Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə17/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   13   14   15   16   17   18   19   20   ...   72

50 
 
olur.  Tarixi  iqtisadi  və  siyasi  proseslər,  həmçinin  yeni 
tələbatlara  cavab  verəcək  resursların  axtarışı,  daxili  siyasi 
təzyiqlər,  həmçinin  kütləvi  qaydada  mövcud  rejimin  qəbul 
edilməməsi miqrasiyanın məcburi (bərk) və yumşaq (zərurətə 
və  istəklərə  söykənən)  formalarını  meydana  gətirmişdir. 
Bununla  bərabər,  qloballaşmanın  zəruri  etdiyi  formaları  da 
mövcud  olur.  Xüsusilə,  şəhərlər  daxilində  yeni  yaşayış 
strukturları  islahatları  sakinlərin  total  qaydada  yeni  yaşayış 
mənzillərinə köçmələrini şərtləndirməkdədir. (Məsələn, inkişaf 
prosesləri  ilə  əlaqədar  olaraq,  yeni  mənzil  tələbatların 
ödənilməsi  zərurətindən  irəli  gələrək,  Bakı  şəhərində  əhalinin 
bir  qəsəbədən  digər  qəsəbələrə  köçürülməsi  halları  meydana 
gəlir).  Bu  miqrasiya  prosesi  nəticə  etibarilə  sosial-rifahın 
yaxşılaşdırılmasına söykənən bir məzmunu özündə cəmləşdirir. 
Miqrasiyanın  zəruri  formalarının  yaranmasında  həmçinin  təbii 
fəlakətlər də böyük rol oynamışdır.  
 Miqrasiyanın  baş  verməsi  səbəbləri  həm  onun  tərkib 
səbəblərini  meydana  gətirir,  həm  də  formalarını  çoxnövlü 
olmasını 
üzərə 
çıxarır. 
Bu 
baxımdan 
proseslər 
klassifikasiyanın,  statistikanın  (burada  uçot  da  daxil 
olmaqla)  və  terminologiyanın  yaranmasını  zəruri  edir. 
Mövcud  qloballaşma  şəraitində  (postmodernizm  dövründə) 
miqrasiya  prosesləri  həm  bir  ölkə  daxilində  güclənir,  həm  də 
ölkələrin  sərhədlərini  keçir.  Bu  baxımdan  məkana  nisbətdə 
(coğrafi-siyasi sistemdə) şaquli (yəni ölkələr daxilində əhalinin 
müəyyən  mərkəzlərdə  cəmləşməsi,  dünyada  əhalinin  müəyyən 
ölkələrdə daha çox cəmləşməsi) və üfiqi (yəni ölkələr daxilində 
əhalinin  tarazlı  yayılması,  regionda  əhalinin  nisbətən  tarazlı 
yayılması)  forma  alır.  Miqrasiya  prosesləri  şaxələnir  və 
dalğalanır.  Miqrasiya  tarixi,  siyasi,  hüquqi  və  sosial  aspektləri 
özündə cəmləşdirən böyük proseslər kimi dünya iqtisadiyyatına 
və  dünya  siyasətinə  makro  və  mikro  səviyyədə,  regional  və 
qlobal  miqyasda,  eləcə  də  ölkə  daxilində  böyük  dərəcədə  öz 
təsirilərini  göstərir.  Miqrasiya  demoqrafiyaya  səbəb  olur  və 


51 
 
müəyyən  yaşayış  məskənlərində  (ölkələrdə)  əhalinin  həm 
sayına, həm də tərkibinə öz təsirlərini edir. Miqrasiya ölkələrdə 
sosial-iqtisadi-siyasi 
sistemlərin 
şaquli-üfiqi 
vəhdət 
ilə 
genişlənməsini  təmin  edir.  Miqrasiya  prosesləri  demoqrafik 
göstəricilərin  formalaşmasına  öz  təsirlərini  edir  və  bu 
baxımdan  da  ölkədaxili  demoqrafik  statistikada  miqrasiyanın 
payı  (ölkəyə  gələnlərin  və  ölkədən  gedənlərin  hesabına-
miqrasiya saldosu baxımından) formalaşmış olur.  
Miqrasiya  ölkələrdə  (daxili  inzibati  ərazilərdə-şaquli 
sistem  forması  kimi)  əhalinin  şəhərlərdə  toplaşmasını- 
urbanizasiyanı  yaradır.  (Qeyd:  urbanizasiya-lat.urbanus-
şəhərli,  urbs-şəhər-cəmiyyətin  inkişafında  şəhərlərin  rolunu 
artıran,  əhalinin  sosial-peşəkar  və  demoqrafik  strukturnda 
dəyişikliklər yaradan  və  əhalinin  mədəniyyətinə,  həyat tərzinə, 
psixologiyasına  və  s.  təsir  göstərən  tarixi  proses  kimi  izah 
edilir.  Urbanizasiyanın  əsas  göstəricisi  şəhər  əhalisinin 
payının artmasıdır. Şəhər tipli yaşayış məskənlərinin meydana 
gəlməsi  ilk  dəfə  olaraq  b.e.ə.  III-I  minillikdə  Mesapotomiya, 
Misir,  Suriya,  Hindistan,  Kiçik  Asiya  və  Çində  mövcud 
olmuşdur.  Bu  tip  yaşayış  məskənləri  sənətkarlıq  və  ticarət 
məskənləri, xarici düşmənlərdən müdafiə dayaqları, hakimiyyət 
və  idarəetmə,  mədəniyyət  və  xidmət  mərkəzləri  kimi  istifadə 
olunmuşdur.  Demək  olar  ki,  bütün  qədim  şəhərlər  çay 
vadilərində meydana gəlmiş və bu da özlüyündə digər xalqlarla 
ticarət  və  mədəniyyət  əlaqələrinin  yaranmasına  xidmət 
etmişdir).
54
 Miqrasiya  həm  inkişaf  etmiş,  həm  də  inkişaf 
etməkdə  olan  ölkələrdə  müəyyn  sosial  problemləri,  sosial  –
demoqrafik uyğunsuzluqları meydana gətirir. Məsələn, əhalinin 
az  olduğu  Rusiyada  miqrant  axını  milli  amillər  üçün  qorxu 
yaradır.  Digər  sosial  problemləri  də  meydana  gətirir. 
Miqrasiyanın  doğurduğu  ən  böyük  problem  uyğunsuzluq, 
                                                 
54
 Институт Философии Российской Академии Наук. Новая 
философская энциклопедия. Урбанизация. А.Н.Балашова. 
http://iph.ras.ru/elib/3123.html  


52 
 
adaptasiya  olunmamaq  ucbatından  meydana  gəlir.  Bu  da 
ölkədə bəzən ümumi siyasi problemə çevrilir, xalq bu məsələni 
referendumda həll etməyə çalışır. Məsələn, 2013-cü ilin fevral 
ayının 
9-da 
İsveçrə 
Konfederasiyasında 
miqrasiyanın 
məhdudlaşdırılması  və  miqrasiya  kvotası  ilə  bağlı  referendum 
keçirilmişdir.  Öz  populist  mövqeyi  ilə  seçilən  İsveçrə  Xalq 
Partiyası  tərəfindən  “Kütləvi  miqrasiyaya  qarşı”  adı  ilə  irəli 
sürülən  təşəbbüs  referenduma  çıxarılmış  və əhalinin 50,3 faizi 
ölkəyə 
miqrasiya 
axının 
məhdudlaşdırılmasına 
razılıq 
bildirmişdir. Belə bir rəqəm var ki, İsveçrənin 8,1 milyon nəfər 
əhalisinin  23,3  faizi  əcnəbilərdən  ibarətdir  və  hər  il  80  min 
insan daimi yaşayış üçün bu ölkəyə üz tutur.
55
  
Miqrasiya  prosesləri  geniş  olduğundan  onun  tərkibində 
iştirak edən subyektlər baxımından prosesin çoxtərkibli olması 
da meydana  gəlir. (Bax.  Qrafik-1)  Prosesin çoxtərkibliliyi isə 
özündə  subyektlərin  fəaliyyətlərinin  geniş  məzmun  və  forma 
almasını 
təmin 
edir. 
Miqrasiya 
(xüsusiləşmiş 
halda) 
proseslərində  həm  əcnəbilər,  həm  də  vətəndaşlığı  olmayan 
şəxslər  və  ya  apatridlər  iştirak  edir.  Bu  baxımdan  da  termin 
özündə geniş konsepsiyanı əhatə edir.  
 
Miqrasiyanın  (bir  xüsusi termin  kimi) tərkibini meydana 
gətirən  sözlərin  (anlayışların-kateqoriyaların)  aşağıdakılar 
olmasını hesab etmək olar: 
 
Emiqrasiya (xüsusi termin, konkret olaraq köç anlayışını 
ifadə edən termin)-ölkədən getmə. 
İmmiqrasiya 
(xüsusi 
termin-konkret 
olaraq 
köç 
anlayışını  ifadə  edən  termin)  –  ölkəyə  gəlmə.  (Qeyd: 
ensiklopedik 
lüğətlərin 
izahına 
əsasən, 
termin 
sözü 
lat.terminus-sərhəd,  hədd-mənasını  verir.  Elm,  texnika  və 
                                                 
55
 İsveçrəlilər miqrasiya axınının məhdudlaşdırılmasına səs veriblər. 
10.02.2014. Gün.Az. http://m.gun.az/world/9714/  


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə