Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə14/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   10   11   12   13   14   15   16   17   ...   72

41 
 
böyük  olan  ölkələr  daxilində  –  demoqrafik-sosial  tarazlığın 
formalaşmasını  (buna “yayılan  miqrasiya”  demək olar) təmin 
edir.  “Yığılan  miqrasiya”  ölkəyə  öz  mənfi  təsirlərini  göstərir, 
demoqrafik  tarazlığı  pozur,  bu  baxımdan  əhalinin  ölkə  üzrə 
tarazlı yayılmasına, tarazlı demoqrafik və digər sosial struktura 
zərbələr  vurur.  Meqapolislər  əksər  hallarda  məkan-insan 
tarazlığını  pozur.  Həmçinin  ölkənin  iqtisadi-inzibati  rayonlar 
üzrə tarazlı inkişafı üçün tələb olunan resurslar azlığını (burada 
həm  işçi  qüvvələr,  xüsusilə  intellektual  qüvvələr  azlığını,  həm 
də istehlak məqsədilə istismar olunması üçün tələb olunan təbii 
resursların  çatışmazlığını)  meydana  gətirir.  Maddi  və 
maddinin  özündə  əks  etdirdiyi  mənəvi  resursların  azlığı 
ölkənin  tarazlı  qaydada sistemli  müdafiəsinə zərbələr vurur və 
onun  təhlükəsizliyi  və  müdafiəsi  üçün  zəiflikləri,  potensial 
çatışmazlığını  yaradır.  “Yığılan  miqrasiya”  meqapolislərin 
yaranmasına,  şəhərlərin  böyüməsinə  xidmət  edir  və  bu 
baxımdan  da  şəhər  həyatında  ekoloji  tarazlı  vəziyyətlərin 
gərilməsinə səbəb olur. “Yığılan miqrasiya”da ekoloji vəziyyət 
gərginləşməklə  yanaşı,  demoqrafik  “partlayışlar”  da  yaranır. 
“Yığılan  miqrasiya”  ölkənin  sosial-siyasi,  iqtisadi-mədəni 
strukturları  arasında  tarazlı  əlaqələr  formasının  yaranmasına 
zərbələr  vurur  və  bu  baxımdan  da  ölkə  tarazlı  inkişaf  tempini 
təmin edə bilmir. Bu gün dünya ölkələrində, xüsusilə də inkişaf 
etməkdə  olan  ölkələrdə  əhalinin  şəhərlərdə  cəmləşməsi 
(urbanizasiya)  və  bundan  irəli  gələrək  kənd-şəhər  tarazlığının 
pozulması  bir problem  kimi  dövlətin və cəmiyyətin qarşısında 
durur.  Bir  çox  ölkələrdə  bu  proseslərin  qarşısını  almaq  üçün 
tədbirlər həyata keçirilir, ali məktəblər köçürülür, yeni paytaxt 
şəhərləri  və  inzibati  mərkəzlər  yaradılır.  Kənd  həyatının 
uyğunlaşdırılması  prosesləri  həyata  keçirlir.  Regionların 
infrastrukturları  yaxşılaşdırılır.  Son  dövrlərdə  Azərbaycanda 
regionların  tarazlı  inkişafına  dair  dövlət  proqramlarının  qəbul 
edilməsi  və  icrasının  yerinə  yetirilməsi  bir  baza  məqsəd  kimi 
məhz  ölkədə  “yığılan  miqrasiya”  formasının  qarşısını 


42 
 
almaqdan  ibarətdir.  “Yığılan  miqrasiya”  ölkədə  “yük 
mərkəzlər”nin  sayını  birtərəfli  qaydada  artırır  və  regionlarda 
lazımi  resursların  qarşılıqlı  olaraq  tətbiq  edilməməsi  (burada 
tələbata cavab verəcək resursların çatışmazlığı nəzərdə tutulur) 
sayəsində  “yük  mərkəzləri”  ölkənin  problemli  mərkəzlərinə 
çevrilir.  
“Yayılan  miqrasiya”  da  isə  əksinə  proseslər  yaşanır. 
Tarazlı inkişaf məhz yayılan iqtisadiyyatın və sosial strukturun 
meydana  gəlməsinə  xidmət  edir.  Məsələn,  ən  yaxşı  olar  ki, 
ölkələrin  böyük  şəhərləri  onların  sərhədlərinə  yaxın  olsun.  Bu 
halda  ölkə  sərhədləri  boyunca  yayılan  mərkəzlər  ölkənin 
daxilini tarazlı əsaslarla inkişaf etdirə bilər.  
“Yayılan”  və  “Yığılan”  miqrasiyanın həm ölkədaxili, həm 
də  ölkələrarası  forması  mövcuddur.  Ölkələrarası  forması 
(burada hər iki forma iştirak edir) əsasən dünyada intellektual 
mərkəzlərin yaranmasına xidmət edir. Bununla bərabər, dünya 
sənaye  kapitalının  təmərküzləşməsinə  şərait  yaradır,  nəticə 
etibarilə  dünyanın  iqtisadi  və  siyasi  güc  mərkəzlərinin 
(məsələn,  ABŞ,  Rusiya,  Avropa  İttifaqı)  formalaşmasına 
xidmət  edir.  Miqrasiya  proseslərinin  bu  şəkildə  vüsət 
almasından  istifadə  edən  böyük  dövlətlər  prosesdən  öz 
maraqları  üçün  yararlanmağa  çalışırlar.  Nəticə  etibarilə 
miqrasiya  prosesləri  təzyiq  üsullarının  (ölkədaxili  və  digər 
ölkələr üçün) meydana gəlməsinə şərait yaradır.  
Təbii  ki,  bu  proseslərin  müsbət  tərəfləri  də  vardır.  Elm 
mərkəzlərindən,  təhsil  mərkəzlərindən,  iqtisadi  mərkəzlərdən, 
işgüzarlıq  (biznes)  mərkəzlərindən  istifadə  edən  şəxslər  özləri 
üçün  rahat  həyat  qurmaq  imkanları  əldə  edirlər  və  yeni 
potensial  mərkəzlərdən  faydalanırlar.  Eləcə də öz  istedadlarını 
yaradıcılıq və quruculuq yolunda sərf edirlər.  
Miqrasiya  bir  proses  olaraq,  müasir  anlamda  qloballaş-
manın,  yəni  total  olaraq  proseslərin  xüsusiləşməsinin  və 
universallaşmasının  tərkibidir.  Qloballaşmada  baza  resursalr 
və bütün digər resurslar  cəm halda iştirak edir, nəticə etibarilə 


43 
 
sinergetiklik  yaranır.  Qlobal  sinergizmin  yaranmasında 
miqrasiya  mühüm  əhəmiyyət  kəsb  edən  bir  prosesə  çevrilir. 
Miqrasiya  bu  baxımdan  qloballaşmanı  meydana  gətirən 
tərəflərdən,  aspektlərdən,  şərtlərdən  biridir.  Qlobal  güc 
mərkəzləri  (ABŞ-Kanada-Avstraliya,  Rusiya,  Avropa  İttifaqı, 
Çin,  Hindistan,  Braziliya)  miqrasiya  hesabına  da  dünyaya 
qlobal  nəzarətə  sahib  ola  bilirlər.  Qloballaşma  üçün  lazımi 
əmək resursları və istehsal vasitələri tələb olunur ki, bu tələblər 
də  ayrı-ayrı  mərkəzlərdə  –  sənaye  və  işgüzarlıq,  eləcə  də 
informasiya  texnologiyarının  idarə  olunması  mərkəzlərində 
yerinə  yetirilir.  Miqrasiya  prosesləri  məhz  qloballaşma 
proseslərinə  səbəb  olan  inteqrasiya,  mədəni  müxtəliflik, 
mədəni 
çalarlılıq 
(multikulturalizm) 
kimi 
proseslərin 
formalaşmasını  təmin  edən  əsas  aspektlərdən  biri  kimi  də  rol 
oynayır. Miqrasiyanı təşkil edən qüvvələr baza etibarilə dünya 
iqtisadiyyatı  üçün  “lokomotiv”  məna  kəsb  edən  məhsuldar 
qüvvələrin  tərkibini  təşkil  edir.  Bu  baxımdan  insanların  daha 
çox  enerjili  təbəqəsini  –  gəncləri,  gənc  ailələri  əhatə  edən 
strukturlu bir prosesə çevrilir. (BMT-nin  məlumatına əsasən, 
hal-hazırda  dünyada  232  milyon  miqrant  mövcuddur. 
Onların  30  faizi  29  yaşdan  aşağı  olan  gənclərdir).
43
 
Miqrasiya  gənc  ailələrdə  dünyaya  gələn  uşaqların  miqrant 
olduğu  ölkə  üçün  faydasını  üzərə  çıxarır.  Məsələn,  Rusiyada 
miqrant  uşaqların  artımı  gələcək  vətəndaşların  sayının 
artmasını  təmin  edən  ünsür  rolunu  oynaya  bilir.  Deməli, 
miqrasiya  əslində  miqrant  göndərən  ölkə  üçün  gələcək 
potensial baxımından (resurs çatışmazlığının meydana gəlməsi) 
mənfi hallarla xassələnir. Gənclərin ölkəni tərk etməsi ölkənin 
gələcək taleyinə zərbələr vurur. Məsələn, belə bir məlumat var 
ki,  Ukraynanı  tərk  edən  emiqrantların  sayı  artmış  və  dünyada 
6,6  milyon  nəfərə  çatmışdır.  Ukrayna  emiqrantlarının  çox 
hissəsini  tələbələr  və  35  yaşa  qədər  olan  gənclər  təşkil  edir. 
                                                 
43
 BMT: Dünyada 232 milyon miqrant var. http://news.lent.az/news/155813 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə