137
də yol açır. Miqrantların doğma ölkələri “beyin köçü” ilə
üzləşirlər, xüsusilə səhiyyə və təhsil sahəsində çalışan
mütəxəssislərini itirirlər. Eyni zamanda miqrantlar onları qəbul
edən ölkələrə gələndə yeni çətinliklər, çağırışlar, bəzən isə
mənfi stereotiplər və diskriminasiya ilə üzləşirlər ki, bu da
onların psixoloji durumuna təsir edir.
Miqrasiyaya səbəb olan amillər çoxaspektlidir. Belə ki,
BMT-nin 2013-cü ildə gənclərin vəziyyəti və xüsusi ilə gənc
miqrantların müasir dünyaya verdiyi töhfələr və onların
qarşılaşdığı çağırışlarla bağlı hesabatında qeyd olunur ki,
iqtisadi, ekoloji və demoqrafik amillərin təsiri insanları
miqrasiya etməyə məcbur edir və bu tendensiya artır. Sənəddə
həmçinin qeyd olunur ki, yaxşı təhsil və iş imkanlarının
axtarılması, müharibədən, təbii fəlakətlərdən xilas olunmaq
gənclər arasında miqrasiyaya səbəb olan amillərdəndir.
159
Miqrasiyanın şərtləndirdiyi – meydana gətirdiyi
vəziyyətlər (problemlər):
–
birtərəfli inkişaf;
– sistemlərarası qeyri-tarazlıq;
– cəmiyyətlərarası uyğunsuzluq;
– əmək resurslarının çatışmazlığı;
– milli kadrların və digər əmək ehtiyatlarının maraqlarının
zərbə altında qalması;
– bir dövlətin digər dövlət üzərində üstünülüyü (təsirlər
etmək baxımından) və s.
Miqrasiyanın şərtləndirdiyi (meydana gətirdiyi) müsbət
amillər:
–
dünya üzrə inteqrasiya;
– dünyanın
siyasi bütövlüyü;
159
BMT: Dünyada 232 milyon miqrant var.
15.02.2014.http://news.lent.az/news/155813
139
III FƏSİL:
Dünya miqrasiya mərkəzləri
Beynəlxalq tranzit mərkəzlər və onların formalaşması
Təbii ki, dünyanın bütün insanları ayrı-ayrı coğrafi
regionlarda
məskunlaşmışlar.
Bu
məskunlaşma
qeyri-
tarazlıqlar üzrə dünya iqtisadi, siyasi və etnososial vəhdət
sistemini meydana gətirmişdir. Dünyanın əhali və sosio-
demoqrafik, etno-mədəni vəhdətlik sistemi məhz ayrı-ayrı
regionlarda yaşayan müxtəlif etnik mənşəli insanların sosial
münasibətlərindən, sosial əlaqələr vəhdətindən meydana gəlir.
Dünyada təbii ehtiyatların qeyri-taraz formada paylanması,
dövlətlərin fərqli əhali, ərazi, coğrafi mövqe, iqtisadi, siyasi
inkişaf göstəriciləri, eyni zamanda iqlim və ekologiya şəraiti,
həmçinin cəmiyyətlərin və dövlətlərin fərqli rejim (idarə-
olunma) xüsusiyyətləri xalqların köçünü meydana gətirmək-
dədir. Dövlətlər arasında xarici siyasətin, bu baxımdan
beynəlxalq münasibətlərin şərtlənməsinin kriteriyaları həm də
beynəlxalq əmək ehtiyatlarının axınlarını meydana gətirir.
Horizontal qaydada dünyanın siyasi, etnomədəni dinamikası,
insanların hərəkət axınları axınların mənbə və mənşəyini, eləcə
də bu iki obyekt arasında axın tranzitlərini meydana
gətirməkdədir. Bü gün dünyada sərt sərhədlər rejimləri qəbul
olunmayır. Eləcə də şüurun, intellektin artmaqda olan səviyyəsi
və ona təsir edən kommunikativ şəbəkələr dünyanın vahid
informasiya məkanı məhz ümumi bütövləşməni tələb
etməkdədir. Bununla yanaşı, çox təəssüf hissi ilə qeyd etmək
olar ki, şüurun inkişaf etdiyi və siyasi yanaşmanın
yumşalmaqda olduğu mövcud zamanlarda ayrı-ayrı regionlarda
böyük dövlətlərin maraqlarının təmin edilməsi uğrunda həyata
keçirilən müharibələr, silahlı qarşıdurmalar əhalinin məcburi
miqrasiyasını da meydana gətirməkdədir. Tarixdə olduğu kimi