8
Qeyd: Qətərin işçi qüvvəsinin 94 faizini və əhalisinin isə
70 faizini miqrantlar təşkil edir. 2011-ci il üçün belə bir
statistik göstərici var ki, 1 milyon 127 min 919 nəfər miqrantın
22 faizi Pakistandan, 22 faizi Hindistandan, 16 faizi Nepaldan,
13 faizi İrandan, 11 faizi Filippindən, 8 faizi Misirdən, 8 faizi
isə Şri Lankadan gələnlərdən ibarət olmuşdur.
10
Qətəri tərk
edənlər isə çox cüzidir. 2011-ci ildə cəmi 1,078 nəfər Qətərli
ölkədən köç etmişdir. Onlardan 515 nəfəri Kanadaya, 193
nəfəri ABŞ-a, 121 nəfəri isə Almaniyaya emiqrasiya etmişdir.
11
Kapital yenə də ticarət mərkəzlərini və iqtisadi-maliyyə
mərkəzlərini (məsələn, Dubai İnternational Finance Sentre-
DİFC. Mərkəz dünyanı regiona, regionu isə dünyaya
birləşdirən və onshore maliyyə və biznes mərkəzidir. Başlıca
məqsəd BƏƏ iqtisadiyyatı nəzdində maliyyə xidmətlərinə və
əlaqəli bölmələrə böyümə və inkişaf yardımı göstərməkdən
ibarətdir
12
) meydana gətirir. Ümumdünya miqrasiya prosesləri
bir tərəfdən resurslar axınını yaradırsa, digər tərəfdən tarazlığı
pozursa, başqa bir məkanda isə tarazlığı, resurs ehtiyatlarını
meydana gətirir.
Qeyd: Kanadanın əhalisi 2001-2006-cı illərdə G8
formatına daxil olan ölkələrin əhalisindən daha çox sayda
artıb. (+5,4 faiz). 2006-cı ildə əhali artımının üçdə iki hissəsini
isə beynəlxalq miqrasiya təşkil edib.
13
Kapitalın yerdəyişməsi, sosial şəraitlərin yüksək olması,
insan hüquqlarının inkişafı və sabit cəmiyyət, həmçinin
10
Qatar’s migrants: how have they changed the country?
www.theguardian.com/news/datablog/2013/sep/26/qatar-migrants-how-
changed-the-country.
11
Yenə orada.
12
Dubai İnternational Finance Sentre-DİFC. www.difc.ae/about
13
Daniel Schugurensky&Jorge Ginieniewicz. The Latin American
Community in Canada: Some Challenges Ahead. Posted 2007/07/15.
dialogos.ca/2007/07/the-latin-american-community-in-canada-some-
challlenges-ahead/
9
dinamik inkişaf xüsusiyyətləri mövcud zamanın miqrasiyasının
əsaslarını formalaşdırmaqdadır.
Qeyd: 2010-cu ilin yanvar ayının 1-ə olan məlumata görə,
Norveçdə 459 000 nəfər immiqrant qeydə alınmışdır. 93 min
nəfər isə miqrant qohumu olan şəxs qeydə alınmışdır. Bu,
əhalinin 11,4 faizini təşkil etmişdir. İmmiqrantların 257 min
nəfəri avropa mənşəli olmuşdur. Qeyri-avropalılar içərisində
Pakistanlılar və Mərakeşlilər (Osloda yaşayanlar) üstünlük
təşkil etmişdir.
14
2010-cu ildə qeyri-Qərb ölkələrinin on qrupu
ölkələrinə İraq (20,400), Somali (18,300), Pakistan (17,100),
İran (13,500), Rusiya (13500), Bosniya və Herseqovina
(13,100), Vyetnam(12,900), Filippin (12,100), Tailand (11,900)
və Türkiyə (10,400) daxil olmuşdur.
15
Rusiya və Yaxın Şərqin neft ölkələri, Asiyanın yeni kapital
mərkəzləri bu kimi xüsusiyyətləri özündə cəmləşdirir.
İqtisadiyyat və maliyyə resurslarının axını özü ilə əməkçi
miqrasiyasını cəlb etməkdədir. Sabitlik, sosial amillər və
dinamik inkişaf xüsusiyyətləri isə humanitar miqrasiyanın
(məsələn,
Suriyadan
–
2011-ci
ildən
başlayaraq,
Ukraynadan – 2014-cü ilin yayından, əhalinin qaçqına
çevrilməsi) əsaslarını formalaşdırmaqdadır. Sakit həyat tərzi
axtarmaq üçün insanlar miqrasiya etmək məcburiyyətində
qalırlar. Məlumdur ki, məkan, yaşayış məskənləri bütün
hallarda sakitliyi və rahatlığı tələb edir. Bu günkü Suriya,
Ukrayna miqrasiyasını, Afrika miqrasiyasını, keçmiş SSRİ
(Ermənistan, Gürcüstan)-dən olan digər miqrasiyanı həm də
humanitar miqrasiyaya misal gətirmək olar. Münaqişələrdən,
müharibələrdən, yəni humanitar fəlakətlərdən əziyyət çəkən
14
Cindy Horst, Jǿrgen Carling and Rojan Ezzati. Peace Research Institute
Oslo (PRIO). Immigration to Norway from Bangladesh, Brazil, Egypt,
India, Morocco and Ukraine.
file.prio.no/Publication_files/Prio/Immigration%20to%Norway,%PRIO%20
Policy%20Brief%202010pdf.
15
Yenə orada.
10
əhali dinc ölkələrə üz tutmaqdadırlar. İşsizlik miqrasiyasına isə
Pakistan, Hindistan, Misir və digər bu kimi dövlətlərin əhalisi
məruz qalmaqdadır.
Miqrasiya proseslərinin sürətlənməsində informasiya
texnologiyalarının da rolu böyük olur. Miqrasiya üçün əlverişli
olan məskənlər arasında qiyabi əlaqələr, informasiya şəbəkələri
meydana gəlir. Dünyanın informasiya bütövlüyü, dünya
haqqında məlumatların rahat şəkildə əldə olunması (miqrasiya
mərkəzi kateqoriyasına aid olan ölkələrin inkişaf vəziyyəti ilə
tanış
olmaq,
insan
hüquqlarının,
həmçinin
miqrant
hüquqlarının təmin olunması vəziyyəti ilə maraqlanmaq,
qanunvericiliklə tanış olmaq, kvotalar haqqında məlumatlar
əldə etmək, vizaların verilməsi qaydalarını öyrənmək, tələb
olunan ixtisasları və peşələri bilmək və s.), ayrı-ayrı ölkələrlə
əyani və qiyabi tanışlığın artması, həyat şəraiti, iş imkanları və
qanunvericilik haqqında dolğun məlumatlar və onların asan
şəkildə əldə olunması dünyada insan axınlarının yüksək
tempini yaradan faktorlar kimi əks olunmaqdadır. İnformasiya
texnologiyaları və beynəlxalq şəbəkələr operativ məlumatların
çatdırılmasını təmin edir. İnformasiya texnologiyaları bu
məsələdə məhz birləşdirici vasitə rolunu oynayır. Həmçinin
dünyada yeni-yeni humanist baxışların formalaşması, insan
amilinin münasibətlərdə mərkəz hesab edilməsi ölkələr
arasında regional inteqrasiya və birləşmə, bunlardan irəli
gələrək, bir çox regionlarda (məsələn, Avropada) “asan
keçilən sərhədlər” rejiminin tətbiqi, bundan ortaya çıxaraq
“sərhədlərsiz, məftillərsiz region”un formalaşması insanların
artıq öz ölkələrinin vətəndaşları ilə yanaşı, “dünya
vətəndaşları” olmaq imkanlarını da artırır. İnformasiya
vasitələri dünya vətəndaşlarını həmrəy olmağa dəvət edir.
Dünya və onun nemətləri artıq universal məna daşıyır. Biznes
ehtiyacları,
o
cümlədən
biznesin
yüksək
ixtisaslı
mütəxəssislərə olan ehtiyacları dünya üzrə əmək kapitalının,
işçi qüvvəsinin yerdəyişməsini də zəruri etməkdədir. İnkişaf
Dostları ilə paylaş: |