120
Universal gözlənilməyən nəticələrə, yəni cari olmayan, tez-
tez meydana gəlməyən nəticələrə
deportasiyaları, deporta-
siyalardan
meydana
gələn
qaçqınlılığı
və
məcburi
köçkünlülüyü aid etmək olur. Hansı ki, bu kimi halların
kökündə səbəb kimi əsasən ərazi iddiaları, etnik təmizləmə
siyasəti, mədəni və dini dözümsüzlük dayanır. Məsələn,
azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi-etnik
torpaqlarından köçürülməsi haqqında SSRİ Nazirlər Sovetinin
23 dekabr 1947-ci il tarixli qərarı qəbul olunmuşdur.
Bu qərarla
Ermənistanın 22 rayonundan 100 min azərbaycanlının
köçürülməsi nəzərdə tutulmuş, lakin plan artıqlaması ilə yerinə
yetirilmişdir. Bu repressiya və deportasiya sayəsində 24
rayondan və İrəvan şəhərindən (200-dən artıq yaşayış
məntəqəsindən)
təqribən
100
min
nəfər
azərbaycanlı
deportasiya edilmişdir.
140
Eləcə də məlum Ermənistan-
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticəsi olaraq
ölkə daxilindən və Ermənistandan bir milyondan çox insan
məcburən köçürülmüşdür. Digər bir faktı da qeyd etmək yerinə
düşər ki, vaxtilə Krım tatarları öz doğma yurdlarından
köçürülmüşlər. Məsələn, 1944-cü ilin may ayının 11-də Sovet
hökumətinin qərarı ilə Krımda yaşayan tarixi yerli tatarlar
(Krım türkləri) Özbəkistana, Ural və Sibirə sürgün edildilər. Bu
sürgünlər zamanı yüz mindən az olmamaqla insan tələf
olmuşdur.
141
Qeyd olunduğu kimi,
köçün sürgünlə (köçün sürgün
forması-köçün məcburi forması) nəticələnən halları da
meydana gəlmişdir. XX əsr boyu azərbaycanlılar sürgünlərə
məruz qalmışdır. Bu forma əsasən
universal və fərdi qaydada
məcburi formanın tərkib hissəsi kimi qeyd olunmalıdır.
Sürgünlərin həmçinin
siyasi forması da mövcuddur ki, bu da
140
1948-1953-cü illər deportasiyası. İrəvan şəhəri. www.iravan.info/1948-
1953_deportasiyasi/
141
Doç. Dr. Hakan Kırımlı (Bilkent Universitesi). Kırım tatarları kimdir?
www.kirimdernegi.org.tr/sayfa.asp?id=456
121
siyasi və ictimai baxışlarına görə təqib olunan insanlara aid
edilir. Məsələn, XX əsrin 20-40-cı illəri ərzində milli ruhda
yaşayan və vətənpərvər Azərbaycanlı ziyalıların böyük
əksəriyyəti Stalin repressiyalarına məruz qalmışdır.
(Qeyd:
belə bir statistik məlumat var ki, Stalinin repressiyaları
-
“əksinqilabçı, “trotskiçi”, “casus”, “millətçi”, “üsyançı” kimi
müxtəlif ittihamlarla məhkum edilmə, məhkum edilərək
sürgün edilmə və öldürülmə- dövründə SSRİ-də 1575259
adam həbs olunmuşdur. Bunlardan 173382 nəfəri guya
“əksinqilabi” iş apardığına görə cəzaya məruz qalmışdır,
1344923
nəfər
məhkum
edilmiş,
681692
nəfər
isə
güllələnmişdir. Repressiya illərində 100 min nəfərə yaxın
Azərbaycan ziyalısı, elm, mədəniyyət, təhsil və din adamları
Sibirə, Qazaxıstana və digər yerlərə sürgün edilmişdir.
Əhalinin hər min nəfərinə düşən repressiya qurbanlarının
sayına görə Azərbaycan birinci yerdə qərarlaşmışdır. Sonrakı
yerləri isə Özbəkistan,
Ukrayna və RSFSR tuturdu).
142
Bununla yanaşı, ölkələr daxilində baş verən təbii fəlakətlər
də
universal gözlənilməyən (zəruri miqrasiyanın forması
kimi) miqrasiyaya gətirirb çıxarır.
Fərdi və qurup halında məcburi (universal) miqrasiyaya
(buna zorakı miqrasiya da demək olar) səbəb olan faktorları
tərkib baxımından aşağıdakılar kimi təsnif etmək olar:
– kökündə dayanan faktorlar-etnik təmizləmə istəyi, etnik
nifrət,
mədəni dözümsüzlük,
dini dözümsüzlük;
– prosesin həyata keçməsinə şərait yaradan prosesli
faktorlar-vətəndaş müharibələri, dövlətlərarası müharibələr,
münaqişələr, böhranlar və s.
142
Boran Əziz, Bakı Dövlət Universitetinin tarix fakultəsinin dosenti, tarix
elmləri namizədi. Repressiyaya məruz qalan alimlər. Bakı Dövlət
Universiteti. Mətbuat və informasiya şöbəsi. “Azərbaycan” qəzeti, 02
oktyabr 2009-cu il.
http://www.press.bsu.edu.az/azcontent/repressiya_mruz_qalan_alimlr27122
010055731