üxtəlifxarakterli miflər zamanın sərhədlərini aşaraq Azərbaycan ərazisində yaşayan
tayfaların dünyaduyumunu, əxlaq tərzini, ailə-məişət həyatını, təbiətə, ətraf mühütə
olan münasibətini və s..ni öyrənməmizə yardımçı olur. Bu baxımdan mif
xalqımızın tarixinin tədqiqində, onun tarixi dərkində əhəmiyyətli rol oynayır.
“...mif xalqın özü haqqında söylədiyi ən bakir, ən kamil həqiqətin bədii ifadəsidir”.
Mif xalqların tarixində ilkindir, başlanığıcdır. Hansı xalqın mifik təfəkkürü
güclüdürsə onun tarixdəki sonrakı mövqeyi də gücü olur. Çünki siyasi təfəkkürün
genezisi mifologiya ilə bir başa bağlıdır. Məşhur folklorşünas alim Y. Lotman
deyirdi ki, “Kim əcdadının adını çəkə bilirsə, o siyasi cəhətdən mövcuddur”
Mifologiya konkret etnik-mədəni birliklərin arxaik dövrlərdə meydana çıxan
universal sistemidir. M.Kazımbəy mifologiyanın mahiyyətindəki universalizmə
diqqət çəkərək yazırdı ki, mifoloji mətnlər “bütün xalqlarda və tayfalarda eynidir”
və bütün fərqlər ayrı-ayrı xalqların əxlaqi anlayışları, insan düşüncəsinə təsir edən
amillər ilə bağlıdır. Ortaq xarakter daşıyıyan mifoloji abidələrin bir çoxlarının
sonrakı dövrlərdə də müxtəlif türk xalqlarında izlərinə rast gəlmək mümkündür.
Məs. türklərin yaranış əfsanələrindən olan Ergənikondan çıxış və xilasedici
bozqurdla bağlı miflər bir çox türk xalqlarında xeyli deyim və inancların meydana
gəlməsinə səbəb olmuşdur. Qeyd edək ki, qurd bir totem kimi türk xalqlarının
demək olar böyük əksəriyyətində tarixən ulu əcdad, xilasedici, yolgöstərən,
müqəddəs bir varlıq kimi qəbul edilmiş və xalqın mifoloji təfəkküründə, zoomorfik
təssəvüründə özünəməxsus parlaq bir yer tutmuşdur. Qurdun qorxmazlıq,
toxunmazlıq simvolu kimi xalqın mifik dünya görüşündə özünə yer tutması el
arasında qurdun bədən əzalarına qarşı müxtəlif münasibətlərin bu günə qədər
qorunub saxlamasında da öz əksini tapmışdır.
Yeni dövr və orta yüzillər mədəniyyətlərindən fərqli olaraq arxaik
mədəniyyətlərdə nəinki ideoloji sahədə, hətta bötövlökdə etnik-mədəni sistem
daxilində elə bir gözəgəlimli diferensiasiya yoxdur. Onların başlıca səciyyəvi
cəhəti sinkretizmdir (bir şeyin inkişafının ilk mərhələsi üçün səciyyəvi olan
ayrılmazlıq, qovuşuqluq).
Arxaik sinkretizmin özülü və başlıca şərti mifologiyadır. Başqa
sözlə,bütövlükdə qədim mədəniyyətin, yaxud tək-tək etnik-mədəni sistemlərin
bərpası üçün birinci olaraq mifologiyanı öyrənmək gərəkdir. Onun ayrı-ayrı
ünsürlərinin araşdırılması və bu yolla milli mifologiyanın bərpası, öz növbəsində,
konkret etnik-mədəni sistemin bərpasını təmin edir.
Bugünkü ayrı-ayrı dillər və etnoslar çox-çox qədimlərdə mövcud olmuş
müəyyən etnolinqvistik (yaxud etnik-mədəni) birliklərdən törəmişlər. Belə birliklər
dövründə isə mifoloji düşüncə hakim idi və mifoloji sistem cəmiyyətin
ideologiyası kimi fəaliyyət göstərirdi. Müəyyən coğrafi, bioloji və nəhayət,
ictimai-iqtisadi amillərin təsiri ilə həmin birliklər təbii olaraq parçalanır (etnik və
linqvistik diferensiasiya); ictimai-siyasi şüurun inkişafı mifoloji sistemin rolunun
azalmasına səbəb olur. Yeni yaranmış hər bir etnik sistem isə mifoloji irsi tam yox,
qismən mənimsəyib yaşada bilir.
Kosmoqonik miflər hər bir mifoloji sistemin özəyini təşkil edir. Bu miflərin
məzmunu “nizamlayıcı kosmik başlanğıcla dağıdıcı xaotik başlanğıcın
mübarizəsi”, dünyanın (kosmosun) yaranması, təbii obyektlərin formalaşması və b.
hadisələrdən ibarətdir. Dünyanın və kainatın sonu barədə süjetləri əhatə edən
esxatoloji mifləri də bu sıraya aid etmək gərəkdir. Çünki mifoloji düşüncədə
kosmoqonik proses müəyyən zaman və məkan sərhədləri olan dövri hadisə kimi
qavranılır
*********
Qabaqlar Göy Yerə yaxın idi. Adamlar bir-birini öldürüb qan tökürdülər, bərəkətin
qədrini bilmirdilər. Bunu görəndə Tanrının qəzəbi tutdu, Göyü Yerdən
uzaqlaşdırdı.
**************************
Firon dünyanın padşahıydı. Adamların hamısı bir dildə danışırdı. Firon bir qala
tikdirirdi. Adamların hamısı bu qalaya daş daşıyırdı. Bir hamilə qadın da daş
aparırdı. Yolda sancısı tutdu, həmlini qoydu yerə. Əlini tutdu Göyə ki, ey Yerin-
Göyün sahibi, sən bu zülmü götürmə! O gündən hərə bir dildə danışmağa başladı,
qala da yarımçıq
Qaldı.
**************************
Nuh böyük bir gəmi düzəltdirir, bütün canlılardan ora götürür. Tufan başlanır. Yer
üzünü su basır. Yer üzərindəki bütün canlılar tələf olur. Xeyli vaxt keçir, gəminin
bir yerindən deşik açılır, gəmiyə su dolmağa başlayır. Deşiyi qapaya bilmirlər. Nuh
deyir ki, kim deşiyi qapaya bilsə, onun arzusunu yerinə yetirəcək. Bu zaman
gəmidə olan böyük bir ilan qıvrılıb deşiyi qapayır, gəmiyə daha su dolmur. Bir
qədər sonra tufan sakitləşir, su çəkilir. Nuh gəmidəki canlıları Yer üzərinə buraxır.
Bu hadisədən bir müddət keçir. Bir gün ilanın yadına Nuh peyğəmbərin dediyi söz
düşür. O, Nuhun yanına gəlib verdiyi sözü yadına salır. Nuh ondan nə istədiyini
soruşur. lan deyir:
Mən istəyirəm ki, mənim nəslimə dünyadakı ən şirin şeyi yeməyə izin verəsən.
Nuh razı olur. Qaranquşla arını dünyada ən şirin şeyi axtarmağa
göndərir. Qaranquşla arı uzun müddət gəzir, hər şeiyn şirinliyini yoxlayırlar.
Axırda arı deyir ki, ən şirin şey insan ətidi. Onlar geri qayıdanda qaranquş insanları
xilas eləməkdən ötrü aldadıb arının dilini dimdikləyib qoparır. Arı danışa bilmir,
vızıldaya-vızıldaya birtəhər qaranquşdan soruşur:
– Sən məni niyə bu günə saldın?
Qaranquş arının sözünü cavabsız qoymur:
– Niyə sən təkcə insan ətinin şirinliyini gördün? O bizə ev tikir,
isti yuva qurur, bizi qoruyur. Sən bunları niyə görmədin?Arı nə qədər vızıldayırsa
cavab verə bilmir, dili tutulur.
Onlar Nuhun yanına gedirlər.Arı özünü qabağa verir.Çox çalışır, çox vızıldayır,
ancaq bir şey qandıra bilmir. Qaranquş deyir:
– Ən şirin şey torpaqdı.
Nuh ilana yemək üçün torpağı verir. şin içində kələk olduğunu başa düşən
ilan qaranquşu tutub məhv etmək istəyir.Lakin qaranquş uçub onun əlindən
çıxır. lan yalnız onun quyruğunu dişləyə bilir.Elə o gündən arı vızıldayır,
qaranquşun da quyruğu haça qalır.s. 41-42
Dostları ilə paylaş: |