Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə23/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   19   20   21   22   23   24   25   26   ...   72

68 
 
ayaq basmışlar. XVII əsrdən XIX əsrin ortalarına qədər isə yüz 
minlərlə  Afrika  qulları  qeyri-iradi  olaraq  (məcburən)  ABŞ-a 
gətirilmişdir.  İmmiqrasiyanı  məhdudlaşdıran  ilk  federal 
miqrasiya  qanunvericiliyi  1882-ci  ildə  (Chinese  Exclusion 
Act-Çinlilərin ölkədən çıxarılması Aktı) qəbul edilib.
97
 
 
Repressiya-lat.repressio  – təzyiq deməkdir. Dövlət orqan-
ları tərəfindən tətbiq edilən cəzaverici üsullardır.
98
  
Mühacirət    –    ərəb  sözüdür    –  Azərbaycan  dilinin  izahlı 
lüğətində-siyasi, iqtisadi və  ya dini səbəblərdən məcburi və ya 
könüllü  olaraq  öz  vətənini  tərk  edib  başqa  ölkəyə  köçmə 
mənasını  verir.  Emiqrasiya  sözünün  sinonimi  kimi  işlədilə 
bilər.  
Remittances  – pul köçürmələri
Ressetlement  –  köçürülmə.  İnsanların  (qaçqınların, 
məcburi  köçkünlərin  və  s.)  digər  coğrafi  ərazilərə,  adətən 
üçüncü  ölkələrə  məskunlaşdırılması  və  inteqrasiya  olunmaları 
kimi başa düşülür; 
Smuggling  – qaçaqmalçılıq;  
“Push-pull  factors”  –  təkandan  və  cəzbetmədən  ibarət 
“ikitaktlı  amillər”.  Push   – təkan  amilidir. Pull isə cəzbedici, 
cəlbedici  amildir.  Miqrasiya  proseslərinin  baş  verməsi 
səbəbləri  adətən  “Push-pull  model”i  vasitəsilə  analiz  olunur. 
Təkan  amilinə  görə  miqrantlar  öz  ölkələrini  iqtisadi,  sosial  və 
siyasi  problemlərdən  tərk  edirlər,  cəzbedici  amillər  isə  təyinat 
ölkəyə  immiqrantların  gəlişi  üçün  cəlbedici  səbəb  rolunu 
yerinə yetirir.
99
 
 
                                                 
97
 U.S. IMMIGRATION BEFORE 1965. http://www.history.com/topics/u-
s-immigration-before-1965 
98
 Репрессия в Энциклопедическом словаре. 
http://www.tolksolovar.ru/r5434.html 
99
 Push-pull factors. Key Migration Terms. Table of Contents. International 
Organization for Migration. www.iom.int/cms/en/sites/iom/home/about-
migration/key-migration-terms-1.html 


69 
 
Miqrasiyada  iştirak  edən,  miqrasiyanı  təmin  və  tənzim 
edən  tərəflərlə  əlaqədar  olaraq  ölkələri  -qəbul  edən  ölkə, 
göndərən  ölkə  (burada əhalinin  – işçi miqrantların və digər 
miqrantların  (məs.  idmançılarn)  öz  ölkəsi  tərəfindən 
göndərilməsi  və  ölkənin  vətəndaşının  ölkəni  şəxsi  qaydada 
(fərdi olaraq) tərk etməsi halları mövcuddur)  və tranzit ölkə 
olmaqla, üç kateqoriyaya bölmək olur.  
Belə  bir  fikir  mövcuddur  ki,  miqrasiya  prosesində  donor 
ölkə  və  reseptor  ölkələr  iştirak  edir.  Donor  ölkələrdə 
beynəlxalq  miqrasiya  insan  ehtiyatlarının  itirilməsi  ilə 
nəticələnir,  millətin  ziyalı  təbəqəsi  azalır.
100
 Donor  ölkələr 
peşəkar  mütəxəssislərin  getməsi  nəticəsində  itkilər  də  verirlər. 
Çünki  bu  mütəxəssislərin  hazırlanmasına  sərf  edilən  sərmayə 
də itir. Yüksək miqrasiya motivliyi olan ölkələrdə xoşagəlməz 
demoqrafik şərait yarana bilər.
101
 Reseptor ölkələrdə isə əksinə, 
işçi  qüvvəsinin  keyfiyyəti  yüksəlir,  əmək  bazarında  ahəng-
darlıq  yaranır  və  mütəxəssislərin  hazırlanmasına  qənaət 
edilir.
102
 Mənfi nəticələr-yüksək inkişaf etmiş ölkələrdə Cənubi 
və  Şərqi  Asiya, Şimali Amerika  və Şərqi Avropa  ölkələrindən 
köçənlərin  çox  sayda  etnik  birlikləri  yaradılmışdır.  Miqrantlar 
“qara  işlərlə”,  nüfuzu  olmayan  peşələrlə  məşğul  olur,  yerli 
sosiuma  assimilyasiya  olmayan  qapalı  birliklər  yaradırlar.  Bu 
birliklər  çox  zaman  etnik  kriminal  biznesin  və  kölgəli 
iqtisadiyyatın  formalaşmasına  əsas  olur.
103
 Ölkələr  arasında 
miqrasiya  prosesləri  ölkələrarası  və  xalqlararası  körpülərin 
yaranmasına xidmət edir. Böyük dövlətlərin xalqlarının (böyük 
xalqların)  başqa  bir  ölkəyə  kütləvi  olaraq,  qrup  halında 
                                                 
100
 Fətəli Abdullayev. Beynəlxalq miqrasiyanın geosiyasi aspektləri. Strateji 
təhlil. Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq 
münasibətlərə dair analitik jurnal. Strateji Araşdırmalar Mərkəzinin nəşri. 
Say.7-8. 2014. ss. 153-164, səh. 155 
101
 Yenə orada.  
102
 Yenə orada.   
103
 Həmin məqalə, səh. 157  


70 
 
miqrasiyası 
isə 
makro 
siyasi 
mühiti 
(transferlilik 
baxımından)  yaradır.  Məsələn,  dünya  kəşfləri  ilə  əlaqədar 
olaraq  Amerika,  Avstraliya  qitələrinə  olan  çoxistiqamətli 
miqrasiya  bu  ərazilərdə  geosiyasi  və  siyasi  məzmunu  və 
formanı meydana gətirmişdir. Kəşf olunan ərazilərdə (ABŞ-da, 
Avstraliyada,  Yeni  Zellandiyada  və  s.)  dövlətlərin  meydana 
gəlməsi ilə tamamlanmışdır, nəticələnmişdir. 
 
Miqrasiya  proseslərinin  genişliyindən  və  sahələrin 
çoxtərkibli  olmasından  irəli  gələrək,  anlayışın  aşağıdakı 
formalarını (tiplərini) qeyd etmək olar:  
 
Bu  anlayışlar  baza  və  üst  qat,  yəni,  əsas  və  əlavə 
əhəmiyyətinə malikdir.  
 
Universal  –  miqrasiya  ilə  əlaqədar  olan  bütün  sahələri 
geniş əhatə edən anlayışlar;  
Konkret anlayışlar  – ancaq birbaşa miqrasiyanı, məsələn, 
əmək miqrasiyasını əhatə edən anlayışlar; 
Tarixi proseslərin terminləri
Hüquqi-siyasi tənzimləmə terminləri; 
Sosial terminlər; 
İqtisadi terminlər  
 
Miqrasiyanın digər proses terminləri, o cümlədən,  
 
–  miqrasiyanın  tiplərini:  forma  və  məzmunun  yaradan 
terminlər və anlayışlar; 
–  prosesin  daxili  mahiyyətini  əks  etdirən  terminlər-
şərtləndirici və nəticəverici terminlər və anlayışlar 
  
(“Ümumi  Qrafik”-dən  bir  qədər  geniş  təsnifatla  tanış 
olmaq olar).  
 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə