Microsoft Word Qarabag-folklor-da-tarixdir-9


A*  =  SUS  883A***  Böhtanlanmış  baldız



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə111/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   107   108   109   110   111   112   113   114   ...   119

 

372


883A*  =  SUS  883A***  Böhtanlanmış  baldız.  Gəlin  uşağı  öl-

dürüb günahı baldızının üstünə yıxır. Qardaşı qızın qollarını kəsib ev-

dən  qovur.  Axırda  qız  özünün  günahsız  olduğunu  sübut  edir  və  gəlin 

cəzalandırılır. 

Qarabağ, IV kitab, s. 265-267 

888A = AT 888A* Baftaçı Şah Abbas. Evlənmək istədiyi qızın 

arzusu ilə Şah Abbas həllaclıq, yaxud xalçaçılıq sənətini öyrənir. Dara 

düşür, saldığı keçənin, yaxud xalçanın üstünə öz yerini və qırx quldu-

run əsirliyində olduğunu yazır. Arvadı onu xilas edir. 

Qarabağ,  V  kitab,  s.198-201;  IX  kitab,  s.150-165,  kont.782** 

+875D+ 798*+806*+831C 



893*A  Əsl  dost.  Qəhrəman  öz  dostunun  nişanlısı  ilə  evlənir. 

Müflisləşmiş dostu kömək üçün qapısına gəldikdə onu qapıdan qovur, 

amma sonradan atası vasitəsilə ona pul göndərir, öz bacısı ilə onu ev-

ləndirir. Axırda həqiqət üzə çıxır, hər iki dost barışır. Bölgədən yazıya 

alınmış  bu  variant  ənənəvi  variantlardan  kifayət  qədər  fərqlənir  və 

sosial-iqtisadi  dəyişikliklərlə  əlaqədar  nağıllardakı təkamülü    izləmək 

baxımından əhəmiyyət kəsb edir.   

Qarabağ, VIII kitab, s.129-133 



895* Şah Abbasın arvadları qırdırmaq istəməsi. Vəzir Allah-

verdi  xanın  atasının  qadının  sədaqəti  haqqında  danışdığı  hekayədən 

sonra  fikrindən  daşınır.  Füzuli  rayonundan  qeydə  alınmış  variantda 

Vəzir  Allahverdi  xan  və  onun  atası  əvəzinə  İbrahim  Əjdər  və  oğlu 

Malik Əjdər iştirak edir.  

Qarabağ, II kitab, s.353-359; V kitab, s.197-198 



895**  Əhmədi  Biqəm.  Əmioğlu  əmiqızı  bir-birilərinə  sadiq 

qalacaqlarına  dair  əhd-peyman  bağlayırlar.  Qız  əhdinin  üstündə  dur-

mur,  cüzam  xəstəliyinə  tutulmuş  ərini  yandırıb  padşahın  divanından 

qaçmış qulla evlənir.  

Qarabağ, V kitab, s.188-191, kont.893*+880 

899  Qadın  ərinin  yerinə  öz  canının  alınmasına  razı  olur: 

Nigah gecəsi oğlanın əcəli tamam olur, amma sağ qalması üçün kimsə 

onun yerinə öz canını verməlidir. Oğlan atasına, anasına ağız açır, amma 

onlardan müsbət cavab ala bilmir. Gəlin ərinin yerinə öz canının alın-

masına razı olur. 



 

373


Qarabağ, II kitab, s.314-316 

910A* İçki məclisinə dostlarından sonra get, qumar oynamaq 

istəsən qumarbazların böyüyü  ilə  oyna. Qəhrəman atasının  vəsiyyə-

tini sınayır,  içki  içənlərin, qumar oynayanların aqibətini görüb həmin 

əməllərini tərgidir.  

Qarabağ, IX kitab, s.165-171 



910B  Üç  ağıllı  məsləhət:  Kasıb  oğlan  qocadan  aldığı  ağıllı 

məsləhətlər sayəsində öz arzusuna çatır və varlanır.  

Qarabağ, II kitab, s.332-338, kont.986; IX kitab, s.175-183  

910B*  Elmin  başı  da  səbrdir.  Oğlan  Tehranda  təhsil  alıb 

vətəninə qayıdır, yolda qarşılaşdığı çobanın “elmin başı nədir?” sualına 

cavab  verə  bilmir.  Üç  ay  çobanın  qoyununu  otarır  və  həmin  sualın 

cavabını ondan öyrənir. Arvadının yanında yatan gənci öldürmək istə-

yir, çobanın məsləhətini yadına salıb əl saxlayır. Onun öz oğlu olduğu 

məlum olur. 

Qarabağ, III kitab, s.298-300; V kitab, s.204-205 

910K  Yaxşılara  yaxşılıq  elə,  pislərə  öz  pisliyi  kifayətdir. 

Padşah uşağın səsinə vurulub onu özüylə saraya gətirir və hər oxuyanda 

onun  dilinin  altına  bir  dənə  ləl  qoyur.  Vəzir uşağa çoxlu sarımsaq  ye-

dizdirir, padşahla danışanda o, əlini ağzına tutur. Uşağın ondan iyrən-

diyini güman edən padşah onun boynunun vurulması haqqında fərman 

verir  və  fərmanı uşaq  ilə  hakimə göndərir. Vəzir  uşağın əlində kağızı 

görüb padşahın yenə onu bəxşiş almağa göndərdiyini zənn edir. Kağızı 

özü aparıb hakimə təqdim edir, uşağın yerinə onun boynu vurulur.  

Qarabağ, I kitab, s.282-285, kont.929*; VI kitab, s.265 

911 Arvada sirr vermə, şaha etibar etmə, yaddan dost tutma. 

Qəhrəman  Bəhluldan  satın  aldığı  bu  sözləri  yoxlayır,  onların  həqiqət 

olduğunu görür.   

Qarabağ, II kitab, s.338-344, kont.922**; IX kitab, s.202-204  



911A*  Gədədən  pul  istəmə,  atını  başqasına  vermə,  arvadı 

atası  evinə  getməyə  qoyma.  Qəhrəman  atasının  bu  sözlərini  sınayır: 

birinə  borc  verir,  verdiyi  borcu  geri  ala  bilmir;  atını  qonşusuna  verir, 

qonşu atı elə çapır ki, heyvan bala salır; arvadını atası evinə tək bura-

xır, arvad ona xəyanət edir; ondan sonra oğlan atasının verdiyi məslə-

hətin həqiqiliyinə inanır. 



 

374


Qarabağ, V kitab, s.233-234 

912*A  İnsafı  əldən  qoyma,  namazı  vaxtında  qıl  və  yalan 

danışma.  Ənənəvi  variant üçün  xaraterik olan  insafı əldən  qoyma,  na-

mazı vaxtında qıl və  yalan danışma kimi  məsləhətlər bu variantda işti-

rak  etmir.  Molla  məhşər  əzabından  qorxan  oğruya  məsləhət  görür    ki, 

həm  ibadətlə  məşğul olsun,  həm  də oğurluğa davam  etsin.  Gənc oğur-

luqdan  qayıdanda  yolda  namaz  qılmaq  üçün  ləngidikdə  ev  yiyəsinə 

yaxalanır.  Ondan  sonra  başa  düşür  ki,  oğurluqla  namaz  bir  yerdə  ola 

bilməz və oğurluğu tərgidir. 

Qarabağ, V kitab, s.227-228 



915B* Yanlış anlaşılan məsləhət. Ata oğlanlarına hər vilayətdə 

bir  ev  tikməyi  tapşırır.  Böyük  oğlanları  onun  sözünə  hərfi  mənada 

əməl  edirlər,  kiçik  oğlu  isə  hər  vilayətdə  özünə  dost  qazanmaqla 

atasının tapşırığını yerinə yetirir. 

Qarabağ, I kitab, s.258 

[918*  Sıldırım  qaya].  Yaralı  əliyin  dalınca  gedən  ovçu  qayı-

danda  sıldırım qayadan keçməyə qorxur. Bir ağsaqqalın  məsləhəti  ilə 

qayanın  o  biri  tərəfində  bir  dəstə  qız  çalıb  oynayır,  onların  həvəsinə 

ovçu qayadan keçir.  

Qarabağ, II kitab, s.386-387 

920** Yalançı şahid. Başqa şəhərdə çalışan kiçik qardaş böyük 

qardaşı  ilə ailəsinə pul göndərir. Qardaşı pulu  mənimsəyir, onları ün-

vanına çatdırdığını sübut etmək üçün kəndxudanı, yüzbaşını və mollanı 

özünə  yalançı  şahid  tutur.  Peyğəmbər  onların  hər  birini  ayrı-ayrılıqda 

dindirib  böyük  qardaşın  qızılı  nədə  verdiyini  soruşur.  Hərəsi  fərqli 

əşyanın adını çəkir, onun sayəsində böyük qardaşın yalanı üzə çıxır. 

Qarabağ, V kitab, s.208-211, kont.926+926B* 

[920*** Padşah vəzirin, vəkilin və  keçəlin ona olan sevgisini 

sınayır]. Dərvişlibas olub onlara qonaq olur. Vəzir, vəkil onu qapıdan 

qovur, keçəl isə onu evində qonaq edir. Keçəl qonağı Şah Abbasın atını 

oğurlamaqda  günahlandırıb  çırpır.  Şah  Abbas  keçəli  vəzirin  qızı  ilə 

evləndirir.  

Qarabağ, IV c., s.267-270 

921  Padşah  və  kəndli  qız. Qız (yaxud oğlan) padşahın  suallarına 

ağıllı cavab verir. a) – “Atan hara gedib?” – “Dostu düşmən etməyə”. b) 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə