Microsoft Word Кitab-yunis hazir. Doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/77
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18836
1   ...   9   10   11   12   13   14   15   16   ...   77

 
39 
iş  təxminən  XVI  əsrin  ortalarında  başa  çatdı.  Qarabağın 
Azərbaycan Səfəvilər dövlətinin tərkibinə qatılması nəticəsində 
burada ayrıca bəylərbəylik, - Qarabağ bəylərbəyliyinin yaranma-
sına səbəb oldu. Səfəvilər dövründə Qarabağ bəylərbəyliyindən 
başqa  daha  üç  -  mərkəzi  Şamaxı  olan  Şirvan,  mərkəzi  Təbriz 
olan Azərbaycan və Çuxursəd bəylərbəylikləri də yaradılmışdı. 
Qarabağ bəylərbəyliyinin mərkəzi şəhəri Gəncə idi.  
«Səfəvilər  dövründə  şaha  və  hökmdar  sülaləsinə 
məxsus torpaqlar heç bir bəylərbəyliyə daxil deyildir». (16, 
s.140) 
Qarabağ  bəylərbəyliyinin  ərazisi  –  «Kür  və  Araz 
çayları  arasında  qərbdə  Samxet  dağları  və  Göyçə  gölünə 
kimi  uzanan  olduqca  geniş  bir  ərazini    təşkil  edirdi. 
Bəylərbəyliyin  tərkibinə  Bərdə  şəhəri,  Aqstabad  (indiki 
Ağstafa),  Bərgüşad,  Arazbar,  Cavanşir  və  başqa  mahallar 
daxil idi. Qarabağ bəylərbəyliyi vəzifəsinə adətən Səfəvilərin 
hakimiyyətə  gəlməsinə  kömək  edən  qızılbaş  tayfalarından 
biri  – 
Qacar  tayfafsından  olan  Ziyadoğulları  nəslinin 
nüma
yəndələri  təyin  olunurdu.  İlk  Qarabağ  bəylərbəyi 
Şahverdi Sultan Ziyadoğlu (1551-1568) idi». (5, s.27) 
«1593-
cü  ilin  məlumatına  əsasən,  Gəncə-Qarabağ 
əyaləti 7 sancaq, 36 nahiyəyə bölünürdü» (18, s.5) 
Həmin  mənbə  də  qeyd  olunan  yer  adlarının  hamısı 
Azərbaycan adlarıdır.  
XVI
II əsrin əvvəllərində Azərbaycan Səfəvilər dövlətinin 
tənəzzülə  uğraması  nəticəsində  Azərbaycan  torpaqlarına 
yiyələnmək uğrunda İran, Rusiya və Osmanlı türkiyəsçi arasında 
siyasi  mübarizə  gücləndi.  Bununla  da  torpaqlarımız  həmin 
dövlətlərin  hərbi  əməliyyat  meydanına  çevrildi.  Azərbaycanın 
bu  ağır  dövründə  işğalçılara  qarşı  mübarizədə  böyük  şöhrət 
qazanan  Əfşarlar  sülaləsinin  nümayəndəsi  Nadirin  mövqeləri 
xeyli möhkəmləndi.  
«1735-
ci il martın 21-də Gəncə yaxınlığında Rusiya və 
İran dövlətlərinin nümayəndələri arasında sonralar «Gəncə 
müqaviləsi»  adını  almış  müqavilə  imzalandı.  Bu 


 
40 
müqavilənin  şərtlərinə  əsasən,  rus  qoşunları  Xəzərsahili 
vilayətləri tamamilə tərk edir, burada əvvəlki inzibati idarə 
sistemi bərqərar olunurdu». (13, s. 415) 
Na
dirin əldə etdiyi qələbələr osmanlıların da Azərbaycan 
ərazilərindən  çıxarılmasını  sürətləndirdi.  Nadirin  sərkərdəlik 
məharəti,  əldə  etdiyi  qələbələr,  İranın  siyasi  dairələri  arasında 
onun şəxsi nüfuzunun möhkəmlənməsinə səbəb oldu.                   
«Böyü
k qüvvə sərf etmədən Xəzərsahili vilayətləri ələ 
keçirən  Nadir  Cənubi  Qafqazda  Osmanlı  ağalığına  qarşı 
həlledici  döyüşlərə  başladı.  1735-ci ilin iyununda 
Eçmiədzinin  şimal-şərqində  İran  və  Osmanlı  qoşunları 
arasında  baş  verən  döyüş  Nadirin  qələbəsi  ilə  nəticələndi» 
(13, s.415) 
Nadirin  əldə  etdiyi  hərbi  uğurların  yekunu  olaraq 
Osmanlı  komandanlığı  1735-ci  ilin  sonunda  öz  qoşunlarını 
Cənubi Qafqaz hüdadlarında tamamilə çıxardı.  
Beləliklə də Nadirqulunun siyasi nüfuzu ölkə daxilindən 
kənarda  da  şöhrət  qazandı.  İndi  o,  İran  səltənətində  birinci 
şəxsiyyətə çevrilə bilərdi və çevrildi də.  
«Nadir  qışlamaq  üçün  öz  ordusu  ilə  Muğana 
çəkilmək qərarına gəldi. Əvvəlcədən hazırlanmış plana görə,  
burada təntənəli surətdə tacqoyma mərasimi keçirilməli idi. 
1736-
cı  ilin  mart  ayında  Nadir  şah  elan  olundu». 
Azərbaycanın  bəzi  feodalları  Nadirin  şah  elan  edilməsinə 
mənfi  münasibət  bəsləyirdilər.  Bu  sahədə  Ziyadoğlu 
nəslindən olan Gəncə xanları xüsusilə fərqlənirdilər… Yeni 
Şahın  namizədliyinə  qarşı  çıxmış  Ziyadoğulları,  otuziləri, 
kəbirləri,  cavanşirləri  Nadir  şah  ağır  cəzalandırdı  (13,  s. 
415).  Onlar  Xorasana  sürgün  olunmuşdular.  1747-ci il 
iyunun 19-
da  (bəzi  məlumatlara  görə  9  mayda)  Nadir  şah 
saray  əyanları  tərəfindən  Xorasan  yaxınlığında  yerləşən 
Xanbusan yaylağında öldürüldü.  
Nadir  şah  öldürüldükdən  sonra  onun  yaratdığı  imperiya 
dağıldı. 
Nadir  şah  imperiyasının  dağılması  nəticəsində 


 
41 
Azərbaycan  ərazisində  xırda  feodal  dövlətlər  yarandı.  Bunlar 
ayrı-ayrı  xanlıqlar  idi.  Bu  xanlıqların  timsalında  Azərbaycan 
özünün  dövlət  müstəqilliyini  bərpa  etdi.  Gəncə  xanlığı 
ərazisində iki xanlıq – Gəncə  və Qarabağ xanlıqları yarandı.  
Beləliklə  də  Azərbaycan  ərazisində  iyirmiyə  qədər 
müstəqil və yarımmüstəqil feodal xanlıqlar təşəkkül taparaq öz 
varlıqları uğrunda tarix səhnəsinə çıxdılar. Olduqca çətin tarixi 
şəraitdə  Ağdamın  Sarcalı  oymağından  olan,  Cavanşirlər 
sülaləsinin  nümayəndəsi,  görkəmli  dövlət  xadimi  və  sərkərdə 
olan Pənahəli bəy Qarabağ xanlığının əsasını qoydu.  
Qarabağ  xanlığı  haqqında  kitabın  ikinci  bölməsində 
ətraflı söhbət açılır.  
Azərbaycan  xanlıqlarının  bəziləri  Nadir  şah  dövründə, 
bəziləri  isə  onun  öldürülməsindən  və  imperiyasının 
dağılmasından sonra yaranmışdır.     
 
Ədəbiyyat 
 
1.   ASE. III c., 598 s. B., 1979-cu il 
2.  Rəşid  Göyüşov.  Qarabağın  keçmişinə  səyahət.  83  s., 
Azərbaycan Dövlət Nəşriyyatı, B., 1993 
 3.  ASE. I cild. 592 s., B., 1976 
4.   
T.Mustafazadə.  Qarabağ  xanlığı.  333  s.  Sabah  nəşriyyatı, 
2010. 
5.   
İ.H.Əliyev. Dağlıq Qarabağ: -Tarix, faktlar, hadisələr. 120 s. 
B., Elm, 1989-cu il 
6.   
Q.Ə.Qeybullayev. Qarabağ / Etnik və siyasi tarixinə dair.  
       248 s. B., 1990 
7.   
N.N.Şavrov. Novaya uqroza russkomu delu v Zakavkazye – 
SPb, 1911 
8.  İ.P.  Petruşevski.  Xristianlığa  qədər  Dağlıq  Qarabağ 
kəndlisinin etiqadları. Azərbaycan dilində. 38 s. Bakı, 1930-
cu il  
9.   
X.D.Xəlilov.  Qarabağın  elat  dünyası.  119  s.  B.,  Azərnəşr, 
1992 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə