146
miqrasiyasına qısa tarixi ekskursiya etsək, tarixçilərdən
öyrənə bilərik ki, ilk dəfə amerikaya qədəm qoyanların bəziləri
(burada avropalılar nəzərdə tutulur) öz dini inanclarını həyata
keçirmək azadlıqlarını axtaranlar olublar. 1620-ci ildə sonradan
zəvvarlar kimi tanınan və Avropada dini təqiblərə məruz qalan
təxminən 100 nəfərlik qrup (bəzi mənbələrdə 102 nəfər
göstərilir) indiki Pilmut (Massaçusets ştatında yerləşir) yaşayış
məskəninə gələrək orada koloniya yaratmışlar. Onlar öz
arxasınca dini azadlıq axtaran çox böyük bir qrupu gətirmişlər,
hansılar ki, Massaçusets Körfəz Koloniyasını yaratmışdılar.
Bəzi hesablamalara görə, 1630-1640-cı illər arasında 20 min
nəfər Puritan bölgəyə miqrasiya etmişdir.
170
1638-ci ildə isveçlilərin Amerikaya miqrasiyası başla-
mışdır. Pilgrimlərdən (zəvvarlardan) fərqli olaraq, isveçlilər
dini təqiblərə məruz qalanlar deyildilər, onlar İsveç hökuməti
tərəfindən təşkil olunmuş kolonial qrup idi.
171
İmmiqrantların çox böyük əksəriyyəti iqtisadi imkanlar
axtaranlar olmuşlar. Avropada bəzi cinayət törədənlər,
cinayətdə təqib olunanlar da Amerikada sığınacaq qazanmışlar.
Bundan əlavə minlərlə ingilis məhkumları muzdlu nökərlər
kimi Atlantik okeanından keçməklə Amerikaya göndərilib.
172
İmmiqrantların digər bir qrupu isə kolonializm dövründə Qərbi
Afrikadan gələn qullar olublar. Amerika quldarlığı barədə ilk
qeydlər 1619-cu ildə Virginiya ştatının Ceymstaun şəhərində
məcburən köləliyə məhkum olunmuş təqribən 20 nəfər Afrika
qulunun adını göstərir.
173
1680-ci ildə America koloniyalarında
təxminən 7 min nəfər Afrika qulu var idi. 1790-cı ildə onların
170
U.S. IMMIGRATION BEFORE 1965. http://www.history.com/topics/u-
s-immigration-before-1965
171
USA Immigration History. European Migration.
http://www.rapidimmigration.com/1_eng_immigration_history.html
172
Yenə orada.
173
U.S. IMMIGRATION BEFORE 1965. Immigration in the Colonial Era.
http://www.history.com/topics/u-s-immigration-before-1965
147
sayı, bəzi hesablamalara görə, yeddi yüz min nəfərə çatmışdı.
1808-ci ildə Kongress Amerikaya qulların idaxlını qanunla
qadağan etmişdi, lakin praktiki olaraq işlər həyata keçirilirdi.
ABŞ-da 1861-1865-ci illərdə baş vermiş vətəndaş müharibəsi
təqribən 4 milyon nəfər qulun azad olunması ilə nəticələndi.
174
Dəqiq rəqəmlər bəlli deyil, ancaq belə güman olunur ki, XVII-
XIX əsrlər arasında bey yüz mindən altı yüz əlli min nəfərə
qədər afrikanlı Amerikaya gətirilmiş və qul kimi satılmışdır.
175
1815-1865-ci illər arasında Amerikaya qədəm qoyan yeni
gələnlər arasında Şimali Avropa və Qərbi Avropadan olanlar
üstünlük təşkil edirdi. 1840-cı ildə Amerika immiqrantlarının
demək olar ki, yarısı İrlandiyadan gəlmə idilər.
176
Belə bir araşdırma məlumatı var ki,
Avropalılar və
Afrikalılar daha çox 1500-1840-cı illər arasında Amerikaya
qədəm
qoymuşlar.
Onlar
Şimali
Amerikada,
Cənubi
Amerikada və Karib hövzəsində məskunlaşmışlar. Bu illər
ərzində Avropalılar milyonlarla Qərbi Afrikalını məcburi
əməyə məhkum etmişlər və ABŞ-a gətirərək onları şəkər,
pambıq və tütün plantasiyalarında işlətmişlər.
177
1793-cü ildə
Afrika qul üsyançıları ilk müstəqil Karib hövzəsi dövləti olan
Haitini yaratmışlar.
178
1840-1880-ci illər arasında Avropadan
yeni bir qrup ABŞ-a miqrasiya etmişdir. Bunlar britaniyalıların
təqiblərinə məruz qalmış və aclığa düçar olmuş irlandiyalılar
idilər. ABŞ-da onlar fabrik işçilərinə çevrilmişlər, dəmiryolları
və kanallar tikintisinə kömək edirdilər və əmək hərəkatının
174
U.S. IMMIGRATION BEFORE 1965. Immigration in the Colonial Era.
http://www.history.com/topics/u-s-immigration-before-1965
175
Yenə orada.
176
Yenə orada.
177
A brief History of Immigration to the United States. Prepared by Alan
Singer, Department of Curriculum and Teaching. Hofstra University School
of Education.
http://people.hofstra.edu/alan_i_singer/294%20Course%20Pack/6.%20Imm
igration/115.pdf
178
Yenə orada.
148
iştirakçıları idilər. Skandinaviyalılar geniş şəkildə orta şərqdə
yerləşmişdilər.
179
İrlandiyalılar ölkənin şərq sahillərinə sığınırdılar. 1820-
1830-cu illər arasında 4,5 milyon nəfər irlandiyalı ABŞ-a
emiqrasiya etmişdir.
180
1800-cü illərin ortaları dövründə
kifayət qədər Asiyalı ABŞ-a emiqrasiya etmişdir. 1850-ci illərə
qədər 25 min nəfər çinli miqrant köç etmişdir.
181
1850-ci ildə ABŞ-da 2,2 milyon nəfər miqrant qeydə
alınmışdır. Bu, demək olar ki, ölkə əhalisinin təxminən 10 faizi
demək idi.
182
1880-1920-ci illər arasında, kəskin urbanizasiya və
sənayeləşmə zamanında Amerika 20 milyondan çox immiqrant
qəbul etmişdir. 1890-cı illərin başlanğıcında ABŞ-a gələnlərin
çox hissəsi Mərkəzi, Şərqi və Cənubi Avropadan idilər. 1920-ci
ilə olan məlumata əsasən, italyanlıların sayı 4 milyon nəfərdən
ibarət idi. 1880-1920-ci illər arasında 2 milyon yahudi ABŞ-a
köç etmişdir.
183
Almanlar da müharibələrdən və inqilablardan əziyyətlərə
düçar olaraq ABŞ-a mühacirət etmişlər. Çoxlu sayda almanlar
təcrübəli
işçilər
olmuşlar
və
onlar
yeni
şəhərlərdə
məskunlaşmışlar. Hal-hazırda onlar böyük bir etnik qrupa
179
A brief History of Immigration to the United States. Prepared by Alan
Singer, Department of Curriculum and Teaching. Hofstra University School
of Education.
http://people.hofstra.edu/alan_i_singer/294%20Course%20Pack/6.%20Imm
igration/115.pdf
180
U.S. IMMIGRATION BEFORE 1965. Immigration in the mid-19-th
century. http://www.history.com/topics/u-s-immigration-before-1965
181
Yenə orada.
182
Chiamaka Nwosu, Jeanne Batalova, and Gregory Auclair. Frequently
Requested Statistics on Immigrants and Immigration in the United States.
28 april 2014. http://www.migrationpolicy.org/article/frequently-requested-
statistics-immigrants-and-immigration-united-states
183
U.S. IMMIGRATION BEFORE 1965. European Immigration: 1880-
1920. http://www.history.com/topics/u-s-immigration-before-1965
Dostları ilə paylaş: |