Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə26/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   22   23   24   25   26   27   28   29   ...   72

77 
 
Respublikasının 
vətəndaşı 
dövlət 
sərhəddinin 
buraxılış 
məntəqəsindən  keçərək  sərbəst  surətdə  ölkədən  getmək  və 
ölkəyə  gəlmək  hüququna  malikdir.  Vətəndaş  ölkədən  getmək 
və  ölkəyə  gəlmək  hüququndan  məhrum  edilə  bilməz. 
Vətəndaşın  ölkədən  getmək  hüququ  yalnız  bəzi  hallarda 
məhdudlaşdırıla  bilər

Bu  məhdudlaşdırılmalar  zəruri  hallarda 
tətbiq olunur.
105
  
Miqrasiya  da  ayrıca  tənzimlənən  bir  sahə  olduğundan  bu 
sahənin  tənzim  olunması  üçün  qanunvericiliyin  yaradılması 
mühüm  şərtdir.  Dövlət  bütün  sahələri  tənzim  edən  və  bu 
baxımdan  da  müvafiq  sahələr  üzrə  münasibətləri  və  əlaqələri 
tənzim  edən  əsas  qurumdur.  Bu  baxımdan  Azərbaycan 
Respublikası  Miqrasiya  Məcəlləsinin  dördüncü  maddəsində 
yazılır ki, bu məcəllə Azərbaycan Respublikası vətəndaşlarının 
ölkədən  getməsi,  ölkəyə  gəlməsi,  əcnəbilərin  və  vətəndaşlığı 
olmayan  şəxslərin  Azərbaycan  Respublikasına  gəlməsi  və 
Azərbaycan  Respublikasından  getməsi,  Azərbaycan  Respub-
likasında  müvəqqəti  olması,  onlara  müvəqqəti  və  daimi 
yaşamaq  üçün  icazələrin  verilməsi,  onların  qeydiyyata 
alınması, miqrasiya prosesi iştirakçılarının hüquq və vəzifələri, 
əmək  miqrasiyası,  habelə  miqrasiyaya  dövlət  nəzarəti  və 
qanunsuz  miqrasiyaya  qarşı  mübarizə  sahəsində  münasibətləri 
tənzimləyir.
106
  
Tənzimləmə  istiqamətində  ümumiyyətlə,  dövlətin  iki 
mühüm  funksiyası  vardır:  təşkilatı  funksiya    –  müvafiq 
sturkturların  yaradılmasını  nəzərdə  tutan  fəaliyyət;  qanun-
vericiliyin  yaradılması,  qanunvericilik  mexanizmlərinin 
formalaşdırılması  funksiyası.  Bu  funksiya  daima  təkmilləş-
məni 
özündə 
ehtiva 
edir 
və 
inkişafa-əlaqələrin 
və 
münasibətlərin,  ictimai  münasibətlərin  inkişafına-  müvafiq 
                                                 
105
 Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi. Maddə 9. Bakı-2013. 
Dövlət Miqrasiya Xidməti 
106
 Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi. Maddə 4. Bakı-2013. 
Dövlət Miqrasiya Xidməti 


78 
 
olaraq  təkmilləşir.  Dövlətin  hər  iki  funksiyası  məhz 
qanunvericiliklə  həyata  keçirilir.  İlk  növbədə  qanunvericilik 
sənədləri  qəbul  edilir.  Məsələn,  Azərbaycan  Respublikası 
Dövlət  Miqrasiya  Xidmətinin  yaradılması  haqqında 
Azərbaycan  Respublikası  Prezidentinin  19  mart  2007-ci  il 
tarixli  Fərmanında  yazılır  ki,  Dövlət  Miqrasiya  Xidməti 
yaradılsın.  “Azərbaycan  Respublikasının  Dövlət  Miqrasiya 
Xidməti  haqqında  Əsasnamə”  təsdiq  edilsin.  Həmçinin 
qüvvədə 
olan 
qanunvericilik 
aktlarının 
bu 
Fərmana 
uyğunlaşdırılması təmin edilsin.
107
 Təşkilati funksiyanın tərkibi 
olaraq  miqrasiya  sahəsində  asanlaşdırılma  prosesləri  həyata 
keçirilir. Bu baxımdan 2009-cu il iyul ayının 1-dən mirqrasiya 
sahəsində  “bir  pəncərə”  prinsipi  tətbiq  olunur.  Bu  prinsipin 
tətbiqinin  mahiyyəti  ondan  ibarətdir  ki,  vaxt  itkisinin  qarşısını 
alır,  həm  də  insanlar  bürokratik  əngəllərlə  qarşılaşmır. 
Məlumatlar  bir  mərkəzdə  cəmləşir,  insanlar  bir  ünvana 
müraciət edib cavabı onlardan alırlar.
108
  
Dövlətin  miqrasiya  sahəsində  fəaliyyətinin  məzmun  və 
forma  etibarilə  əsas  istiqamətlərini  bunlar  hesab  etmək 
olar: 
 
Hüquqi fəaliyyət: 
 
-dövlət  qanunvericilik  və  təşkilati-hüquqi  funksiyanı 
həyata keçirir;  
-dövlət qanunvericilik aktlarını yaradır; 
-dövlət hüquqi müdafiəni təmin edir 
 
                                                 
107
 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması 
haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 19 mart 2007-ci 
il. №560. “Miqrasiya”. Azərbaycan Respublikası Dövlət Miqrasiya 
Xidmətinin jurnalı. № 3, mart 2013. səh. 7 
108
 “Bir pəncərə” prinsipi. “Miqrasiya”. Azərbaycan Respublikası Dövlət 
Miqrasiya Xidmətinin jurnalı. № 3, mart 2013. səh. 10-11 


79 
 
Təşkilati fəaliyyət: 
 
-təşkilati  funksiyanın  tərkibi  olaraq,  dövlət  miqrasiya 
üçotunu  həyata  keçirir,  bu  baxımdan  miqrantların  hüquq  və 
azadlıqlarının  həyata  keçirilməsi  üçün  lazımi  şərait  yaradır; 
yerdəyişmə  məlıumatlarını  toplayır;  statistik  müşahidələr 
aparır;
109
  
–  öz  ölkə  vətəndaşlarının  ölkədən  getmək  və  ölkəyə 
getmək hüquqlarını təmin edir; 
–  xaricdə  yaşayan  ölkə  vətəndaşlarının  hüquqlarının 
müdafiəsini  təmin  edir;  bu  baxımdan  xaricdə  yaşayan 
vətəndaşlarının  işə  düzəlmələri  üçün  vasitəşilik  fəaliyyətini 
həyata keçirir; 
–  xarici  ölkə  vətəndaşlarının  və  vətəndaşlığı  olmayan 
şəxslərin ölkəyə gəlməsini və ölkədən getməsini təmin edir; 
–  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  öz 
ölkəsindən tranzitini təmin edir
–  yuxarıda  sadalanan  istiqamətlərdə  müvafiq  siyasətin 
icrası üçün sənədlərin –vasitələrin –hazırlanması və icrasını 
təmin edir.  
Dövlətin 
miqrasiya 
siyasətinin 
icrası 
aşağıdakı 
istiqamətləri və sahələri özündə əks etdirir: 
 
– rəsmi səfərlərin təmin olunması; 
– işgüzar səfərlərin təmin olunması; 
– elm və təhsil səfərlərinin təmin olunması; 
– əmək məqsədli səfərlərin təmin olunması; 
– müalicə məqsədli səfərlərin təmin olunması; 
– humanitar səfərlərin təmin olunması; 
– mədəniyyət və idman məqsədli səfərlərin təmin olunması; 
– turizm səfərlərinin təmin olunması; 
                                                 
109
 Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi. Maddə 6. Bakı-2013. 
Dövlət Miqrasiya Xidməti 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə