Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə21/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   17   18   19   20   21   22   23   24   ...   72

62 
 
gəlmiş  Azərbaycan  Respublikasının  vətəndaşları  “məcburi 
köçkün” sayılır.
84
 
 
Readmissiya – dövlətin xaricdə olan və və geri qayıtmağa 
məcbur  qalmış  vətəndaşının  özünə  (mənşəyi-vətəni  olduğu 
ölkəyə),  eləcə  də  onun  (tranzit  ölkə  olaraq  və  ya  da  müddət 
yaşanıldığı  ölkə  kimi)  ərazisindən  başqa  ölkəyə  getmiş  olan 
şəxslərin  həmin  dövlətin  özünə  qayıtması  üçün  beynəlxalq 
razılığın verilməsi formasıdır. Məsələn, bir şəxs getmiş olduğu 
ölkədə heç bir əsas olmadan qaçqın statusu almaq iddiasını irəli 
sürmüş,  lakin  imtina  cavabı  almışdır.  Həmin  şəxs  readmissiya 
qaydasında (öz ölkəsinin razılığı ilə) öz vətəninə qaytarıla bilir. 
Readmissiya  qeyri-qanuni  miqrasiyanın  qarşısını  almaq  üçün 
də hüquqi qayda olaraq istifadə edilir.
85
 
 
Readmissiya sazişi – ölkələr arasında, həmçinin ölkələr və 
ittifaqlar  arasında  imzalanan  və  ərazilərində  qanunsuz 
(icazəsiz)  yaşayan  şəxslərin  mənşə  ölkə  tərəfindən  geriyə 
qaytarılması  ilə  bağlı  öhdəlikləri  də  ehtiva  edən  rəsmi 
beynəlxalq sənəd. Azərbaycan Respublikası ilə Avropa İttifaqı 
arasında  icazəsiz  yaşayan  şəxslərin  readmissiyası  (geri 
qaytarılma)  haqqında”  Sazişdə  (Saziş  28  fevral  2014-cü  ildə 
imzalanıb  və  30  may  2014-cü  ildə  Azərbaycan  Milli  Məclisi 
tərəfindən  təsdiq  olunub)  yazılır  ki,  Avropa  İttifaqına  üzv 
dövlətin  müraciəti  əsasında  və  bu  sazişdə  ehtiva  olunan 
şərtlərdən  əlavə,  rəsmiyyətçiliyə  yol  vermədən,  Azərbaycan 
sorğu  edən  üzv  dövlətin  ərazisinə  daxil  olmaq,  qalmaq  və 
yaşamaqla  bağlı  qüvvədə  olan  şərtlərə  əməl  etməyən  və  bu 
                                                 
84
 Qaçqın və məcburi köçkünlər haqqında Azərbaycan Respublikasının 
Qanunu. 29 sentyabr 1992-ci il. e-qanun.az/files/framework/ 
data7/f_7750.htm  
85
 Юлия Паукова. Что такое реадмиссия? УВКБ ООН. Агентство ООН 
по делам беженцев. Российская Федерация. Радио России. 2 февраля 
2013 г. 
unhcr.ru/index.php?id=10&tx_ttnews[tt_news]=312&Hash=42cc82db002ca
8e98beec279a13358d1 


63 
 
şərtləri  yerinə  yetirməyən, Azərbaycan vətəndaşı olduğu sübut 
olunan  və  ya  “prima  facie”  dəlillərə  əsaslandırılmış  şəkildə 
ehtimal edilən bütün şəxsləri readmissiya edir.
86
  
Repatriasiya    –  lat.repatriate    –  vətənə  qayıtmaq 
deməkdir.  Adətən  bu  termin  adı ilə  hərbi əsirlərin, qaçqınların 
emiqrantların  vətəndaşlıq  hüquqlarının  müdafiəsi  ilə  əlaqədar 
olaraq  öz  ölkələrinə  qayıtması  və  ya  da  sığorta  tələb  olunan 
hallarda  sığortalı  qaydada  yaşadıqları  ölkəyə  qayıtmaq  başa 
düşülür. Məsələn, vaxtilə Almaniyada yaşamış, sonradan Şərqi 
Avropaya  və  SSRİ-yə  köçmüş  (məcburən  köçürülmüş, 
qovulmuş,  qaçqın  salınmış)  alman  vətəndaşlarının  və  etnik 
almanların  Almaniyaya  repatriasiyası  haqqında  proqram 
mövcuddur. Yahudilərin İsrailə repatriasiyası və s. kimi faktlar 
vardır.  XX  əsrin  40-cı  illərində  Mesxeti türkləri Gürcüstandan 
məcburi  olaraq  köçürülüblər.  Gürcüstan  Avropa  Şurası 
qarşısında  Mesxeti  türklərini  öz  vətənlərinə  (ata-baba 
yurdlarına)  geri  qaytarmaq  barədə  öhdəlik  də  götürüb.
87
 
(Qeyd:  Azərbaycanda  “İnsan  alverinə  qarşı  mübarizə 
haqqında”  qanuna,  “İnsan  alverinə  qarşı  mübarizə  üzrə  Milli 
Fəaliyyət  Planı  (2009-2013-cü  illər)”na  və  Avropa  Şurasının 
“İnsan  alverinə  qarşı  mübarizə  haqqında”  Konvensiyasına 
uyğun  olaraq,  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti 
2013-cü  ilin  10  sentyabr  tarixli  qərarı  ilə  “İnsan  alveri 
qurbanlarının  repatriasiyası  Qaydaları”nı  təsdiq  etmişdir. 
Həmin  qaydalar  insan  alverinin  qurbanı  olan  əcnəbi  və 
vətəndaşlığı  olmayan  şəxslərin  repatriasiyası  məsələlərini 
tənzim edir. (Maddə1.1). Qurbanların repatriasiyası könüllülük 
prinsipi  əsasında  həyata  keçirilməklə,  insan  alverindən  zərər 
                                                 
86
 Azərbaycan Aİ ilə icazəsiz yaşayan şəxslərin geri qaytarılmasına dair 
sazişi təsdiq edib. www.az.trend.az/news/politics/2279824.html  
87
 Gürcüstan Ombudsmanı hökumətə Mesxeti türklərinin repatriasiyası üçün 
effektli tədbirlər görməyi tövsiyə edib. 02 Aprel 2012. 
www.az.apa.az/xeber_Gurcustan_Ombudsmani-
hokumete_Mesxeti_255840.html 


64 
 
çəkmiş  şəxslərin  müdafiəsi  üçün  tədbirlər  siteminin  vacib 
elementlərindəndir  və  onların  insan  alverinin  qurbanları  kimi 
yardım almaq hüquqlarının həyata keçirilməsinə təminat verir, 
cəmiyyətə reinteqrasiyasına, normal həyat tərzinə qayıtmasına 
şərait  yaradır.  (Maddə-1.3.)  Bu  qaydalara  əsasən,  qurbana 
bərpa  və  fikirləşmək  müddəti  verilir,  bu  müddət  ərzində  insan 
alverinin qurbanı təhlükəsizlik və müdafiə ehtiyaclarının təmin 
edilməsi,  fiziki,  psixoloji  və  sosial  vəziyyətin  bərpası  halları 
nəzərdə tutulur. Bundan sonra onların repatriasiyası prosesləri 
həyata keçirilir.
88
)
  
Repatriant statusu – öz əvvəlki vətəninə (əvvəlcə vətəndaşı 
olmuş və ya da orada yaşamış, eləcə də milliyətindən olan ölkə) 
repatriasiya olunmaq üçün həmin ölkə tərəfindən verilən status.  
Ekspatriasiya  –  (lat.ex-dan,-dən+patria-vətən)  –  məcburi 
və  ya da könüllü olaraq ölkə xaricinə getmə halı başa düşülür. 
Bu  hal  adətən  özü  ilə  vətəndaşlıqdan  məhrum  edilmə  ilə 
nəticələnir.  Ekspatriasiya  optasiya  yolu  ilə  vətəndaşlıqdan 
çıxma,  həmçinin  dövlətin  ali  qanunverici  və  məhkəmə 
orqanlarının  qərarları  ilə  vətəndaşlıqdan  məhrum  edilmə  ilə 
nəticələnir.  Bəzi  hallarda  vətəndaşlığın  ləğvu  deportasiya  ilə 
nəticələnir.
89
 
 
Ekspatriant – ekspatriasiyaya məruz qalmış şəxs. 
Ekstradisiya  –  məsələn,  bu termin  beynəlxalq hüquqda,  -
1957-ci  ilin  dekabr  ayının  13-də  Paris  şəhərində  imzalanmış 
“Ekstradisiya  haqqında”  Avropa  Konvensiyasına  əsasən,  -
cinayətkarların verilməsi halı kimi başa düşülür.
  
Optasiya  –  (lat.  sözü  olub    –  arzu,  seçim  deməkdir)  – 
konstitusiyada 
və 
beynəlxalq 
hüquqda 
adətən 
ərazi 
məskunlaşmasından  irəli  gələrək,  vətəndaşlığın  könüllü  olaraq 
seçilməsidir. Bu halda vətəndaşın əvvəlki dövlət mənsubiyyəti 
                                                 
88
 “İnsan alveri qurbanlarının repatriasiyası Qaydaları”nın təsdiq edilməsi 
barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. 10 sentyabr 
2013-cü il. http://e-qanun.az/files/framework/data/26/f_26649.htm 
89
 Правотека. Экспатриация. www.pravoteka.ru/enc/ Экспатриация. 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə