Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə18/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   14   15   16   17   18   19   20   21   ...   72

53 
 
incəsənətin  hər  hansı  bir  sahələrində  bir  çox  anlayışları 
adlandırmaq üçün söz və söz birləşmələri kimi istifadə olunur).  
Emiqrasiya  və  immiqrasiya  prosesləri  arasında  kəmiyyət 
fərqi  isə  miqrasiya  saldosu  adlanır.  Miqrasiya  saldosunun 
kəskinləşməsi ölkənin hərtərəfli strukturuna öz mənfi təsirlərini 
göstərir. 
Miqrasiya  saldosu  –  əhalinin  miqrasiya  artımı.  Müəyyən 
dövrdə bu əraziyə gələnlərin sayı ilə həmin ərazidən gedənlərin 
sayı  arasındakı  fərqdir.  Miqrasiya  artımı  həm  müsbət 
(gələnlərin sayı gedənlərin sayından çox olarsa), həm də mənfi 
(gələnlərin  sayı  gedənlərin  sayından  az  olarsa)  kəmiyyət  ola 
bilər.
56
 
Xalis  miqrasiya  (net  migration)  –  xalis  miqrasiya 
müəyyən  dövr  üçün  miqrantların  ümumi  xalis  cəmidir,  hansı 
ki, burada immiqrantların total sayı emiqrantların illik sayından 
(vətəndaşlar  və  vətəndaşlığı  olmayanlar  da  daxi  olmaqla)  geri 
qalır.
57
 Xalis  miqrasiya
 
immiqrasiya  ilə  emiqrasiya  arasında 
olan dövrü fərqdir. Bu, miqrasiya saldosu mənasını da verir.  
İmmiqrant  statusu  –  İmmiqrant  statuslarının  verilməsi-
məsələn,  Azərbaycan  Respublikasında  daimi  yaşamaq  üçün 
verilən status. 
Əmək 
miqrasiyası 
–  Azərbaycan  Respublikasının 
Miqrasiya  Məcəlləsində  əmək  miqrasiyası  dedikdə,  fiziki 
şəxsin  haqqı  ödənilən  əmək  fəaliyyəti  ilə  məşğul  olmaq  üçün 
qanuni  əsaslarla  bir  ölkədən  başqa  ölkəyə  miqrasiya  edən 
hüquqi  şəxs  başa  düşülür.
58
 Miqrasiyaya  dair  bu  kimi 
ifadələr də işlədilir: 
 
                                                 
56
 Əhali statistikası. Azərbaycan Respublikasının Dövlət Statistika 
Komitəsi. www.stat.gov.az/menu/7/source/004_1.doc 
57
 Net migration. The World Bank. 
data.worldbank.org/indicators/SM.POP.NETM. 
58
 Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi. Maddə 3. Bakı-2013. 
Dövlət Miqrasiya Xidməti  


54 
 
-miqrasiya idarəetməsi (Migration management); 
-mütəşəkkil miqrasiya (Orderly migration) 
-qeyri-leqal miqrasiya (Irregular migration) 
 
Dairəvi  miqrasiya  (Circular  migration)  –  əməkçi 
qüvvələrə  ehtiyacların  ödənilməsinə  görə,  hər  tərəfə    – 
göndərən və qəbul edən ölkələrə  – faydalar gətirən müvəqqəti 
və uzun müddətli miqrasiya.
59
  
Miqrant  –  xarici  ölkəyə  miqrasiya  (mühacirət)  edən 
şəxs.
60
  
Əməkçi  miqrant  –  haqqı  ödənilən  əmək  fəaliyyəti  ilə 
məşğul  olmaq  üçün  qanuni  əsaslarla  bir  ölkədən  başqa  ölkəyə 
miqrasiya edən fiziki şəxslərə deyilir.
61
  
Miqrantlarla bağlı bu kimi ifadələr də vardır: 
-sənədləşdirilmiş miqrantlar; 
-iqtisadi miqrant; 
-qeyri-leqal miqrant (irregular migrant); 
-ixtisaslı əməkçi miqrant (skilled migrant); 
-müvəqqəti əməkçi miqrant (temporary migrant worker) 
Qastarbayter-(alman  dilində-Gastarbeiter-qonaq  işçi-
Gast-qonaq;  Arbeiter-  işçi  mənasını  verir)  başqa  ölkədən 
işləmək  məqsədilə  gələn  işçiyə  deyilir.  Başqa  ölkədən  gələn 
muzdlu  işçi  leqal  olur,  mütəxəssislər  dəvətnamə  əsasında 
gəlirlər;  həmçinin  zəif  inkişaf  etmiş  ölkələrdən  qazanc 
məqsədilə  qeyri-qanuni  olaraq  köç  edirlər.
62
 Qastarbayter 
əməkçi miqrantla eyni mənanı verir.  
                                                 
59
 Circular migration. Key Migration Terms. Table of Contents. 
International Organization for Migration. 
www.iom.int/cms/en/sites/iom/home/about-migration/key-migration-terms-
1.html 
60
 Aqşin İsabala oğlu Quliyev. Hüquq Ensiklopediyası. Bakı. Qanun-2007, 
1108 səh., səh. 753. 
61
 Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi. Maddə 3. Bakı-2013. 
Dövlət Miqrasiya Xidməti 
62
 Гастарбайтер. http:// www. slovoborg.su/definition/ гастарбайтер 


55 
 
Əcnəbi – xarici ölkə vətəndaşı;  
Vətəndaşsızlıq  (Apatrid  halı)  –  şəxsin,  heç  bir  dövlətin 
vətəndaşlığına  mənsub  olmaması  ilə  səciyyələnən  hüquqi 
vəziyyətdir.  Vətəndaşsızlıq,  əsasən  bu  kimi  hallarda  meydana 
gəlir: şəxs öz dövlətinin vətəndaşlığından çıxıb, hələ başqa bir 
dövlətin vətəndaşlığını qəbul etməyibsə, əcnəbi ilə nikaha daxil 
olan  qadın  öz  dövlətinin  qanunvericiliyinə  görə  vətəndaşlığını 
avtomatik  olaraq  itirib,  lakin  ərinin  vətəndaşlığını  qəbul 
etməyibsə  və  s.  Vətəndaşlığı  olmayan  şəxslərə  iki  beynəlxalq 
müqavilə  həsr  olunub:  1)  Apatridlərin  statusu  haqqında  1954-
cü  il  Konvensiyası,  2)  Vətəndaşsızlıq  hallarının  azaldılması 
haqqında 1961-ci il Konvensiyası.
63
 (Qeyd30 sentyabr 1998-
ci  ildə  qəbul  edilən  “Azərbaycan  Respublikasının  vətəndaşlığı 
haqqında”  Azərbaycan  Respublikasının  Qanununun  12-c 
maddəsinə  əsasən,  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 
Respublikası  ərazisində  doğulmuş  uşağı  Azərbaycan Respubli-
kasının  vətəndaşı  sayılır.  Həmin  qanunun  7-ci  maddəsinə 
əsasən,  Azərbaycan  Respublikasının  vətəndaşı  olan  kişi  və  ya 
qadının  əcnəbi  ilə  və  ya  vətəndaşlığı  olmayan  şəxslə  nigah 
bağlaması  və  ya  nigahı  pozması ər və  arvadın  vətəndaşlığının 
dəyişməsinə səbəb olmur.
64
) 
Apatrid  –  heç  bir  dövlət  tərəfindən  öz  qanununa  görə 
vətəndaş  sayılmayan  şəxs.
65
 Apatridin şəxsi statusu onun üçün 
domisil  olan  ölkənin,  beləsi  yoxdursa,  yaşadığı  ölkənin 
qanunları ilə müəyyən edilir. - “Apatridlərin statusu haqqında” 
BMT  Konvensiyası  (Maddə  12,  bənd  1.)  .  Apatridlərə  ingilis 
                                                 
63
 Vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu. 
http://turalisgandarov/wordpress.com/2011/01/25vetendassizliq/ 
64
 “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan 
Respublikasının Qanunu. http://e-
qanun.az/files/framework/data/3/f3187.htm 
65
 “Apatridlərin statusu haqqında” BMT Konvensiyası. 
www.migration.gov.az/images/pdf/14c68c7da2fbbb62eb293694833d224a. 
pdf 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə