Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə10/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   6   7   8   9   10   11   12   13   ...   72

29 
 
zərurətini ortaya qoymuşdur. Prosesin şaxələnməsi məhz onun 
forma  və  məzmunlarını,  nəticələrini  və  doğurduğu  şəraiti 
meydana  gətirməkdədir.  Miqrasiya  artıq  bir  çox  elmlərin  və 
fənlərin  də  müştərək  öyrənilməsi  obyektinə  çevrilmişdir.  Bu 
baxımdan  da  elmi  tədqiqat  istiqaməti  olaraq  miqrasiologiya 
fənni (migration studies) meydana gəlmişdir.  
Kitabda  miqrasiyanın  elmi  əsasları  –  miqrasiologiya
miqrasiya  prosesləri  və  onun  formalaşması  əsasları, 
miqrasiyanın  tipləri:  növləri  və  formaları,  eləcə  də 
miqrasiyanın 
nəticələri 
araşdırılıb.  Dünya  miqrasiya 
mərkəzləri  içərisində  ən  böyüyü  olan  Şimali  Amerika 
mərkəzinin formalaşmasının tarixi, iqtisadi, mədəni, hüquqi və 
sosial-demoqrafik 
aspektləri 
şərh 
olunur. 
Miqrasiya 
proseslərinin  əsas  komponentləri,  yəni  prosesdə  iştirak  edən, 
prosesi  formalaşdıran  tərkib  elementlər  elmi  baxımdan  şərh 
edilir. Əlavədə verilən qrafiklərdə miqrasiya anlayışının tərkib 
komponentləri  (tərkib  termin  və  anlayışları)  və  miqrasiya 
proseslərinin qısa məzmunu ümumiləşdirilmiş şəkildə öz əksini 
tapır.  


30 
 
I FƏSİL: 
Miqrasiyanın elmi əsasları – Miqrasiologiya 
 
 
Miqrasiya anlayışı 
 
Hər  bir  anlayış  (anlayış-predmet  və  hadisələrin  ümumi, 
mühüm  əlamətlərini  əks  etdirən  fikir,  təfəkkür  dərketməsi 
forması deməkdir. Anlayış insanın beyinində olandır, fikirlərin 
sistemli  qaydada  izah  olunmasıdır.  Anlayış  məna  yaradan 
konseptual  ifadələrdir)  özünün  konseptual  mənasını  ətraf 
anlayışlarla  vəhdətdə  (çünki  hər  şey  sistemdədir  və  sistemlər 
daxilində  vəhdət  prinsipi  əsasında  əlamətlənir.  Sistemi  də 
elementlər, onların cəmi yaradır) əks etdirir. O anlayışlar daha 
geniş  məzmunlu  olur  ki,  onların  ifadəçisi  olduğu  proseslər 
(siqnallarla şüurda qavranılan proseslər) məkan və elementlər 
tərkibi  baxımından  zəngin  əsaslara  malik  olur.  Anlayışların 
genişlənməsi  onu  əhatə  edən,  ona  aid  olan  sistemin  tərkib 
elementlərinin üfiqi və şaquli əsaslarla çoxlaması ilə bağlı olur. 
(Təfəkkürün  konstruktiv  funksiyası  elə  sistemli  dərk  olunnma 
prosesləri  zamanı  anlayışın  xəyali  sistemləşməsini  meydana 
gətirir).  Genişlənmə  elə  bir  prosesə  çevrilir  ki,  bu  proses 
sayəsində  anlayışı  əhatə  edən  digər  sistemlərdəki  proseslər  də 
əlavə olaraq əhatə olunur. Strukturlar arasında olan genişlənmə 
vəhdəti  və  yeni  strukturların  meydana  gəlməsi  məhz 
anlayışlararası  əlaqəni  meydana  gətirir.  Bir  anlayış  özü  ilə 
çoxlu  sayda  anlayışların  tərkibini  aşkar  edir.  Bir  anlayış 
digərinin müəyyən başlanğıcını və sonunu bildirir. Anlayışların 
formalaşması  ardıcıl  olaraq  məkanların  birləşməsini  yaradır. 
Deməli, anlayışların çoxluğu qeyri-müəyyənliyin müəyyənliklə 
əvəz  olunmasıdır.  Bu  prinsip  və  qanunuyğunluq  məhz 
sistemlilik  prinsipindən və  qanunauyğunluğundan ortaya çıxır. 
Anlayışın  ekzoterik  (yəni  genişləndikcə  çoxları  tərəfindən 
başa düşülən) sistemalogiyası və ezoterik  (yəni dərinləşdikcə 


31 
 
ancaq 
müəyyən 
elm 
dairələrinin 
nümayəndələri 
və 
mütəxəssislər  tərəfindən  başa  düşülən)  sistemalogiyası 
formalaşır.  Ekzoterik  məna  sadələşməyə  doğru,  ezoterik  məna 
isə  mürəkkəbləşməyə  doğru  inkişaf  edir,  genişlənir.  Bu 
genişlənmə  prosesi  iki  mühüm  baza  istiqamətdə:  sistemin 
dərinliklərinə  doğru;  ətraflara  doğru  baş  verir.  İki  istiqamət 
sayəsində anlayış  elmi  meydana  gətirir,  anlayışı formalaşdıran 
xətlərin,  istiqamətlərin  çoxluğu  həmin  anlayış  üzrə  fənlərin 
yaranmasını  zəruri  edir.  Fənlər  özünəxas  olan  müvafiq 
istiqamətlərdə  həyata  keçən  sistemli  təhlillərdən  formalaşır. 
Anlayışı  obyekt  edən  çoxlu  sayda  trayektorik  istiqamətlər 
anlayışın digər elm sahələri ilə vəhdətinin əsaslarını təşkil edir. 
Məsələn,  miqrasiya  prosesləri  həm  daxilən,  həm  də  ətraflara 
doğru çox geniş vüsət aldığından, bununla yanaşı, ölkədaxili və 
ölkələrarası  sferada  çoxlu  sayda  sahələri  əhatə  etdiyindən,  bu 
anlayışın  genişlənən  əhatəsi  meydana  gəlməkdədir.  Miqrasiya 
anlayışında  ezoteriklik  və  ekzoteriklik  onun  əhatəli  və  elmi 
olmasında  büruzə  verir.  Miqrasiya  prosesləri  ölkənin  siyasət 
obyektinə,  siyasi  tənizmləmə  obyektinə  çevrilir  və  geniş 
predmeti  əks  etdirir.  Bu  predmet  hüquqi  tənzimləmədən 
tutmuş,  iqtisadi,  siyasi,  mədəni  və  sosial  tənzimləməyə  qədər 
şaxələnir.  Hüquqi  tənzimləmə  miqrasiya  proseslərinin  sosial, 
siyasi,  humanitar  və  digər  sahələrində  mövcud  olur  ki,  bu  da 
dövlətin  daxili  siyasətinin  və  xarici  siyasətinin  maraq 
obyektinə  çevrilir.  Ümumilikdə  miqrasiya  prosesləri  dövlət 
siyasətinin  bir  məxsusi  tənzimləmə  strukturu  proseslərinə  və 
mexanizmisinə 
çevrilir. 
Miqrasiya 
prosesləri 
universal 
tənizmləmə  içərisində  (məsələn,  dövlətin  ümumi  daxili  və 
xarici siyasəti) məxsusi tənzimləməni meydana gətirir.  
Anlayışın  mənasını  meydana  gətirən  təriflər  ümumi 
məzmuna, həm də onun tərkibi olaraq konkret məzmuna malik 
olur. Xalqın, əhalinin, ayrı-ayrı şəxslərin köçü özündə həyatın 
bütün  sahələrinə  təsir  edən  konseptual  proseslərdən  ibarətdir. 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə