Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə2/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   2   3   4   5   6   7   8   9   ...   72


 
[lat. mandatum-tapşırıq] 1914-1918-ci illərdəki dünya mühari-
bəsində  qalib  gələn  ölkələrə  Almaniyanın  keçmiş  müstəmləkə-
lərini və Osmanlı imperiyasının bir hissəsini idarə etmək üçün 
Millətlər  Cəmiyyəti  tərəfindən  verilən  hüquq)  və  digər  asılı 
bölgələrdən ibarət olan Britaniya imperiyasının ərazisi 1918-ci 
ildən  1940-cı  ilə  qədər  dünya  ərazisinin  30  faizini,  dünya 
əhalisinin  isə  25  faizini  təşkil  edirdi.
2
 Britaniya  imperiyası 
tarixində  ən  böyük  ərazi  itkisini  1776-1783-cü  illərdə  13 
Amerika koloniyasının üsyanından və Amerika Birləşmiş Ştat-
larının  yaranmasından  itirib.
3
 Bu  baxımdan miqrasiya coğrafi-
fiziki,  mədəni-sosial  və  siyasi  aspektləri  özündə  cəmləş-
dirmişdir  və  imperiya  siyasəti  ilə  məzmun  tərkibi  mövcuddur. 
Yeni  ərazilərdə  ucuz  işçi  qüvvələri,  insan  əməyinin  rahat 
şəkildə  istismar  edilə  bilməsi  imkanları  məhz  imperiyalardan, 
mərkəzi  dövlətlərdən  bu  ərazilərə  miqrasiyanın  zəruri 
formasını  meydana  gətirmişdir.  Burada  imperiyaların  kapitalı 
və  əhali  amili  əhali  yayılmasını  təmin  edən  vasitələr  olaraq, 
zəruri  və  məcburi  köç  etmənin  əsaslarını  formalaşdırmışdır. 
İmperiyalar  öz  koloniyalarında  (müstəmləkələrində)  əlaqəli  və 
şəbəkəli  sistemləri  meydana  gətirmiş  və  tutulan  (zəbt  olunan) 
və  işğal  olunan  ərazilərdə  ticarət  mərkəzlərini  və  ticarət 
yollarını 
yaratmaqla, 
müvafiq 
ərazilərdə 
məskunlaşma 
siyasətini  təmin  edə  bilmişdir.  Miqrasiyanın  digər  bir  forması 
da  təqiblərdən,  cinayət  törədənlərin  cəzadan  qaçma  istəklə-
rindən  meydana  gəlmişdir.  Amerika  qitəsində  (məsələn,  orta 
əsrlərdə  indiki  ABŞ-ın  Texas  ərazisində)  qızıl  axtarmaq 
istəyənlərin  sayı  da  çox  olmuşdur.  Bu  baxımdan  da  miqrasiya 
proseslərində  cəlbedici  (məkana)  və  itələyici  (məkandan) 
faktorlar  mühüm  rol  oynamışdır.  Ümumiyyətlə,  miqrasiya 
formalarının  bazasında  səbəblər  əsas  rol  oynayır  və  səbəblər 
məkandan  itələyici  və  məkana  cəlbedici  (pull-push  factors) 
funksiyanı yerinə yetirir. 
                                                 
2
 James B. Alcock. Historical Atlas of the British Empire and 
Commonwealth. www.atlasofbritempire.com 
3
 Yenə orada. 



 
Tarixdə  olduğu  kimi  bu  gün  də  əhali  köçü  davam 
etməkdədir.  Əhali  köçü  prosesləri  tarixi  mahiyyətini  bir  qədər 
saxlamış  və  xüsusilə,  əhalisi  az  olan  və  əmək  resurslarına 
ehtiyac duyulan məskənlərə (məsələn, Kanadaya, Avstraliyaya, 
Rusiya  və  Qazaxıstana)  köç  etmək  xüsusiyyətlərini  özündə 
qorumuşdur. Məsələn, belə bir statistik göstərici var ki, 1990-cı 
illərdən  bu  yana  hər  il  Kanada  250  min  nəfərdən  yuxarı 
immiqrant qəbul edir.
4
  
Qeyd:
 
Belə bir rəqəm var ki,
 
Avstraliya II Dünya Mühari-
bəsindən  bu  yana  bütün  dünyadan  7  milyon  nəfərdən  çox 
immiqrant  qəbul  edib.  Keçən  20  ildə  ölkənin  əhali  artımında 
ölkədə  doğulanlarla  immiqrantlar  arasında  bərabərlik  nisbəti 
olub.  Lakin  2006-cı  ildən  bu  bərabərlik  pozulub.  2006-cı  ildə 
miqrasiya prosesləri əhali artımının 58 faizini, 2007-ci ildə 63 
faizini,  2008-ci  ildə  isə  66  faizini  təşkil  edib.  2007-2008-ci 
illərdə  Avstraliyaya  200  ölkədən  çox  miqrant  daxil  olub: 
Çindən  28700  nəfər,  Yeni  Zellandiyadan  27400  nəfər, 
Birləşmiş  Krallıqdan  24000  nəfər  və  Hindistandan  23900 
nəfər. 2009-cu ilin dekabr ayının məlumatına əsasən, illik əhali 
artımı  432,600  nəfər  olub.  Bunlardan  277,700  nəfəri,  yəni  64 
faizi miqrasiya hesabına, 154,900 nəfəri, yəni 36 faizi isə təbii 
artımın hesabına baş tutub.
5
  
2008-2009-cu  illər  ərzində  qaçqınlar  üçün  humanitar 
vizalar  Çindən,  Şri  Lankadan,  Əfqanıstandan,  İraq,  Pakistan, 
İran  və  Birmadan,  eləcə  də  Banqladeş  və  Misirdən  gələnlərə 
verilib.
6
 2006-2011-ci  illər  ərzində  850  min  nəfər  daimi 
miqrant Avstraliyada məskunlaşıb).
7
  
                                                 
4
 İmmigration Watch Canada.www.immigrationwatchcanada.org. 
5
 İmmigration.www.abc.net.au/tv/populationpuzzel/immigration.html 
6
 Yenə orada. 
7
 GLENN-The Census Expert. October 4,2011. Australia’s newest 
migrants-where are they coming from? 
bloq.id.com.au/2011/population/australian-demographic-trends/australia-
newest-migrants/ 



 
Bu gün də dünyanın  yeni köç mərkəzləri özlərinin əvvəlki 
qaydada 
tranzit 
köçü 
ehtiva 
edən 
baza 
trayektorik 
xüsusiyyətlərini  saxlayır.  Məsələn,  ABŞ,  Kanada,  Avstraliya 
kimi  ölkələrə,  həmçinin  Avropaya  əvvəlki  əsrlərdə  olduğu 
kimi,  bu  gün  də  köç  prosesləri  davam  etməkdədir.  Klassik 
mənbə  mərkəzi  olan  Birləşmiş  Krallıqdan  Kanadaya, 
Avstraliyaya  və  digər  ölkələrə  köç  prosesləri  yenə  də 
mövcuddur.  Eləcə  də  Asiyadan,  Afrikadan,  Latın  Amerikası 
ölkələrindən  Avropaya,  Kanada  və  Avstraliyaya  köç  edənlər 
çoxalmaqdadır.  Məsələn,  Latın  Amerikasından  (ispan  mənşəli 
əhali) Kanadaya köç edənlərin sayı çoxalmışdır.  
Qeyd:  2001-ci  ildə  Kanadada  təxminən  212  min  nəfər 
İspan  mənşəli  əhali  yaşamışdırsa,  2006-cı  ilə  artıq  bu  rəqəm 
təxminən  700  min  nəfər  təşkil  etmişdir.
8
 2001-ci  ildə  Latın 
Amerikası  mənşəli  miqrantlardan  Kanadaya  gedənlərin  15 
faizini  Meksikadan  gələnlər,  14  faizini  Çilidən  gələnlər,  11 
faizini  El  Salvadordan  gələnlər,  7  faiz  Perudan  gələnlər,  6 
faizini isə Kolumbiyadan gələnlər təşkil etmişdir.
9
  
Həmin  proseslər  sosial-iqtisadi  faktorlara  və  insan 
hüquqlarının  yüksək  səviyyədə  təmin  edilməsinə  əsaslanır. 
Əvvəlki tranzitlər bir qədər başqa mahiyyət etibarilə (deyək ki, 
burada artıq sosial amillər, insan hüquqlarının nisbətən yüksək 
səviyyədə  təmin  olunması  məsələsi  daha  çox  mahiyyətin 
kökünə  oturub)  öz  xidmətlərini  göstərir.  Əvvəlki  mərkəzlərlə 
yanaşı,  dünyanın  yeni  köç  mərkəzləri  də  meydana  gəlmişdir. 
Bu  ərazilərə  ələlxüsus  yeni  (XXI  əsrin)  iqtisadi  miqrasiya 
mərkəzləri  kimi ad vermək olar. İnkişaf etməkdə olan və neft 
ölkələri belə mərkəzlər rolunu oynayır.  
                                                 
8
 Daniel Schugurensky&Jorge Ginieniewicz. The Latin American 
Community in Canada: Some Challenges Ahead. 2007/07/15. 
dialogos.ca/2007/07/the-latin-american-community-in-canada-some-
challlenges-ahead/ 
9
 The Latin American Comunity in Canada. www.statcan.gc.ca/pub/89-621-
x/89-621-x2007008-eng.htm  


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə