16
2)
Ödəmənin məbləği – özündə tikili və avadanlıqların obyektinin
dəyərini, kreditə görə faizləri, komission ödəmələrini daxil edir;
3)
Korlanma və məhv olma ilə əlaqədar risk – icarədar özü götürür;
4)
Mülkiyyət - tikili və avadanlıqların obyekti icarəyə verənin
mülkiyyəti hesab olunur, icarənin müddəti qurtardıqdan və satın
alındıqdan sonra (icarə müqaviləsinə müvafiq olur) icarədarın
mükiyyəti olur.
Nə qədər ki uzunmüddətli icarə icarədarın kreditləşmə formasını özündə əks
etdirir, onda ödəmə məbləği özünə tikili və avadanlıqların obyektinin dəyərinin
ödənilməsi məbləğini və faizləri daxil edir.
Uzunmüddətli icarə zamanı torpaq, tikili və avadanlıqlar icarəyə, icarəyə
verən və icarədar tərəfindən razılaşdırılmış qiymətlə (alış qiyməti) verilir.
carə ödəməsi icarə edilən əmlakın dəyərinin ödənilməsi (amortizasiya
ayırmaları) və icarə əməliyyatları üzrə xidmətləri və mənfəəti nəzərdə tutur, onu
icarəyə verənlər obyektin istismarında ola bilər, lakin kreditdən istifadəyə görə
faizdən çox olmamışdır. Hesablar planına aid təlimatda mənfəətin ölçüsü icarə
faizi adlanır.
Müxtəlif mülkiyyət obyekti olan və təsərrüfatçılığın müxtəlif formalarına
malik təsərrüfat qurumlarının fəalittət göstərməsi üçün vahid mühitin yaradılması
bazar iqtisadiyyatının ən mühüm prinsiplərindən biridir. Bu baxımdan icarə
münasibətlərinə əsaslanaraq təsərrüfatçılığın iqtisadiyyatdakı yeri və rolu xüsusi
qeyd olunmalıdır.
Azərbaycan Respublikasının bazar iqtisadiyyatına keçdiyi hazırki şəraitdə
həyata keçirilməyə başlanan özəlləşdirmə və torpaq islahatı nəticəsində xüsusi
mülkiyyətin yaranması təcrübəvi olaraq şübhə doğurmur. Belə olan təqdirdə,
fikrimizcə, icarə münasibətlərinin canlanmasını və geniş vüsət almasını gözləmək
olar. Odur ki, icarə münasibətlərinin iqtisadi məzmunu, formaları, mühasibat
uçotunun təşkili və s. ilə əlaqədar bəzi məsələlərin nəzərdən keçirilməsini
məqsədəuyğun saymaq olar.
17
carə dedikdə torpağa, digər təbii ehtiyatlara, müəssisələrə və ayrıca
götürülmüş komplekslərə, habelə müstəqil təsərrüfat və digər fəaliyyət üçün lazım
olan əmlaka müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və
onlardan istifadə etmək başa düşülür. carəyə makroiqtisadiyyatın bütün
sahələrində icazə verilir və o, mülkiyyət formasından asılı olmayaraq bütün
ə
mlaklar üçün tətbiq oluna bilər.
carə münasibətləri zamanı tərəf kimi icarəyə verənlər və icarəçilər
9icarədarlar) çıxış edirlər. Xüsusi mülkiyyət hüquqi ilə əmlaka malik olan və ya
qanunvericiliklə əmlakın mülkiyyətçisi kimi çıxış edən hüquqi və fiziki şəxslər
icarəyə verən, hər hansı hüquqi və fiziki şəxs isə icarəçi ola bilər.
carə hər iki tərəfin mənafeyinə xidmət etdikdə məqbul sayıla bilər. carənin
icarəyə verən üçün iqtisadi məqsədəuyğunluğu ondan ibarətdir ki, o, digər halda
istifadəsiz qalan, saxlanmasına xərc tələb olunan və ya istismarı iqtisadi
baxımından səmərəli olmayan əmlakdan gəlir əldə etmək imkanı qazanır. carəçi
isə böyük məbləğdə kapital qoyuluşu xərcləri çəkməkdən və xeyli vaxta qənaət
edərək icarə olunan obyektlərdən istifadə etmək və gəlir götürmək hüququna malik
olur.
Ayrıca götürülmüş əmlak növünün icarəyə verilməsi qəbul-təhvil aktları
vasitəsi ilə həyata keçirilir.
Həyata keçirilmə müddətinə görə icarə müxtəlif cür təsnifləşdirilir. Bəzi
iqtisadi ədəbiyyatlarda qısamüddətli (5 ilədək) və uzunmüddətli (5 ildən yuxarı)
icarə qeyd olunur. Digərində isə müddətinə görə icarə aşağıdakı kimi
təsnifləşdirilir.
Uzunmüddətli icarə (lizinq)- 3 ildən çox müddətə;
Ortamüddətli icarə (xayrinq) – 1 ildən 3 ilədək müddətdə;
Qısamüddətli icarə (reytinq, çarter) – 1 ilədək müddətə.
Fikrimcə, hər iki təsnifat şərti xarakter daşıyır. carənin müddəti əmlakın
xarakteri və icarənin məqsədləri nəzərə alınmaqla icarə müqaviləsi ilə müəyyən
edilir. Bundan başqa uzunmüddətli icarə və lizinq heç də eyni anlayışlar deyildir.
18
Lizinq icarəsini və kredit əməliyyatlarını özündə birləşdirən bir fəaliyyət sferası
kimi qeyd etmək olar. Bu fəaliyyət növü inkişaf etmiş xarici ölkələrdə vüsət
almışdır. Onlarda lizinqi özünə əsas fəaliyyət sahəsi etmiş iri şirkətlər mövcuddur.
Lizinq şirkəti istehsalçı müəssisəsindən müəyyən miqdarda əmlak növü, məsələn,
avadanlıq satın alır. Sonra bu avadanlıq onun əsas istehsalçısı və istismarçısı olan
bir müəssisəyə müqavilə əsasında verilir. Müqavilə müddəti ərzində həmi müəssisə
lizinq şirkətinə avadanlqıdan istifadəyə görə müəyyən haqq ödəyir. Müqavilə
müddəti başa çatdıqda satın alına bilər. Çox vaxt lizinq şirkəti vadanlığı istehsalçı
müəssisəsinin sifarişinə əsasən istehsalçı müəssisədən satın alır. Beynəlxalq
təcrübədə lizinq əməliyyatları ilə bir qayda olaraq sanballı kredit müəssisələri və
maliyyə qrupları məşğul olur.
Həyata keçirilmə şərtlərindən asılı olaraq cari (sadə) və satın alınmaqla icarə
(maliyyə icarəsi) mövcuddur. Sadə icarə zamanı icarəyə verilən əmlak üzərində
mülkiyyət hüququ icarəyə verəndə qalır. Maliyyə icarəsi zamanı isə əmlak
üzərində mülkiyyət hüququ bu obyektlərin haqqının tam ödənilməsindən sonra
icarəçiyə (icarədara) keçir.
carəyə verənin icarədarla münasibətlərini tənzimləyən əsas sənəd icarə
müqaviləsidir. Bu müqavilədə aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın
tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən
icarəyə verilməsi vasitəli imkanlarına münasibət. carəyə götürülmüş əmlakı tam
bərpa və təmir etmək əmlakı icarəçiyə müqavilə şərtlərinə uyğun vəziyyətdə
vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinin uyğun surətdə istifadə
etmək, icarə haqqını ödəmək və müqaviləyə xitam verildikdən sonra əmlakı
müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyə verənə qaytarmaq vəzifəsi və s.
carə münasibətləri subyektlərinin və obyektlərinin xüsusiyyətləri, icarənin
formaları, növləri mühasibat uçotunun təşkilinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Nəzərə almaq lazımdır ki, icarə obyektlərinin uçotda əks etdirilməsi hər bir icarə
subyektində (icarəyə verən və icarəçidə) müxtəlif qaydada həyata keçirilir.
Dostları ilə paylaş: |