açdı.Budur, burada insana böyük rol verilir, o könüllü olaraq xeyir və şər
düşərgələrindən birini seçməklə düzgün seçim etməlidir.Bu mənəvi seçim
azadlığında şəxsiyyətin əsarətdən qurtulması öz əksini tapmışdır.Bu peyğəmbərin
təliminə görə, insan Xeyrin, Həqiqətin (Doğrunun) və Vicdanın Şər, Yalan və
Qaranlıq üzərində qələbəsinə kömək etməlidir.
Bəs insan iki başlanğıcın gərgin mübarizəsində nəyə müraciət etməlidir? Hər
ş
eydən qabaq «dinc əməyə», «xoş (saf) niyyətə», «yaxşı (xeyirxah) sözə», «yaxşı
ə
mələ». nsan şər üzərində qələbəyə kömək etməlidir.Bu qələbə heç də sitayiş və
dualarla əldə edilmir.Fövqəltəbii qüvvələrin bu həyatda və o dünyadakı
(axirətdəki) xoşbəxt həyatda mərhəmətini bol-bol qurbanlar kəsməklə də
qazanmaq mümkün deyil.Bundan əlavə, mal-qaranı qurbanlıq məqsədilə məhv
etmək də cinayətkarlıqdır. Zərdüşt öz sözünə belə davam edir: «Ahura-Mazdanın
yaratdığı bütün şeylərdən birinci yerə mal-qara qoyulmuşdur… Ahura-Mazdanı
mədh etmək və mal-qaraya yem vermək – biz bunları hər şeydən yaxşı[hərəkətlər]
sayırıq».
Xeyrin Şər üzərində qələbəsi maddi nemətlərin kənd təsərrüfatında səylə
çalışmaq, torpağı qeyrətlə becərmək, mal-qaraya qayğı ilə yanaşmaq yolu ilə
çoxaltmaqla əldə edilir.«Avesta»ya, onun daha sonrakı kitabı «Vendidat»a
(«Dayvlar əleyhinə» (Divlərə qarşı) qanun)görə, taxıl becərmək şər başlanğıca
zərbə vurur və Xeyrin işini on min dua oxuyanda olduğu qədər irəli aparır. «Taxıl
cücərəndə divləri tər basır, xırmanda döyülən taxıl sovrulub təmizlənəndə divlər
gücdən düşür, [dəyirmanda] un çəkiləndə divlər fəryad edirlər… Qoy həmişə evdə
un qidası olsun ki, divlər yaralansınlar (iflic olsunlar) – bundan onların ağızları od
tutub yanır və onlar qaçıb aradan çıxmağa çalışırlar» – deyə «Avesta»da bu haqda
bəhs olunur. Sonra deyilir: «…onlar evə də, kəndə də, vilayətə də, ölkəyə də
dilənçilik və iflas (xarabazarlıq) gətirirlər. Onlarla silah gücünə mübarizə aparmaq
lazımdır».Peyğəmbər öz təliminin tərəfdarlarına bu həyatda şər qüvvələrlə real
mübarizədən ibarət belə bir çağırışla müraciət edir.
Yuxarıda sadalanan mübarizə üsulları və yolları ilə yanaşı, səxavət
göstərmək, vicdanlı olmaq, əhdə vəfa etmək kimi adi xeyirxahlıqlar da nəzərdə
tutulurdu.
«Avesta»da ictimai quruluşun və hüquqi institutların tam mənzərəsi
canlandırılmış, ideal cəmiyyət - sülh, səadət cəmiyyəti, düşmənçilik və zorakılığın
olmadığı, əmək adamları cəmiyyəti təsvir olunmuşdur.«Avesta»da göstərilir ki,
«Mən (Zərdüşt – Ə.Ə.) müharibələri rədd edib, silahı bir yana tullamağı istəyən
Məzda dininə inanıram… kəndlərin dağılması, mal-qaranını talanı və oğurluğun
ə
leyhinəyəm… get-gəl azadlığı, mənzil, mülk toxunulmazlığı tərəfdarıyam».
Zərdüşt qarəti, qətli, yalanı, zülmü, hiyləni, basqını, ədalətsizliyi, tamahkarlığı və
s. şər qüvvə olan Əhrimənin əməli hesab edir. Yer üzündə olan bütün yaxşılıqları,
xeyirxahlıqları, paklıqları və s. hamı üçün nemətlərin yaradıcısı olan Hörmüzün
ə
məli sayır.
Azərbaycanda manilik.Qeyd etmək lazımdır ki, artıq b.e.I minilliyin ilk
ə
srlərində Qərbi Midiyanın (yaxud o zaman adlandırıldığı kimi, Atropaten
Midiyasının) vilayətlərində o dövr üçün səciyyəvi olan ictimai ədalətlə
səciyyələnən dini-etik təlimlər geniş yayılmışdı.Azərbaycanda da yayılmış belə
təlimlərdən birinin banisi Mani hesab olunur.Manilik adı almış dini hərəkat onun
adı ilə bağlıdır.Bu təlim rəsmi zərdüştiliyə qarşı yönəlmişdi, odur ki, zərdüştilik
onu küfr (kafirlik, dinsizlik) hesab edirdi.Nəqqaş Maninin öz şəxsiyyəti çoxcəhətli
olmuşdur.Bəzi məlumatlara görə, onun yaşadığı dövr 216/217-ci illərdən 274/276-
cı illərədək olan fasilədə tərəddüd edir.Bu tarixi 240-274-cü illər olaraq
göstərməklə onun cəmi 34 yaşyaşadığını bildirən müəlliflər də vardır.Onu istedadlı
rəssam, filosof və mühəndis kimi tanıyırdılar.Onun istedadlı bir rəssam olduğu
Firdovsinin (934-1020/1030), Nizaminin (1141-1209), Hafizin (təqr. 1325-
1389/1390) xatirələrində və ayrı-ayrı əsərlərində öz əksini tapmışdır.
Maninin bir filosof olduğu haqqında geniş məlumatlar bizə ərəb alimi
Ə
bdürrəhman Cahizdən (775-868), xristian ilahiyyatçıları Avqustindən (IV-V
ə
srlər) və odessalı Yefremdən (VI əsr), habelə XIX əsrin fransız rəssamı Qogendən
(1848-1903) gəlib çatmışdır.Mani iyirmi dörd yaşında özünü peyğəmbər elan
edərək öz missioner fəaliyyətinə Şərqdə (Həmədanda) başlamışdır.Onun atası
ə
silzadə nəsildən olan Babil aramilərindən (arameylərindən), anası isə iranlı qadın
idi. Hələ gənc ikən o, Şərqi randa və Hindistanda olmuş, buddizmlə,
brəhmənizmlə (brahmanizmlə) və Orta Asiyanın yerli dinləri ilə tanışolmuşdur.
Artıq 243-cü ildə I Şapur onu yeni bir «dünya dini»nin banisi kimi qəbul etmiş və
o, hökmdara özünün «Şapurakan» («Şapurun kitabı», «Şapurnamə») əsərini təqdim
etmişdir. Rəsmi olaraq tanınmış manilik təliminin tarixi də elə həmin zamandan
başlayır.Bundaqn başqa o “Sirlər kitabı”, “ ki prinsip haqqında kitab”,
“Praqmataya” (“Nəsihətnamə”), “ ncil” adlı əsərlərində də özünün yeni təlimini
şə
rh etmişdir.Manilik zərdüştilikdən ardıcıl dualizmi ilə fərqlənirdi. Maniliyə görə,
Xeyir və Şər (Nur və Zülmət) hər ikisi ilkindir
Mani öz dinini yeganə düzgün, hamı üçün ümumi, bütün mövcud dinləri
ə
vəz edən bir din sayırdı.Guya elə Mani özü də bu dünyaya məhz bu məqsədlə –
bütün dinləri birləşdirib bir din etməyə göndərilmişdir.
Bu din özündə müxtəlif dinlərin: zərdüştiliyin, xristianlığın, buddizmin kimi
dinlərin ünsürlərini birləşdirərək, sanki aşağı təbəqələrin ierarxiyanın (aşağıdan
Dostları ilə paylaş: |