Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə13/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   9   10   11   12   13   14   15   16   ...   72

38 
 
-dini  amillər  –  dinin  təbliği  ilə  əlaqədar  həyata  keçirilən 
işğal  hadisələri  (məsələn,  Ərəb  xilafətinin  meydana  gəlməsi, 
ərəblərin  böyük  ərazilərdə  islam  dinini  yaymaları)  və 
missionerlik  fəaliyyəti  ilə  əlaqədar  köç  etmələr  (məsələn, 
xristian missionerlərinin, yahudi missionerlərinin köç etmələri) 
-qədim  dövrlərdən  başlayaraq.  Orta  əsrlərdə  və  yeni  dövrdə 
xristian  missionerləri  Yeni  dünyada  (Amerika  qitəsində) 
xristian dinini yaymaqla məşğul olmuşlar; 
-elmin  öyrənilməsi  –  bu,  əsasən  mütəxəssis  olmaq  və  ali 
təhsilə  yiyələnmək  və  daha  yüksək  həyat  tərzi  istəklərindən 
meydana  gəlmişdir.  XIX  əsr  Avropası  digər  regionlar  üçün 
elmi  öyrənmə  mərkəzinə  çevrilmiş  və  müxtəlif  xalqların 
(məsələn,  XIX–XX  əsrlərdə  yaponların)  mütəxəssis  hazırlama 
mərkəzi  rolunu  oynamışdır.  Bu  gün  də  bu  proses  davam 
etməkdədir.  
Qeyd  olunduğu  kimi,  əhalinin  ümumdünya  üzrə  geniş 
yayılmasının  coğrafi-tarixi  əsasları  miqrasiya  anlayışının 
iqtisadi,  sosial,  siyasi,  mədəni  və  digər  istiqamətlərini 
formalaşdırmışdır.  Miqrasiyanın  dövlətlər  tərəfindən  tənzim 
olunması,  bu  prosesdə  dövlətlərin  maraq  və  məqsədləri, 
prosesin  hüquqi-siyasi  tənzimlənməsi  amilini  meydana  gətir-
mişdir.  Miqrasiya  dövlət  idarəetməsinin  əsas  obyektlərindən 
birini təşkil etmişdir. İdarəetmə özündə vasitə və alətləri, digər 
resursları toparlamışdır.  
Burada  coğrafi  məkan  miqyasları  əhatəsi  prinsipi  ilə 
əhalinin  yaşayış  yerləri  üzrə  məskunlaşması,  təkrar  məskun-
laşması,  yerdəyişməsi,  bunlardan  irəli  gələn  demoqrafik 
uyğunsuzluqlar halları (yəni köç hadisələrinin mənşə və təyinat 
məkanlarında  mövcud  demoqrafik  proseslərin təbii axarına öz 
mənfi  təsirlərini  göstərməsi)  -bir  tərəfdən,  əhalinin  qurduğu 
cəmiyyətdə  münasibətlər  və  əlaqələr  strukturları,  dövlətlər-
daxili əlaqələr və beynəlxalq əlaqələr strukturları arasında olan 
əlaqələr, - digər tərəfdən, problemlər istiqamətləri olaraq, həm 
tənzimləmə  predmetinə  çevrilir,  həm  də  elmin  tədqiqat 


39 
 
obyektinə  cəlb  olunur.  Miqrasiya  proseslərinin  sistemli 
qaydada həyata keçirilməsi, idarə olunması zərurəti bu prosesin 
siyasətin  predmeti  kimi  əhəmiyyət  kəsb  etməsini  meydana 
gətirir.  Miqrasiya  anlayışının  tərifi  həm  qısa  mənada 
formalaşır, həm də ümumi tərifi yaradan və konseptuallıq kəsb 
edən  komponentləri  özündə  cəmləşdirir,  şaxələnmiş  məzmun 
alır.  Miqrasiya  anlayışı  öz  mənbəyini  iqtisadi,  sosial,  siyasi, 
milli-mədəni  və  hüquqi  aspektləri  əhatə  edən  predmetlərdən, 
obyektlərdən  götürür.  Miqrasiya  anlayışı  hətta  cəmiyyətin  və 
dövlətin  sosial-siyasi  psixologiyasından  da  bəhrələnir. 
Məsələn,  ayrı-ayrı  mədəniyyətlərə,  sivil  inkişaf  xüsusiyyət-
lərinə  sahib  olan  xalqlar  və  onların  nümayəndələri  qarışarkən 
müəyyən  sosial-mədəni  partlayışları  meydana  gətirir.  ABŞ-da 
qaradərili  insanlarla  ağdərili  insanlar  arasında  vaxtaşırı  belə 
problemlər  yaşanır  və  ayrı-seçkiliyin  meydana  gəlməsini 
özündə  əks  etdirir.  Xarici  ölkələrdə  formalaşan  diasporalar  və 
onların lobbiçilik fəaliyyəti hətta sosial-siyasi aspektlərə də öz 
təsirlərini  göstərir.  Mədəniyyət fərqləri onu daşıyan ünsürlərin 
qarşılıqlı  münasibət  uyğunsuzluğunu  da  meydana  çıxarır.  Bu, 
ən  çox  özlərinə  təyinat  ölkələrdə  şəhərciklər,  taunlar  yaradan 
diasporaların (çintaunlar, ərəbtaunlar, afrotaunlar) yerli mədəni 
ünsürlərin  daşıyıcıları  ilə  əlaqə  və  münasibətlərində  meydana 
gəlir.  Bu  halda  miqrasiya  anlayışı  hadisələri  ifadə  edən 
məzmun  olaraq  özünə  psixoloji  aspektləri  də  əlavə  edir. 
Universal  tərkib  ünsürlər  “piramida”nın  yuxarı  mərhələsində 
və şərti son ucunda xüsusiləşmiş miqrasiya terminini yaradır. 
Miqrasiya  termini  də  öz  növbəsində  şaxələnir  və  prosesin 
zənginliyini  və  birləşdirici  məzmununu  özündə  əks  etdirir. 
Tərkib  ünsürlər  (tərif  yaradan  ünsürlər)  miqrasiya  anlayışının 
geniş  strukturunu  və  sistemli  mahiyyətini  meydana  gətirir. 
Miqrasiya  anlayışı  geniş  tərkib  baxımından  həm  iqtisadi, 
sosial, mədəni və siyasi anlayışlardan meydana gəlir, həmçinin 
bu  anlayışların  tərkib  ünsürlərinə  çevrilir.  Sosial,  siyasi, 
mədəni aspektlərin izah olunmasında miqrasiya anlayışı özü də 


40 
 
bir  tərkib  komponentinə  çevrilir.  Bu  baxımdan  miqrasiyanın 
xüsusiləşmiş  tərifi,  yəni  qısa  tərifi,  həm  də  ümumiləşmiş 
tərifi,  yəni  geniş  tərkibli  tərifi  formalaşır.  Miqrasiya 
anlayışının  ümumi  və  xüsisi-konkert  mənalarda  əksini  tapmış 
konseptuallığı  onun  şaxələnmiş  tərkibində  meydana  gəlmiş 
olur.  
Miqrasiya  əhalinin  yerdəyişməsinə  aid  olan  termin  və 
anlayış  olduğundan,  insanların  sosial  maraqlarının  əks 
olunduğu  əksər  sahələrdə  diqqəti  cəlb  edir.  Nəzərə  alınır  ki, 
miqrant  ilk növbədə  insandır  və  yerli  vətəndaşlar kimi onların 
da  baza  hüquq  və  azadlıqları  mövcuddur.  Onlar  bu  hüquqları 
sərhədlərdən-sərhədlərə,  məskənlərdən-məskənlərə  daşıyırlar. 
İnsan  sosial-mədəni  ünsürdür.  Miqrantın  da  bu  istiqamətdə 
sosial-mədəni 
tələbatları 
mövcuddur. 
İnsani 
dəyərlərin 
qorunması  və  təmin  olunması  proseslərin  yüksək  səviyyədə 
tənzim  olunmasını  zəruri  edir.  Miqrasiya  prosesləri  müxtəlif 
tərkib  etibarilə  sosial-mədəni  və  maddi  maraqlara  görə  baş 
verən hadisələrdən meydana gəlir. Miqrasiya prosesləri özü ilə 
insan  hüquqlarının  daşıyıcı  hərəkətinə  çevrilir.  Bu  baxımdan 
insan  istəklərinə  (arzularına)  uyğun  olan,  ya  da  onlardan  asılı 
olmayan  və  nəticə  etibarilə  miqrasiyanı  şərtləndirən  çoxlu 
sayda  amillər  meydana  gəlir.  Miqrasiya  geniş  proses 
olduğundan  onu  şərtləndirən,  yəni  ona  mütləq  və  nisbi 
başlanğıclar  verən,  eləcə  də  nəticələr  doğuran  amillərin, 
şərtləndirici  kriteriyaların  sayı  çoxluq  təşkil  edir.  Miqrasiya 
istənilən  bir  proses  kimi  müxtəlif  sosial,  siyasi  və  hərbi-
təhlükəsizlik  səbəblərindən  (məcburi,  zəruri  və  könüllü) 
başlayır  və  müxtəlif  nəticələr  verir.  Bu  nəticələr  də  digər 
proseslər  üçün  şəraitləri  doğurur.  Miqrasiya  prosesləri 
trayektorik  xətlərdə  özündə  müsbət  və  mənfi  halların 
yaranmasının  əsaslarını  meydana  gətirir.  Miqrasiya  prosesləri 
bir  tərəfdən,  əhali  sıxlaşması  fonunda  sosial-demoqrafik 
tarazlığın  pozulmasını  meydana  gətirir  (buna  “yığılan 
miqrasiya”  demək  olar),  digər  tərəfdən  də,  məsələn,  ərazisi 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə