Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə27/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   23   24   25   26   27   28   29   30   ...   72

80 
 
– tranzit səfərlərin təmin olunması; 
– vətəndaşlığın verilməsi
– deportasiya (ölkədən məcburi olaraq çıxarılması – qeyri-
qanuni elan olunaraq və ya da arzuolunmaz şəxs elan olunaraq) 
 
(Qeyd:  bu  istiqamətlər  hüquq  normaları  şəkilində 
Azərbaycan  Respublikasının  Miqrasiya  Məcəlləsində  öz 
əksini tapıbdır). 
Yuxarıda  sadalanan  fəaliyyətin  tənzim  olunmasında  üsul 
kimi  vizalardan  istifadə  olunur.  Vizaların  giriş  və  tranzit 
növləri  vardır.  Girişlərin  sayına  görə  vizalar  birdəfəlik  və 
çoxdəfəlik;  tranzit  vizası-birdəfəlik  və  ikidəfəlik  olur.  Giriş 
vizası  isə  diplomatik,  xidməti  və  adi  kateqoriyalara  bölünür. 
Diplomatik  və  xidməti  kateqoriyalı  giriş  vizaları  yalnız  rəsmi 
səfər  məqsədi  ilə  ölkəyə  gələn  əcnəbilərə  və  vətəndaşlığı 
olmayan  şəxslərə  verilir.  Adi  kateqoriyalı  giriş  vizaları  isə 
digər  ümumi  hallarda  verilir.
110
 Miqrasiyanın  təmin  olunması 
müvəqqəti  və  daimi  yaşamaq,  işləmək  və  digər  məqsədlər 
üçün  edilən  səfərlərin  hüquqi  tənizmlənməsi  üzrə  həyata 
keçirilir.  
Azərbaycanda  miqrantların  hüquqları,  qanunvericilikdə 
nəzərdə tutulmuş qaydada təmin olunur.  
Politologiya,  hüquqşünaslıq  və  digər  elm  sahələri  də 
məhz  miqrasiyanı  öz  predmetləri  baxımından  istiqamətlərlə 
araşdırır.  Bu  aspektdə  də  miqrasiyanın  öyrənilməsində  baza 
olaraq  siyasətşünaslıq  və  hüquqşünaslıq  iştirak  edir.  (Əlavə 
olaraq  9  saylı  qrafikə  baxmaq  olar).  Siyasətşünaslıq  elmi 
miqrasiya proseslərini dövlətdaxili istiqamətlə bərabər, həm də 
beynəlxalq münasibətlər  istiqamətində öyrənir. Dövlətin xarici 
siyasətinin əsas  tənzimetmə  proseslərindən birini də miqrasiya 
təşkil  edir.  Bu  proses  çoxtərəfli  əsaslarla  və  dövlətlərarası 
                                                 
110
 Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi. Maddə 24. Bakı-
2013. Dövlət Miqrasiya Xidməti 


81 
 
ikitərəfli  əsaslarla  tənzim  olunur.  Məsələn,  Azərbaycan 
Respublikası  Hökuməti  və  Belarus  Respublikası  Hökuməti 
arasında  Azərbaycan  Respublikası  ərazisində  müvəqqəti 
işləyən  Belarus  Respublikası  vətəndaşlarının  və  Belarus 
Respublikası  ərazisində  müvəqqəti  işləyən  Azərbaycan 
Respublikası  vətəndaşlarının  əmək  fəaliyyəti  və  sosial 
müdafiəsi  haqqında  Saziş-də  yazılır  ki,  (maddə-13)  əməkçi 
miqrantlar işlə təmin edən Tərəfin qanunvericiliyi ilə müəyyən 
olunmuş  hüquqlardan  istifadə  edir  və  vəzifələri  yerinə 
yetirirlər.  Sonra  yazılır  ki,  (maddə-14)  əməkçi  miqrantlar  işlə 
təmin  edən  Tərəfin  milli  qanunvericiliyi  ilə  nəzərdə  tutulan 
şərtlərlə sosial təminat (xəstəliyə görə müavinət, hamiləliyə və 
doğuşa  görə  müavinət,  istehslatda  bədbəxt  hadisələrə  və  peşə 
xəstəliyinə  görə  müavinət,  dəfn  üçün  müavinət)  hüququna 
malikdirlər.
111
 Dövlətlər  və  onların  beynəlxalq  təşkilatları 
miqrasiyanı  istiqamətləndirərək  idarəetmənin  obyekti  edirlər, 
həm də bu prosesə sistemli istiqamət vermək üçün qaydaları və 
normaları  özündə  əks  etdirən  beynəlxalq hüquqi tənzimləməni 
formalaşdırırlar.  
Tənzimetmə siyasətinin tərkibi olaraq, dövlətlər miqrasiya 
kvotalarını  müəyyən  edirlər.  Məsələn,  Azərbaycanda  “Əmək 
miqrasiyası  kvotasının  müəyyən  edilməsi  Qaydası”na  əsasən 
(Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2009-cu  il  4 
iyun  tarixli  86  nömrəli  qərarı  ilə  təsdiq  edilmişdir)  əmək 
miqrasiyası  kvotası  il  ərzində  Azərbaycan  Respublikası 
ərazisində  haqqı  ödənilən  əmək  fəaliyyəti  ilə  məşğul  olmaları 
                                                 
111
 “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti 
arasında Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Belarus 
Respublikası vətəndaşlarının və Belarus Respublikası ərazisində müvəqqəti 
işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial 
müdafiəsi haqqında Saziş”-in təsdiq edilməsi barədə Azərbaycan 
Respublikasının Qanunu. 01 oktyabr. 2007-ci il. 
e-qanun.az/files/framework/data/14/f_14091.htm 


82 
 
nəzərdə  tutulan  əcnəbilərin  sayının  son  həddidir.
112
 Miqrasiya 
prosesləri  bu  baxımdan  siyasət  elminin  və  hüquqşünaslığın 
obyektinə çevrilir. Onu da nəzərə almaq lazımdır ki, miqrasiya 
hüququ  (miqrant  hüququ)  insanların  təbii  hüquqlarının 
tərkibidir  və  demək  olar  ki,  elə  özüdür.  Miqrasiya  prosesləri 
siyasi  və  hüquqi  baxımdan  öz  ölkələrinin  konstitusiyaları  və 
digər  qanunvericilik  aktları  ilə  hüquqlar  əldə  etmiş,  daha 
doğrusu  hüquqları  tanınmış  və  qəbul  olunmuş  insanların 
hüquqlarının  reallaşmasını  meydana  gətirən  bir  proses 
olduğundan  da  dövlətin  siyasətinin  əsas  obyektidir.  Bu 
baxımdan  Azərbaycan  Konstitusiyasının  69-cu  maddəsi 
“Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  hüquqları” 
adlanır.  Maddənin  I  bəndinə  əsasən,  əcnəbilər  və  vətəndaşlığı 
olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla 
və  ya  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 
müqavilə  ilə  başqa  hal  nəzərdə  tutlmayıbsa,  Azərbaycan 
Respublikasının  vətəndaşları  ilə  bərabər  bütün  hüquqlardan 
istifadə  edə  bilər  və  bütün  vəzifələri  yerinə  yetirməlidirlər. 
Həmin  maddənin  II  bəndi  həmin  şəxslərin  hüquq  və 
azadlıqlarının  məhdudlaşdırılmasının  qanunla  və  beynəlxalq 
hüquq  normaları  ilə  məhdudlaşdırılmasını  nəzərdə  tutur. 
Azərbaycan  Konstitusiyasının  70-ci  maddəsi  hamılıqla  qəbul 
edilmiş  beynəlxalq  hüquq  normalarına  uyğun  olaraq, 
əcnəbilərə  və  vətəndaşlığı  olamayan  şəxslərə  siyasi  sığınacaq 
hüququ verir.
113
  
Miqrant  hüququ  insan  hüquqlarının  bölgü  tərkibi 
kimi. Bir daha qeyd  etmək lazımdır ki, miqrasiya qloballaşma 
proseslərinin  tərkibini  formalaşdıran  əsas  istiqamətlərdəndir. 
Çünki  miqrasiya  özü  ilə  maddi  resursların,  həmçinin  kapitalın 
                                                 
112
 “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nın təsdiq 
edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı. 
04.06.2009.www.cabmin.gov.az?/az/pressreliz/view/133/  
113
 Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, “Biznes xəbərləri” 
qəzeti-2012, 64 səh.  


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə