Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə33/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   29   30   31   32   33   34   35   36   ...   72

100 
 
proseslərinin  vətəndaşların  (sakinlərin),  ümumilikdə  isə 
insanların  sosial-iqtisadi  vəziyyətlərini,  eləcə  də  ümumilikdə 
dövlətin  iqtisadi-siyasi  vəziyyətinə  nə  dərəcədə  təsirlərinin 
mərhələlərlə  öyrənilməsi  amili  öz  əksini  tapa  bilər.  Deməli, 
miqrasiya  prosesləri  iki  mühüm  baza  istiqamətində  təsirlər 
edir:  birincisi,  ümumi  tarixi  hadisələrin  axarını  dəyişə  bilir-
buna  kompleks  təsir  də  demək  olar;  ikincisi  isə  miqrasiyanın 
özünün  bir  tarixi  hadisəyə  çevrilməsi  halları  yaşanır,  tarixi 
ardıcıllıqla  proseslər  davam  edir.  Məsələn,  ABŞ-da  və 
Avropada  kolonial  miqrasiya  və  postkolonial  miqrasiya 
mərhələləri  mövcuddur.  Hər  iki  istiqamətdə  miqrasiya 
prosesləri  siyasi-iqtisadi-sosial  strukturlara  təsirini  göstərir. 
Birinci  istiqamətdə  böyük  dövlətlər  və  imperiyalar  meydana 
gəlir, həmçinin  beynəlxalq  proses  ölkələrdaxili  qarşıdurmalara 
səbəb olur. Yerli əhali ilə gəlmələr arasında kəskin problemlər 
yaşanır. Məsələn, Rusiyada XX əsrin son-XXI əsrin əvvəllərini 
əhatə  edən  miqrasiya  tarixi  formalaşıb.  Bu  formalaşma 
prosesləri  daima  gəlmələrlə  yerlilər  (xüsusilə,  milliyətçilər) 
arasında  qarşıdurmalara  səbəb  olur,  məişət  xarakterli  kriminal 
hadisələrin baş verməsi ilə nəticələnir.  
 
Elmin  (fənnin)  istiqamətlərinin  bunlardan  ibarət  olması 
qənaətinə gəlmək olar: 
 
Miqrasiyanın  dünya  tarixini  yaratmasının,  o  cümlədən, 
dövlətlər  və  imperiyalar  tarixini  yaratmasının  əsasları 
baxımından,  
 
– xalqların məskunlaşma tarixi
–  dünyanın  miqrasiya  mərkəzlərinin  meydana  gəlməsi 
tarixi; 
–  dünya  miqrasiya  tarixinin  formalaşması  mərhələləri-
dövlətlərin miqrasiya əsasında meydana gəlmələrinin tarixi 
 
Miqrasiyanın  bir  proses  kimi  özündə  baş  verən  tarixi 
hadisələri öyrənmə baxımından,  


101 
 
– miqrasiyanın baş vermə tarixi
– miqrasiya proseslərinin dövr və mərhələləri; 
– dövlətlərdaxili miqrasiya proseslərinin tarixi; 
– dövlətlərarası miqrasiya proseslərinin tarixi;  
–  regionlar  və  qitələrdə  baş  verən  miqrasiya  proseslərinin 
tarixi; 
– ümumilikdə xalqların coğrafi məskunlaşma tarixi. 
 
Çoxistiqamətli  öyrənmə  vəhdətindən  də  miqrasiologiya 
elmi  (fənni,  predmeti)  yaranır.  Burada  sosiologiya  tərkib  kimi 
daha  çox  yükü  öz  üzərində  daşıyır.  İqtisadi  amillər  də  bu 
predmetin  əsas  öyrənilməsi  istiqaməti  kimi  rola malik  olur.  (3 
saylı qrafik  cəmi  elmi  yanaşma istiqamətlərini qısa şəkildə 
izah  edir).  Miqrasiyanın  müxtəlif  cür  aspektləri  vardır.  Onun 
xüsusiyyətlərini,  strukturunu,  prosesin  nəticələrini  bir  sıra 
elmlər 
öyrənir-demoqrafiya, 
iqtisadiyyat, 
sosiologiya, 
coğrafiya,  statistika,  etnoqrafiya  və  s.
126
 Elmi  ədəbiyyatlarda
 
miqrasiologiya elminə belə izah verilir: Miqrasiologiya insani 
fərdlərin  (şəxsi  və  kütləvi  qaydada)  ya  mövcud  həyat 
keyfiyyətini  saxlamaq,  ya  da  onu  yaxşılaşdırmaq  məqsədilə 
yerdəyişmələrini  bu  və  ya  digər  administrativ  sərhədlər 
dəyişməsi  aspektində  öyrənir.  Burada  inzibati  sərhədlər 
dedikdə, 
dövlətin, 
regionun, 
şəhərin 
və 
s. 
yaşayış 
məskənlərinin  sərhədləri  nəzərdə  tutulur. Miqrasiologiyaya bir 
elm kimi, materiyanın yerdəyişmə qanunu və daha çox ümumi 
sistemologiya 
elminin 
tərkib 
strukturu 
kimi 
baxmaq 
lazımdır.
127
  
Miqrasiya  elmi  istiqaməti  üzrə  yazılan  bu  kimi 
ədəbiyyatların adlarını çəkmək olar: “The Age of Migration” 
                                                 
126
 Проблемы миграции и ее современное состояние. 
http://www.migrations.ru/problem of migration/ 
127
 К.К.Александрович, В.В.Александрович, О.А.Владимирович. 
Базовые модели миграциологии. Институт Государственного 
управления, права и инновационных технологий. (ИГУПИТ). Интернет 
–журнал «НАУКОЗНАНИЕ» №2, 2012. 
http://naukoznanie.ru/PDF/02nz212.pdf 


102 
 
(2003-cü ildə Guilford Press nəşriyyatı tərəfindən çap olunub, 
338  səhifədən  ibarətdir), müəllifləri-  Stephen Castles, Mark J. 
Miller;  “İnternational  Migration:  Globalization’s  Last 
Frontier”  (2006-cı  ildə  Zed  Books  nəşriyyatı  tərəfindən  çap 
olunub,  253  səhifədən  ibarətdir)-müəllifi  Jonatan  W.Moses-
dir;  “The  No-Nonsense  Guide  to  International  Migration” 
(2008-ci  ildə  New  Internationalist  nəşriyyatı  tərəfindən  çap 
olunub.  143  səhifədən  ibarətdir),  müəllifi-Peter  Stalker-dir. 
«Миграциология»  (1990-cı  ildə  MDU-nun  nəşriyyatı 
tərəfindən  çap  olunub,  96  səhifədən  ibarətdir)-müəllifləri 
M.B.Denisenko,  B.S.Xorev,  V.A.İontsev;  «Куда  и  зачем 
едут люди». (1979-сu ildə çap olunub, 111 səhifədir), müəllifi 
-D.İ.Valenteydir;  «Детерминанты  внутренней  миграции 
населения:  анализ  отечественных  и  зарубежных 
исследовании»  (2006-cı  ildə  МАКС  Пресс  nəşriyyatı 
tərəfindən  çap  olunub,  75  səhifədən  ibarətdir),  müəllifləri-
İ.A.Aleşkovski 
və 
V.A.İontsev-dir. 
Ümumiyyətlə, 
bu 
istiqamətdə  çoxlu  sayda  tədqiqat  əsərləri  vardır  ki,  bu  əsərlər 
də miqrasiologiyanın nəzəri əsaslarını meydana gətirmişdir.
128
  
 
Miqrasiyanın 
öyrənilməsində 
elmi 
yanaşmalar 
istiqamətləri ümumi olaraq bunlar hesab edilə bilər:  
 
– coğrafi aspektlər baxımından yanaşmalar; 
–  sosioloji  yanaşmalar  (demoqrafik  vəziyyətlər  də  daxil 
olmaqla); 
– iqtisadi yanaşmalar (resurslar amili baxımından); 
–  hüquqi  yanaşmalar  (hüquqi  tənzimləmə  və  miqrant 
hüquqlarının təmin olunması); 
– tarixi yanaşmalar; 
– psixoloji (etno-sosio- psixoloji) yanaşmalar; 
                                                 
128
 http://books.google.az/books?id=iLoAAAAlAAJ &hl=ru&source=gbs 
similarbooks 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə