Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə6/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   2   3   4   5   6   7   8   9   ...   72

17 
 
Məsələn,  Kanada  öz  ölkəsinə  daha  çox  ixtisaslaşmış  təcrübəli 
işçilər  (Skilled  Worker  Class)  qrupunu  cəlb  edir.  Kanadanın 
Vətəndaşlıq  və  İmmiqrasiya  Nazirliyi  immiqrasiya  xidməti 
əməkdaşları 
üçün 
Federal 
Skilled 
Worker 
Program 
(İxtisaslaşmış  İşçilər  üzrə  Federal  Proqram),  Federal  Skilled 
Trades Program (İxtisaslı Peşə sahibləri Proqramı) və Canadian 
Experience Class (Kanada Təcrübə Sinfi) proqramlarına uyğun 
olaraq ərizələrin hazırlanması üçün qərarlar qəbul etmişdir. Bu 
qərarlar  İşxtisaslı  İşçilər  üzrə  Federal  Proqrama  uyğun  olaraq 
2014-cü ilin may ayının 1-dən qüvvəyə minirdi. Kanada kvota 
şəkilində  immiqrasiya  üzrə  aşağıdakı  ixtisaslar  üzrə  ərizələri 
qəbul etməyə icazə verib: 
– maliyyə, kommunikasiya və digər biznes xidmətləri üzrə 
böyük menecerlər; 
–  ticarət  sahəsi,  teleradioyayım  və  digər  xidmətlər  üzrə 
böyük menecerlər; 
maliyyə menecerləri
– alış-veriş menecerləri; 
–  sığorta,  mülkiyyət  və  maliyyə  broker  fəaliyyəti  üzrə 
menecerlər; 
– 
səhiyyə, 
tikinti 
işləri, 
mülklərin 
və 
binaların 
rekonstruksiyası üzrə menecerlər; 
– təbii ehtiyatların istehsalı və balıqtutma üzrə menecerlər; 
emal sənayesi üzrə menecerlər
– maliyyə auditorları və mühasiblər; 
– maliyyə və sərmayə üzrə analitiklər; 
–  qiymətli  kağızlar  üzrə  agentlər,  sərmayə  dilerləri  və 
brokerlər; 
–  reklam  sahəsi,  marketinq  və  ictimaiyyətlə  əlaqələr  üzrə 
professional işçilər; 
– maliyyə və sığorta sahəsində ofis işçiləri və rəhbərləri; 
– əmlak sahəsi üzrə administratorlar
geofiziklər və okeanoqraflar 


18 
 
Bunlardan  əlavə,  siyahıda  müxtəlif  sahələr  üzrə  mühən-
dislər,  mexaniklər  və  texnoloqlar,  analitiklər  və  məsləhətçilər, 
proqramistlər,  kompyuter  şəbəkəsi  üzrə  mütəxəssislər,  tibb 
işçiləri,  lektor  və  professorlar,  pedaqoqlar  və  s.  kimi 
mütəxəssislər  də  yer  alıbdır.
21
 Kanada  bu  yolla  öz cəmiyyətini 
intellektual  səviyyədə  saxlamaqla  və  müxtəlif  sahələr  üzrə 
ehtiyaclarını  da  yüksək  ixtisaslı  işçilər  hesabına  ödəməklə 
təmin  etməyə  çalışır.  Kanadada  sanki,  “süzgəcdən  keçmə” 
immiqrasiyası  (“intellektual  miqrasiya”)  mövcuddur.  Ölkə  bu 
yolla  öz  elmi-texniki  potensialını  ardıcıl  olaraq  artırmaq 
məqsədini  güdr.  Kanada  dövləti  öz  cəmiyyətini  müəyyən 
problemləri  yaradan  şablonlardan  qoruyur.  Kanada  inkişaf 
etməmiş  ölkələrdən  şablonların  öz  ölkəsinə  keçməsinin 
qarşısını alır və zərərli ünsürləri yüksək sistemlər üçün təhülkə 
hesab edir. Kanadanın bu siyasətini əmək immiqrasiyasının ali 
dərəcəsi  kimi  qəbul  etmək  olar.  Rusiyada  isə  immiqrantlar, 
xüsusilə,  keçmiş  SSRİ  immiqrantları,  asiyalı  immiqrantlar 
ixtisas  tələb  etməyən  işlərdə  (məsələn,  Tacikistan  və 
Özbəkistan  vətəndaşları  Rusiyada  küçə  və  digər  obyektlərin 
təmizliyi  işlərini  həyata  keçirirlər,  Qafqazlılar  ticarət  və  bazar 
işlərini  həyata  keçirirlər)  çalışırlar  və  demək  olar  ki,  əksər 
hallarda  sistemli,  təkmil  və  idarəçiliyə  əsaslanan  iqtisadi 
həyatdan bir qədər kənarda qalırlar.  
Ümumiyyətlə 
isə 
emiqrant 
qəbul 
edən 
ölkələri 
immiqrantların  intellektual  potensiallarına  görə  ixtisaslı 
immiqrantlı  ölkələr  (məxsusi  ölkələr)  və  ümumi  (universal) 
immiqrantlı ölkələr kimi də təsnif etmək olar. Bu baxımdan da 
immiqrasiya  prosesləri  də  inkişaf  etmiş  ölkələrdə  daha  çox 
sinfi 
xarakter 
alır. 
Universal 
tərkibli 
immiqrasiya 
proseslərinin  məxsus  olduğu  ölkələrə  Rusiyanı,  həmçinin  neft 
ölkələrini  (burada  ev  işlərində  çalışan  çoxlu  sayda  əcnəbilər 
                                                 
21
Независимая Иммиграция. 
http://www.palleonn.com/ru/immigratsiya/nezavisimiya-immigratsiya 


19 
 
vardır)  nümunə  gətirmək  olar.  Rusiya  ticarət,  sərmayə 
qoyuluşunun  tələb  olunduğu  sahələrdə,  müxətlif  biznes 
sahələrində  işləmək  üçün  yuxarı  və  orta  potensiallı 
immiqrantlarla yanaşı, “aşağı işlərdə” (ixtisas tələb olunmayan 
fəhlə peşələrində) işləmək üçün immiqrantları da qəbul edir.  
Miqrasiya  proses  olaraq,  –  insan  hüquqlarının,  insanlar 
arasında  köklü  qaydada  fərqlər  qoyulmadan,  –  reallaşmasının 
ən  optimal  variantlarından  biri  hesab  olunmalıdır.  Belə  ki,  bu 
proseslərdə dövlətlərin həqiqətən də bir siyasi qurumlar olaraq 
ümumən  insanlara  xidmətlər  üçün  təşkil  olunmaqlarının  əsas 
şərtləndirici  amilləri  meydana  gəlir.  Dövlət  həm  öz  vətəndaşı, 
həm də başqa ölkələrin vətəndaşları üçün, eləcə də vətəndaşlığı 
olmayan şəxslər üçün pozitiv bir strukturdur.  
Rəngarənglikdən, 
dünya 
üzrə 
miqrasiyanın 
fərqli 
kəmiyyətlərindən,  müxtəlif  səbəbli  proseslərdən  ümumdünya 
üzrə  bütöv  əlaqələr  və  münasibətlər  sistemi  formalaşır. 
Miqrasiya  prosesləri  dövlətlər  arasında  yaxınlaşmanı  və  eləcə 
də  regional  siyasi-mədəni  bütövləşməni  təmin  edir.  Çünki 
miqrantlar  mədəniyyət  və  siyasət  daşıyıcıları  kimi  rol 
oynayırlar.  O  mənada  siyasət  daşıyıcıları  olurlar  ki,  onlar 
dövlətlərarası  siyasi  əlaqələrin  qurulmasında  obyekt  rolunu 
oynayırlar. 
Miqrantlar 
beynəlxalq 
hüququn 
obyektinə 
çevrilirlər  və  proseslərin  tənzimlənməsi  hüquq  normaları  ilə 
yerinə  yetirilir.  Miqrantlar  həmçinin  diaspora  və  lobbiçilik 
fəaliyyətlərinə  görə  siyasətin  subyektlərinə  də  çevrilirlər. 
Miqrasiya  prosesləri  dövlətlər  arasında  kəskin  qarşıdurmaların 
qarşısını  alır.  Xalqların  axını  və  qarışması  dövlətlərin  öz 
xalqları  naminə  birləşməsinə  və  müəyyən  problemlər  üzrə  bir 
araya gəlməsinə şərait yaradır.  
Dövlətlər  də  miqrasiyada  maraqlıdırlar  və  istər  öz  vətən-
daşlarına  münasibətdə,  istərsə  də  əcnəbilər  və  vətəndaşlığı 
olmayan  şəxslərə  münasibətdə  insanların  mənşə,  milli,  etnik, 
dil,  din,  irqi  və  s.  əlamətlərinə  görə  fərqləndirilməsinin 
əleyhinə çıxış edirlər və bütün proseslərin tənzim olunmasının 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə