Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə107/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   103   104   105   106   107   108   109   110   ...   119

 

360


Qarabağ, II kitab, s.303-304, kont.751; III kitab, s.239-240 

[750J* Allahın hörmətli bəndəsi]. Musa peyğəmbər Allahın ən 

hörmətli bəndəsinin kim olduğunu öyrənmək istəyir və onun məsləhəti 

ilə  çobana  qonaq  olur.  Çobana  gündə  üç  öynə  qızıl  boşqabda  yemək 

gəlir.  Çoban  yeməkləri  yedikdən  sona  boşqabları  qayadan  atır.  Allah 

həmin çobanı cənnətlə mükafatlandırır.  

Qarabağ, I kitab, s.213-214; s.214-215, kont.751 



750K*  Comərd  qəssab.  Yəhudi  hansı  oğlunun  qəlbində  allah 

xofu  varsa,  yaraq-yasağının  ona  qismət  olmasını  vəsiyyət  eləyir.  Oğ-

lanların üçü də qəlblərində allah xofu olduğunu söyləyib yaraq-yasağa 

sahib  olmaq  istəyir.  Mübahisələrini  həll  etmək  üçün  Həzrət  Əliyə 

müraciət  edirlər.  Həzrət  Əli  qəssabın  timsalında  qəlbində  allah  xofu 

olan  insanın  necə  olduğunu  onlara  göstərir.  Ondan  sonra  yəhudinin 

oğlanları kəlmeyi-şəhadət gətirib müsəlman olurlar.  

Qarabağ,  II  kitab,  s.284-287;  V  kitab,  s.170-173;  VIII  kitab, 

s.148-151 

[750*  İynənin  ulduzundan  dəvə  keçər?]  Qırx  il  ibadət  edən 

abid  buna  şübhəylə  yanaşır,  amma  çoban  (qaval  çalan  şəxs)  deyir: 

“Allah  razı  olandan  sonra  fil  karvanı  da  keçər”.  Allaha  inamına  görə 

çobanı (qaval çalanı) cənnətlə mükafatlandırılır.  

Qarabağ, II kitab, s.304-305; V kitab, s.214-216, kont.827*; IX 

kitab, s.172-175 



[750** Peyğəmbərin alqışı və qarğışı]: Peyğəmbər onları evinə 

qonaq  etməyən  abidə  yeddi  oğul,  onları  mehriban  qarşılayan  gənc 

ailəyə  isə  yeddi  qız  arzulayır.  Daha  sonra  bunun  səbəbini  izah  edir. 

Abidə  elə  oğul  istəyib  ki,  onlar  abidi  küçəyə  salacaq,  gənc  ailəyə  isə 

elə qız arzulayıb onları şah kimi saxlasınlar.  

Qarabağ, V kitab, s.176-177, kont.750B* 



751  Xəsis abid. Qonağı olduğu üçün Allah abidə iki qab yemək, 

yaxud  iki  dəst  yorğan-döşək  göndərir.  Abid  qabın  birini  gizləyir,  yor-

ğan-döşəyin ikisini də öz üstünə örtür. Allah onun ruzusunu kəsir.  

Qarabağ,  I  kitab,  s.214-215,  kont.750J*;  s.216-217;  II  kitab, 

s.303-304, kont.750İ*; s.305-306 



 

361


751A  =  AT  751A*  Musa  peyğəmbər  Allahı  qonaq  çağırır. 

Sail  sifətində  gələn  Allahı  qapısından  qovur,  aşbaz  isə  öz  aş  payını 

ona verir. Allah aşbazı cənnətlə mükafatlandırır. 

Qarabağ, I kitab, s.212-213; VIII kitab, s.157-161 



751C = AT 751C* Pul insanı dəyişdirir. Allah kasıba var-dövlət 

verir,  amma qapısına gələnləri  əliboş geri qaytarmamağı tapşırır. Süd 

üçün qapısına gələn şəxsin dalınca danışdığı üçün var-dövləti əlindən 

çıxır. 


Qarabağ, I kitab, s.225-226, kont.670****+332 

[753*B Dəyirmançı çırağa nöyüt əvəzinə su töküb yandırır]

Allahın işinə qarışdığı üçün həmin bacarığını itirir.  

Qarabağ, VIII kitab, s.172-174 

756C  Ən  böyük  günahkar.  Tutduğu  əməllərdən  peşman  olan 

kişi  günahlarının  bağışlanması  üçün  Allaha  yalvarır.  Onun  məsləhəti 

ilə dağın ətəyinə  yanmış kösöv basdırır: kösöv nə vaxt göyərsə, onun 

günahları  bağışlanmış  olacaq.  Yüz  nəfərin  ölümü  haqqında  fərmanı 

aparan atlını öldürdüyü üçün Allah onun günahlarını bağışlayır. 

Qarabağ, III kitab, s.234-236 



[757  Peyğəmbərin  qürrələnməsi].  Allah  Məkkəni  tikdirdiyinə 

görə  qürrələnən  İbrahimxəlil  peyğəmbəri  səhraya  atdırır.  Aclıq  və 

susuzluqdan  əziyyət  çəkən  peyğəmbər  Məkkənin  savabını  bir  bardaq 

su ilə bir parça çörəyə satmalı olur. 

Qarabağ, I kitab, s.203-204 

760B* Gənc böhtan atdığı üçün qəbrdə əzab çəkir. Gənc sağ-

lığında  bir  qıza  böhtan  atdığı  üçün  o  dünyada  əcir  çəkir:  nə  yeyirsə, 

qaytarır.  Peyğəmbər  qızı  cavanlaşdırır,  bu  yolla  gəncin  günahlarının 

bağışlanmasına nail olur. 

Qarabağ, III kitab, s.208-212, kont.807*A 

[760**  Ofsanata  düşən  tikə].  Qəhrəman  yeddi  gün  ölən  atası 

üçün ehsan verir. İmkanlı adamları çağırdığı üçün yeyilən ehsanın onun 

atasına  heç  bir  xeyri  olmur,  ancaq  sailin  (gəlinin  və  ya  erməninin) 

yediyi ehsan ofsanata keçir. 

Qarabağ,  II  kitab,  s.297-298;  s.299;  s.300;  III  kitab,  s.236-239; 

IX kitab, s.229-230 




 

362


[763  Qızıl  üstündə  bir-birini  öldürürlər].  Üç  yoldaş  xəzinə 

yarır.  Qızıllara  sahib  olmaq  üçün  ikisi  əlbir  olub  üçüncünü  öldürür, 

sonradan özləri də onun gətirdiyi aşdan yeyib zəhərlənirlər. 

Qarabağ, I kitab, s.206-208, kont.798*; VI kitab, s.256 



769*  Kimə  niyyət,  kimə  qismət.  Padşah  dəmirçiyə  bir  gecədə 

qırx  atın  nalını  və  mıxını  hazırlamağı  tapşırır.  Səhər  padşahın  ölüm 

xəbəri  çıxır  və  dəmirçinin  hazırladığı  mıxlar  onun  tabutunda  istifadə 

olunur. 


Qarabağ, V kitab, s.220-221 

770**  Qeyri-adi  sünbül.  Kişi  satın  aldığı  torpaqdan  yeddi  küp 

qızıl tapır. Qızılları torpağın əvvəlki sahibinə qaytarmaq istəyir, amma 

o,  qəbul  etmir.  Övladlarını  evləndirib  qohum  olurlar.  Həmin  il  o 

sahədə bitən taxılın buğdası yumurta və ya noxud boyda olur.  

Qarabağ, II kitab, s.328-330, kont.828*; V kitab, s.229-230 

771** Çörəyə ehtiram. Allah var-dövlətinin azalmasını istəyən 

varlıya məsləhət görür ki, uşaqlarının əlinə yuxa versin. Yaxud, padşah 

təndirdə  çörək  bişirməyi  qadağan  etdiyindən  qadın  uşaqlarına  yuxa 

verməli  olur.  Varlı  və  yaxud  qadın  yuxanın  qırıntılarının  yerə  tökül-

məməsi  üçün  uşaqlarının  boynuna  önlük  tikir.  Çörəyə  qiymət  verdiyi 

üçün Allah onun var-dövlətini daha da artırır. 

Qarabağ, III kitab, s.308-309; IV kitab, s.291-292; s.292-293; V 

kitab, s.221-222 



771***  Üç  manatın  misalı.  Həzrət  Əli  olan-qalan  pulunu  verib 

borclunun  borcunu  qaytarır.  Bu  yaxşılığının  Allah  ikiqat  əvəzini  verir. 

Yolda  rastlaşdığı  qocanın  dəvəsini  onun  dediyindən  də  baha  qiymətə 

satır, ona çatan pulla evə ərzaq alır. 

Qarabağ, II kitab, s.311-314 

776*  Ahuların  şikayəti.  Peyğəmbər susuzluqdan əziyyət çəkən 

ahuların şikayətini Allaha çatdırır, amma ondan müsbət cavab ala bilmir. 

Bu xəbəri  yoldaşlarına çatdırmalı olan ahular dağın başında oynayırlar 

ki,  digər  heyvanlar  onların  pis  xəbərlə  qayıtdıqlarını  görüb  məyus  ol-

masınlar. Ahuların bu hərəkətinə görə Allah yağış yağdırır. 

Qarabağ, I kitab, s.205; s.206  



776**A  Allaha  pənah.  Darğanın  ölümünü  arzulayan  qadın 

onun  ömrünə  hələ  qırx  il  qaldığını  öyrənib  “Allaha  pənah”  deyir.  Bu 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə