Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə30/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   26   27   28   29   30   31   32   33   ...   72

89 
 
öz  əksini  tapmaqla  yanaşı,  konkret  olaraq  əcnəbilərin 
hüquqların  aid  normalar  da  vardır.  İnsan  hüquqlarının  və  əsas 
azadlıqların  müdafiəsi  haqqında  Konvensiyaya  əlavə  olaraq 
bəzi  hüquq  və  azadlıqları  daxil  edən  4  saylı  Protokolun  (16 
sentyabr  1963-cü  ildə  Strasburqda  qəbul  edilib)  2-ci  maddəsi 
hərəkət etmək azadlığını təsbit edir. Burada yazılır ki, (bənd 1) 
qanuni  əsaslarla  hər  hansı  dövlətin  ərazisində  olan  hər  kəsin 
həmin  ərazidə  sərbəst  hərəkət  etmək  və  özünə  yaşayış  yeri 
seçmək hüququ vardır. 2-ci bəndə əsasən, hər kəs öz ölkəsi də 
daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Dördüncü 
maddəyə  görə  isə  əcnəbilərin  kollektiv  çıxarılması  qada-
ğandır.
118
 
 
Miqrant  hüquqlarını  tənzim  edən  beynəlxalq  sənədlərdən 
biri də  (onun  bəzi  maddələri  bu sahəni  tənzim edir)  BMT Baş 
Məclisinin  44-cü  sessiyasında  20  noyabr  1989-cu  ildə  qəbul 
edilən  Uşaq  Hüquqları  haqqında  Konvensiyadır.  Bu 
Konvensiyanın  11-ci  maddəsində  yazılır  ki,  iştirakçı  dövlətlər 
uşağın  qanunsuz  aparılmasına  və  xaricdən  qaytarılmamasına 
qarşı  mübarizə  üçün  tədbirlər  görürlər.  Konvensiyanın  21-ci 
maddəsinə  əsasən,  konvensiya  tərəfi  olan  dövlətlər  təmin 
edirlər  ki,  (bənd  c.)  uşaq  başqa  ölkədə övladlığa  götürüldükdə 
ölkənin  daxilində  övladlığa  götürülmə  barəsində  tətbiq  edilən 
eyni  təminat  və  normalar  tətbiq  olunsun.  Konvensiyanın  22-ci 
maddəsində  yazılır  ki,  (bənd  1)  iştirakçı  dövlətlər  qaçqın 
statusu  almaq  istəyən  və  ya  tətbiq  edilən  beynəlxalq  və  ya 
daxili  hüquqa  və  qaydalara  müvafiq  surətdə  qaçqın  sayılan, 
valideynləri və ya hər hansı digər şəxs tərəfindən istər müşayiət 
edilən,  istərsə  də  müşaiyət  edilməyən  uşağı  bu  Konvensiyada 
və  həmin  dövlətin  iştirak  etdiyi  insan  hüquqlarına  dair  digər 
                                                 
118
 İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya. 
Roma, 4.XI.1950. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi 
haqqında Konvensiya”nın və onun 1, 4, 6 və 7 saylı Protokollarınının təsdiq 
edilməsi barədə Azərbaycan Respublikasının qanunu. 25 dekabr. 2001-ci il. 
e-qanun.az/files/framework/data/1f_1405.htm 


90 
 
beynəxalq sənədlərdə və ya humanitar sənədlərdə şərh olunmuş 
tətbiq edilən hüquqlardan istifadə edilməsinə lazımi müdafiə və 
humanitar yardımla təmin etmək üçün zəruri tədbirlər görürlər. 
(Qeyd:_Azərbaycan_1992-ci_ilin_21_iyulunda_da_bu__konvensiyanı_ratifikasiya_edibdir).__119'>(Qeyd:  Azərbaycan  1992-ci  ilin  21  iyulunda  da  bu 
konvensiyanı ratifikasiya edibdir).
119
 
 
Miqrasiyanın  digər  bir  istiqaməti  də  uşaqların  ölkələrarası 
övladlığa götürülməsidir. Bu anda uşaq öz doğulduğu və ya da 
yaşadığı  ölkəni  tərk  edir  və  başqa  ölkədə  başqa  valideyn 
(doğma  valideyni  olmayan  şəxsin  və  onun  ailəsinin) 
himayəsində  yaşayır.  Bu  kimi  prosesləri  tənzim  etmək  üçün 
1993-cü  il  may  ayının  29-da  Haaqa  konfransında  “Ölkələr-
arası  övladlığa  götürmə  ilə  bağlı  uşaqların  müdafiəsi  və 
əməkdaşlıq  haqqında  Konvensiya”  imzalanmışdır.  Bu 
konvensiyada  qeyd  olunur  ki,  hər  bir  mənşə  dövlətində 
münasib  bir  ailənin  tapılmadığı  bir  uşaq  üçün  ölkələrarası 
övladlığa götürmənin təklif etdiyi daimi ailə üsütnlüyünü etiraf 
edir.  Ölkələrarası  övladlığa  götürmə  uşağın  ən  ümdə 
maraqlarına  və  onun  əsas  hüquqlarına  hörmət  etməklə  təmin 
olunmalıdır.  Uşağın  qaçırılması,  satışı  və  ya  ticarətinin 
qarşısını  almaq  əsas  tədbirlərdən  biridir.  (Maddə  1).  Bu 
konvensiya  uşaq  və  onu  övladlığa  götürmüş  valideynlər 
arasında  valideyn-uşaq  hüququ  münasibətlərinin  əsaslarını 
müəyyən  edir,  bu  baxımdan  övladlığa  götürmüş  valideynin 
məsuliyyətini ehtiva edir. (Qeyd: Azərbaycan Respublikası bu 
Konvensiyaya müvafiq bəyanatlarla 2004-cü ilin mart ayında 
qoşulmuşdur)
120
 
 
                                                 
119
 Uşaq Hüquqları haqqında Konvensiya. www.migration.gov. 
az/images/pdf/d64f56fbbe0dcb273c4c7e993e0ac4ee.pdf 
120
 Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və 
əməkdaşlıq haqqında Konvensiya. 29 may 1993-cü il. e-
qanun.az/files/framework/data/5c_f_5917.htm; “Ölkələrarası övladlığa 
götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında” 
Konvensiyaya qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu. 30 
mart 2004-cü il. e-qanun.az/files/framework/data/5c_f_5917.htm 


91 
 
Miqrasiya  sahəsində  mövcud  olan  universal  beynəlxalq 
sənədlərdən  biri  də  BMT  Baş  Məclisinin  16  dekabr  1966-cı 
tarixli  Qətnaməsi  ilə  qəbul  edilən “Mülki  və  siyasi  hüquqlar 
haqqında  beynəlxalq  pakt”dır.  Bu  sənədin  12-ci  maddəsinə 
əsasən,  hər  bir  insan,  öz  ölkəsi  də  daxil  olmaqla,  istənilən 
ölkəni  tərk  etmək  hüququna  malikdir  (bənd-2).  Heç  kim  öz 
ölkəsinə  gəlmək  hüququndan  özbaşınalıqla  məhrum  edilə 
bilməz.  (bənd-4).  Hazırki  Paktda  iştirak  edən  dövlətlərdən  hər 
hansı  birinin  ərazisinə  qanuni  gələn  xarici  vətəndaş  yalnız 
qanuna  müvafiq  olaraq  çıxarılan  qərarın  icrasına  əsasən 
ölkədən  çıxarıla  bilər....(maddə  13.-dən  bir  hissə).  Hər  bir 
insan,  harada  olmasından  asılı  olamayaraq,  hüquq  subyekti 
kimi  qəbul  edilmək  hüququna  malikdir.  (maddə-16).  (Qeyd: 
Pakt 23 mart 1976-cı ildə qüvvəyə minmişdir).
121
  
Daha bir beynəlxalq sənəd BMT Baş Məclisinin 16 dekabr 
1966-cı  ildə  qətnamə  ilə  qəbul  etdiyi  “İqtisadi,  sosial  və 
mədəni  hüquqları  haqqında  beynəlxalq  pakt”dır.  Müvafiq 
sənədin  ikinci  maddəsinin  3-cü  bəndində  yazılır  ki,  inkişaf 
etməkdə 
olan 
ölkələr 
insan 
hüquqlarını 
və 
milli 
iqtisadiyyatlarının imkanlarını qiymətləndirərək, öz ölkələrinin 
vətəndaşları  olmayan  şəxslərə  bu  Paktda  nəzərdə  tutulan 
iqtisadi 
hüquqları 
hansı 
dərəcədə 
təmin 
edəcəklərini 
müəyyənləşdirə  bilərlər.  Paktın  3-cü  maddəsi  sənəddə  iştirak 
edən  dövlətlərə  kişi  və  qadınların  Paktda  nəzərdə  tutulmuş 
bütün  iqtisadi,  sosial  və  mədəni  hüquqlardan  bərabər  istifadə 
etmələrini təmin etməyi öhdəlik kimi müəyyən edir. Paktın 6-cı 
maddəsi  könüllülük  üzərində  qurulan  əmək  hüququnu 
tanıyır.
122
  
                                                 
121
 “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt” 16 dekabr 1966-cı il. 
www.migration.gov.az/images/pdf/22c74086f1453974981f0cb446403cf4.pdf 
122
 İqtisadi, sosial və mədəni hüquqları haqqında beynəlxalq pakt. 16 dekabr 
1966. www.migration.gov.az/images/pdf/ 
f2829d9389d6d035964bc37f3d611abe.pdf 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə