Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə12/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   8   9   10   11   12   13   14   15   ...   72

35 
 
zənginləşməsi  (burada  sistemdaxili,  yəni  ölkədaxili  üfiqi 
trayektoriya üzrə artması) və  ərazilər üzrə (horizontal-coğrafi-
məkan  trayektoriyası)  genişlənməsi,  həmçinin  hadisələrin 
sosial-iqtisadi,  mədəni-siyasi  məzmunu  məhz  miqrasiya 
anlayışının  zaman-zaman  tərkibini  daha  da  zənginləşdirmiş, 
yeni 
terminlər 
əlavə 
etmişdir. 
Miqrasiya 
anlayışının 
zənginləşməsi  sistemdaxili  digər  ictimai-siyasi  anlayışların 
törəmə  xassələri  ilə  də  paralelləşmiş  və  qarışmışdır. 
İqtisadiyyat  sahələrində,  cəmiyyət  həyatının  digər  sahələrində 
ümumxalq maraqlarının artması özü ilə miqrasiya proseslərinə 
də geniş mənalar qatmışdır. Bu mənalar miqrasiyanın forma və 
məzmunlarını  da  genişləndirmişdir.  Bu  gün  qloballaşma 
proseslərinin  daha  da  geniş  vüsət alması  miqrasiya anlayışının 
qlobal  məzmununu  meydana  gətirməkdədir.  Qloballaşma 
prosesləri  də  miqrasiya  proseslərinin  dünya  üzrə  sürətlən-
məsindən  meydana  gələn  ümumi  tendensiyaları  özündə 
cəmləşdirməkdədir. Ümumdünya üzrə demoqrafik qloballaşma 
proseslərində əhalinin məcburi (qeyri-iradi), zəruri və istəklərə 
uyğun  olaraq  ölkələrdən-ölkələrə  yayılması  prosesləri  özü  ilə 
birlikdə  sosial-mədəni-etnopsixoloji  amilləri  də  daşıyaraq, 
dünyanın  ayrı-ayrı  regionlarının  inkişaf  fərqini  meydana 
gətirməkdədir.  Miqrasiya  prosesləri  tarixin  coğrafi  əsaslarını, 
coğrafiyanın  isə  tarixi-etnomədəni  amillərini  formalaşdır-
maqdadır.  Miqrasiya  prosesləri  qloballaşmanın  tərkibi  olmaq 
etibarilə,  bir  tərəfdən  dünyanın  rəngarəngləşməsinə,  mədəni 
cəhətdən  zəngin  tərkibi  olan  bütövün  yaradılmasına,  eləcə  də 
dünyanın  maddi-material  resurslarının  paylanmasına  xidmət 
edir,  digər  tərəfdən  isə  dünyanın  miqrasiya  (immiqrant) 
mərkəzlərini  meydana  gətirməklə  ayrı-ayrı  ölkələrin  və 
regionların  daha  çox  inkişafına  səbəb  olur.  Bu  inkişaf  isə 
özündə  həm  pozitiv,  həm  də  neqativ  meyilləri  doğurur.  İstər 
ölkələr  daxilində,  istərsə  də  ölkələr  arasında  cərəyan  edən 
miqrasiya  prosesləri  həmçinin  fərqli  inkişaf  istiqamətlərini 
yaratmaqla,  inkişaf  kontrastlarını,  uyğunsuzluqları  və  əhalinin 


36 
 
yayılmasında 
qeyri-mütənasibliyi 
meydana 
gətirir. 
Bu 
baxımdan  miqrasiya  həm  birləşdirici,  ayrı-ayrı  regionlar 
arasında  vəhdətyaradıcı  proses  kimi  pozitiv  məna  kəsb  edir, 
həm  də  əlaqələr  və  münasibətlər  nisbətində  fərqləri  meydana 
gətirdiyinə  görə  neqativ  proses  kimi  ortaya  çıxır.  Miqrasiya 
prosesləri  ayrı-ayrı  regionların  demoqrafik  yükünü  artırır, 
insanların  yaşayış  məskənləri  üzrə  yayılma  sıxlığının  həcmini 
genişləndirir,  eləcə  də  cəmiyyətdə  şəxslər  arasındakı 
münasibətlərdə  müəyyən  qədər  uyğunsuzluğu,  çatışmazlığı 
ortaya  qoyur.  Bu  baxımdan  da  miqrasiya  anlayışına  –  tarixi 
səmərəvericiliklə  formalaşma  nöqteyi-nəzərdən  –  birmənalı 
yanaşmaq düzgün deyil.  
Xalqların  böyük  köçü,  imperiyaların  coğrafi  ərazilər  üzrə 
(qitələrdən-qitələrə  və  qitələrarası  ərazilərdə)  yayılması  əhali 
məskunlaşmasının  hərbi-siyasi  (geostrateji)  şərtlərini,  bunun 
ardınca isə mülki (material-maddi resurslar üzərində qurulan 
sosial  məna  və  forma)  şərtlərini  üzərə  çıxarmışdır. 
Miqrasiyanın  tarixi  prosesləri  bir  tərəfdən  özündə  yeni-yeni 
siyasi  tarixi  (yeni-yeni  dövlətlərin  meydana  gəlməsi  ilə 
yaranan beynəlxalq münasibətlər tarixini, eləcə də qitələrdə -
yeni  kəşf  olunmuş  və  hərbi-siyasi  baxımdan  mənimsənilmiş 
ə
razilərdə  -  dövlətlərin  təşəkkül  tapmasına  səbəb  olan 
hadisələri özündə əks etdirən siyasi tarixi) meydana gətirmiş, 
digər  tərəfdən  də  miqrasiya  tarixi  anlayışını  formalaş-
dırmışdır.  “Tarixin  miqrasiyası-miqrasiyanın  tarixi”  adlana 
biləcək  zaman-siyasi  hadisələr  strukturunun  şərtləndirici 
vəhdəti  və  bu  vəhdətin  baza  rolunu  oynaması  ümumdünya 
siyasi  tarixini, 
ümumdünya 
dövlətçilik 
tarixini 
və 
beynəlxalq  münasibətlər  tarixini  fənlər  istiqamətləri  olaraq 
ortaya  qoymuşdur.  Prosesə  yanaşma  üsulu  həmin  prosesin 
ardıcıl  şəkildə  öyrənilməsi  fənnini  meydana  gətirir.  Tarixdən 
məlumdur  ki,  miqrasiyanın  hərbi-siyasi  və  coğrafi  (coğrafi 
kəşflər)  əsaslar  üzərində  qurulan  tarixi  prosesləri  yeni 
qitələrdə-Amerikada,  Avstraliyada  yeni  dövlətlərin  meydana 


37 
 
gəlməsini  şərtləndirmiş,  bununla  yanaşı,  bu  proses  öz  tarixini 
(miqrasiya 
prosesləri 
tarixini) 
yaratmışdır. 
Miqrasiya 
proseslərinin  tarixi  ümumdünya  üzrə  miqrasiyanın  siyasi  və 
hüquqi  tənzimləmə  tarixini  meydana  gətirmişdir.  Bununla  da 
əhalinin  yeni-yeni  ərazilərdə  məskunlaşmasına  səbəb  verən  və 
istiqamətlərin  kompleks  vəhdətini  yaradan  baza  amillər 
formalaşmışdır.  
 
Bu  baza  amilləri  aşağıdakı  şəkildə  ümumiləşdirmək 
olar: 
 
-hərbi-siyasi  amillər  –  işğallar  və  ərazi  zəbtləri  nəticə-
sində  yeni-yeni  imperiyaların  və  böyük  dövlətlərin  meydana 
gəlməsi  (qitələrdaxili-məsələn,  Avropa  və  Asiya  qitələri  daxili 
və  qitələrarası-məsələn,  Afrika  və  Asiya,  Avropa  və  Asiya 
qitələri  arası)-qədim  dövrlərdən  başlayaraq-deportasiyalar-
ə
halinin  məcburən  köçürülməsi  bu  amilin  içərisində 
qərarlaşmışdır; 
-yeni-coğrafi  kəşflər  amili  –  qitələrin,  yeni  torpaqların 
kəşf  olunması  (Avrasiya  və  Afrika  materiklərinin  nümayəndə-
lərinin  Amerika  və  Avstraliya  qitələrinə  köç  etmələri.  Burada 
da  hərbi-siyasi  amillər  səbəb  kimi  çıxış  etmişdir)  -  orta 
əsrlərdən və yeni dövrdən başlayaraq
-maddi-material  resurslar  (iqtisadi  amillər)  üzərində 
qurulan  amillər  –  yeni  resurs  mənbələrinin  əldə  edilməsi 
uğrunda  əhalinin  hərbi  (işğal),  siyasi  (dövlət  qurmaları)  və 
mülki  (burada  cəmiyyət  strukturları  nəzərdə  tutulur)  formada 
yayılması-qədim  dövrlərdən  başlayaraq-bu  amili  ticarət  və 
sərmayə qoyuluşu formalaşdırmışdır
-mədəniyyət  amili  –  yeni  ərazilərdə  yeni  sosial-siyasi 
təşəkkül  forması  üzərində  qurulan  mədəniyyət  strukturu  amili 
(burada  mədəniyyətlərin  qarışması  amilini  də  qeyd  etmək 
olar)-qədim dövrlərdən başlayaraq


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə