Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə8/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   4   5   6   7   8   9   10   11   ...   72

23 
 
ki, onun sadəcə olaraq 10 min nəfəri dövlət tərəfindən ayrılan 
kovotaya  müvafiq  olaraq  qanuni  işləyir.  Digərləri  isə  qeyri-
qanuni  fəaliyyət  göstərir.  Əməkçi  miqrantlar-  əsasən  ölkədə 
tikinti,  sənayə  və  xidmət  sahələrində  fəaliyyət  göstərirlər. 
Azərbaycana  əməkçi  miqrantlar  əsasən  Türkiyə,  Gürcüstan, 
İran,  Hindistan  və  Çindən  gəlirlər.  Ölkədə  2014-cü  ildə 
ukraynalı  əməkçi  miqrantlar  say  hesabı  ilə  birinci  yerə 
çıxıblar.  Ukraynalılar  əsasən  xidmət  sferalarında  çalışırlar. 
Azərbaycanda  ölkə  qanunlarını  pozan  miqrantlar  deportasiya 
olunurlar.  Təkcə  2013-cü  il  ərzində  ölkə  qanununvericiliyini 
pozmuş  25  min  nəfər  xarici  vətəndaş  ölkədən  deportasiya 
olunub.
26
 
 
Qeyd:
 
Avropada İtaliyanın cənubu Afrikadan qaçaq gələn 
qeyri-qanuni  immiqrantların  məskəni  hesab  olunur.  Onlar 
buraya  qayıqlar  vasitəsilə  gəlirlər.  Bu  da  onların  həyatı  üçün 
risqləri  ortaya  qoyur.  Məlumata  əsasən,  2014-cü  ilin  fevral 
ayında  İtaliya  Hərbi  Dəniz  Qüvvələri  Afrikadan  altı  ədəd 
qayıqla  üzən  596  nəfər  qeyri-leqal  immiqrantın  həyatını  xilas 
etmişdi.  İtaliya  dənizçiləri  2013-cü  ilin  oktyabr  ayında  İtaliya 
adası  olan  Lampeduza  yaxınlığında  iki  gəminin  batması 
sayəsində  400  nəfərə  yaxın  Afrikalının  həyatına  son  qoymuş 
hadisədən  sonra  müntəzəm  olaraq  qeyri-leqalları  xilas  etmək 
üçün “Mare Nostrum” əməliyyatını həyata keçirir.
27
 
 
Qeyd:  Rusiya  2014-cü  ilin  fevral  ayında  600  min  nəfər 
miqrantın  ölkəyə  girişinə  qadağa  tətbiq  etdi.  Həmin  şəxslərin 
əksəriyyəti  MDB  vətəndaşlarından  ibarət  idi.  Rusiya  Fedreal 
Miqrasiya  Xidməti  rəisi  K.Romodanovskinin  məlumatına 
əsasən,  2013-cü  ilə  olan  rəqəmlərə  görə,  ölkəyə  17,7  milyon 
nəfər  xarici  vətəndaş  gəlib.  Onlardan  12,4  milyon  nəfəri 
                                                 
26
 В Азербайджане зафиксирован приток трудовых мигрантов с 
Украины. 08.03.2014. http://mir24.tv/news/society/10038382  
27
 Итальянские военные выловили из моря 596 нелегалов. 26.02.2014. 
http://www.vesti.ru/doc.html?id=1325556 


24 
 
işləmək üçün gələnlərdir. Onun sözlərinə görə, miqrantların 40 
faizi qanuni, 60 faizi isə qeyri-qanuni işləyir.
28
  
Belə  bir  fikir  var  ki,  miqrasiya  XXI  əsrin  qlobal 
hadisələrindən  biridir,  hansı  ki,  bu  miqyasda  bu  günkü  əhali 
yerdəyişməsini  tarix  heç  zaman  görməmişdir.  1965-1990-cı 
illər  ərzində  dünya  üzrə  miqrantların  sayı  45  milyon  nəfər 
təşkil etmişdirsə, bu gün bu rəqəm lap çoxalmışdır.
29
  
İqtisadi və
 
sosial məsələlər üzrə BMT Departamentinin 11 
sentyabr  2013-cü  il  tarixli  məruzəsinə  əsasən,  dünyada  232 
milyon  nəfər  miqrant  yaşayır.  Bu,  dünya  əhalisinin  3,2  faizini 
təşkil  edir.  Ən  böyük  miqrasiya  koridoru  Meksika-ABŞ, 
Rusiya-Ukrayna,  Ukrayna-Rusiya,  Qazaxıstan-Rusiya  və  s. 
dir.
30
 
 
Neft  istehsal  edən  ölkələr  (Səudiyyə  Ərəbistanı,  Küveyt, 
Birləşmiş  Ərəb  Əmirlikləri,  Bəhreyn,  Qətər)  əmək imiqrasiya-
sının  yeni  rayonlarına  çevrilmişdir.  Bu  ölkələrə  Misirdən, 
Yəməndən,  Suriya  və  Sudandan,  Hindistan,  Pakistan  və 
Banqladeşdən,  eləcə  də  digər  ölkələrdən  işləmək  üçün  üz 
tuturlar. 
XX  əsrdən  başlayaraq  miqrasiya  proseslərinin  qloballaş-
mağa  doğru  getməsi,  eləcə  də  ümumdünya  qloballaşma 
proseslərinin  tərkibini  təşkil  edən  komponentlər  rolunu 
oynaması  və  dünya  ölkələri  arasında  beynəlxalq  əhəmiyyətli 
məsələyə  çevrilməsi  bu  prosesin  tənzimlənməsinin  xüsusi 
təşkilati  əhəmiyyətini  zəruri  etmişdir.  Bu  baxımdan  1951-ci 
ildə  miqrasiya  sahəsində  hökumətlərarası  təşkilat  olan 
Beynəlxalq Miqrasiya Təşkilatı yaradıldı.
31
  
                                                 
28
 Rusiya 600 min miqrantın ölkəyə girişinə qadağa qoydu. 25.02.2014. 
http://news.lent.az/news/157060 
29
 О миграции. http://moscow.iom.int/russian/raboutmigration.html  
30
 Миграция населения. http://wikipedia.org  
31
 Международная организация по миграции. (МОМ). 
http://www.unrussia.ru/ru/agencies/mezhdunarodnaya-organizatsiya-po-
migratsii-mom 


25 
 
Qeyd:  Beynəlxalq  Miqrasiya  Təşkilatına  hal-hazırda  146 
üzv-dövlət  daxildir.  13  ölkə  isə  müşahidəçi  qismində  iştirak 
edir. Təşkilatın 100-dən çox ölkədə nümayəndəliyi mövcuddur. 
Beynəlxalq  Miqrasiya  Təşkilatının  qarşısında  duran  əsas 
məsələ  ümumi  rifah  naminə  miqrasiya  prosesini  humanistləş-
dirməkdən  və  nizama  salmaqdan  ibarətdir.  Beynəlxalq 
Miqrasiya  Təşkilatının  əsas  fəaliyyəti  miqrasiya  sahəsində 
beynəlxalq 
əməkdaşlığı 
inkişaf 
etdirmək, 
miqrasiya 
probleminin praktiki həll olunması üçün kömək etmək, ehtiyacı 
olan  miqrantlara,  eləcə  də  qaçqın  və  məzcburi  köçkünlərə 
humanitar  yardım  göstərməkdən  ibarətdir.  Miqrasiyanın 
tənzimlənməsi istiqamətində Beynəlxalq Miqrasiya Təşkilatının 
fəaliyyəti  əsas  dörd  istiqamətdən  ibarətdir:  miqrasiya  və 
inkişaf;  miqrasiyanın  həyata  keçirilməsi;  miqrasiyanın  tənzim 
olunması;  məcburi  miqrasiya.  Bu  istiqamətləri  əhatə  edən 
tədbirlər bunlardan ibarətdir:beynəlxalq miqrasiya qanunveri-
ciliyinin  yaradılması;  miqrasiya  siyasəti  üzrə  tövsiyyələrin 
hazırlanması, 
diskussiyaların 
təşkil 
edilməsi; 
miqrant 
hüquqlarının  qorunması;  miqrasiya  prosesləri  ilə  əlaqədar 
olaraq  qadın  hüquqlarının  qorunması  və  sağlamlığın 
qorunması məsələlərinin həll olunması.
32
 
 
Əvvəlcə  də  qeyd  olunduğu  kimi,  bu  gün  dünyada 
miqrasiya  mərkəzləri  –  dövlətlər  və  regionlar  meydana 
gəlməkdədir.  Həmin  mərkəzləri  təmin  edən  emiqrant  ölkələri 
də  mövcudur.  Bu  gün  dünyanın  inkişaf  etmiş  və  inkişaf 
etməkdə  olan  ölkələri  təyinat,  digər  ölkələri  isə  mənşə 
(mənbə)  ölkəsi  rolunda  çıxış  edirlər.  ABŞ  və  Kanada,  Avropa 
və  Rusiya,  Fars  körfəzinin  neft  ölkələri,  eləcə  də  Avstraliya 
kimi  ölkələr  və  qitələr  miqrant  qəbul  edən  mərkəzlər 
(immiqrasiya  mərkzələri)  rolunu  oynayırlar.  Afrika  və  Asiya 
qitəsinin  çoxlu  sayda  ölkələri,  həmçinin  Cənubi  Amerika 
                                                 
32
 Международная организация по миграции. (МОМ). 
http://www.unrussia.ru/ru/agencies/mezhdunarodnaya-organizatsiya-po-
migratsii-mom. 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə