Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.

səhifə1/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   72



Elşən Misir oğlu Nəsibov 
 
 
 
 
MİQRASİYANIN ƏSASLARI 
 
Miqrasiologiya 
Miqrasiya prosesləri 
Dünya miqrasiya mərkəzləri 
 
I KİTAB 
 
BAKI-2014 



 
Elmi redaktoru:  
Afət Güləliyeva 
siyasi elmlər üzrə fəlsəfə doktoru  
 
Rəyçisi:   
 
Qurban Məmmədov 
siyasi elmlər üzrə fəlsəfə doktoru 
 
 
E.M.Nəsibov.  Miqrasiyanın  əsasları.  Miqrasiologiya. 
Miqrasiya  prosesləri.  Dünya  miqrasiya  mərkəzləri.  I  Kitab. 
Bakı, “Elm və Təhsil” nəşriyyatı, 2014, 240 səh.  
 
Kitabda  miqrasiya  prosesinin  əsasları  elmi-nəzəri 
baxımdan  araşdırılır.  Miqrasiya  anlayışının  konseptual 
məzmunu  şərh  olunur.  Predmetin  tərkib  hissələri  analiz 
obyektinə cəlb olunur, nəticə etibarilə tərkib komponentlər 
öyrənilir  və  sistemli  qaydada  oxuculara  təqdim  edilir. 
Miqrasiya  müxtəlif  elmlərin  öyrənmə  obyekti  olaraq, 
fənlərarası 
bir 
predmet 
kimi 
diqqətdən 
keçirilir. 
Miqrasiologiya  fənninin  elmi-nəzəri  əsasları  qeyd  olunur. 
Həmçinin  miqrasiya  proseslərinin  forma  və  məzmunu, 
prosesin  baş  vermə  səbəbləri  elmi-tədqiqat  obyektinə  cəlb 
edilir. 
Bununla 
yanaşı, 
miqrasiyanın 
coğrafi-siyasi 
aspektləri,  həmçinin  dünyanın  miqrasiya  mərkəzlərinin 
formalaşması əsasları elmi baxımdan təhlil olunur.  
Kitab  müvafiq  istiqamətdə  təhsil  alan  ali  məktəb 
tələbələri,  sosioloqlar,  siyasətşünaslar,  iqtisadçılar,  o 
cümlədən  beynəlxalq  münasibətlər  istiqaməti  üzrə  işləyən 
mütəxəssislər  üçün  faydalı  ola  bilər.  Əsər  həmçinin 
miqrasiya  xidməti  əməkdaşları  üçün  də  miqrasiyanın 
ümumi əsaslarını öyrənmək baxımından səmərəli ola bilər.  
 
ISBN: 978-9952-8142-0-0 
2014
098
136
3701000000


N
 грифли няшр
 
© Nəsibov E.M., 2014 
 



 
MÜNDƏRİCAT: 
 
GİRİŞ ............................................................................ 4 
 
I FƏSİL:  
Miqrasiyanın elmi əsasları – Miqrasiologiya ............ 30 
 
Miqrasiya anlayışı  ........................................................ 30 
Miqrasiyanın öyrənilməsində elmi metodologiya:  
miqrasiya müxtəlif elmlərin predmeti kimi ................... 74 
Miqrasiya – siyasət elminin predmeti kimi ................... 75 
Miqrasiya – sosiologiyanın predmeti kimi .................... 94 
Miqrasiya – iqtisadiyyat elminin obyekti kimi .............. 98 
Miqrasiyanın tarixi aspektdən öyrənilməsi  .................. 99 
 
II FƏSİL:  
Miqrasiya prosesləri və onun formalaşması əsasları ... 106 
 
Miqrasiyanın formalaşmasının ümumi əsasları  ............ 106 
Miqrasiyanı əmələ gətirən səbəblər ............................... 116 
Miqrasiyanın tipləri: növləri və formaları ..................... 128 
Miqrasiyanın prosesləri və onun təsir nəticələri ............ 131 
 
III FƏSİL:  
Dünya miqrasiya mərkəzləri  ..................................... 139 
 
Beynəlxalq tranzit mərkəzlər və onların  
formalaşması  ................................................................ 139 
Şimali Amerika mərkəzi (ABŞ immiqrasiyası)  ............ 145 
Şimali Amerika mərkəzi (Kanada immiqrasiyası) ........ 165 
 
NƏTİCƏ ....................................................................... 185 
 
Qrafiklər bölməsi ......................................................... 187 
 
İstifadə olunmuş mənbə və ədəbiyyat ........................ 224 
 



 
GİRİŞ: 
 
Miqrasiya  prosesləri  haqqında  ümumi  anlayış.  Dünya 
üzrə əhali yerdəyişmələri hər zaman olduğu kimi indiki dövrdə 
də  təbii  olan,  bu  baxımdan  forma  və  məzmun  etibarilə  zəruri, 
eləcə  də  iradələrdən  asılı  olmayan  bir  prosesə  çevrilmişdir. 
Tarixin  müəyyən  dövrlərində  insanların  köç  etmələrində  əsas 
səbəbləri  müharibələr  və  ərazi  işğalları,  məhsuldarlığa  yararlı 
olan  yeni  ərazilərin  və  əkin  torpaqlarının  mənimsənilməsi 
zərurətləri, çay hövzələri, dəniz və göllər ətrafı münbit ərazilər, 
okean sahilləri, ümumiyyətlə isə əlverişli landşaft, iqlim şəraiti 
yaratmışdır.  Yeni  ərazilərin  mənimsənilməsi  siyasi  aspektdə 
həmin  ərazilərdə  imperiyaların  kolonial  hakimiyyətlərinin 
yaranmasını  zəruri  etmişdir.  Yeni  ərazilərin  mənimsənilməsi, 
yeni  dünyanın  kəşf  olunması  həm  də  imperiya  ərazilərini 
böyütmüşdür.  Məsələn,  Birləşmiş  Krallıq  tərəfindən  idarə 
olunan dominionlar (Britaniya imperiyasının bərabərhüquqlu, 
öz  daxili  və  xarici  siyasi  aspektlərinə  görə  bir-birindən  asılı 
olmayan,  amma  taxt-tac  qarşısında  ümumi  öhdəliklər  daşıyan 
və  Britaniya  Millətlər  Birliyi  (British  Commonwealth) 
üzvlərinin  azad  assosiasiyasını  təşkil  edən  müstəqil  icmalar. 
Dominionların  dövlət  başçıları  Birləşmiş  Krallığın  general-
qubernatorları  olmuşlar.  Dominion  statuslarının  verilməsi 
vaxtları-Kanada  (1867),  Avstraliya  İttifaqı  (1901),  Yeni 
Zellandiya (1907), Nyufaundlend (1907), Cənubi Afrika Birliyi 
(1910),  İrlandiya  (1921)),  müstəmləkələr,  protektoratlar 
(protektorlar-asılı  dövlətlərin  ərazilərini  müdafiə  edən  və 
faktiki  olaraq  öz  rezidensiyası  tərəfindən  ölkənin  daxili 
siyasətinə  nəzarət  edən,  xarici  əlaqələrini  himayə  edən 
dövlətlər  olublar)
1
,  mandatlar  (izahlı  lüğətə  əsasən,  mandat: 
                                                 
1
 XIX əsrin başlanğıcından bu forma geniş istifadə edilib. İkinci Dünya 
Müharibəsinin başlanmasına qədər İngiltərənin Asiyada (Aden, Sokotra, 
Xadramaut, Bəhreyn adaları, Bruney, Butan, Qətər, Kuveyt, Maldiv adaları və s.), 
Afrikada protektoratları (Basutolend, Beçuanalend, Qambiya, Keniya, Nigeriya və 
s.) mövcud olub. Fransanın isə protektoratları – Mərakeş və Tunis kimi dövlətlər 
olublar. Протекторат.dic.academic.ru/dic.nsf/sie/14170/ПРОТЕКТОРАТ.  




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   72


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə