Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə19/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   15   16   17   18   19   20   21   22   ...   72

56 
 
dilində  həmçinin  Stateless  persons  –  vətəndaşlığı  olmayan 
şəxslər- də deyilir.  
Eqzistensial  miqrasiya    –  könüllü  olaraq  öz  evlərini 
qoyub,  başqa  ölkələrə  köç  etmək  deməkdir.  Burada  məqsəd 
daha  yaxşı  həyatın  axtarılması,  yeni  yaşayış  imkanlarının  əldə 
edilməsi,  işgüzar  əlaqələrin  genişləndirilməsi  istəyidir.  Buna 
bəzən “elitar miqrasiya” da deyilir.
66
  
Urbanizasiya  –  əhalinin  kəndlərdən  şəhərlərə  köç  etməsi. 
Bu, daha çox rahat həyat axtarışı və yüksək gəlirlər əldə etmək 
məqsədini güdür. Urbanizasiya problemi çox aktualdır. Belə ki, 
bu  problem  kənd  təsərrüfatı  ilə  şəhər  sənaye  təsərrüfatı 
arasında  qeyri-tarazlığı  meydana  gətirir.  Məsələn,  ABŞ-da 
kənd  təsərrüfatı  məhsulu  istehsalı  ölkənin  Ümumdaxili 
məhsulunun cəmi 0,9 faizini verir. ABŞ-da kənd təsərrüfatında 
çalışanlar ölkə üzrə işləyən işçilərin 4 faizini təşkil edir. Ölkədə 
153  milyon  nəfər  işləyirsə,  bunun  6  miliyon  nəfəri  kənd 
təsərrüfatının  payına  düşür.
67
 Azərbaycan  Dövlət  Statistika 
Komitəsinin  məlumatına  əsasən,  Azərbaycanda  2013-cü  ilin 
başlanğıcına görə, 4,966 milyon nəfər şəhərlərdə, 4,390 milyon 
nəfər  isə  kənd  təsərrüfatında  yaşayır.  Bu  yalnız  qeydiyyatla 
bağlı  olan  rəqəmdir,  reallıqda  isə  insanların  daha  çox  hissəsi 
şəhərlərdə  yaşayır.
68
 Belə  bir  yanaşma  mövcuddur  ki,  bütün 
dünyada  olduğu  kimi  Azərbaycanda  da  urbanizasiyanın  əsas 
problemi  iqtisadi  amillərdən  meydana  gəlir.  Azərbaycanda 
kənd  təsərrüfatının  aşağı  gəlirlilik  sahəsi  urbanizasiyanı 
yaradan  problemlər  içərisindədir.  Məsələn,  2013-cü  ilin 
statistikasına 
görə, 
kənd 
təsərrüfatında 
sahələrində 
                                                 
66
 Журн. Элитный Персонал (Exclusive personnel). №3(361), апрель 
2013. cтр.9. www.smizona.com/_files/small/Elitny_personal_2013_03.pdf 
67
 А.Халилов. Бесконечная урбанизация. Ввиду продолжающегося 
технологического процесса, отток населения из сел в город будет 
продолжаться. 15.01.2014 http://www.echo.az/article.php?aid=55526  
68
 Yenə orada.  


57 
 
adambaşına  düşən  gəlir  illik  3353  manat  (4275  ABŞ  dolları) 
olmuşdur ki, bu faktor da urbanizasiyanı meydana gətirir.
69
  
Habitat (homeland, native land, motherland, country) –
ingilis dilindən tərcümədə - vətən, doğma yurd, məskunlaşma 
arealı kimi başa düşülür. 1985-ci ilin 17 dekabrında BMT Baş 
Assambleyasının 40-cı sessiyasında Ümumdünya Habitat Günü 
təsis  olundu.  1986-cı  ildən  başlayaraq  oktyabr  ayının  birinci 
günü Habitat günü kimi qeyd olunmağa başlayıb. Ümumdünya 
Habitat günü yaşayış məskənlərində şəraitlərə və urbanizasiya 
probleminə həsr olunur.
70
  
Ruralizasiya  –  lat.ruralis  -  kəndli  sözü  olub,  bir  proses 
kimi  əhalinin  şəhərlərdən  kəndlərə  köç  etməsi  kimi  başa 
düşülür.  Burada  iqtisadi  amillər  mühüm  rol  oynayır.  Bu 
prosesə  bəzən  rurbanizasiya  da  deyilir.
71
 Ruralizasiya 
proseslərinə  daha  çox  inkişaf  etmiş  ölkələrdə  rast  gəlinir.  Bu 
miqrasiya  formasını  məhz  horizontal  miqrasiya  forması  kimi 
qəbul etmək olar. Şəhərlərdə ekoloji vəziyyətlərin ağırlaşması, 
təbii  ərzaq  məhsullarının  axtarışı  və  sağlam  həyat  prinsipi  də 
ruralizasiyanın formalaşmasında tərkib kimi mühüm rola malik 
olur.  Ruralizasiya  proseslərinin  tənzim  olunmasında  dövlət  də 
xüsusi  maraq  göstərir.  Belə  ki,  kənd  təsərrüfatı  məhsullarına 
olan tələbatların artması, kənd təsərrüfatı məhsullarının ehtiyac 
göstəricilərinin artması dövləti ruralizasiya prosesini inzibati və 
liberal  üsullarla  tənzim  etməyə  vadar  edir.  Azərbaycanda 
regionların  inkişafına  dair  dövlət  proqramlarının  həyata 
keçirilməsi  məhz  bu  prosesin  liberal  demokratik  üsullarla 
təmin  edilməsinə  yönəlir.  Burada  hədəf  kimi  tarazlı  yaşayış 
məskənlərinin  seçilməsidir.  Azərbaycanda  dövlət  fermerlərə 
güzəştli  kreditlər  verir  və  fermerlərə  subsidiyalar  ayırır. 
                                                 
69
 А.Халилов. Бесконечная урбанизация. Ввиду продолжающегося 
технологического процесса, отток населения из сел в город будет 
продолжаться. 15.01.2014 http://www.echo.az/article.php?aid=55526. 
70
 Yenə orada. 
71
 Рурализация. lopatin.academic.ru/127193/ рурализация 


58 
 
Məsələn,  Azərbaycan  Respublikası  İqtisadiyyat  və  Sənaye 
Nazirliyinin  Sahibkarlığa  Kömək  Mili  Fondu  tərəfindən  kənd 
təsərrüfatı  məhsullarının  emalı  və  istehsalı  üçün  kiçik,  orta  və 
böyük  həcmli  kreditlər  verilir.
72
 Texniki  vasitələrdən  istifadə 
imkanları  yaradılır.  Bu  proses  urbanizasiyanın  qarşısını  almaq 
və  əksinə  olaraq  ruralizasiyaya  həvəsləri  artırmaq  məqsədini 
güdür.  Bununla  yanaşı,  regionlarda  müasir  tələblərə  cavab 
verən  səhiyyə,  idman,  turizm  mərkəzləri  də  qurulur  ki,  bu  da 
nəticə etibarilə rurbanizasiyanın yaranmasına xidmətə yönəlir.  
Köçərlilik  –  miqrasiyanın  xüsusi  bir  formasıdır.  Bu,  daha 
çox kənd təsərrüfatı ilə əlaqədar olaraq (mal-qaranın müvəqqəti 
olaraq başqa məskənlərə köçürülməsi), mövsümi xarakter kəsb 
edir.  Kənd  yerlərində  əhalinin  mal-qara  təsərrüfatları  ilə 
birlikdə  yay  mövsümündə  yaylaqlara  köçməsi  halını  buna 
nümunə göstərmək olar.  
“Rəqqaslı”  miqrasiya  –  bu  da  miqrasiyanın  xüsusi  bir 
formasıdır.  Bu  halda  insanlar  təkrarlanan  eyni  məzmunlu 
proseslərlə  daimi  (vaxtlı-vaxtında)  yerlərini  dəyişirlər.  İş 
yerlərinə,  təhsil  yerlərinə  gedir  və  geriyə  evlərinə  qayıdırlar.
73
 
Məsələn,  Sumqayıt  sakinlərinin  Bakıya  (iş  və  təhsil  məkanı 
olaraq) gəlib-getmələrini buna nümunə göstərmək olar. 
 
Miqrasiya  proseslərini  tənzim  edən,  eləcə  də  bu 
proseslərin  mənasını,  tərkibini  genişləndirən  digər  bəzi 
hüquqi-siyasi, sosioloji və tarixi terminlər 
 
Adaptasiya  –  miqrantın  olduğu  ölkədə  yerli  şəraitə 
uyğunlaşdırılmasıdır.  Bu  proseslə  yerli  dilin  öyrənilməsinin 
təmin 
edilməsi, 
yerli 
adət-ənənələrə 
və 
mədəniyyətə 
                                                 
72
 Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin 
Sahibkarlığa Kömək Mili Fondu. Statistik məlumatlar. 
anfes.gov.az/az/pages/af8cd366-1fd5-11e0-b17e-
00222190362dd/Guzeshtli-kreditlerin-verilmwsi-mexanizmi.html#submenu  
73
 Миграции населения, их причины, формы, влияние на изменение 
народонаселения. http://school.iot.ru/predmety/geo/nas5.html 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə