Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə32/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   28   29   30   31   32   33   34   35   ...   72

96 
 
tənzim  olunmaması  bəzi  ölkələrdə  (məsələn,  Rusiyada)  yerli 
əhali ilə sosial-məişət problemlərini yaradır. 
124
 
 
Azərbaycanda  Dövlət  Miqrasiya  Xidməti  öz  səlahiyyətləri 
daxilində  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  sosial 
müdafiəsi  üçün  zəruri  şərait  yaratmaq,  onların  yerli  şəraitə 
uyğunlaşdırılması  üçün  tədbirlər  görmək,  hüquqlarını  müdafiə 
etmək vəzifələrinə malikdir.
125
 
İmmiqrantların 
məskunlaşdıqları 
ölkələrdə 
ictimai 
baxımdan  təşkilatlanması  onların  sosial  adaptasiya  olunma-
larının  tərkibi  kimi  qeyd  olunmalıdır.  İctimai  qrupların, 
icmaların  yaradılması,  mədəniyyət  ocaqlarının,  təşkilatların 
təşkil  edilməsi  təbii  ki,  yerli  vətəndaşlarla  ünsiyyətin  və 
əlaqələrin rasionallaşmasına səbəb olur.  
 
Miqrasiya  proseslərinin  sosial  baxımından  aşağıdakı 
istiqamətlərini öyrənmək olar: 
– miqrasiya proseslərinin baş verməsinin sosial aspektləri;  
– miqrasiya proseslərinin sosial nəticələri; 
– sosial müdafiə və sosial təminat məsələləri; 
– sosial sığorta məsələləri;  
– əmək münasibətlərinin tənzim olunması; 
– iş yerləri ilə təminat; 
–  əmək  haqlarının  vaxtında  və  qanunvericiliyə  və  beynəl-
xalq hüquqa müvafiq qaydada ödənilməsini təmin etmək; 
– müvafiq və standartlara uyğun olan əmək şəraiti ilə təmin 
etmək; 
                                                 
124
 Putindən miqrantlarla bağlı önəmli açıqlama. Rusiya prezidenti: “Milli 
zəmində baş verən insidentlərin məsuliyyətini yerli məmurlar daşıyır”. 
23.10.2013. www.anspress.com/index.php?a=2&lng=az&nid=232551 
125
 Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında 
ƏSASNAMƏ. Bənd.9.14. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 
19 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir. 
migration.gov.az/images/pdf/6a49a34841278882782b8de77c3b976.pdf 


97 
 
– istehsalatın və xidmətin müxtəlif sahələrində lazımi əmək 
şəraitinin yaradılması;  
–  yaşayış  yerlərinin  əldə  olunması  üçün  şəraitin  yara-
dılması;  
– əmək xəsarətləri və peşə xəstəlikləri zamanı yardım; 
– əmək kvotalarının müəyyən olunması;  
–  əmək  məzuniyyətləri  və  qanunvericilikdə  nəzərdə 
tutulmuş digər məzuniyyətlərin verilməsi
– müalicə və istirahətin təmin olunması; 
–  əməyin  mühafizəsi  və  təhlükəsiz  iş  şəraitinin  yara-
dılması;  
– sosial adaptasiya; 
– sosial gərginliklərin qarşısının alınması; 
sosial maarifləndirmə, hüquqi təlimatlandırma; 
–  ölkələr  arasında  əməkçi  miqrantlar  və  onların  ailə 
üzvlərinin hüquqi təminatları ilə bağlı sənədlərin öyrənilməsi
– sosial sahədə qanunvericiliyin öyrənilməsi; 
– miqrantların əmlak hüquqları; 
– miqrantların ailə-nigah hüquqları; 
–  miqrantların  təhsil  almaq,  elmi  və  digər  yaradıcılıq 
hüquqları; 
– miqrantların mənzil hüquqları; 
–  yerli  vətəndaşlarla,  sakinlərlə  sosial  bərabərlilik  məsə-
lələri; 
– miqrantların təşkilatlanma hüquqları;  
– digər sosial-siyasi amillər. 
 


98 
 
Miqrasiya – iqtisadiyyat elminin obyekti kimi 
 
Dövlətin  iqtisadiyyatın  hüquqi  tənzimlənməsində  iştirak 
funksiyası  da  öz  növbəsində  miqrasiyanı  hüquqi-iqtisadi 
öyrənmə  obyektinə  çevirir.  Miqrasiya  prosesləri  iqtisadiyyatın 
ümumi  strukturunu  təşkil  edən  tərkib  komponentlərindən  biri 
olmaqla 
yanaşı, 
ümumi 
əsaslarla 
bütün 
iqtisadiyyat 
strukturuna,  iqtisadiyyat  sisteminə  və  mexanizmlərinə  təsir 
edir.  Bu  baxımdan  da  iqtisadiyyat  elminin  obyektinə  və 
öyrənmə  probleminə  çevrilir.  (Əlavə  üçün  10  saylə  qrafikə 
baxmaq olar). 
 
İ
qtisadiyyat  elminin  obyekti  olmasını  bu  kimi  əsaslarla 
qeyd etmək olar (faydalılıq baxımından):  
 
 
 Dövlətin iqtisadiyyat sistemində miqrasiyanın gəlir payı, o 
cümlədən,  
–  daxili  iqtisadiyyat  sahələrində  miqrasiyanın  payının 
həcmi baxımından, 
– vergi obyektlərindən gələn gəlirlər
– bank əməliyyatlarından gələn gəlirlər; 
– dövlət rüsumları gəlirləri; 
– xidmət xərcləri gəlirləri; 
– xaricilərin yerli bazarlarda xərcləri, kapital qoyuluşları və s.  
 
Beynəlxalq iqtisadi əlaqələr baxımından, 
 
– gömrük rüsumlarından gələn gəlirlər; 
– ticarət əməliyyatlarından gələn gəlirlər; 
– beynəlxalq bank xidmətlərindən əldə edilən gəlirlər; 
– sənaye kapitalından əldə olunan gəlirlər;  
– turizmdən əldə olunan gəlirlər; 
–  intellektual  mülkiyyətdən  və  ixtisaslşamış  peşə  sahələ-
rindən daxil olan gəlirlər
–  beynəlxalq  iqtisadiyyatın  digər  müsbət  istiqamətlərinin 
və mənfi tərəflərin öyrənilməsi və s.  


99 
 
Miqrasiyanın tarixi aspektdən öyrənilməsi  
 
Miqrasiyanın  tarixi  aspektlərlə  öyrənilməsi  istiqamətləri 
də  vardır.  Bu  istiqamət  əsasən,  xalqların  məcburi  köçməsini 
(müharibələrdən  və  təbii  fəlakətlərdən,  epidemik  fəlakətlərdən 
irəli gələrək), zəruri amillər ucbatından köçməsini (burada yeni 
ərazilərin  və  məhsuldar  torpaqların  tutulması,  xammalı  və 
iqlim şəraiti zəngin olan ərazilərin mənimsənilməsi şərtlərindən 
irəli  gələrək)  özündə  əks  etdirən  proseslərlə  bağlıdır.  Tarixi 
ticarətin meydana  gətirdiyi miqrasiyalar (buna tarixi stasionar 
amil kimi də baxmaq olar. Ticarət məskənləri həmin ərazilərdə 
yaşayış  yerlərinin  meydana  gəlməsini  şərtləndirmişdir)  da 
mövcuddur.  Miqrasiyanın  tarixi  aspektlərdə  öyrənilməsi  həm 
ümumi  tarixin  problemi  olur,  həm  də  xüsusi  tarixi  mövzu 
(istiqamət)  burada  böyük  məna  kəsb  edir.  Miqrasiya 
proseslərinin  tarixi  aspektlərlə  öyrənilməsi  istiqamətlərinə  də 
baza  olaraq  iki  prizmadan  yanaşmaq  olar:  birincisi,  tarixin 
özünü  yaradan  və  köklü  coğrafi-siyasi  dəyişikliklərə  gətirib 
çıxara  bilən  miqrasiya  proseslərinin-buna  tarixi  siyasi 
miqrasiya  demək  olar-(bu  kimi  hallarda  böyük  köçlər  baş 
verib.  Məsələn,  Avropalıların  orta  əsrlərdə  Amerika  qitəsinə 
köç  etmələri,  Avstraliya  və  Sakit  Okeaniyada,  Asiyada 
yayılmaları  halları  buna  nümunədir);  ölkədaxili  miqrasiyanın 
tərkibi  olaraq,  həm  də  məcburi  forma  şəkilində  davam  edən 
köç proseslərinin, (məsələn, azərbaycanlıların XX əsrin 30-40-
cı  illərində  Sibirə  və  Qazaxıstana  sürgünləri,  XX  əsr  boyu 
azərbaycanlıların 
öz 
doğma 
torpaqları 
olan 
indiki 
Ermənistandan məcburi deportasiyaları və digər bu kimi hallar 
bu formanı yaradıb. Bununla yanaşı, yahudilərin Almaniyadan 
XX əsrin 30-40-cı illərdə deportasiyası da bu hala nümunə ola 
bilər)  araşdırılması;  ikincisi,  miqrasiya  proseslərinin  özünün 
tarixi  hadisələr  kimi  baş  verməsinin  araşdırılması,  yəni 
prosesin 
özünün 
daxili 
tarixi-xronoloji 
zəncirliyinin 
araşdırılması.  Burada  ölkələrdaxili  və  ölkələrarası  miqrasiya 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə