Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə11/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   7   8   9   10   11   12   13   14   ...   72

32 
 
Xalqın  köçü  müxtəlif  səbəbləri  ilə  fərdin  köçünə  qədər 
ümumiləşir və yaxud da əksinə, məxsusiləşməyə doğru gedir.  
İnsan  hüquqları  ilə  bağlı  müasir  nəzəriyyələrin  və  görülən 
praktik  işlərin  nəticəsi  olaraq,  köç  edən  şəxslər  təyinat  və 
tranzit  ölkələrdə  özləri  ilə  birlikdə  “insan”  (məqsəd  bütün 
məkanlarda  və  zamanlarda,  şəraitlərdə  insanlığa  xidmət 
etməkdən ibarətdir) statusunu daşıyır və bu baxımdan da tranzit 
və təyinat ölkələrin məsuliyyət obyektlərinə çevrilirlər. Onların 
maraqları  təyinat  və  tranzit  ölkələrin  siyasət  predmetlərindən 
birini  təşkil  edir.  Miqrasiya  prosesləri  burada  daxili 
qanunvericiliklə  yanaşı  (təyinat  və  tranzit  ölkənin  beynəlxalq 
hüquqla  əlaqəli  olan  daxli  qanunvericilikləri),  beynəlxalq 
hüququn,  bu  baxımdan  da  beynəlxalq  aləmdə  dövlətlərin 
tənzimetmə  obyektinə  çevrilir.  Deməli,  miqrasiya  hüququn 
obyekti 
kimi 
dövlətin 
tənzimləmə 
siyasətinin 
əsas 
premdetlərindən 
biridir. 
Miqrasiya 
anlayışının 
tərifləri 
(məzmununu  təşkil  edən  komponentlərin  aşkarlanması, 
müəyyən  olunmasından  meydana  gələn  konseptual  sistemli 
ifadə  bütövləri)  anlayışın  dövlətin  çoxtərəfli  fəaliyyətinin 
ifadəsindən  meydana  gəlir.  Ölkəyə  daxil  olan  miqrant  –gəlmə 
səbəblərindən  asılı  olmayaraq,  ölkənin  müvafiq  strukturlarının 
və cəmiyyətin üzvünə çevrilir. Sanki, insan olaraq öz dəyərləri 
ilə digər üzvlərə qarışır, təmaslar meydana gəlir. Bu baxımdan 
da  sosial-siyasi-mədəni  tərkibi  təşkil  edir.  İmmiqrant  ölkənin 
daxili  siyasətində  iştirak  edir  və  cəmiyyətin  üzvünə  çevrilir. 
Tranzit  və  təyinat  ölkədə  miqrantın  hüquqlarının  təmin 
edilməsi  baza  tənzimləmə  obyektini  təşkil  edir.  Miqrasiyanın 
tərkiblərinə görə bu prosesin əhatəli və sistemli tərifi meydana 
gəlir. Miqrasiya iqtisadi, sosial, mədəni və siyasi mənalar kəsb 
edən  geniş  spektrli  və  konseptual  məzmunu  və  əhəmiyyəti 
özündə  əks  etdirən  şaxəli  bir  anlayışdır.  Miqrasiya  anlayışı 
həm  onun  tərkibindən,  yəni  miqrasiyanın  özünü  meydana 
gətirən  komponentlərdən, 
həm 
də  bölgüsündən, 
yəni 
miqrasiyanın tiplərindən: növləri və formalarından zənginləşir. 


33 
 
Bu  iki  baza  istiqamət  birlikdə  geniş  miqrasiya  proseslərini 
əhatə  edən  anlayışları  və  anlayışları  formalaşdıran  ünsürləri, 
komponetləri  əhatə  edir.  Miqrasiyanın  əhatəli  qaydada 
formalaşmasında, 
anlayışın 
geniş 
mənalar 
almasında 
miqrantların  (emiqrantların,  immiqrantların)  artan  iqtisadiyyat 
və  sosial  sahələrin  aparıcı  qüvvələri  rolunu  oynaması  da 
mühüm  əhəmiyyət  kəsb  edir.  Bu  proses  zəruri,  məcburi  və 
könüllü  məzmunlarla  ölkədaxili  urbanizasiya,  rurbanizasiya, 
ruralizasiya,  evakuasiya  kimi  məxsusi  prosesləri  özünə  tərkib 
etməklə,  eləcə  də  ölkələr  arasında  emiqrasiya,  immiqrasiya, 
bunlardan irəli gələrək, ekspatriasiya, ekstradisiya, readmissiya 
və  s.  kimi  coğrafi-siyasi-hüquqi-sosial  transfer  məzmunlu 
hadisələri  özündə  cəmləşdirməklə,  xüsusilə,  iki  mühüm  baza 
istiqamətdə  böyük  mənalar  kəsb  edən  anlayışı  qazanmışdır. 
Miqrasiya  proseslərinin  bir  obyekt  kimi  öyrənilməsində  tətbiq 
edilən  metodologiya  obyektə  münasibətdə  yeni-yeni  metodları 
ortaya  qoymuş,  eləcə  də  yeni  metodların  tətbiqini  zəruri 
etmişdir.  Bu  baxımdan  da  miqrasiya  proseslərinin  öyrənilməsi 
üsulları həm də fənlərarası bir predmet kimi də özündə digər 
fənlərin 
öyrətdiyi 
istiqamətləri 
cəmləşdirmişdir. 
Yəni, 
universal  tipdə  miqrasiya  anlayışı  da  digər  anlayışlar  kimi 
sistemli  olaraq,  sistemlər  arasında  əlaqələrin  öyrənilməsindən 
formalaşır.  Nəticə  etibarilə  miqrasiyanın  həm  ümumi,  həm  də 
ümuminin  zəngin  tərkibi  olan  konkret  tərifləri  meydana  gəlir. 
Miqrasiya  prosesləri  ümumi  elmi  metodologiya  ilə  öyrənilir, 
nəticələr  çıxarılır,  təriflər  meydana  gəlir,  terminlər  müəyyən 
edilir, anlayışın məzmunu açılır, strukturu yaradılır.  
Qeyd  olunduğu  kimi,  öyrənmə  obyekti  kimi,  miqrasiya 
fənni  müxtəlif  fənlərin  qarışığından  formalaşır  və  miqrasiya 
prosesləri  elm  tərəfindən  fənlərarası  bir  istiqamət  kimi  də 
öyrənilir. Miqrasiya termini və anlayışı ayrı-ayrı humanitar elm 
sahələrindən,  bu  sahələrdə  olan,  sahələri  ifadə  edən 
anlayışlardan və anlayışları meydana gətirən istiqamətlərdən öz 
tərkibini  zənginləşdirir  və  bir  proses  kimi  sosial-iqtisadi  və 


34 
 
siyasi-mədəni  proseslərin,  hadisələrin  cəmindən,  tərkib 
hissələrindən  formalaşır. Miqrasiya  proseslərinin geniş mənası 
bu  prosesin  ölkələr  daxilində  və  ölkələr  arasında  geniş  vüsət 
alması və həyatın ən əsas sahələrini əhatə etməsindən meydana 
gəlir. Miqrasiya anlayışının geniş mənası siyasətin dövlətdaxili 
və  beynəlxalq  əhəmiyyət  kəsb  etməsi  ilə  də  əlaqədardır.  Belə 
ki,  miqrasiya  bu  aspektdə  həm  dövlətdaxili,  həm  də 
dövlətlərarası  hüquqi  tənzimləmənin  obyektinə  çevrilir. 
Buradan 
da 
dövlətdaxili 
miqrasiya 
və 
beynəlxalq 
(dövlətlərarası) 
miqrasiya 
anlayışları 
meydana 
gəlir. 
Miqrasiya predmetlərarası fənn olmaqla yanaşı, ayrıca bir elmi 
predmet  kimi  tərkib  komponentləri  özündə  cəmləşdirən 
humanitar  elm  sahələrinin  predmetlərinin  tərkib  hissələrindən 
formalaşır.  Buna  görə də miqrasiya həm sosial, siyasi, iqtisadi 
və  mədəni  tənzimləmə  siyasətinin  tərkibinə  çevrilir,  həm  də 
qeyd edilən sahələrin tərkib predmetini əks etdirir.  
Miqrasiya  anlayışının  əhatəli  məzmunda  formalaşmasında 
tarix,  iqtisadiyyat,  siyasət,  cəmiyyət  və  mədəniyyət  sahələrini 
tədqiq  edən  elmi  istiqamətlər  mühüm  rol  oynayır  və 
miqrasiyanın  öyrənilməsi  çoxlu  sayda  elmlərin  funksiyasına 
daxil olur.  
Hər bir ictimai-siyasi anlayışın tarixi formalaşma mərhələsi 
də  mövcuddur.  Tarixən  baş  vermiş  inkişaf  prosesləri,  əhalinin 
yayılması, siyasi təşkilatlanması, resurslara (işçi resurslarına və 
istismar olunan təbii resurslara) olan sənaye tələbatının artması, 
işçi qüvvələrinin  ölkələrdən-ölkələrə  daşınması  prosesini  ifadə 
edən  miqrasiya  anlayışını  da  tərkib  baxımından  zəngin-
ləşdirmişdir.  Miqrasiya  anlayışının  geniş mənası və forması 
ilk  növbədə  bu  prosesin  tarixi-siyasi  şərtlərindən  meydana 
gəlmişdir. Miqrasiya prosesləri həm ümumdünya köç tarixinin 
tərkib  hissəsinə  çevrilmiş,  həm  də  konkret  olaraq  miqrasiya 
proseslərinin tarixini yaratmışdır. Tarixi hadisələrin xronoloji 
ardıcıllıqla  və  şaquli-üfiqi  formada  artması,  yəni  hadisələrin 
əhatə  olunduğu  məkan  üzrə  sistemdaxili  tərkib  etibarilə 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə