Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə25/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   21   22   23   24   25   26   27   28   ...   72

74 
 
Miqrasiya  prosesləri  məkan  (ölkədaxili  və  ölkələrarası 
miqrasiya)  nöqteyi-nəzərdən  öyrənilir,  həmçinin  sistemdaxili 
məzmun  və  forma  baxımından  araşdırılır.  Miqrasiya 
proseslərinin 
öyrənilməsində 
obyekt 
kimi 
miqrantlar 
(emiqrantlar  və  immiqrantlar),  eləcə  də  onların  vətəndaşlarla 
olan  münasibətlərinin  sosial-dini-mədəni  və  iqtisadi  aspektləri 
mühüm rol oynayır.  
Miqrasiya  prosesləri  bir  obyekt  kimi  dövlətin  daxili  və 
xarici  siyasət,  o  cümlədən  beynəlxalq  münasibətlər  sahələrini 
öyrənən  elmlərin  predmetlərinin,  istiqamətlərinin  tərkib 
hissəsidir.  Həm  də  müxtəlif  yanaşmalar  və  müxtəlif  elm 
sahələrində  miqrasiyanı  öyrənmə  istiqamətinin  formalaşması 
onu  deməyə  əsas  verir  ki,  bu  sahə  üzrə  ayrıca  elmi  fənn 
istiqaməti,  yəni  miqrasiologiya  adlanan  elm  (fənn)  istiqaməti 
meydana  gəlmişdir. Miqrasiologiyanın (ing. Migration Studes) 
metodologiyası  ümumi  olaraq  elmlərin  metodologiyasının 
tərkibini  təşkil  etməkdədir.  Miqrasiyanın  metodologiyası  həm 
universal  elmi  metodologiyanın  tərkib  ünsürüdür,  həmçinin 
fənlərarası  metodlar  olaraq  məxsusi  metodların  (konkret 
metodların) cəmini özündə əks etdirir.  
Miqrasiya ümumi olaraq bir predmet kimi politologiyanın 
(ölkədaxili  və  beynəlxalq  münasibətlər  üzrə),  sosiolo-
giyanın,  coğrafiya  elminin,  psixologiyanın,  konkret hallarda 
isə  hüquqşünaslığın  və  iqtisadiyyat  elminin  və  digər  elm 
sahələrinin  obyektidir.  (Əlavə  üçün  7  saylı  qrafikə  baxmaq 
olar).  Bu  baxımdan  miqrasiologiya  həm  də  fənlərarası  bir 
predmet  kimi  məna  kəsb  edir.  Miqrasiya  proseslərinin 
öyrənilməsində  ekologiya,  tibb  kimi  elm  sahələri  də  iştirak 
edirlər.  Miqrasiyanın  səbəbləri  və  nəticələri,  miqrasiyanın 
nəticə  doğurduğu  şəraitlərin  əsasları  məhz  kompleks  elm 
sahələri 
tərəfindən 
öyrənilir. 
Burada 
elmləri 
təsnifat 
baxımından,  miqrasiyanı  əhatə  etmək  nöqteyi-nəzərdən,  əsas 
və  köməkçi  olmaqla,  iki  qrupa  bölmək  olar.  Bu  iki  qrup  cəm 
halda  miqrasiologiya  elmini  (fənnini)  meydana  gətirir. 


75 
 
Miqrasiya  sahəsində  ümumi  elmlərin  predmetləri  meydana 
gəlir, eləcə də xüsusi elmlərin (universal elm sahələrinin tərkibi 
olan  konkret  elmlərin)  predmetləri  burada  köməkçi  rolunda 
çıxış edir.  
 
Miqrasiya  – siyasət elminin predmeti kimi  
 
Hər  bir  vətəndaşın,  cəm  halda  toplumun,  sinifin, 
cəmiyyətin  maraqlarının  təmin  edilməsi  dövlətin  başlıca 
marağındadır.  Dövlət  cəmiyyətin  və  fərdi  olaraq  şəxslərin 
maraqlarını hüquqi əsaslarla nizamlama metodu ilə təmin edir. 
Bu halda fərd dövlət üçün həm də şəxs və vətəndaş statusu əldə 
etmiş  olur.  Miqrasiyanın  tənzim  edilməsi  dövlətin  daxili  və 
xarici  siyasətinin  maraq  dairəsindədir.  Bu  istiqamət  dövlətin 
idarəetmə  funksiyasına  aiddir.  Dövlət  miqrasiya  sahəsi  üzrə 
özündə  qanunvericiliyi  yaratmanı,  qanunvericiliyi  icraet-
məni və hüquqi müdafiəni cəmləşdirən siyasəti həyata keçirir. 
Dövlət  həmçinin  miqrantların  təhlükəsizlyini  təmin  edən 
siyasəti  də  reallaşdırır.  Dövlət  miqrasiya  siyasətini  həyata 
keçirmək  üçün  müxtəlif  vasitələrdən-mexanizmlərdən,  bu 
baxımdan  qanunvericiliklə  müəyyən  edilən  vasitələrdən, 
istifadə edir. (8 saylı qrafikdə bu vasitələr öz əksini tapmışdır). 
Dövlət  miqrasiya  siyasətini  statistik  rəqəmlərin  nəticələrinə 
uyğun  olaraq,  eləcə  də  dinamik  əsaslarla  tənzim  edir.  Hər  bir 
dövlətin  miqranta  böyük  ehtiyacı  olur.  Dövlət  özünün  əmək 
bazarında  olan  tələbatını  öz  vətəndaşları  ilə  yanaşı, 
miqrantların  hesabına  da  ödəyir.  Dövlətin  miqrasiya  siyasəti 
beynəlxalq  əlaqələrdə  dövlətin  mövqeyinin  güclənməsinə  də 
xidmət edir.  
Miqrasiya  ilk  növbədə  sosial  mahiyyətli  bir  prosesdir. 
Lakin  dövlət  siyasətinin  əsas  mərkəzi  obyektlərindən  biridir, 
dövlət  daxili  və  dövlətlərarası  münasibətlərin  və  siyasətin 
obyektidir.  Belə  qəbul  etmək  olar  ki,  miqrasiya  aşağı 
mərhələdə və miqyasda sosial məzmunludur, yuxarı mərhələdə 


76 
 
isə  siyasi  məzmunu  özündə  cəmləşdirir.  Ən  sonda  isə  insan 
hüquqlarını  tənzim  edən  kriteriyaları  özündə  əks  etdirən  bir 
prosesdir.  Miqrasiya  hüququn  və  qanunvericiliyin  obyekti 
olduğundan  və  çoxistiqamətli  hüququ  (ümumiyyətlə,  insan 
hüquqlarını,  dövlət  hüquqlarını)  özündə  cəmləşdirdiyindən  bu 
sahənin 
tənzim 
olunması 
dövlət 
siyasətinin 
prioritet 
istiqamətlərinə  çevrilir.  Miqrasiya  dövlətin  sosial  tənzimləmə, 
iqtisadi  tənzimləmə  və  demoqrafik  tənzimləmə  siyasətinin 
tərkiblərini özündə cəmləşdirən bir proses kimi əhəmiyyət kəsb 
edir.  Miqrasiya  prosesləri  özündə  vətəndaşların,  vətəndaşlığı 
olmayan şəxslərin və əcnəbilərin hüquqlarını daşıyan və sonda 
ümumdünya  insan  hüququna  xidmət  edən  bir  proses  olaraq 
geniş çalar və məzmuna malikdir.  
Miqrasiya  ona  görə  dövlətin  daxili  siyasətinin  obyektidir 
ki,  burada  (miqrant  qəbul  edən  ölkədə)  xarici  ölkə 
vətəndaşlarının  (əcnəbilərin),  eləcə  də  vətəndaşlığı  olmayan 
şəxslərin və xaricə gedən (köç edən) vətəndaşların fəaliyyəti və 
sosial  məsələləri  tənzim  edilir.  Miqrasiya  xarici  siyasətin 
həyata keçirilməsi zərurəti ilə üst-üstə düşür. Miqrasiyanın baş 
verməsi  səbəbləri  müasir  qloballaşan  mərhələdə  dünyanın 
resurslarının, ilk növbədə maddi resurlarının, təbii resurslarının 
qeyri-bərabər  şəkildə  paylanılması  ilə  əlaqəlidir.  Miqrasiya 
siyasəti  əsasən  bu  baxımdan  dövlətin  xarici  siyasətinin  tərkibi 
hesab  olunur.  Dünyanınn  sənaye  resurslarının  və  kənd 
təsərrüfatı  məhsulları  resurslarının  qeyri-bərabər  paylanılması 
da miqrasiyanın  yaranmasını  şərtləndirən amilər  içərisində  yer 
alır.  
Hər  bir  dövlət  miqrasiya  siyasəti  sahəsində  hüquqları 
tənzim  etmək  üçün  qanunvericiliyi  yaratmağa  borcludur  və 
tənzim edən dövlət qurumlarını təsis etməyi öhdəlik kimi qəbul 
etməlidirlər.  Çünki  miqrant  hüququ  elə  insan  hüquqlarının 
tərkib  hissəsidir  və  xüsusi  hallar  olmadan  hüquqlar 
məhdudlaşdırıla 
bilməz. 
Bu 
baxımdan 
Azərbaycan 
Respublikasının Miqrasiya Məcəlləsində yazılır ki, Azərbaycan 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə