Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə29/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   25   26   27   28   29   30   31   32   ...   72

86 
 
kimi  insanların  təbii  hüquqlarına  xidmət  edən  pozitiv 
hüquqların  meydana  gəlməsini  özündə  əks  etdirir.  Miqrasiya 
həm  də  fəaliyyətin,  əmək  fəaliyyətinin  tərkib  hissəsidir.  Bu 
baxımdan  da  dövlətlər  miqrantın  əmək  hüquqlarını  təmin 
etməklə onların təbii hüquqlarını təmin etmiş olurlar. Miqrantın 
təhsil,  səhiyyə  xidmətlərindən  istifadə  etmək  hüquqları, 
yaşamaq  və  yaşayış  yeri  ilə  təmin  olunmaq  hüquqları,  sərbəst 
fəaliyyət göstərmək, ictimai fəaliyyət göstərmək, ailə hüququna 
sahib olmaq kimi hüquqlarının təmin olunmasında həm mənşə 
dövləti  (miqrantın  vətəndaşı  olduğu  dövlət),  həm  tranzit  ölkə 
(miqrantın  getməsi  nəzərdə  tutulan  ölkəyə  getmək  üçün 
ərazilərindən  istifadə  edilən  digər  ölkələr),  həm  də  miqrant 
qəbul edən ölkələr öhdəlik götürürlər və məsuliyyət daşıyırlar. 
Miqrant  “dünya  sakini”  anlayışını  özündə  əks  etdirdiyindən 
dövlət  bu  sakinin  azadlıqlarını  və  hüquqlarını  təmin  etmək 
öhdəliyinə  malik  olur  və  müvafiq  hüquqi-siyasi  vəzifələr  əldə 
edirlər. Dövlətlər həm daxili siyasətləri ilə, həm də beynəlxalq 
əməkdaşlıq  yolu  ilə  öz  vəzifələrini  icra  etmiş  olurlar. 
Dövlətlərin  məsuliyyətləri  həm  daxildə  yaranır,  həm  də 
beynəlxalq  sahələri  əhatə  edir.  Bu  iki  istiqamətin  vəhdəti 
miqrantın  dünya  hüququnu  formalaşıdırır.  Bu  da  nəticə 
etibarilə  insanların  ümumdünya  hüquqlarının  formalaşmasına 
xidmət  edir.  Belə  nəticələrə  gəlmək  olur  ki,  miqrasiya 
prosesləri  məhz  insanların  ümumdünya  hüquqlarının  tərkibi 
kimi böyük bir istiqaməti təşkil edir. 
Miqrant  hüququ  ilk  növbədə  insan  hüquqlarının  tərkibi 
olduğundan bu məsələdə dövlətlər miqrantın hüquqlarını təmin 
etmək  üçün  beynəlxalq  hüquq  normalarından  və  daxili  hüquq 
normalarından  istifadə  edirlər,  həmin  istiqamətdə  normalar 
qəbul  edirlər,  icrasını  təmin  edirlər.  Ümumiyyətlə,  miqrasiya 
proseslərini  tənzim  etmək  üçün  qanunvericilik  bazası  yaradılır 
və təşkilati-struktur islahatları həyata keçirilir. Bu baxımdan da 
miqrant hüququ dövlətin daxili və xarici siyasət fəaliyyəti üzrə 


87 
 
tənzimləmə  hüququnun  tərkibi  olmaqla  ümumilikdə  insan 
hüquqlarının tərkibinə aid olunur.  
Miqrant hüququ vətəndaşlıq və qeyri-vətəndaşlıq (burada 
qeyri-vətəndaşlıq  dedikdə,  başqa  ölkələrdə  yaşayarkən  həmin 
ölkələrin  vətəndaşları  olmamaq,  öz  ölkəsinin  vətəndaşı  kimi 
qalmaq  və  öz  ölkəsinin  müdafiəsindən  istifadə  etmək,  eləcə  də 
olduğu-yaşadığı-ölkədə,  tranzit  kimi  keçdiyi  ölkələrdə  əcnəbi 
hüququndan  istifadə  etmək  vəziyyətləri,  statusları  nəzərdə 
tutulur) 
hüququnu 
özündə 
cəmləşdirən 
ümuminsan 
hüquqlarının  bölgü  ünsürüdür.  Ümumdünya  İnsan  Hüquqları 
Bəyannaməsində  qeyd  olunur  ki,  (maddə  15)  hər  bir  şəxs 
vətəndaşlıq hüququna malikdir.
114
  
Sadalandı  ki,  miqrant  hüququ  ümumdünya  insan 
hüquqlarının  tərkib  hissəsidir.  Bu  aspektdə, 1948-ci ildə  BMT 
Baş Assambleyası tərəfindən qəbul edilən Ümumdünya İnsan 
Hüquqları  Bəyannaməsini  birinci  maddəsində  yazılır  ki, 
bütün  insanlar  ləyaqət  və  hüquqlarına  görə  azad  və  bərabər 
doğulurlar.  Onların  şüurları  və  vicdanları  var  və  bir-birilərinə 
münasibətdə  qardaşlıq  ruhunda  davranmalıdırlar.  Həmin 
sənədin  ikinci  maddəsi  hər  bir  şəxsin  irqindən,  dərisinin 
rəngindən,  cinsindən,  dilindən,  dinindən,  siyasi  və  digər 
əqidəsindən, milli və sosial mənşəyindən, əmlak, sosial mövqe 
və  digər  vəziyyətindən  asılı  olmayaraq  Bəyannamədə  elan 
olunmuş hüquq və azadlıqlara malik olmasını təsbit edir.
115
  
Həmin  maddə  həmçinin  ayrı-seçkiliyi  rədd  edir.  Bu 
Bəyannamənin  6-cı  maddəsi  məzmun  baxımından  və  əhatə 
dairəsi  etibarilə,  həm  də  miqrantların  hüquqlarını  ifadə  etmiş 
olur.  Məsələn,  həmin  maddəyə  görə,  hər  bir  şəxs  harada 
olmasından  asılı  olmayaraq  özünün  hüquq  subyektliliyinin 
tanınması hüququna malikdir.
116
 
 
                                                 
114
 Ümumdünya İnsan Hüquqları Bəyannaməsi. 
www.lexilogos.com/declaration/azeri.htm 
115
 Yenə orada. 
116
 Yenə orada. 


88 
 
Bəyannamənin  13-cü  maddəsi  isə  birbaşa  miqrant 
hüquqlarını  və  xarici  ölkələrə  səfər  edən  şəxslərin  hüquqlarını 
ifadə edir. Belə ki, burada qeyd olunur ki, hər bir şəxs öz ölkəsi 
də  daxil  olmaqla  istənilən  ölkəni  tərk  etmək  və  öz  ölkəsinə 
qayıtmaq  hüququna  malikdir.  14-cü  maddə  isə  onu  qeyd  edir 
ki, hər bir şəxs digər ölkələrdə təqibdən sığınacaq axtarmaq və 
bu sığınacaqdan istifadə etmək hüququna malikdir.
117
  
Miqrant  hüquqlarını  təmin  edən  digər  bir  universal 
beynəlxalq sənəd Avropa Şurasının 1950-ci ilin noyabr ayında 
Romada  qəbul  etdiyi  “İnsan  hüquqlarının  və  əsas 
azadlıqların  müdafiəsi  haqqında  Konvensiya”dır.  (Qeyd: 
Konvensiya  1953-cü  ildə  qüvvəyə  minib.  1952-ci  il  tarixli  (1 
saylı  Protokol),  1963-cü  il  tarixli  (4  saylı  Protokol),  1970-ci 
ildə  qüvvəyə  minmiş  (3  saylı  Protokol),  1971-ci  ildə  qüvvəyə 
minmiş (5 saylı Protokol), 1983-cü il tarixli (6 saylı Protokol), 
1984-cü  il  tarixli  (7  saylı  Protokol),  1990-cı  ildə  qüvvəyə 
minmiş  (8  saylı  Protokol),  1998-ci  ildə  qüvvəyə  minmiş  (11 
saylı  Protokol)  tarixli  protokollarla  dəyişikliklər  və  əlavələr 
edilmişdir.  Azərbaycan  bu  sənədi  və  onun  1,4,6,7  saylı 
Protokollarını –müəyyən bəyanatlar və qeyd-şərtlərlə-2001-ci 
ilin  dekabr  ayının  5-də  təsdiq  etmişdir).  Bu sənəddə  (sənədin 
əsas  mətnində  və  onun  Protokollarında)  insanların  universal 
hüquqları  ilə  yanaşı,  miqrantların  da  (əcnəbilərin)  hüquqları 
məxsusi olaraq öz əksini tapmışdır. Belə ki, bu sənəddə ümumi 
olaraq  bütün  insanların  hüquq  və  azadlıqları  çərçivəsində  -
yaşamaq  hüquqları,  işgəncələrin  qadağan  olunması,  köləliyin 
və 
məcburi 
əməyin 
qadağan 
olunması, 
azadlıq 
və 
toxunulmazlıq  hüququ,  ədalətli  məhkəmə  araşdırması  hüququ, 
qanunsuz  cəzalandırılmamaq,  şəxsi  həyata  və  ailə  həyatına 
hörmət  hüququ,  fikir,  vicdan  və  din  azadlığı,  nikah  hüququ, 
ayrı-seçkiliyin  qadağan  olunması  və  s.  kimi  hüquqi  məsələlər 
                                                 
117
 Ümumdünya İnsan Hüquqları Bəyannaməsi. 
www.lexilogos.com/declaration/azeri.htm 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə