Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə24/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   20   21   22   23   24   25   26   27   ...   72

71 
 
Miqrasiya  proseslərinin  iqtisadi-sosial  faktorları  bu 
prosesin  müxtəlif  şərtləndirici  istiqamətlərini  meydana 
gətirmişdir: 
 
Ə
mək  miqrasiyasının  və  sosial-hüquqi  miqrasiyanın 
formalaşması baxımından,  
 
– resurslar (ehtiyatlar) üzərində formalaşan miqrasiya-
strateji  xammal  ehtiyatları  üzərində  formalaşan  miqrasiya-
məsələn,  neft-qaz  ölkələrinə  əhalinin  köç  etməsi,  əməkçi 
miqrantların  və  onların  ailə  üzvlərinin  miqrasiyası.  Bu 
proseslər  ölkəyə  yeni  imkanlar  açır,  sərmayələri  cəlb  edir. 
Miqrasiyanın 
gətirdiyi 
kapital 
ölkədə 
yeni 
kapital 
dövriyyəsinin  əsaslarını  ortaya  çıxarmış  olur.  Miqrasiya 
kapitalı 
daxili 
kapitalla 
birləşir 
və 
sistemdaxili 
və 
sistemlərarası vəhdəti təşkil edir; 
–  ucuz  işçi  qüvvələri  və  xammal  zənginliyi  üzərində 
formalaşan  miqrasiya  –  məsələn,  Qərb  kapitalının  Rusiya, 
digər MDB ölkələri, Çin və digər Asiya ölkələrində özünə yer 
tapması; 
–  yüksək  sənaye  cəmiyyəti  və  yüksək  əmək  haqqı 
üzərində  qurulan  miqrasiya  –  bu,  daha  çox  inkişaf  etmiş 
ölkələrə axını yaradır;  
– insan hüquqlarının yüksək səviyyədə təmin olunduğu 
dövlətlərin  mərkəz  olduğu  miqrasiya  –  Qərbi  Avropa 
ölkələrində,  eləcə  də  ABŞ  və  Kanadada,  Avstraliyada,  Yeni 
Zellandiyada, 
Yaponiyada 
miqrasiyanın 
belə 
forması 
mövcuddur;  
–  gündəlik  həyat  üçün  lazımi  resursların  əldə 
edilməsinə  və  əlavə  qazanclara  hesablanan  miqrasiya-
burada  Rusiya  MDB-nin  digər  ölkələri  və  bir  çox  Asiya 
ölkələri  üçün  baza  mərkəz  rolunu  oynayır.  Yaxın  Şərqin  neft 
ölkələrinə  Asiyadan  və  Afrikadan  olan  axınları  da  buna 


72 
 
nümunə  göstərmək  olar.  Neft  ölkələrinə  həm  də  inkişaf  etmiş 
ölkələrin kapital miqrasiyası yaranır;  
–  turizm  strukturlarının  və  xidmətlərinin  yüksək 
səviyyədə  mövcud  olduğu  ölkələr  üzərində  qurulan 
miqrasiya  forması  –  ABŞ,  İspaniya,  Yunanıstan,  Türkiyə, 
Tailand,  Avstraliya,  bəzi  Mərkəzi  Latın  Amerikası  ölkələri, 
Asiya-Sakit okean regionunun bir çox ölkələri və s. 
Belə bir fikir var ki, miqrasiya fenomeninin tədqiqatı onun 
müxtəlif  aspektlərinin  öyrənilməsi  ilə  birbaşa  bağlıdır.  Daha 
çox  insanlar  belə  bir  fikirə  düşürlər  ki,  miqrasiya  hər  bir 
dövlətin 
həyatının 
vacib 
və 
ayrılmaz 
sosial-iqtisadi 
komponentidir.  Nizamlı  və  nəzarət  olunan  miqrasiya  hər  bir 
insan  kimi  cəmiyyətə  də  faydalar  gətirə  bilər.  Miqrasiyadan 
söhbət  düşəndə  çoxlu  sayda  qarşılıqlı  əlaqələr  aspektlərinin 
öyrənilməsi güman olunur: 
– əmək miqrasiyası; 
ailələlərin birləşdirilməsi
miqrasiya və təhlükəsizlik
– qeyri-nizamlı miqrasiya ilə mübarizə; 
miqrasiya və ticarət
– miqrantların hüquqları; 
səhiyyə və miqrasiya
inteqrasiya
miqrasiya və inkişaf 
Müasir  dəyişən  dünyada  miqrasiya  və  onun  idarə 
olunmasına  təsir  göstərən  bir  çox  qlobal  tendensiyalar 
xarakterikdir: 
demoqrafik tendensiyalar
–  inkişaf  etməkdə  olan  və  inkişaf  etmiş  ölkələr  arasında 
iqtisadi qeyri-bərabərsizlik; 
–  işçi  qüvvəsinin  mobilliyinin  artması  üçün  tələb  olunan 
ticarətin liberallaşdırılması; 
beynəlxalq əlaqələr sistemi


73 
 
transmilli miqrasiya
104

 
Miqrasiya  proseslərinin  emiqrasiya  və  immiqrasiya 
üzərində  qurulan,  eləcə  də  urbanizasiya  və  ruralizasiya 
üzərində strukturlaşan formaları məhz anlayışın geniş mənasını 
meydana  gətirmiş  və  konseptuallığını  formalaşdırmışdır. 
Miqrasiyanın  tərkibi  olan  kateqoriyalar  miqrasiya  anlayışının 
struktur  tərkibinin  əsaslarını  yaratmış  və  bu  anlayışda 
strukturalizmin meydana gəlməsini təmin etmişdir. 
 
 
Miqrasiyanın öyrənilməsində elmi metodologiya:  
miqrasiya müxtəlif elmlərin predmeti kimi 
 
Miqrasiya prosesləri həm coğrafi regionlar, həm də maraq 
sahələri  baxımından  universal  məna  kəsb  edir  və  forma  alır. 
Miqrasiyanın  bu  iki  aspektli  geniş  əhatə  miqyası  proseslərin 
elmin  obyektinə  çevrilməsi  üçün  xüsusi  əhəmiyyətini  və 
zəruriliyini  meydana  gətirir.  Miqrasiya  proseslərinin  xüsusi 
çəkisi  bu  prosesləri  öyrənmənin  xüsusi  aspektlərini  ortaya 
qoyur. Miqrasiya proseslərinin geniş tərkibi və tərkibi yaradan 
komponentlərin  (burada  subyektlərin  və  onların  maraq 
sferalarının)  qarşılıqlı  əlaqələr  miqyasının  müqayisədə  mikro 
və  makro  kəmiyyət  arasında  dəyişməsi  bu  prosesi  öyrənən 
elmlərin  (fənlərin)  də  sayının  çoxluğunu  şərtləndirmişdir. 
Miqrantın hüquqları vətəndaşlar kimi ümum insan hüquqlarının 
tərkibidir.  İnsanların  maraq  göstərdiyi  və  insanların  (burada 
vətəndaşların) iştirak etdiyi sahələr həm də miqrantların maraq 
sahələridir.  Miqrant  hüququ,  miqrant  fəaliyyəti  bu  baxımdan 
ümuminsan hüquqlarının və fəaliyyətinin tərkib hissəsini təşkil 
edir.  İnsanların  fəaliyyətini,  yaşayış  şərtlərini,  iqtisadi,  siyasi, 
sosial  və  tibbi-ekoloji,  eləcə  də  tarixi-mədəni  aspektlərdən 
öyrənən elm sahələri elə miqrasiya proseslərini də öyrənir.  
                                                 
104
 О миграции. http://moscow.iom.int/russian/raboutmigration.html 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə