Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə31/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   27   28   29   30   31   32   33   34   ...   72

92 
 
Miqrantın  hüquqları  beynəlxalq  hüquqdan  çıxış  etməklə 
dövlətlərin  daxillərində  qəbul  edilən  hüquq  normaları  ilə 
tamamlanır.  Hər  bir  dövlət  başqa  dövlətlərdə  yaşayan  öz 
vətəndaşının 
hüquqlarının 
müdafiəsi 
siyasətini 
həyata 
keçirməyə  borcludur.  Bu  baxımdan  Azərbaycan  Respublikası 
Miqrasiya  Məcəlləsinin  14-cü  maddəsi  dövlətin  səlahiyyət-
lərini,  vəzifə  və  öhdəliklərini  müəyyən  edir  və  dövlət 
qarşısında  bir  borc  kimi  qoyur.  Bu  maddəyə  əsasən, 
Azərbaycan  Respublikasının  dövlət  orqanları  və  xaricdəki 
diplomatik  nümayəndəliklər,  konsulluq  xidmətləri  xaricdə 
müvəqqəti  və  daimi  yaşayan  vətəndaşlarının  beynəlxalq 
müqavilələrlə,  xarici  ölkələrin  qanunvericliyi  ilə,  eləcə  də 
beynəlxalq  adətlərlə  onlara  verilmiş  hüquqlardan  istifadə 
etmələri  üçün  müvafiq  tədbirləri  görməyə,  onları  müdafiə 
etməyə  və  pozulmuş  hüquqların  bərpası  üçün  tədbirlər 
görməyə borcludurlar.  
Miqrasiya  siyasəti  fəlsəfi  mənada  pozitiv  əhəmiyyət  kəsb 
edir və ideallığın tərkibi kimi böyük mənaya malikdir. Belə ki, 
mqrasiya  prosesləri  bütün  dünya  sakinlərinin  bütövləşməsinə 
və  insan  hüquqları  amilini  mərkəzləşdirməsinə  səbəb  olur. 
Miqrasiya  ümumdünya  siyasətinin  tərkibi  kimi  həmiyyət 
kəısnb edir və dünya siyasətinin, həmçinin beynəlxalq siyasətin 
tərkibinə çevrilir.  
Miqrasiya  sahəsində  ölkələr  daxilində  və  ölkələr 
arasında  qəbul  edilən  hüquqi  tənzimləmə  sənədlərini  baza 
olaraq  iki  istiqamətə  ayırmaq  mümkündür:  ümumi 
beynəlxalq 
sənədlərdə 
(BMT 
nizamnaməsi 
və 
digər 
təşkilatların  ümumi  sənədləri,  konkret  olaraq  miqrasiyaya  aid 
olmayan  konvensiyalar,  onların  protokolları,  bəyannamələr, 
ikitərəfli dövlət razılaşmaları) əksini tapan hüquq normaları, 
yerli 
qanunvericilikdə 
– 
konstitusiyada, 
ayrı-ayrı 
qanunvericilik  sənədlərində  –  əksini  tapan  hüquq 


93 
 
normaları. 
Burada 
miqrantların  hüquqları  ümuminsan 
hüquqlarının tərkibi kimi xarakterizə olunur.  
Konkret  beynəlxalq  sənədlərdə  (yalnız  miqrasiyanı 
tənzim  edən)  –  beynəlxalq  təşkilatların  sənədlərində-
konvensiyalarda,  ikitərəfli  razılaşmalarda  əksini  tapan  hüquq 
normaları)  və  konkret  yerli  qanunvericilik  sənədlərində-
(qanunlarda,  o  cümlədən  məcəllələrdə)  təsbit  olunan  hüquq 
normaları.  Burada  isə  ümuminsan  hüquqlarının  tərkibi  olan 
miqrant hüquqları məxsusi hüquq kimi xarakterizə olunur.  
Sahələr  arasında  uyğunluq  yaradılır.  Xüsusilə,  yerli 
qanunvericilik  aktları  beynəlxalq  sənədlərlə  uyğunlaşdırılır. 
Hər  iki  sahədə  mövcud  olan  hüquqlar  insanların  baza 
hüquqlarına  (təbii  hüquqlarına)  və  azadlıqlarına  söykənir  və 
onların inkişafına xidmət edir.  
 
Miqrasiya  proseslərinin  siyasi-hüquqi  aspektdən  öyrənil-
məsi istiqamətlərinin aşağıdakılar olduğunu ümumiləşdirmək 
olar:  
 
Daxili siyasət üzrə siyasətin forma və məzmunu istiqaməti 
baxımından,  
 
–  miqrasiya  anlayışının  siyasi  parametlərinin,  strukturun 
siyasi əsaslarının və istiqamətlərinin öyrənilməsi;  
–  prosesin,  dövlət  tənzimlənməsinin  əsas  obyekti  olaraq, 
baş verməsi səbəblərinin öyrənilməsi; 
– prosesin davam etməsi əsaslarının öyrənilməsi; 
–  prosesin  nəticələrinin  və  digər  siyasi  hadisələrə  təsir 
dərəcələrinin və əsaslarının öyrənilməsi; 
– prosesin siyasət sahələri üzrə öyrənilməsi; 
– dövlət marağı aspektindən öyrənmə; 
– dövlətin vəzifə və funksiyaları baxımından öyrənmə; 


94 
 
–  prosesin 
tipləri 
baxımından 
öyrənmə-forma 
və 
məzmununun öyrənilməsi;  
– prosesin dövlət siyasətinə təsirləri baxımından öyrənmə; 
–  prosesin  siyasi  nəticələrinin  və  əsaslarının  dinamika  və 
statistika əsasları üzrə öyrənilməsi;  
– prosesin sosial predmet kimi öyrənilməsi və s.  
 
Hüquqi 
tənzimləmə 
üzrə 
siyasət 
istiqamətləri 
baxımından,  
 
–  prosesin  daxili  hüquqi  qanunvericilik  obyekti  baxı-
mından öyrənilməsi; 
– prosesin beynəlxalq hüquqi normalar obyekti baxımından 
öyrənilməsi; 
–  prosesdə  istifadə  olunan  vasitələrin-hüquqi  sənədlərin 
tənzimedici təsnifatı baxımından öyrənilməsi; 
–  prosesdə  iştirak  edən  tərəflərin-hüquqları  baxımından 
öyrənmə, o cümlədən,  
– miqrasiya proseslərində dövlət hüququnun öyrənilməsi; 
– beynəlxalq təşkilatların hüquqlarının öyrənilməsi; 
– qeyri-hökumət birlikləri hüquqlarının öyrənilməsi; 
– miqrant hüquqlarının öyrənilməsi  
 
Beynəlxalq münasibətlərdə tənzimedicilik baxımından,  
 
–  beynəlxalq  əməkdaşlıq  və  tərəfdaşlıq  baxımından 
öyrənilməsi; 
– beynəlxalq hüquqi tənzimləmə baxımından öyrənmə; 
– prosesin geosiyasi aspektlərinin öyrənilməsi 
 
 


95 
 
Miqrasiya  – sosiologiyanın predmeti kimi 
 
Miqrasiya 
həmçinin 
cəmiyyətdə 
olan 
proseslərin 
formalaşmasına  nüfuz  etdiyindən,  cəmiyyətin  sosial  əlaqələr 
strukturuna  statistik  və  dinamik  əsaslarla  təsir  etdiyindən,  bu 
istiqamətin  öyrənilməsi  sosiologiyanın  da  vəzifələrindən  və 
məqsədlərindən  biridir.  Dövlət  miqrasiya  proseslərini  həm 
siyasi, həm də sosial bir problem kimi görür və öz siyasətində 
bu  vəhdəti  yaradır.  Dövlətin  miqrasiya  siyasəti  həm  də  əmək 
məşğuliyyəti  sahəsində  yerli  vətəndaşların  hüquqlarını 
müdafiə  etməkdən  ibarətdir.  Daxili  əmək  bazarında  sosial 
gərginliyin  yaranmaması  üçün  dövlət  əmək  miqrasiyası 
kvotasını 
müəyyən 
edir. 
Bu 
baxımdan 
Azərbaycan 
qanunvericiliyində  yazılır  ki,  kvota  yerli  əmək  ehtiyatlarından 
səmərəli  istifadə  edilməsi  və  əmək  miqrasiyası  proseslərinin 
tənizmlənməsi  sahəsindəki  işlərin  effektivliyinin  artırılması 
məqsədilə  həyata  keçirilir.  Kvota  daxili  əmək  bazarının 
vəziyyəti,  işçi  qüvvəsinə  tələbat,  iş  yerinin  tələblərinə  cavab 
verən  peşə  hazırlığına  və  ixtisasa  malik  Azərbaycan 
Respublikası  vətəndaşının  iddia  etmədiyi  boş  iş  yerlərinin 
mövcudluğu,  məşğulluq  xidməti  orqanlarının  işəgötürənin  işçi 
qüvvəsinə  olan  ehtiyaclarını  yerli  əmək  ehtiyatları  hesabına 
təmin etmək imkanları nəzərə alınmaqla müəyyən edilir.
123
  
Miqrasiya  proseslərinin  öyrənilməsinə  sosial  yanaşma 
üsullarından  biri  də  miqrantların  (xaricilərin  və  vətəndaşlığı 
olmayan  şəxlsərin)  yerli  şəraitə  adaptasiya  olunmasının 
əsaslarını  öyrənməkdən  ibarətdir.  Məsələn,  dövlət  və  onun 
miqrasiya  tənzimləmə  qurumları  miqrasiyanın  tərkibi  olan 
adaptasiya  siyasətini  həyata  keçirirlər.  Burada  məqsəd 
miqrantların  yerli  cəmiyyətlərə  uyğunlaşdırılmasını  təmin 
etməkdən ibarətdir. Adaptasiya məsələlərinin yüksək səviyyədə 
                                                 
123
 “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nın təsdiq 
edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı. 
04.06.2009.www.cabmin.gov.az?/az/pressreliz/view/133/  


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə