əfşarın  Şuşaya  hücumu  haqqında 
«Qarabağnamələr»in hamısında verilmiş məlumatlar demək olar 
ki, bir-
birini təkrar edir. Mirzə Camal yazır: - Fətəli xan Əfşar 
«Mərhum Pənah xanın yanına mahir elçilər göndərib, onu itaətə 
və  ittifaqa  dəvət  etdi.  Lakin  Pənah  xan  belə  sərdarlara  itaət 
etməyi haqlı olaraq, özü üçün əskiklik və ar bilib, elçiləri kobud 
cavablarla geri qaytardı» (55, s.117). 
Daha  sonra  Mirzə  Camal  qeyd  edirdi  ki,  -  «gizlində 
mərhum  Pənah  xana  ədavət  bəsləyən  Çiləbörd  və  Talış 
mahallarının məlikləri Fətəli xanın yanına getdilər. Onlar altı ay 
qalanın  yaxınlığında  oturdular.  Hər  neçə  gündən  bir,  mərhum 
Pənah xanın qoşunu ilə Fətəli xan ordusu arasında vuruşma üz 
v
erir  və  hər  dəfə  mərhum  Pənah  xanın  qoşunu  Qızılbaş 
ordusuna qalib gəlirdi. Bu müddətdə bir iş görə bilməyən Fətəli 
xan 
(vəziyyətinin) 
gündən-günə 
çətinləşdiyini 
və 


 
78 
məğlubiyyətinin  (artdığını)  müşahidə  edirdi.  Lakin  buna 
baxmayaraq  Fətəli  xan  hücuma  keçib  Şuşa  çayından  keçərək, 
qalanın yarım verstliyinə çatdı. Döyüşdə Fətəli xanın, təxminən 
iki  min  nəfər  piyada  və  süvarisi  öldürüldü  və  əsir  düşdü. 
Məğlub  olan  düşmən  sonsuz  pərişanlıq  və  peşimanlıqla  öz 
düşərgəsinə qayıtdı. Pənah xan isə əsirləri və ələ keçən qəniməti 
götürüb, qələbə və zəfərlə qalaya gəldi» (55, s.117). 
Mirzə  Camal  sözünə  davam  edərək  bildirirdi  ki,  «bu 
hadisədən sonra Fətəli xan Əfşar, qoşunun məğlub olması və qış 
fəslinin  yaxınlaşmasına  görə,  sülh  və  barışıq  təklif  etdi. Mahir 
elçilər göndərib, and-aman edərək belə bir vədə verdi: - «Əgər 
Pənah  xan,  qoşunumdan  aldığı  əsirləri  geri  qaytarsa,  mənlə 
ittifaq  və  dostluq  etsə,  qızımın  kəbinin  onun  böyük  oğlu 
İbrahimxəlil  ağaya  kəsdirəcəyəm.  (Beləliklə  də)  biz  əbədi 
qohum  və  dost  olacağıq.  Bir  şərtlə  ki,  İbarahimxəlil  ağanı 
mənim  yanıma  göndərsin.  O,  isə  orduda  şirni  içilib  kəbin 
kəsildikdən və iki-üç gün burada (qonaq) qaldıqdan sonra geri 
qayıtsın» (55, s.117-118). 
Fətəli xan Əfşar həmçinin Pənahəli xanı xatircəm etmək 
üçün  İbrahimxəlil  ağa  qayıdana  qədər  özünün  uşaqlarından 
birini  və  qohumlarından  üç  nəfər  adlı-sanlı  şəxsi  girov  kimi 
saxlanılmaq  üçün  Qarabağ  hökmdarının  yanına  göndərmişdi. 
«Mərhum  Pənah  xan  Fətəli  xanın  and-amanına,  övladını  və 
qohumlarını göndərmələrinə inanıb, İbrahimxəlil ağanı bir neçə 
kəndxuda  ilə  Fətəli  xanın  ordusuna  yola  saldı.  Fətəli  xan  bu 
xəbəri  eşidcək  sevindi.  Övladından  bir  neçə  nəfəri  onu 
qarşılamaq üçün göndərdi. İbrahimxəlil ağanı hörmət, təntənə və 
çalğı  ilə  gətirdilər...  İbrahimxəlil  ağanı  iki-üç gün ordugahda, 
kef  məclisində  saxladılar.  Bu  müddət  içərisində  qalaya,  Pənah 
xanın  yanına  dəfələrlə  etimadlı,  şirindilli  adamlar  göndərib, 
adətləri üzrə adam aldatmaq və öz işlərini düzəltmək üçün bütün 
fırıldaqları  və  lazım  olan  rəsmi  mərasimi  əmələ  gətirdilər.  O, 
iki-ü
ç gün içərisində əsir və dustaqlarını xilas etdi. Üçüncü günü 
isə  İbrahimxəlil  ağanı  və  kəndxudaları  dustaq  kimi,  özlərilə 
bərabər  götürüb  getdilər  və  Urmiya  qalasına  çatana  qədər  heç 


 
79 
bir yerdə dayanmadılar» (53, s.122-123). 
Həmin  hadisələri  A.A.Bakıxanov  belə  təsvir  edir: 
«Padşahlıq  iddiasında  olan  və  Azərbaycanı  ələ  keçirən  Nadir 
şahın böyük sərkərdələrindən biri olan Fətəli xan Əfşar Gəncə 
və  Qarabağa  tərəf  hərəkət  etdi.  Pənahəli  xan  ona  zahirən  itaət 
etdi  və  sazişə  gəldi,  oğlu  İbrahimxəlil  ağanı  girov  verdi» (1, 
s.366). 
«Qarabağnamə»lərdə  Pənahəli  xanla  Fətəli  xan  arasında 
baş  vermiş  hadisələrlə  bağlı  olan  materialları  təhlil  edən 
H.Ə.Dəlili  yazırdı:  «...Fətəli  xanla  Pənahəli  xan  arasında  baş 
verən hadisələr haqqında həmin dövrün ilk mənbələrində geniş 
v
ə  aydın  məlumatın  olmasına  baxmayaraq  biri  digərini  təkrar 
edən «Qarabağnamə»lərin müəllifləri, o cümlədən Mirzə Camal 
Cavanşir  bu  hadisələr  haqqında  əsası  olmayan  fikir  irəli 
sürmüşdür.  Onun  yazdığına  görə,  guya  Şuşa  ətrafında  uzun 
müddət döyüşən Fətəli xan qalanın alınmasından naümüd olaraq 
hiyləyə  əl  atdı  və  öz  qızını  Pənahəli  xanın  oğluna  təklif  etdi. 
Guya  həmin  təklifi  qəbul  edən  Pənahəli  xan  oğlu  İbrahimxəlil 
ağanı  düşmən  düşərgəsinə  göndərdi.  Fətəli  xan  isə  xəyanət 
edərək  onu  tutdu  və  girov  elan  edib  Urmiya  qalasına  çəkildi» 
(15, s.118-
119).  Mirzə  Camalın  məlumatlarını  təkzib  edən 
tədqiqatçı sözünə  davam  edərək  bildirir:  -  «Şəhər  süqut  etmək 
təhlükəsi  qarşısında  idi.  Yaranmış  vəziyyətlə  əlaqədar  olaraq 
Pənahəli xan Fətəli xanla zahiri olsa da sazişə gəlməyə məcbur 
oldu.  O,  tabeçilik  əlaməti  olaraq  oğlu  İbrahimxəlil  xanı  girov 
olaraq Urmiyaya 
göndərdi» (13, s.45-46). 
Ancaq qeyd etmək lazımdır ki, «Qarabağnamə»lər istisna 
olmaqla,  dövrün  başqa  mənbələrində  1759-cu  ildə  Pənahəli 
xanla  Fətəli  xan  arasındakı  savaş  və  diplomatik  danışıqlar 
haqqında 
müfəssəl 
məlumatlar 
olmadığına 
görə 
«Qarabağnamə»lər  bu  tarixi  hadisəni  təfərrüatı  ilə  özündə  əks 
etdirən  mötəbər  mənbələr  kimi  qəbul  olunmalıdır.  Çünki, 
əvvəla,  onların  müəllifləri  bu  hadisələrin  baş  verdiyi  ərazinin 
sakinləri, o dövrkü lap yaxınlığındakı tarixi dövrün şəxsiyyətləri 
olmuş,  onlardan  bəziləri  Qarabağ  xanlığı  və  rus  dövlət 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə