15
mənəviyyat üçün xidmət etməsi ümumilikdə insan həyatının
xoşbəxtliklərini üzə çıxarır. Bu iki aləm arasında isə tarazlığı
yaradan əsas vasitə ali idrak forması, eləcə də yüksək
düşüncələrdir. Düşüncələr həyatın maddi-mənəvi kompo-
zisiyasını yaradır və nəinki insanın öz daxilində, eləcə də
insanlar arasında tarazlı münasibətlərin formalaşmasında da
maddi və mənəvi dünyanı şərti və nisbi olaraq bərabərləşdirir.
Lakin əksər hallarda, xüsusilə inkişaf etməmiş cəmiyyətlərdə
sadalanan vasitələr (maddi və mənəvi) şəxslərin həyat
fəaliyyətindən və cəmiyyətdəki mövqeyindən asılı olaraq,
həmçinin idrakın inkişaf formasından irəli gələrək, qeyri-taraz
olur. İnsanlar ya maddi aləmin, ya da mənəvi aləmin
kasadlığından öz həyatlarında və baxışlarında tarazlıq yarada
bilmirlər. Maddi və mənəvi aləm arasında tarzlığın
mövcudluğu insanların fərdi xüsusiyyətləri və şəxsi xarakterləri
ilə də asılı olur. Şəxslərdə mənəvi və maddi dəyərlər öz
statusuna, bu baxımdan mövqeyinə, yerinə görə “a” və “b”
variantları olaraq bir-birini əvəzləyir. Yüksək düşünən insanlar
daha çox mənəvi vasitələrlə yüklənirlər və etik-estetik
düşüncələr belələrində üstünlük təşkil edir, həyat prinsipləri
“a” variantı üzərində qurulur, “b” isə dəstəkverici istiqamət və
vasitə hesab edilir. Sokrat tam əmin idi ki, insanın mənəvi
azadlığı onun ehtiyac və tələbat azadlığı ilə birbaşa üzvi
asılılıqdadır; bu sonuncuya isə iki yol vardır; bunlardan biri
insanın özünün bütün ehtiyac və tələbatlarını ödəyəcək
dərəcədə maddi rifah halını yaxşılaşdırmasıdır. İkinci, onun
bacarınca
daha
çox
öz
ehtiyac
və
tələblərini
məhdudlaşdırmasıdır. Sokrat birinci yolu doğru yol hesab
etmirdi, çünki tələbat var-dövlətdən daha sürətlə artır və o, nə
qədər çox olursa, o qədər də insan zəifləşib nazilir, o qədər də
mənəvi cəhətdən az azad olur, həm də maddi cah-cəlal daimi
deyil-insan çox tez-tez ondan məhrum olur; ikinci yol isə doğru
yoldur, ona görə ki, məhrumiyyətə alışmaq, vərdiş və dözüm
maddi zənginlikdən daha möhkəmdir. Az ehtiyac və tələbata
16
qane olmaq isə asandır.
1
Sokrat burada həmçinin “nəfsə hakim
olmaq” məsələsini əsas götürürdü və kamil düşüncədən istifadə
edərək aza qane olmağın mümkünlüyü barədə fikir bildirirdi.
Bununla da o, insanların daha daha çox mənəvi varlıq olması
fikirlərini önə çəkirdi. İnsanın düşüncələrinin özünə hakim
olması, bu baxımdan da nəfsini cilovlaması və normalar və
hədləri müəyyən etməsi bacarığının olmasını önə gətirirdi.
Burada iki dünya arasında tarazlıq məsələsində mənəvi aləmin
daha çox məsuliyyəti və gücü amili üzə çıxırdı. Mənəviyyat
zəngin olarsa, nəfsə də hakim olmaq olar və insan öz maddi
aləmini özünə tabe edər və tam nəzarətə sahib ola bilər. Bunu
tənzimləyən əsas vasitə isə idrakdır, yüksək düşüncədir. İdeal
cəmiyyət və dövlət quruluşuna üstünlük verən, təfəkkürü daha
üstün tutan qədim yunan alimi Platona (Plato) görə insan
mənəvi, bu baxımdan zəkalı və siyasi varlıqdır. İnsanın bioloji
varlığı isə onun görüşlərində ikinci dərəcəli yer tutur.
Onu da qeyd etmək olar ki, kamil insanlarda etika və
estetikanın (gözəlliyin) ruhi vəhdəti, kompozisiyası daha çox
“a” prinsipini formalaşdırır və “b” prinsipinin istifadəsində də
bu birləşdirici komponentlər iştirak edir. “A” prinsipi məna
olaraq bazanı təşkil edir, əksər şəxslər üçün ucadır, əlçatmazdır
və “b”-ni idarə edir. “B” isə maddi baza kimi “a”nın formal
mövcudluğuna xidmət edir. Estetik ideyalar da filosofların
baxışlarında mühüm rol oynayıb. Çox şeylərin mənasını
gözəllikdə axtarıblar. Bu baxımdan idealist filosof olan
Sokratın şagirdi və tərəfdarı olan Platon (e.ə.427-347-ci illərdə
yaşamışdır) “gözəlliyi” ali ideyalardan biri hesab edirdi.
Gözəllik ideyası bütün şeylərə gözəllik verir, o, nümunədir,
modeldir, paradiqmadır. Ona görə də nemət ideyası hər şeydən
ucadır, o, istər dünyada, istərsə də insan həyatında bütün
gözəlliklərin səbəbidir.
2
Həyat özü yuxarıda qeyd edilənləri,
1
Sipovski. B.D. Sokrat və onun dövrü (tarixi oçerk)-Bakı: Elm, 1995-88 s. Tərcümə
edəni Aslan Aslanov. səh.40.
2
Mehdiyev. R.Ə. Fəlsəfə. Dərs vəsaiti. Bakı, “Şərq-Qərb”, 2010, 360 səh., səh.112.
17
mənəviyyat barədə olan məntiqi mülahizələri təcrübədə
dəfələrlə sübut etmiş və etməkdədir. Maddi aləm isə yüksək
idraka sahib olan şəxslər üçün yalnız bioloji mövcudluğu təmin
etməkdən ibarət olur, enerji rolunda çıxış edir və bir də
müəyyən ideyaların reallaşması və təbliğində vasitələr kimi
əhəmiyyət daşıyır, şərait yetişdirici vasitələr fonunda görünür.
Buradan haşiyə çıxaraq onu da qeyd etmək yerinə düşər ki,
maddi aləmin kasadlığı insanların mənəvi qabiliyyət və
istedadlarının, keyfiyyətlərinin səfərbər olmalarının qabağını
kəsir, imkanları zəiflədir, vasitələri kəmiyyət baxımından
məhdudlaşdırır. Bu baxımdan hesab etmək olar ki, yaradıcılıq,
quruculuq üçün maddi vasitələr (onun yükləndiyi maddi
hissədə) taraz şəkildə hər bir düşüncə sahibində cəmləşməlidir.
Qısa olaraq həm də onu qeyd etmək olar ki, insan həyatının
bütöv sisteminin hər bir payı (maddi və mənəvi payı)
ziddiyyətlərlə dolu olur, daima müsbət və mənfiliklərin
mübarizəsi həyata keçirilir və bu əksliklərin mübarizəsi və
vəhdətindən həyat öz forma və məzmununu alır. Həyat xətti
rəngarəngliklərdən və bu rəngarənglikləri formalaşdıran
eyniyyət və fərqlilik məqamlarından və şəraitlərdən formalaşır.
Bir qədər fərqli düşünməyə çalışan (əsasən müsbət
istiqamətdə) şəxslər daima orta və ortaq, müştərək mövqe
axatrırlar ki, orta və ortaq mövqelər də münasibətlərin
tarazlaşması xəttini müəyyən edən koordinasiya nöqtələrindən
ibarət olur, balans xəttini müəyyənləşdirir. Orta mövqe isə
ortaqlığı (şərikliyi) şərtləndirir ki, müasir zamanın insanları da
cəmiyyətdə onların vəzifə və öhdəliklərinin ortaq olduqlarını
dərk etməkdə və öz fəaliyyətlərini bu istiqamətdə qurmaqda
borclu olduqlarını bir vəzifə olaraq qarşılarına qoymağı öhdəlik
hesab edirlər. Orta mövqe (dayaq, istinad nöqtəsi) daima
hərkətləri (mübarizə və fəaliyyət zamanı) ortaq maraqların
təmin edilməsinə səfərbər edir. Bu mövqe hərəkətlərin mərkəzi
koordinasiya nöqtələrini müəyyən edir və yeni hərəkət
istiqamətləri üçün səbəb və zərurəti, bu baxımdan şərait və
Dostları ilə paylaş: |