Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə38/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   34   35   36   37   38   39   40   41   ...   72

116 
 
olur.  Miqrasiya  qloballaşma  proseslərinin  tərkibinə  çevrilir  və 
müəyyən  pozitiv  və  neqativ  təsirləri  özündə  cəmləşdirir. 
Miqrasiya bir proses olaraq özü ilə müəyyən ölkələrə resursları 
aparır  və  eləcə  də  müəyyən  ölkələrdə  resursların  istifadəsində 
mühüm  rol  oynayır.  Məsələn,  Qərb  sənaye  avadanlıqlarının 
Şərqin  neft-qaz  yataqlarında  istismarı  sayəsində  Qərbin  maddi 
resursları (mütəxəssisləri, digər işçi qüvvələri) məhz Şərqə axın 
edir. Bu baxımdan da qəbul etmək olar ki, miqrasiya dünyanın 
ayrı-ayrı 
regionlarının 
birləşdirilməsində, 
qovuşmasında 
birləşdirici məzmun kəsb edir.  
Miqrasiya  bir  tərəfdən  müsbət  halları  meydana  gətirsə  də, 
digər  tərəfdən  resursların  qeyri-bərabər  paylanılmasının 
əsasında dayanır. 
Miqrasiya  qlobal  və  regional  miqyaslı  və  əhəmiyyətli 
proses  olduğundan  özü  ilə  müəyyən  tərkiblərin  forma-
laşmasının  əsaslarını  meydana  gətirir.  Miqrasiya  prosesləri  bu 
baxımdan həm məcburi, həm də könüllü əsasları özündə ehtiva 
edir.  
Miqrantlar  özləri  ilə  gəldikləri  ölkələrə  xeyir  də  verirlər. 
Həmin  ölkələrin  iqtisadi  artımında  iştirak  edirlər  və  insan 
potensialını  artırırlar.  Onlar  mədəni  müxtəliflik  baxımından 
cəmiyyətin inkişafına da öz töhfələrini verirlər.
136
  
 
 
Miqrasiyanı əmələ gətirən səbəblər 
 
Miqrasiyaya  səbəb  olan  amillər  çoxaspektlidir.  Belə  ki, 
BMT-nin  2013-cü  ildə  gənclərin  vəziyyəti  və  xüsusi  ilə  gənc 
miqrantların  müasir  dünyaya  verdiyi  töhfələr  və  onların 
qarşılaşdığı  çağırışlarla  bağlı  hesabatında  qeyd  olunur  ki, 
iqtisadi,  ekoloji  və  demoqrafik  amillərin  təsiri  insanları 
miqrasiya etməyə məcbur edir və bu tendensiya artır. Sənəddə 
                                                 
136
 Миграция и права человека. Миграция в мире. 
http://www.ohchr.org/ru/Issues/Migration/Pages/MigrationAndHumanRight
sIndex.aspx. 


117 
 
həmçinin  qeyd  olunur  ki,  yaxşı  təhsil  və  iş  imkanlarının 
axtarılması,  müharibədən,  təbii  fəlakətlərdən  xilas  olunmaq 
gənclər arasında miqrasiyaya səbəb olan amillərdəndir.
137
  
Hər  bir  hərəkət,  hadisə  və  proses  nəticələr  verir.  Bu 
nəticələr  köklərə  bağlı  olur.  Yəni  nəticələr  səbəblərdən 
meydana  gəlir.  Məsələn,  məcburi  (zorakı)  faktorlar  elə 
hadisələr üçün elə məcburi nəticələr verir, hadisələrin məcburi 
məzmun  və  formasını  meydana  gətirir.  Məsələn,  müharibə 
müəyyən  ərazilərdə  humanitar  fəlakətlərin  və  bu  fəlakətlərin 
tərkibi  olan  məcburi  köçetmələrin  əsaslarını  meydana  gətirir. 
Miqrasiya  ilə  nəticələnən  (elə  miqrasiyaya  səbəb  olan) 
universal  gözlənilməyən  və  iradələrdən  asılı  olmayan 
səbəblər  tərkib  baxımından  təhlillər  əsasında  ümumiləş-
dirilərək,  əsasən,  ölkələr  daxilində  və  ölkələr  arasında  baş 
verən  və  gərginliklərlə  müşahidə  olunan  müharibələr,  siyasi 
böhranlar,  eləcə  də  təbii  fəlakətlər  və  fövqəladə  faktorlara 
bölünə  bilir.  (Əlavə  olaraq  17,  18  saylı  qrafiklərə  baxmaq 
olar).  Bu  kimi  gərginliklərin  yaranmasının  bazasında  da 
müəyyən  amillər  dayanır.  Məsələn,  müharibələr,  münaqişələr 
və  böhranlarla  xarakterizə  olunan  və  nəticə  eibarilə  ölkələr 
daxilində  və  ölkələr  arasında  məcburi  (zorakı)  miqrasiyaya 
gətirib  çıxaran  gərginliklərin  kökündə  səbəb  kimi  bu  kimi 
faktorların dayanmasını qeyd etmək olar: 
– ölkə daxilində etniklər arasında dözülməzlik; 
–  müəyyən  xalqlarda  başqa  xalqlara  qarşı  kin  və 
küdurətin baş qaldırması, nifrət hissinin oyanması; 
–  dini  etiqadlar  və  digər  inanclar  arasında  barışmaz-
lığın olmaması (dini tolerantlığın bərqərar ola bilməməsi); 
– xalqların böyük imperiyalar  yaratmaq iddiaları və s. 
kimi neqativ hallar; 
                                                 
137
 BMT: Dünyada 232 milyon miqrant var. 
http://news.lent.az/news/155813 


118 
 
–  azadlıq  və  suverenlik  üçün  fərdi  və  ümumi  istəklər-
müəyyən etnik qrupun istəkləri və onların dövlətçiliyə qarşı 
təxribat xarakerli fəaliyyəti və s.; 
Məcburi  hadisələr  köçün  məcburi  formalarını  meydana 
gətirir.  Məsələn,  bu  məcburi  halın  nəticəsi  sürgünlərdən 
(miqrasiyanın  sürgün  forması-məcburi  forması)  ibarət  olur. 
Dövlətlərdaxili  və  dövlətlərarası  sürgünlərin  və  deportasiya-
ların  kökündə  (deportasiyaya  səbəb  verən  və  gətirib  çıxaran 
amillər)  xalqlara  və  qruplara  qarşı  təzyiqlər,  soyqırımlar, 
müharibələr  dayanır.  Deməli,  universal  məcburi  köç 
proseslərinin  nəticələnməsinin  əsaslarını  deportasiyalar  və 
sürgünlər təşkil edir. Hər ikisində repressiyalar tətbiq olunur.  
Gözlənilməyən  və  qeyri-humanist  səbəblərə  görə  köç 
hallarının meydana gəlməsi əsasən insan həyatına olan risqlərlə 
bağlı  olur.  Eyni  zamanda  bu  vəziyyətlərdə  həyat  üçün  tələb 
olunan  kompleks  ünsürlərin  itkisi  halları  da  yaşanır.  Qrup 
halında  məcburi  köç  etmələr  etnik  təmizləmələrdən,  xalqlara 
qarşı  olan  təzyiqlərdən,  bu  təzyiqləri  yaradan  ifrat  eqoizmdən, 
dini və mədəni dözümlülüyün olmamasından meydana gəlir. 
Universal    –  gözlənilməyən,  yəni  iradələrdən  asılı 
olmayan və məcburi xarakter daşıyan səbəblər nəticə etibarilə 
insanların  qrup  halında  məcburi  köç  etmələrini  meydana 
gətirir.  Qrup  halında  məcburi  köç  etmənin  də  iki  mühüm 
baza əsası mövcud olur: birincisi, bir ölkədə yaşayan xalqlara 
qarşı  birbaşa  təzyiqlərin  göstərilməsi  ilə  (ölkədə  başqa 
xalqların  hakimiyyəti  tərəfindən)  meydana  gələn  qaçqın 
vəziyyətinin  mövcudluğu;  ikincisi,  ölkənin  müharibəyə 
qoşulması  risqləri  və  müharibələrə  qoşulma  vəziyyətinin 
mövcudluğu.  Birinci  hal  birbaşa  təcavüzləri  (məsələn, 
Ermənistanda  yaşayan  azərbaycanlıların  erməni  xalqı  və 
hakimiyyəti  tərəfindən  məcburən,  zor  tətbiq  etmək  yolu  ilə 
ölkədən  qovulması)  özündə  əks  etdirir.  Burada  hədəf  ayrı-
seçkiliyə  məruz  qalmış  xalq  olur,  onlar  deportasiyaya  məruz 
qalırlar.  


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə