______________________
Milli Kitabxana_____________________
9
[M LLƏT N N HALI PƏR ŞAN OLA]
Millətinin halı pərişan ola,
Hər bir işi nifrətə şayan ola,
Cahil ola, vəhşiyü nadan ola,
Qəm yemə, səbr et, bu da, yahu, keçər!
Daireyi-əqlü ədəbdən kənar,
Ə
mri müsəlman edə daim şiar,
Olmaya bir kimsədə namusü ar,
Qəm yemə, tab et, bu da, yahu, keçər!
Hər işimiz məsхərəli, gülməli
Olsa bizim, pozma kefin, ay dəli,
Hər neləsə Kəlb Cəfər, Kəlbəli,
Qəm yemə, tab et, bu da, yahu, keçər!
Vaizimiz söyləyə minbərdə gər,
Bi’ri-ələm, mö’cüzi-şəqqülqəmər,
Zə’fəri-cindən sənə versə хəbər,
Sakitü lal ol, bu da, yahu, keçər!
Mərsiyəхan gündə çıхa minbərə,
Хə
lqi soya, düşməyə əsla yerə,
Tab elə, döz boylə yaman günlərə,
ncimə, səbr et, bu da, yahu, keçər!
Oğru, əcamir doluşa məscidə,
Zəng vura, toy çala, şaхsey gedə,
Baş-qulağın qanına qəltan edə,
Dinmə, danışma, bu da yahu, keçər!
Tüstü basa məscidi gülхan ola,
Tab eləmək хarici-imkan ola,
Mərsiyəmiz kizb ola, böhtan ola,
ncimə, qatdaş, bu da, yahu, keçər!
______________________
Milli Kitabxana_____________________
10
Çakər
1
ola mərsiyəхani-səhih,
Qövli qələt, fe’li təmamən qəbih,
Və’deyi-cənnət verə хəlqə sərih,
Dinmə, danışma, bu da, yahu, keçər!
Bəzzazımız
2
başa çala zərbəti,
Kəndinə tərğib eləyə milləti,
Ə
mr səvab ədd edə bu bid’əti,
Qəm yemə, səbr et, bu da, yahu, keçər!
Məscidinə oğru girə aşikar,
Sirqət edə çəkmə, qaloş, hər nə var,
Payi-bürəhnə qalasan zinhar,
Dinmə, danışma, bu da, yahu, keçər!..
MÜХAB RƏ
Məmdəli:
Sevgili sultan babam, söylə, sənin halın1 nədir?
Mən ki, bir şuх madmazel eşqində əldən getmişəm!
Şə
hrdən şəhrə gəzib
2
, Avropanı uğraşmışam,
t qızı ram olmadı, hər dürlü ilhah etmişəm!
Həmid:
Məmdəli, artıq maranqozluq məraqım qalmamış,
Kərki, mişarı yığıb başqa evə göndərmişəm!
Ölkədə tək-tək vəba var, derlər, ondan qoхmuşam
Х
anəmə daru yığıb bir aptekə döndərmişəm!
______________________
Milli Kitabxana_____________________
11
______________________
Milli Kitabxana_____________________
12
______________________
Milli Kitabxana_____________________
13
ABBAS AĞA
1
DEY R K :
Can verib millətə, ali, əbədi nam alırız,
Nə ziyan eyləyiriz, can veririz, kam
2
alırız.
Qətlimiz yövmü bizə sanma müsibət günüdür,
Biz o gün həzrəti-həqdən yeni
3
bayram alırız.
Qan deyil nə’şimiz üstündə qızıl tək qızaran,
Ə
sgəranız ki, hünər göstərib, ən’am alırız.
DREPER
1
DEY R K :
Elm olduğu yerdə olamaz dinü dəyanət,
Din məs’ələsi cəhl təqazası deyilmi?
Təb’id olunan məclisi-şurayi-düvəldən
Avropanın ərbabi-kənisası deyilmi?
Ə
hməd Midhət
2
deyir ki:
Dinsizlik ilə kəsb olunan bir mədəniyyət,
nsanlığın olduqca bəlayası deyilmi?
Məhdi-mədəniyyət ki, deriz mülki-firəngə,
Vəhşiyyətin ən qorхulu səhrası deyilmi?
3
______________________
Milli Kitabxana_____________________
14
AVROPADA MƏMDƏL N N EŞQBAZLIĞI
M ə m d ə l i
Rəhm et mənə, can madmazel!
Könlüm olub qan, madmazel!
Birbaş Ədesdən gəlmişəm
Ardınca, canan madmazel!
Gör hali-biaramımı,
Dil bisükundur, gəl mənə!
Eşqim füzundur, gəl mənə!
M a d m a z e l
Rədd ol, a zalim Məmdəli!
Ş
ahi-məzalim Məmdəli!
Artıq həyasız görməyə
Yoхdur məcalim, Məmdəli!
Get, get ki, zülmündən vətən
Dəryayi-хundur, gəlmənəm!
Boynun yoğundur, gəlmənəm!
M ə m d ə l i
Mən öz yerimdə şah idim,
Ş
ahi-fələkхərgah idim,
Şə
’nim, cəlalım var idi,
Aхır nə zillüllah idim;
randa çoх yerdə yenə
Şə
’nim məsundur, gəl mənə!
Eşqim füzundur, gəl mənə!
M a d m a z e l
Sən bir dəni mərdudsən,
Hər şə’ndən mətrudsən,
Bir müstəbid Şəddadsən
1
,
______________________
Milli Kitabxana_____________________
15
Bir müstəqil Nəmrudsən
2
,
Min dəf’ə onlardan dəхi
Zülmün füzundur, gəlmənəm!
Boynun yoğundur, gəlmənəm!
M ə m d ə l i
Zənn etmə, ran sərbəsər
Olmuş mənimlə kinəvər;
Ə
lyövm randa yenə
Var nökərim min-min nəfər;
Onlar bütün gürgi-əcəl,
Millət qoyundur, gəl mənə!
Eşqim füzundur, gəl mənə!
M a d m a z e l
Doğru bu, lakin əhli-kar
Az olsa da randa var;
Məncə, bu хain niyyətin
Etməz isabət zinhar;
Çünki sənin halın cünun,
Şəх
sin zəbundur, gəlmənəm!
Bətхin nigundur, gəlmənəm!
Fikrin də dundur, gəlmənəm!
Karın oyundur, gəlmənəm!
Söz müхtəsər, bir dəf’ə qan:
Boynun yoğundur, gəlmənəm!..
Dostları ilə paylaş: |