Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə22/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   18   19   20   21   22   23   24   25   ...   72

65 
 
dəyişir. Dəyişmək üçün vətəndaş dövlətə müraciət etməli olur. 
Əgər  şəxs  yaşadığı  ölkənin  vətəndaşlığını  seçməyibsə,  onda 
adətən həmin şəxsi müəyyən müddətə vətəndaşı olduğu ölkəyə 
göndərmək  qərara  alınır.  Bu  halda  onun  əmlakı  toxunulmaz 
olaraq qalır. Optasiyada ikili vətəndaşlıq da meydana gəlir.
90
 
 
Optant  –  ölkə  vətəndaşlığını  könüllü  olaraq  seçmək 
hüququna malik olan şəxs. 
Reinteqrasiya    –  şəxsi  (şəxslər  qrupunu)  təkrar  olaraq 
cəmiyyətə,  sosial  məkan  və  struktura  inteqrasiya  etdirmək, 
assosiativ  üzv  etmək.  Bərpa  edərək,  islah  edərək  cəmiyyət 
həyatı strukturunun təkrarən tərkib hissəsinə çevirmək prosesi, 
həmçinin  cəmiyyətə  uyğunlaşdırmaq  halı  kimi  başa  düşülə 
bilir. 
Evakuasiya  –  lüğətdə  təxliyə,  boşaltma,  boşaldılma
Müharibə və təbii fəlakətlər zamanı əhalinin, idarələrin, sənaye 
müəssisələrinin  və  s.  təhlükəli  yerlərdən  uzaq  və  daha  əmin 
yerlərə  köçürülməsi  halı  kimi  başa  düşülür.  Miqrasiya 
sahəsində  bu  termin  təbii  fəlakətlər  və  müharibələr  zamanı 
daha  çox  daxili  miqrasiya  proseslərini  (zəruri  miqrasiya 
formasının  tərkiblərindən  biri  kimi)  tənzim  edən  ifadə  olaraq 
işlədilir. Ola bilər, uzun müddətli, ola da bilər ki, qısa müddətli 
olsun.  Nəticələr  aradan  qaldırıldıqdan  sonra  əhali  təkrar  öz 
yerinə qayıda bilər. (Qeyd: müharibə və təbii fəlakətlər zamanı 
köçmə  üçün  məcburi  hal  yaranır.  Bu  məcburi  hal  zəruri 
evakuasiyanın  əsaslarını  meydana  gətirir.  Məsələn,  məcburi 
köçkünlərin  zəruri  olaraq  yaşayış  yerini  dəyişməsini  buna 
nümunə göstərmək olar).  
Miqrantların  (immiqrantların)  lobbiçilik  fəaliyyəti  – 
miqrant  diasporalarının  öz  maraqlarının  (burada  müəyyən  bir 
sosial  qrupun  və  ya  da  iqtisadi  qrupun  xeyrinə  olaraq) 
müdafiəsi  üçün  yerli  hakimiyyətə  müxtəlif  təsir  üsullarını 
nəzərdə  tutan  fəaliyyət  kimi  başa  düşülməlidir.  Təşkilatlanmış 
                                                 
90
 Правотека. Оптация. www.pravoteka.ru/enc/ Оптация. 


66 
 
maraqların  dövlət  hakimiyyətinə  və  ayrı-ayrı  şəxslərə  təsirləri 
nəzərdə tutulur. 
Lobbiçilik  –  “Lobbi”  sözünün  mənası  ingilis  dilindən 
tərcümədə  “dəhliz”,  “vestibül”,  “holl”,  “üstüörtülü  gəzinti 
meydançası”,  “səhnəarxası”  mənasını  daşıyır.  Lobbi  anlayışı 
1553-cü  ildə  İngiltərə  monastrlarında  “gözətçi  meydançası” 
kimi  işlədilirdi.  Başqa  bir  mənada  Lobbiçilik  anlayışı-
təşkilatlanmış maraqların dövlət orqanlarına və ayrı-ayrı rəsmi 
şəxslərə məqsədyönlü təsirini ifadə edir.
91
  
Lobbiçilik –  Qərb anlamına əsasən, qrup və  ya şirkətin öz 
mənafelərinə  əsasən,  hökumətin  qanunvericilik  prosesinə  təsir 
etmək 
təşəbbüsüdür. 
Lobbiçilik 
ilk 
olaraq 
ABŞ-da 
yaranmışdır.
92
  
Naturalizasiya  –  immiqrantların  bir  immiqrant  kimi 
cəmiyyətdəki  inteqrasiya  proseslərinin  axırıncı  mərhələsidir, 
hansı  ki,  bu  mərhələdə  əcnəbi  şəxs  təyinat  ölkəsində 
vətəndaşlıq  əldə  edir.  Vətəndaşlığın  əldə  edilməsinin  bir  neçə 
yolu  mövcuddur.  Onlardan  biri  filiasiyadır  (lat.  filiation). 
Filiasiyanın  iki  tipi  mövcuddur:  “Qan  hüququ  yolu  ilə”  (lat. 
jus.sanguinis) – burada uşaq valideynlərinin hər ikisinin və ya 
da birinin vətəndaşlığı ilə bu hüququ qazanır; “torpaq hüququ 
ilə” (lat.jus.soli) – bu halda uşaq doğulduğu ölkəyə görə həmin 
ölkənin vətəndaşlığını əldə edir. Bəzi ölkələrdə, məsələn, ABŞ 
və  Rusiyada  “torpaq  prinsipi”  əsas  götürülür,  Skandinaviya 
ölkələrində  isə  “qan  hüquq”  əsas  götürülür.  Yollardan  biri  də 
naturalizasiyadır.  Naturalizasiya  zamanı  vətəndaşlıq  könüllü 
olaraq  qazanılır.  Ölkə  qanunvericiliyinə  əsasən  bir  neçə  şərt 
qoyulur.  Məsələn,  dil  və  ölkə  tarixi  haqqında  biliklər,  gəlirlər 
və  yaşayış  üçün  leqal  mənbənin  mövcudluğu,  ölkə  ərazisində 
yaşayış  müddətinin  müəyyən  olunması  və  s.  faktorları  tələb 
                                                 
91
 Lobbiçilik fəaliyyəti üzrə tənzimləmə tədbirlərinin məqsədəmüvafiqliyi. 
www.antikorrupsiya.gov.az/upload/file/Lobbicilik.pdf  
92
 Firdovsi Xəlilov. Lobbiçilk nədir? www.eksperttv.az/video.asp?pid=385 


67 
 
kimi  qoyulur.
93
 (Qeyd:  belə  bir  məlumat  var  ki,  ABŞ-da  
2012-ci il üçün immiqrantların təqribən 46 faizi (18,7 milyon 
nəfəri)  ABŞ  vətəndaşlığı  əldə  etmişdir.  İmmiqrantların  digər 
54 faizi  isə  qanuni  icazəli  rezidentlər,  qeyri-leqal miqrantlar, 
həmçinin müvəqqəti işçilərdən və tələbələrdən ibarət olmaqla 
müddətli  viza  ilə  yaşayanlardan  ibarətdir.
94
 Vətəndaşlıq  alan 
18,7  milyon  nəfərin  51  faizi  2000-ci  ilə  qədər,  38  faizi  2000-
2009-cu  illər  arasında,  11  faizi  isə  2010-2012-ci  illər  üçün 
naturalizasiya olunmuşlardır).
95
  
Kolonizasiya  (müstəmləkəçilik)  –  az  məskunlaşmış  və 
zəif  inkişaf  etmiş  kənar  ərazilərə  (məsələn, bir ölkə daxilində-
“ölkədaxili  kolonizasiya”)  əhalinin  köçürülməsi  prosesi, 
başqalarının  ərazilərini  mənimsəmək  məqsədilə  öz  ölkələrin-
dən  kənar  ölkələrə  əhalinin  köçürülməsi  (“xarici  koloni-
zasiya”)  prosesi  deməkdir.  Xarici  kolonizasiyanın  ispan, 
ingilis  və  digər  tipləri  mövcuddur.
96
 1550-cü  illərdə  İspanlar 
və Fransızlar buraya ayaq basmışlar. 1607-ci ildə indiki ABŞ-
ın  Virginiya  ştatındakı  Ceymstaun  yaşayış  məskənində  ilk 
ingilis koloniyasının əsası qoyulmuşdur. ABŞ-a immiqrasiyanın 
əsas  dalğası  kolonial  dövrə  təsadüf  etmişdir.  Bu,  tarixi 
baxımdan  iki  hissədən  ibarət  olmuşdur:  XIX  əsrin  birinci 
yarısını  əhatə  edən  miqrasiya  və  1880-1920-ci  illər  arasında 
olan immiqrasiya. Amerikaya daha çox geniş iqtisadi imkanlar 
axtaran immiqrantlar gəlmişlər. Buna qədər isə 1600-cü illərin 
əvvəllərində Pilqrimlər kimiləri dini azadlıq axtaranlar buraya 
                                                 
93
 Натурализация и гражданство за рубежом. 
http://rospersonal.ru/your_lawer/naturalizaciya_i_grazhdanstvo_za_rubezhom/ 
94
 Chiamaka Nwosu, Jeanne Batalova, and Gregory Auclair. Frequently 
Requested Statistics on Immigrants and Immigration in the United States. 
28 april 2014. http://www.migrationpolicy.org/article/frequently-requested-
statistics-immigrants-and-immigration-united-states  
95
 Yenə orada. 
96
 Колонизация. Юдина Т.Н. Миграция: словарь основных терминов: 
Учеб.пособие.-М.: Издательство РГСУ; Академический Проект, 2007.-
472 с. www.voluntary.ru/dictionary/949/word/kolonizacija  


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə