372
883A* = SUS 883A*** Böhtanlanmış baldız. Gəlin uşağı öl-
dürüb günahı baldızının üstünə yıxır. Qardaşı qızın qollarını kəsib ev-
dən qovur. Axırda qız özünün günahsız olduğunu sübut edir və gəlin
cəzalandırılır.
Qarabağ, IV kitab, s. 265-267
888A = AT 888A* Baftaçı Şah Abbas. Evlənmək istədiyi qızın
arzusu ilə Şah Abbas həllaclıq, yaxud xalçaçılıq sənətini öyrənir. Dara
düşür, saldığı keçənin, yaxud xalçanın üstünə öz yerini və qırx quldu-
run əsirliyində olduğunu yazır. Arvadı onu xilas edir.
Qarabağ, V kitab, s.198-201; IX kitab, s.150-165, kont.782**
+875D+ 798*+806*+831C
893*A Əsl dost. Qəhrəman öz dostunun nişanlısı ilə evlənir.
Müflisləşmiş dostu kömək üçün qapısına gəldikdə onu qapıdan qovur,
amma sonradan atası vasitəsilə ona pul göndərir, öz bacısı ilə onu ev-
ləndirir. Axırda həqiqət üzə çıxır, hər iki dost barışır. Bölgədən yazıya
alınmış bu variant ənənəvi variantlardan kifayət qədər fərqlənir və
sosial-iqtisadi dəyişikliklərlə əlaqədar nağıllardakı təkamülü izləmək
baxımından əhəmiyyət kəsb edir.
Qarabağ, VIII kitab, s.129-133
895* Şah Abbasın arvadları qırdırmaq istəməsi. Vəzir Allah-
verdi xanın atasının qadının sədaqəti haqqında danışdığı hekayədən
sonra fikrindən daşınır. Füzuli rayonundan qeydə alınmış variantda
Vəzir Allahverdi xan və onun atası əvəzinə İbrahim Əjdər və oğlu
Malik Əjdər iştirak edir.
Qarabağ, II kitab, s.353-359; V kitab, s.197-198
895** Əhmədi Biqəm. Əmioğlu əmiqızı bir-birilərinə sadiq
qalacaqlarına dair əhd-peyman bağlayırlar. Qız əhdinin üstündə dur-
mur, cüzam xəstəliyinə tutulmuş ərini yandırıb padşahın divanından
qaçmış qulla evlənir.
Qarabağ, V kitab, s.188-191, kont.893*+880
899 Qadın ərinin yerinə öz canının alınmasına razı olur:
Nigah gecəsi oğlanın əcəli tamam olur, amma sağ qalması üçün kimsə
onun yerinə öz canını verməlidir. Oğlan atasına, anasına ağız açır, amma
onlardan müsbət cavab ala bilmir. Gəlin ərinin yerinə öz canının alın-
masına razı olur.
373
Qarabağ, II kitab, s.314-316
910A* İçki məclisinə dostlarından sonra get, qumar oynamaq
istəsən qumarbazların böyüyü ilə oyna. Qəhrəman atasının vəsiyyə-
tini sınayır, içki içənlərin, qumar oynayanların aqibətini görüb həmin
əməllərini tərgidir.
Qarabağ, IX kitab, s.165-171
910B Üç ağıllı məsləhət: Kasıb oğlan qocadan aldığı ağıllı
məsləhətlər sayəsində öz arzusuna çatır və varlanır.
Qarabağ, II kitab, s.332-338, kont.986; IX kitab, s.175-183
910B* Elmin başı da səbrdir. Oğlan Tehranda təhsil alıb
vətəninə qayıdır, yolda qarşılaşdığı çobanın “elmin başı nədir?” sualına
cavab verə bilmir. Üç ay çobanın qoyununu otarır və həmin sualın
cavabını ondan öyrənir. Arvadının yanında yatan gənci öldürmək istə-
yir, çobanın məsləhətini yadına salıb əl saxlayır. Onun öz oğlu olduğu
məlum olur.
Qarabağ, III kitab, s.298-300; V kitab, s.204-205
910K Yaxşılara yaxşılıq elə, pislərə öz pisliyi kifayətdir.
Padşah uşağın səsinə vurulub onu özüylə saraya gətirir və hər oxuyanda
onun dilinin altına bir dənə ləl qoyur. Vəzir uşağa çoxlu sarımsaq ye-
dizdirir, padşahla danışanda o, əlini ağzına tutur. Uşağın ondan iyrən-
diyini güman edən padşah onun boynunun vurulması haqqında fərman
verir və fərmanı uşaq ilə hakimə göndərir. Vəzir uşağın əlində kağızı
görüb padşahın yenə onu bəxşiş almağa göndərdiyini zənn edir. Kağızı
özü aparıb hakimə təqdim edir, uşağın yerinə onun boynu vurulur.
Qarabağ, I kitab, s.282-285, kont.929*; VI kitab, s.265
911 Arvada sirr vermə, şaha etibar etmə, yaddan dost tutma.
Qəhrəman Bəhluldan satın aldığı bu sözləri yoxlayır, onların həqiqət
olduğunu görür.
Qarabağ, II kitab, s.338-344, kont.922**; IX kitab, s.202-204
911A* Gədədən pul istəmə, atını başqasına vermə, arvadı
atası evinə getməyə qoyma. Qəhrəman atasının bu sözlərini sınayır:
birinə borc verir, verdiyi borcu geri ala bilmir; atını qonşusuna verir,
qonşu atı elə çapır ki, heyvan bala salır; arvadını atası evinə tək bura-
xır, arvad ona xəyanət edir; ondan sonra oğlan atasının verdiyi məslə-
hətin həqiqiliyinə inanır.
374
Qarabağ, V kitab, s.233-234
912*A İnsafı əldən qoyma, namazı vaxtında qıl və yalan
danışma. Ənənəvi variant üçün xaraterik olan insafı əldən qoyma, na-
mazı vaxtında qıl və yalan danışma kimi məsləhətlər bu variantda işti-
rak etmir. Molla məhşər əzabından qorxan oğruya məsləhət görür ki,
həm ibadətlə məşğul olsun, həm də oğurluğa davam etsin. Gənc oğur-
luqdan qayıdanda yolda namaz qılmaq üçün ləngidikdə ev yiyəsinə
yaxalanır. Ondan sonra başa düşür ki, oğurluqla namaz bir yerdə ola
bilməz və oğurluğu tərgidir.
Qarabağ, V kitab, s.227-228
915B* Yanlış anlaşılan məsləhət. Ata oğlanlarına hər vilayətdə
bir ev tikməyi tapşırır. Böyük oğlanları onun sözünə hərfi mənada
əməl edirlər, kiçik oğlu isə hər vilayətdə özünə dost qazanmaqla
atasının tapşırığını yerinə yetirir.
Qarabağ, I kitab, s.258
[918* Sıldırım qaya]. Yaralı əliyin dalınca gedən ovçu qayı-
danda sıldırım qayadan keçməyə qorxur. Bir ağsaqqalın məsləhəti ilə
qayanın o biri tərəfində bir dəstə qız çalıb oynayır, onların həvəsinə
ovçu qayadan keçir.
Qarabağ, II kitab, s.386-387
920** Yalançı şahid. Başqa şəhərdə çalışan kiçik qardaş böyük
qardaşı ilə ailəsinə pul göndərir. Qardaşı pulu mənimsəyir, onları ün-
vanına çatdırdığını sübut etmək üçün kəndxudanı, yüzbaşını və mollanı
özünə yalançı şahid tutur. Peyğəmbər onların hər birini ayrı-ayrılıqda
dindirib böyük qardaşın qızılı nədə verdiyini soruşur. Hərəsi fərqli
əşyanın adını çəkir, onun sayəsində böyük qardaşın yalanı üzə çıxır.
Qarabağ, V kitab, s.208-211, kont.926+926B*
[920*** Padşah vəzirin, vəkilin və keçəlin ona olan sevgisini
sınayır]. Dərvişlibas olub onlara qonaq olur. Vəzir, vəkil onu qapıdan
qovur, keçəl isə onu evində qonaq edir. Keçəl qonağı Şah Abbasın atını
oğurlamaqda günahlandırıb çırpır. Şah Abbas keçəli vəzirin qızı ilə
evləndirir.
Qarabağ, IV c., s.267-270
921 Padşah və kəndli qız. Qız (yaxud oğlan) padşahın suallarına
ağıllı cavab verir. a) – “Atan hara gedib?” – “Dostu düşmən etməyə”. b)
Dostları ilə paylaş: |