Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə5/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   2   3   4   5   6   7   8   9   ...   72

14 
 
həmin  insanların  öz  imkanları  ilə  birlikdə  yerdəyişmələrinə 
şərait yaradır. Bu baxımdan Beynəlxalq Miqrasiya Təşkilatının 
Nizamnaməsində  də  qeyd  olunur  ki,  miqrasiya  prosesləri 
iqtisadi,  sosial  və  mədəni  inkişafla,  həmçinin  insanların  azad 
yerdəyişmə hüququ ilə əlaqəlidir.
17
 
 
Əvvəlcə  də  qeyd  olunduğu  kimi,  ümumdünya  köç 
prosesləri  müxtəlif  səbəbləri  özündə  cəmləşdirir  və  nəticə 
etibarilə  də  formaları  meydana  gətirir.  Köç  prosesləri  iqtisadi 
və  qeyri-iqtisadi  xarakter  kəsb  edir.  Lakin  hər  ikisinin 
bazasında sosial amillər mühüm rol oynayır və nəticələr sosial-
hüquqi faktorlara hesablanır. İnsan hüquqlarının kobud şəkildə 
pozulması (müharibələr, münaqişələr, böhranlar anında) halları 
da miqrasiyanı şərtləndirir. Miqrasiya prosesləri özündə dünya 
üzrə əmək ehtityatlarının axınını meydana gətirir, bu baxımdan 
immiqrasiya mərkəzlərində sosial-demoqrafik sentralizasiyanı 
(mərkəzləşməni),  emiqrasiya  mərkəzlərində  isə  sosial-
demoqrafik  desentralizasiyanı  (ətraflara  bölünməni,  mər-
kəzdən  qaçmanı)  ortaya  qoyur.  Desentralizasiya  sistemdə 
(məsələn, dövlətdə, onun təsərrüfat, təhlükəsizlik sistemində və 
s.)  resurs  çatışmazlığını  yaradır.  Potensialı  azaldır.  Bu  iki 
proses  arasında  baş  verən  qeyri-tarazlı  nisbət  isə  (kəmiyyət 
fərqi)  ölkələrin  və  regionların  inkişaf  fərqlərini  meydana 
gətirməkdə  böyük  rol  oynayır.  Belə ki,  mütəxəssis axınları bir 
tərəfdə  (təyinat  ölkədə)  zənginliyi  yaradırsa,  digər  tərəfdə 
(mənşə 
ölkədə) 
kasadlığı, 
çatışmazlığı 
üzərə 
çıxarır. 
İmmiqrasiyadan  bir  çox  ölkələr  faydalar  əldə  edirlər,  digərləri 
isə kadr ehtiyatlarını və ixtisaslaşmış və ixtisaslaşma üçün tələb 
olunan  işçi  qüvvələrini  (buraya  daha  çox  kadr  kimi  yetişəcək 
yeniyetmə  və  gəncləri  aid  etmək  olar)  itirirlər.  Dövlətə  və 
cəmiyyətə 
xidmət 
edən 
potensialın 
ardıcıllığı 
itir. 
Emiqrasiyadan  da  dövlətlər  və  onların  əhalisi  müəyyən 
                                                 
17
 Международная организация по миграции. (МОМ). 
http://www.unrussia.ru/ru/agencies/mezhdunarodnaya-organizatsiya-po-
migratsii-mom 


15 
 
qazanclar  əldə  edirlər.  Məsələn,  MDB  ölkələrindən  Rusiyada 
işləyən  immiqrantlar  hər  il  öz  ölkələrinə  (ailələrinə)  pul 
göndərirlər.  
Qeyd: 
İnformasiya 
vasitələrinin 
Dünya 
Bankının 
hesabatına  istinadən  verdikləri  məlumata  əsasən,  dünyada 
miqrantların ən çox pul göndərdiyi ölkə Hindistandır. 2013-cü 
ilin məlumatına əsasən, ildə Hindistana 71, Çinə 60, Filippinə 
26, Meksikaya 22, Nigeriyaya 21, Misirə isə 20 milyard dollar 
göndərilir.  Azərbaycana  xaricdəki  miqrantlar  tərəfindən  2 
milyard 200 milyon dollar (ÜDM-nin 4 faizi), Ermənstana 2,4 
milyard  dollar  (ÜDM-nin  1/5-i),  Gürcüstana  isə  2  milyard 
dollar göndərilir. Tacikistanda ÜDM-nin 48 faizi miqrantların 
göndərdikləri  pulların  hesabına  formalaşır.  Qırğızıstan 
iqtisadiyyatının  31,  Moldova  iqtisadiyyatının  isə  24  faizi 
miqrantların pulları hesabına formalaşır.
18
  
Bu  faktor  da  mənşə  ölkələri  (emiqrant  göndərən  ölkələr) 
üçün, onların bank sektorları və bazarları üçün əlavə qazanclar 
gətirir.  Resurslar  bu  sahələri  aktiv  vəziyyətdə  saxlayır.  Xarici 
ölkələrdə çalışan Türkiyə vətəndaşlarının qazanclarını da buna 
nümunə  göstərmək  olar.  Emiqrantlar  öz  ölkələrinin  maliyyə 
bazarlarını,  eləcə  də  əmlak  bazarlarını  aktiv  (fəal)  vəziyyətdə 
saxlayırlar.  Məsələn,  pul  köçürmələr  yolu  ilə  ölkəyə  gələn 
valyuta axını ölkənin bank sektorunun dirçəlməsini təmin edir, 
banklar  əlavə  gəlirlər  əldə  edirlər.  Tikilən  evlərin,  obyektlərin 
satılması  prosesi  sürətlənir.  Kapital  qoyuluşu  silsilə  şəkildə 
təsərrüfatın  dirçəlməsini  təmin  edir.  Miqrasiya  prosesləri 
ümumən mənşə və təyinat ölkələrinə bu və ya digər səviyyədə 
qazanclar  gətirir.  Lakin  qazanclarla  yanaşı,  həmin  ölkələr 
müəyyən  itkilərlə  də  üzləşirlər.  Məsələn,  qəbul  edən  ölkə 
sıxlıqdan  gərginliklə  üzləşirsə,  göndərən  ölkə  isə  sistemdəki 
çatışmazlıqla üz-üzə qalır. Göndərən ölkə həm də faydalar əldə 
                                                 
18
 Xaricdə işləyənlərin göndərdikləri pullar. AzeriNews.Tv Informasiya 
Agentliyi.azerinews.org/index.php?newsid=2249 


16 
 
edir  və  sistemdəki  sıxlaşmanın  qarşısını  alır.  Məsələn,  hesab 
etmək  olar  ki,  Azərbaycandan  Rusiyada  işləyən  miqrantlar  öz 
ölkələrinə  qayıdaraq,  qalarlarsa  müəyyən  sıxlıqlarla,  çatış-
mazlıqlarla, ehtiyaclarla üzləşə bilərlər. İqtisadçı mütəxəssislər 
hesab  edirlər  ki,  miqrantların  öz  ölkələrinə  qayıtması  əmək 
bazarında gərginliyi yarada bilir.
19
 Onu da qeyd etmək lazımdır 
ki, Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, il ərzində 
azərbaycanlı  emiqrantlar  Rusiyadan  Azərbaycana  təxminən  1 
milyard dollar göndərir. Rusiya tərəfi isə bu rəqəmin reallıqda 
3  milyard  dollar  olmasını  bildirir.
20
 Sistem  öz  nisbi  bərabər 
tarazlığını  dəyişə  bilər  və  yeni  tarazlıqlar  ortaya  çıxana  qədər 
çoxlu  sayda  problemlər  meydana  gələr.  Deməli,  həm 
immiqrasiya,  həm  də  emiqrasiya  prosesləri  müsbət  və  mənfi 
hallarla  nəticələnir.  Sistemləri  həm  doldurur,  həm  də 
sistemlərin  sıxlaşmasının  qarşısını  alır.  Sistemdə  elementin 
(subyektin)  məkana  nisbətini,  tənasüblüyünü  (mütənasibliyini, 
yəni,  tamuyğunluğunu)  həm  pozur,  həm  də  formalaşdırır. 
İmmiqrantların  kütləvi  olaraq  öz  ölkələrinə  geri  qayıtmaları 
(məcburən  və  ya  da  istəklərdən  irəli  gələrək)  öz  ölkələrində 
köklü problemləri  yarada bilər. Çünki mövcud sistem və onun 
resursları  tələblərə  cavab  verməyə  bilər.  Gərginliklər  sosial 
partlayışlara  gətirib  çıxara  bilər  və  ÜDM-nin  səviyyəsi  aşağı 
düşə bilər.  
Miqrasiya  beynəlxalq  əmək  bazarının  formalaşmasına  öz 
müsbət  təsirlərini  göstərir  və  onun  əsas  komponentini, 
hərəkətverici  qüvvəsini  təşkil  edir.  Bu  baxımdan  miqrasiya 
proseslərini  birtərəfli  mənfi  və  ya  da  müsbət  mütləq  addım 
hesab  etmək  olmaz.  Hər  iki  proses  arasında  olan  nisbət 
kəmiyyətindən  tərəflər  həm  ziyan  çəkirlər,  həm  də  qazanırlar. 
İmmiqrasiya  proseslərindən  müəyyən  inkişaf  etmiş  dövlətlər 
faydalanırlar  və  öz  elmi-intellektual  potensiallarını  artırırlar. 
                                                 
19
 Rusiyadakı Azərbaycanlıların geri dönüşü nə vəd edir? 14.08.2014. 
virtualaz.org/bugun/6586.  
20
 Yenə orada.  


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə