Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə20/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   16   17   18   19   20   21   22   23   ...   72

59 
 
uyğunalşdırılma  halları  nəzərdə  tutulur.  Ayrı-ayrı  ölkələrdə 
miqrasiya  xidmətləri  qurumları  bu  vəzifəni  yerinə  yetirirlər. 
Azərbaycanda  Dövlət  Miqrasiya  Xidməti  öz  səlahiyyətləri 
daxilində  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  sosial 
müdafiəsi  üçün  zəruri  şərait  yaratmaq,  onların  yerli  şəraitə 
uyğunlaşdırılması  üçün  tədbirlər  görmək,  hüquqlarını  müdafiə 
etmək vəzifələrinə malikdir.
74
  
Assimilyasiya – hər hansı bir etnikin və ya da digər sosial 
qrupun, adətən azlığın, digərinə adaptasiya olunması vəziyyəti. 
Assimilyasiya  dil,  ənənələr,  dəyərlər,  mənəviyyat  və  əxlaq, 
yaxud  hətta  fundamental  əhəmiyyətli  maraqlar  kateqoriyasını 
əhatə edir.
75
 Assimilyasiya – latın sözüdür. Azərbaycan dilinin 
izahlı  lüğətinə  əsasən,  bir  xalqın  başqa  bir  xalqın  dilini, 
adətlərini  və  s.-ni  qəbul  etməsi  nəticəsində  onun  içərisində 
əriyib 
getməsi 
mənasını 
verir. 
Zorakı 
assimilyasiya 
mövcuddur.  Hal-hazırda  bir  çox  dövlətlərdə  başqa  xalqların 
assimilyasiya  prosesləri  həyata  keçirilir. 
Assimilyasiya 
monoetnikliyə və təkmədəniyyətliliyə xidmət edir.  
Assisted  Voluntary  Return  (ing.)  –  Könüllü  qayıdış 
yardımı  – bu ad altında mənşə ölkədə qala bilməyən və ya da 
qalmaq istəməyən könüllü olaraq öz ölkəsinə qayıtmaq istəyən 
insan alverinin qurbanı olan miqrantlara, rədd edilimiş (“kənara 
atılmış”) 
miqrantlara, 
ixtisaslı 
vətəndaşlara 
və 
digər 
miqrantlara  inzibati,  maddi-texniki,  maliyyə  və  reinteqrasiya 
yardımı  göstərmək  hərəkətləri  nəzərdə  tutulur.
76
 Aslyum 
                                                 
74
 Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında 
ƏSASNAMƏ. Bənd.9.14. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 
19 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir. 
migration.gov.az/images/pdf/6a49a34841278882782b8de77c3b976.pdf 
75
 Assimilation. Key Migration Terms. Table of Contents. International 
Organization for Migration. www.iom.int/cms/en/sites/iom/home/about-
migration/key-migration-terms-1.html 
76
 Assisted Voluntary Return. Key Migration Terms. Table of Contents. 
International Organization for Migration. 
www.iom.int/cms/en/sites/iom/home/about-migration/key-migration-terms-
1.html 


60 
 
seeker (ing.) – sığınacaq axtaranlar. Ölkəsində digər qohum-
larına  bəlalardan  və  ya  da  ciddi  təqiblərdən  təhlükəsizliklər 
axtaran  və  qaçqın  statusu  almaq  üçün  beynəlxalq  və  yerli 
instrumentarilərin  yanında  qaçqın  statusu  üçün  ərizəyə  dair 
qərar gözləyən şəxs.
77
  
Brain  drain  (beyin  axını)  –  keçmiş bacarıq ehtiyatlarının 
tükənməsi  nəticəsində  hazırlıqlı  və  istedadlı  şəxslərin  mənşə 
ölkədən başqa bir ölkəyə emiqrasiyası.
78
  
Brain  gain  (beyin  artımı,  beyin  qazancı)  –  təcrübəli  və 
istedadlı  şəxslərin  təyinat  ölkəsinə  immiqrasiyası.  Həmçinin 
“virtual beyin axını” (“reserve brain drain”) də adlanır.
79
 
 
Capacity  building  –  ixtisasların  və  biliklərin  artırılması 
yolu ilə hökümətlərin və sivil cəmiyyətlərin kadr potensialının 
gücləndirilməsi.
80
 
Deportasiya  –  bu,  ölkənin  təcridi  məqsədilə,  hərbi 
əməliyyatlarda (vətəndaş müharibələrində və  ya da beynəlxalq 
münaqişələrdə)  iştirakı  ilə  əlaqədar  olaraq,  güc  tətbiq  etmək 
yolu ilə əhalinin köçürülməsidir.
81
  
Demoqrafiya  –  fəlsəfə  ensiklopediyasının  izahına  əsasən, 
(yun.demos-xalq,  grafo-yazıram)  əhali  artımı  prosesinin 
qanunauyğunluğunu  ictimai-tarixi  şərtlərlə  müəyyən  edən 
elmdir.  (Qeyd:  “Demoqrafiya”  termini  ilk  dəfə  fransız  alimi 
A.Qiyarın  “Əhali  statistikasının  elementləri  və  ya  müqayisəli 
demoqrafiya”  kitabında  işlənilmişdir.  Lakin  elmi  sahə  kimi 
                                                 
77
 Aslyum seeker. Key Migration Terms. Table of Contents. International 
Organization for Migration. www.iom.int/cms/en/sites/iom/home/about-
migration/key-migration-terms-1.html 
78
 Brain drain. Key Migration Terms. Table of Contents. International 
Organization for Migration. www.iom.int/cms/en/sites/iom/home/about-
migration/key-migration-terms-1.html 
79
 Yenə orada. 
80
 Capacity building. Key Migration Terms. Table of Contents. International 
Organization for Migration. www.iom.int/cms/en/sites/iom/home/about-
migration/key-migration-terms-1.html 
81
 Что такое депортация? http://school.iot.ru/predmety/geo/nas5.html 


61 
 
geniş mənasını XIX əsrin sonu-XX əsrin əvvəllərində tapmışdır. 
Demoqrafiya  elminin  lap  başlanğıcı  isə  ingilis  alimi  Con 
Qraunt (1620-1674) tərəfindən qoyulmuşdur. O, ilk dəfə olaraq 
çoxillik  statistik  göstəricilər  əsasında  Londonda  ölən  əhalinin 
cədvəlini  tərtib  etmişdir).  Demoqrafiya  elmi  doğuşla  ölümün 
qarşılıqlı  nisbətini,  nigahla  boşanmanın  nisbətini  və  ümumi-
likdə  əhali  artımının  qanunauyğunluğunu  sosial  aspektlərlə 
öyrənir.
82
 
 
Diaspora  –  yun.  səpələnmə  –  öz  ölkəsindən  (mənşə 
ölkədən)  kənarda  yaşayan,  yaşadıqları  ölkədə  möhkəm  əsaslı 
və  həmrəy  (bütöv)  etnik  qruplar  yaradan,  həmçinin  köç 
etdikləri  ölkədə  öz  kimliyini  və  cəmiyyətini  inkişaf  etdirən  və 
müdafiə  edən  sosial  institutlar  yaradan  xalqın  (etnosun)  bir 
hissəsi.
83
 Diaspora  könüllü  və  məcburi  olaraq  başqa  ölkə 
ərazisinə köç etmə nəticəsində meydana gəlir.  
“Qaçqın”  və  “məcburi  köçkün”  (ing.dil.  Internally 
Displaced  Person)  anlayışları  –  milliyətinə,  irqi  və  vətəndaşlıq 
əlamətinə, dini etiqadına, dilinə, habelə siyasi əqidəsinə, müəyyən 
sosial qrup mənsubiyyətinə görə təqibə məruz qalması, həyatına, 
ailəsinə,  əmlakına  real  təhlükə  yaranması  ilə  əlaqədar  daimi 
yaşadığı dövlətin onu müdafiə etməsindən istifadə edə bilməməsi, 
yaxud  təhlükəyə  görə  bu  müdafiədən  istifadə  etmək  istəməməsi 
üzündən 
yaşadığı  ölkənin  hüdudlarından  kənarda  olan, 
Azərbaycan 
Respublikasının 
vətəndaşı 
olmayan 
şəxslər 
Azərbaycan  Respublikası  ərazisində  “qaçqın”,  Azərbaycan 
Respublikası ərazisində daimi  yaşayış  yerini tərk etməyə məcbur 
olub başqa  yerə  köçən  şəxslər  və  ya  başqa  ölkədə  daimi  yaşayış 
yerini  tərk  etməyə  məcbur  olub  Azərbaycan  Respublikasına 
                                                 
82
 Демография. Новейший философский словаръ. Минск. Книжний дом. 
А.А.Грицанов.dic.academic.ru/dic.nsf/dic_new_philosophy/393/ДЕМОГР
АФИЯ 
83
 ru.wikipedia.org/wiki/Диаспора 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə