65
dəyişir. Dəyişmək üçün vətəndaş dövlətə müraciət etməli olur.
Əgər şəxs yaşadığı ölkənin vətəndaşlığını seçməyibsə, onda
adətən həmin şəxsi müəyyən müddətə vətəndaşı olduğu ölkəyə
göndərmək qərara alınır. Bu halda onun əmlakı toxunulmaz
olaraq qalır. Optasiyada ikili vətəndaşlıq da meydana gəlir.
90
Optant – ölkə vətəndaşlığını könüllü olaraq seçmək
hüququna malik olan şəxs.
Reinteqrasiya – şəxsi (şəxslər qrupunu) təkrar olaraq
cəmiyyətə, sosial məkan və struktura inteqrasiya etdirmək,
assosiativ üzv etmək. Bərpa edərək, islah edərək cəmiyyət
həyatı strukturunun təkrarən tərkib hissəsinə çevirmək prosesi,
həmçinin cəmiyyətə uyğunlaşdırmaq halı kimi başa düşülə
bilir.
Evakuasiya – lüğətdə təxliyə, boşaltma, boşaldılma.
Müharibə və təbii fəlakətlər zamanı əhalinin, idarələrin, sənaye
müəssisələrinin və s. təhlükəli yerlərdən uzaq və daha əmin
yerlərə köçürülməsi halı kimi başa düşülür. Miqrasiya
sahəsində bu termin təbii fəlakətlər və müharibələr zamanı
daha çox daxili miqrasiya proseslərini (zəruri miqrasiya
formasının tərkiblərindən biri kimi) tənzim edən ifadə olaraq
işlədilir. Ola bilər, uzun müddətli, ola da bilər ki, qısa müddətli
olsun. Nəticələr aradan qaldırıldıqdan sonra əhali təkrar öz
yerinə qayıda bilər. (Qeyd: müharibə və təbii fəlakətlər zamanı
köçmə üçün məcburi hal yaranır. Bu məcburi hal zəruri
evakuasiyanın əsaslarını meydana gətirir. Məsələn, məcburi
köçkünlərin zəruri olaraq yaşayış yerini dəyişməsini buna
nümunə göstərmək olar).
Miqrantların (immiqrantların) lobbiçilik fəaliyyəti –
miqrant diasporalarının öz maraqlarının (burada müəyyən bir
sosial qrupun və ya da iqtisadi qrupun xeyrinə olaraq)
müdafiəsi üçün yerli hakimiyyətə müxtəlif təsir üsullarını
nəzərdə tutan fəaliyyət kimi başa düşülməlidir. Təşkilatlanmış
90
Правотека. Оптация. www.pravoteka.ru/enc/ Оптация.
66
maraqların dövlət hakimiyyətinə və ayrı-ayrı şəxslərə təsirləri
nəzərdə tutulur.
Lobbiçilik – “Lobbi” sözünün mənası ingilis dilindən
tərcümədə “dəhliz”, “vestibül”, “holl”, “üstüörtülü gəzinti
meydançası”, “səhnəarxası” mənasını daşıyır. Lobbi anlayışı
1553-cü ildə İngiltərə monastrlarında “gözətçi meydançası”
kimi işlədilirdi. Başqa bir mənada Lobbiçilik anlayışı-
təşkilatlanmış maraqların dövlət orqanlarına və ayrı-ayrı rəsmi
şəxslərə məqsədyönlü təsirini ifadə edir.
91
Lobbiçilik – Qərb anlamına əsasən, qrup və ya şirkətin öz
mənafelərinə əsasən, hökumətin qanunvericilik prosesinə təsir
etmək
təşəbbüsüdür.
Lobbiçilik
ilk
olaraq
ABŞ-da
yaranmışdır.
92
Naturalizasiya – immiqrantların bir immiqrant kimi
cəmiyyətdəki inteqrasiya proseslərinin axırıncı mərhələsidir,
hansı ki, bu mərhələdə əcnəbi şəxs təyinat ölkəsində
vətəndaşlıq əldə edir. Vətəndaşlığın əldə edilməsinin bir neçə
yolu mövcuddur. Onlardan biri filiasiyadır (lat. filiation).
Filiasiyanın iki tipi mövcuddur: “Qan hüququ yolu ilə” (lat.
jus.sanguinis) – burada uşaq valideynlərinin hər ikisinin və ya
da birinin vətəndaşlığı ilə bu hüququ qazanır; “torpaq hüququ
ilə” (lat.jus.soli) – bu halda uşaq doğulduğu ölkəyə görə həmin
ölkənin vətəndaşlığını əldə edir. Bəzi ölkələrdə, məsələn, ABŞ
və Rusiyada “torpaq prinsipi” əsas götürülür, Skandinaviya
ölkələrində isə “qan hüquq” əsas götürülür. Yollardan biri də
naturalizasiyadır. Naturalizasiya zamanı vətəndaşlıq könüllü
olaraq qazanılır. Ölkə qanunvericiliyinə əsasən bir neçə şərt
qoyulur. Məsələn, dil və ölkə tarixi haqqında biliklər, gəlirlər
və yaşayış üçün leqal mənbənin mövcudluğu, ölkə ərazisində
yaşayış müddətinin müəyyən olunması və s. faktorları tələb
91
Lobbiçilik fəaliyyəti üzrə tənzimləmə tədbirlərinin məqsədəmüvafiqliyi.
www.antikorrupsiya.gov.az/upload/file/Lobbicilik.pdf
92
Firdovsi Xəlilov. Lobbiçilk nədir? www.eksperttv.az/video.asp?pid=385
67
kimi qoyulur.
93
(Qeyd: belə bir məlumat var ki, ABŞ-da
2012-ci il üçün immiqrantların təqribən 46 faizi (18,7 milyon
nəfəri) ABŞ vətəndaşlığı əldə etmişdir. İmmiqrantların digər
54 faizi isə qanuni icazəli rezidentlər, qeyri-leqal miqrantlar,
həmçinin müvəqqəti işçilərdən və tələbələrdən ibarət olmaqla
müddətli viza ilə yaşayanlardan ibarətdir.
94
Vətəndaşlıq alan
18,7 milyon nəfərin 51 faizi 2000-ci ilə qədər, 38 faizi 2000-
2009-cu illər arasında, 11 faizi isə 2010-2012-ci illər üçün
naturalizasiya olunmuşlardır).
95
Kolonizasiya (müstəmləkəçilik) – az məskunlaşmış və
zəif inkişaf etmiş kənar ərazilərə (məsələn, bir ölkə daxilində-
“ölkədaxili kolonizasiya”) əhalinin köçürülməsi prosesi,
başqalarının ərazilərini mənimsəmək məqsədilə öz ölkələrin-
dən kənar ölkələrə əhalinin köçürülməsi (“xarici koloni-
zasiya”) prosesi deməkdir. Xarici kolonizasiyanın ispan,
ingilis və digər tipləri mövcuddur.
96
1550-cü illərdə İspanlar
və Fransızlar buraya ayaq basmışlar. 1607-ci ildə indiki ABŞ-
ın Virginiya ştatındakı Ceymstaun yaşayış məskənində ilk
ingilis koloniyasının əsası qoyulmuşdur. ABŞ-a immiqrasiyanın
əsas dalğası kolonial dövrə təsadüf etmişdir. Bu, tarixi
baxımdan iki hissədən ibarət olmuşdur: XIX əsrin birinci
yarısını əhatə edən miqrasiya və 1880-1920-ci illər arasında
olan immiqrasiya. Amerikaya daha çox geniş iqtisadi imkanlar
axtaran immiqrantlar gəlmişlər. Buna qədər isə 1600-cü illərin
əvvəllərində Pilqrimlər kimiləri dini azadlıq axtaranlar buraya
93
Натурализация и гражданство за рубежом.
http://rospersonal.ru/your_lawer/naturalizaciya_i_grazhdanstvo_za_rubezhom/
94
Chiamaka Nwosu, Jeanne Batalova, and Gregory Auclair. Frequently
Requested Statistics on Immigrants and Immigration in the United States.
28 april 2014. http://www.migrationpolicy.org/article/frequently-requested-
statistics-immigrants-and-immigration-united-states
95
Yenə orada.
96
Колонизация. Юдина Т.Н. Миграция: словарь основных терминов:
Учеб.пособие.-М.: Издательство РГСУ; Академический Проект, 2007.-
472 с. www.voluntary.ru/dictionary/949/word/kolonizacija
Dostları ilə paylaş: |