Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə28/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   24   25   26   27   28   29   30   31   ...   72

83 
 
miqrasiyasını  meydana  gətirir.  Miqrasiya  ilə  transmilli 
korporasiyalar bir ölkədən başqa ölkələrə  yayılırlar. Miqrasiya 
ümumdünya 
kapital 
dövriyyəsinin, 
sənaye 
məhsulları 
dövriyyəsinin  və  maliyyə  dövriyyəsinin  bazasında  dayanır. 
Bununla bərabər, miqrasiya elm və təhsil, səhiyyə, mədəniyyət 
və  digər  bu  kimi  istiqamətlərin  də  qloballaşmasına  öz  müsbət 
təsirlərini göstərir.  
Qloballaşmanın  müşahidə  edildiyi  müasir  zamanda 
miqrasiya  anlaşıyı  adi  bir  termindən  geniş  izahları  olan 
konsepsiyaya  çevrilib.  Termin  prosesin  miqyasının  çox  böyük 
olması  ilə  əlaqədar  olaraq  öz  tərifini  daha  da  genişləndirib. 
Miqrasiya özündə sosial-mədəni və siyasi, siyasi-diplomatik və 
iqtisadi 
amilləri 
cəmləşdirib. 
Miqrasiya 
proseslərinin 
çoxistiqamətli  əsasları  anlayışın  konseptual  əsaslarını  (geniş 
məzmunlu,  çoxşaxəli  formasını)  meydana  gətirmişdir.  Onun 
konseptuallığı  dövlətlərarası  ikitərəfli  və  çoxtərəfli  iqtisadi  və 
siyasi  fəaliyyətdə  öz  təsdiqini  tapır.  Dövlətin  daxili 
iqtisadiyyat  siyasəti,  o  cümlədən  vergi  yığımları,  bunlardan 
irəli gələrək,  sərmayə  qoyuluşu  və  iş  yerləri, sənaye və ticarət 
sahələrinin genişlənməsi, yeni obyektlərin əldə edilməsi, əmlak 
sahəsində  fəaliyyət, 
qiymətli  kağızlar  bazarında  olan 
tənzimləmə  və  fəaliyyət,  xidmətlər,  rüsumların  əldə  edilməsi; 
dövlətin  beynəlxalq  iqtisadiyyat  siyasəti,  o  cümlədən  xarici 
kapitalın  axını,  milli  iqtisadiyyatın  xarici  iqtisadiyyatla 
uyğunlaşdırılması,  uzlaşdırılması  və  harmonik  əsasları  təşkil 
etməsi;  vergi,  o  cümlədən  gömrük  rüsumlarının  tutulması; 
beynəlxalq  ticarət  dövriyyəsinin  artımı,  beynəlxalq  maaliyyə 
dövriyyəsi;  iqtisadiyyat  və  mədəniyyətin  tərkibi  olan  turizmin 
təşkili;  dövlətin  beynəlxalq  siyasət  fəaliyyəti,  o  cümlədən 
diplomatiya və onun tərkibi olan səfirliklərin və konsulluqların, 
beynəlxalq təşkilatlardakı diplomatik fəaliyyətin təşkili, xüsusi 
missiyaçılıq  kimi  siyasət  istiqamətləri  özündə  miqrasiya 
siyasətini  cəmləşdirir.  Miqrasiya  siyasəti  bu  baxımdan 
dövlətlərin  daxili  və  xarici  siyasət  istiqamətlərinin  tərkib 


84 
 
ünsürləri  olaraq  kompleks  tənzimləmə  xüsusiyyətlərinə  malik 
olur.  Bu  kompleks  tənzimləmə  miqrasiyanın  ayrıca  olaraq 
siyasət 
predmetinin 
əsaslarını 
formalaşdırır. 
Miqrasiya 
proseslərinin  geniş  miqyası  bu  prosesləri  tənzim  etmək  üçün 
qanunlar  külliyatının  yaranmasına  və  digər  qanunvericilik 
aktlarının 
formalaşmasının 
əsaslarını 
meydana 
gətirir. 
Miqrasiya proseslərinin həm də xarici siyasətin tərkibi olmasını 
nəzərə alaraq, miqrantların ölkə daxili ilə yanaşı, sərhədləri də 
keçməsinin  geniş  vüsət  almasını  hesab  edərək,  bu  proseslərin 
tənzim  olunması  məqsədilə  dövlətlər  həm  ikitərəfli  əsaslarla 
əlaqələr qururlar (gediş-gəlişi təmin edən sazişlər imzalayırlar), 
həm  də  çoxtərəfli  siyasətin  icarsını  təmin  edirlər.  Çoxtərəfli 
siyasət  həm  universal  beynəlxalq  təşkilatın  (məsələn, 
Beynəlxalq Miqrasiya Təşkilatının) yaradılması ilə nəticələnir, 
həm də beynəlxalq təşkilatların bəyannamələrinin, konvensiya-
ların,  beynəlxalq  paktların,  digər  beynəlxalq  hüquq  sənədlərin 
qəbul  edilməsi  və  müəyyən  sənədlərin  dövlətlərin  daxili 
qanunvericilik  aktlarının  tərkib  hissələrinə  çevrilməsi  ilə 
tamamlanır.  Miqrasiya  siyasətinin  bir  qolu  diplomatiya  və 
konsulluq  xidmətlərini  əhatə  edir.  Çünki  diplomatlar  və 
nümayəndəliyin  digər şəxsləri  (texniki işçiləri) öz ailələləri ilə 
birlikdə  müəyyən  olunmuş  müddətdə  xarici  ölkələrin 
ərazilərində  məskunlaşırlar,  xarici  ölkələrə  köç  edirlər. 
Beynəlxalq  miqrasiya  siyasəti  diplomatik  immunitet  və 
imtiyazlara  əsaslanan  siyasətin  də  tərkibində  özünə  yer  alır. 
Bununla  yanaşı,  qaçqın  və  məcburi  köçkünlərin  köç  etmələri, 
məcburi  deportasiyalar,  siyasi  sığınacaqların  verilməsi  halları 
da  miqrasiyanın  konseptual  əsaslarında  dayanır.  Eləcə  də 
uşaqların  başqa  ölkələrdəki  ailələr  tərəfindən  övladlığa 
götürülməsi  də  miqrasiya  siyasətinin  tərkibinə  aid  olur. 
Bununla  yanaşı,  insan  alveri,  xüsusilə  qadınların  cismi 
istismara  məruz  qalması  və  beynəlxalq  trafiklər  də  miqra-
siyanın tərkib hissəsidir. Həmçinin beynəlxalq cinayətkarlıq və 
ekstradisiya  məsələlərini  də  bu  və  ya  digər  hallarda  miqrasiya 


85 
 
siyasətinin  tərkibinə  qatmaq  olar.  Sadalananlar  onu  deməyə 
əsas  verir  ki,  miqrasiya  anlayışı  geniş  prosesləri  özündə  əks 
etdirməklə konseptual məzmuna malik olur. Miqrasiya siyasəti 
öz  geniş  məzmunu  etibarilə  ümumdünya  siyasətinin  əsasında 
qərarlaşır.  
Hər  bir  dövlət  həm  beynəlxalq  sənədlərlə,  həm  də  yerli 
qanunvericilik aktları ilə insanların hüquqlarını müdafiə etmək 
öhdəliyini  öz  üzərlərinə  götürürlər.  İnsanların  hüquqlarının 
müdafiəsi  və  təmin  olunması  siyasəti  ümumdünya  siyasətinin 
tərkib  hissəsidir.  İnsanların  hüquqları  məhz  dövlətlərin  daxili 
və xarici siyasət fəaliyyətləri tənzim olunur və bu baxımdan da 
universal və məxsusi xarakter kəsb edir. 
Miqrasiya  hüququ  özündə  insanların  baza  hüquq  və 
azadlıqlarını  əks  etdirməklə  bərabər,  həm  də  insanların  peşə 
fəaliyyətləri üzrə olan hüquqlarını da cəmləşdirir. Ümumdünya 
kapital  hüququ,  ümumdünya  üzrə  resursların  paylanması  üzrə 
subyektlərin  hüquqları  həm  də  miqrasiya  hüquqlarının 
tərkibində  qərarlaşır.  Miqrasiya  hüquq  bu  baxımdan  maddi-
mənəvi hüquqların məcmuəsindən ibarət olur və ayrıca şəkildə 
miqrasiya  hüququnu 
yaradır.  Miqrasiya  hüququ  həm 
proseslərin  həyata  keçirilməsi hüququndan ibarət olur, həm 
də  bu  proseslərin  subyektləri  olan  şəxslərin-miqrantların-
hüquqlarından  təşkil  edilir.  Struktur  etibarilə  baza  olaraq  iki 
hissəyə  ayrılsa  da,  əslində  bütn  hüquqları  insan  hüquqlarında 
cəmləşir,  ümumiləşir.  Miqrantların  hüquqları  onların  yaşayış 
və fəaliyyət hüquqlarında öz mahiyyətini sübut etmiş olur.  
Miqrant 
hüququ 
əsasən 
vətəndaşların 
– 
dünya 
sakinlərinin-ümumdünya  hüquqlarının  tərkib  hissəsidir  ki,  bu 
da  özlüyündə  insan  hüquqlarının  baza  prinsiplərinə  söykənir. 
Miqrasiya zamanı köç edən hər bir şəxs özü ilə təbii hüququnu 
sərhədlərdən-sərhədlərə, 
dövlətlərdən-dövlətlərə 
aparır. 
Miqrasiya  proseslərinin  tənzim  olunmasında  başlıca  məqsəd 
miqrantın  hüququnun  insan  hüquqlarının  tərkibi  kimi  təmin 
olunmasını həyata keçirməkdən ibarətdir. Miqrasiya bir proses 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə