Microsoft Word Qarabag-folklor-da-tarixdir-9


KİTABA DAXİL EDİLMİŞ NAĞILLARIN SÜJET



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə103/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   99   100   101   102   103   104   105   106   ...   119

 

347


KİTABA DAXİL EDİLMİŞ NAĞILLARIN SÜJET 

GÖSTƏRİCİSİ

45

 

 

 

332 Əzrayılın kirvəliyi – № 214 

460A Bəxtin axtarılması – № 200 

558* Göydən qılınc yağır – № 198, 199 

750* İynənin ulduzundan dəvə keçər? – № 194 

760**A Ofsanata düşən tikə –  № 210 

782** İsgəndər özünü yer üzünün yeganə hökmdarı sayır – №192 

783* Əsli hu – № 204 

798* Dünya qarısı – № 192 

806* İsgəndər o dünyada – № 192 

811* Əzrayıl hərənin canını bir üsulla alır – № 213 

827* Çobanın həcc ziyarəti – № 209 

831C Torpaq hərisi – № 192 

834** Altı şahılıq ruzu – № 196 

834A Kor canavarın qisməti – № 211 

875D Yola nərdivan salaq – № 192 

888A Baftaçı Şah Abbas – №192 

910A*  İçki  məclisinə  dostlarından  sonra  get  –  №    193.  Az 

toplanmış  nağıl  süjetlərindən  biridir,  indiyə  qədər  ancaq  bir  variantı 

məlum idi.  

910B Üç ağıllı məsləhət – № 195 

911 Arvada sirr vermə – № 201 

929*** Evə əliboş gəlmək olmaz – № 205 

930  Yazıya  pozu  yoxdur  –  №  212.  Olduqca geniş  yayılmış  süjetdir. 

Demək  olar  ki,  Qarabağın  əksər  rayonlarından  bu  süjetin  variantı 

qeydə alınmışdır.  

                                                

45

 Süjetlərin adları və nömrələri “Azərbaycan nağıllarının süjet göstəricisi” (qısa adı 



TR) (Bakı: Elm və təhsil, 2013) əsasında verilmişdir. Süjet adlarından sonra nağılın 

topludakı nömrəsi göstərilmişdir. Topludakı nağılların əksəriyyətinin həmin kitabda 

qarşılığına rast  gəlinir.  Yalnız  bir  süjetin  qarşılığı  yoxdur  ki, həmin  süjet haqqında 

da göstəricinin sonunda əlavə məlumat verilmişdir.   




 

348


934A  Üç  ölüm  –  №  197.  Bu  süjetin  indiyə  qədər  Ağdaş  rayonundan 

qeydə alınmış bir variantı məlum idi. 



934G** Əzrayıl ilan cildində – № 213 

960A* Haqq var, divan yox – № 206 

997* İnsan nəslinə çəkər – № 207 

1358B  Arvad  aşnasını  küpün  içində  gizlədir  –  №  208.  Ən  az 

toplanan süjetlərdən biridir, indiyə qədər yalnız bir variantı məlum idi.  



1736 Taxtaya dönən qılınc – № 202, 203 

1863*D Əl aman – № 216 

“Əmanətə  xəyanət”  nağılının  TR  kataloqunda  qarşılığı  yoxdur.  Bu 

nağılın digər bir variantı Saatlı rayonundan toplanıb. Az yayılması, bir-

iki söyləyicinin repertuarı üçün xarakterik olması onun dini ədəbiyya-

tın təsiri ilə şifahi ənənəyə daxil olduğunu deməyə əsas verir.  

 



 

349


QARABAĞ LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ ÇAP OLUNMUŞ 

NAĞILLARIN SÜJET GÖSTƏRİCİSİ

46

 

 

1B*  Tülkü  gəlinin  zinət  əşyalarını  oğurlayır.  Tülkü  gəlin 

gəcavəsinin keçdiyi  yolda özünü ölülüyə  vurur. Onu atın tərkinə alır-

lar. Yolda gəlini biabır edəcəyi ilə qorxudub onun zinət əşyalarını alır.  

Qarabağ, III kitab, s.322-326, kont.2+38A*+38B*+15 

2  Qurd  balıq  tutur.  Tülkünün  məsləhəti  ilə  quyruğunu  suya 

qoyur, quyruğu buz bağlayır. 

Qarabağ, III kitab, s.322-326, kont.1B*+38A*+38B*+15 

15  Tülkünün  mamaçalığı. Tülkü  ilə qurd qış üçün  yağ ehtiyatı 

görürlər.  Tülkü  mamaçalığa  getmək  adı  ilə  evi  tərk  edib  gizlətdikləri 

yağı yeyir. Oğrunu tapmaq üçün yanlarını istiyə verirlər. Tülkü qurdun 

böyrünə yağ sürtüb onu günahlandırır.      

Qarabağ, III kitab, s.322-326, kont.1B*+2+38A*+38B* 

[16* Bizim nəsildə day basan olmayıb]. Tülkünün balaları day 

basdıqlarını iddia edirlər. Məlum olur ki, dayı canavar basıb, onlar da 

onun ətindən götürüblər.  

Qarabağ, V kitab, s.249-250 



38A* Tülkü qurda pinəçilik öyrədir. Bizi qurdun dilinə batırıb 

aradan çıxır. 

Qarabağ, III kitab, s.322-326, kont.1B*+2+38B*+15 

38B* Tülkü qurda səbət toxumağı öyrədir. Qurdu səbətə salıb 

ağzını hörür. 

Qarabağ,  III  kitab,  s.322-326,  kont.1B*+2+38A*+15;  V  kitab, 

s.250-251 



46*  Tülkünün  nəziri.  Tülkü  quyudan  xilas  olmaq  üçün Allaha 

qoç qurban deyir. Xilas olduqdan sonra sözünün üstündə durmur.  

Qarabağ, V kitab, s.252-253 

75 Şir zəifin ona kömək etməsini özünə sıxışdırmır. Tülkü şiri 

aldadıb  ayaqlarını  bağlayır, canavar  isə onu xilas edir. Şir həmin  yeri 

tərk edir. 

                                                

46

 Göstərici  Aarne-Tompson  sistemi  əsasında  hazırlanıb.  Beynəlxalq  kataloqda 



qarşılığı  olmayan  süjet  və  variantlar  kataloqda  *  (ulduz)  işarəsi  ilə  göstərilib.  İlk 

dəfə toplanmış nağıl süjetləri göstəricidə çarpaz mötərizə içərisində verilib.  




 

350


Qarabağ, VI kitab, s.257 

80A = AT 80A* Kimin yaşı böyükdür. Dəvə, canavar və tülkü 

kökə  tapırlar.  Razılaşırlar  ki,  hərə  öz  yaşını  desin,  kimin  yaşı  böyük 

olsa,  kökəni  o  yesin.  Canavar  Nuhun  gəmisinə  ilk  minənlərdən  biri 

olduğunu,  tülkü  gəminin  qayrılmasında  iştirak  etdiyini  deyir.  Dəvə: 

«Sizin sözünüzdən belə çıxır ki, dəvə uşaqdır» – deyib kökəni yeyir. 

Qarabağ, III kitab, s.321-322  



122A  Axmaq  canavar.  Ac  canavar  növbə  ilə  müxtəlif  heyvan-

larla qarşılaşır. Onları yemək istəyir. Gözləyir ki, camış palçığını yusun, 

quzu duz gətirsin və s. Heyvanlar onu aldadıb qaçır, canavar ac qalır. 

Qarabağ, I kitab, s.323-324, kont.122J; III kitab, s.326, kont.122J 



122J  Ayı  və  at.  At  ölməzdən  qabaq  yaşını  bilmək  istədiyini 

deyir.  Canavar  ayağının  altındakı  yazını  oxumaq  istəyəndə  təpiyi  ilə 

onu vurur.  

Qarabağ, I kitab, s.323-324, kont.122A; III kitab, s.326 



123 Şəngülüm, Şüngülüm, Məngülüm. Qurd ana keçinin səsini 

yamsılayır.  Onu  anaları  zənn  edən  keçinin  balaları  qapını  açır,  qurd 

onları yeyir. Keçi qurdun qarnını yırtıb balalarını xilas edir. 

Qarabağ, VI kitab, s.270 



126  Vəhşi  dərisinə  bürünmə. Köçdən ayrı düşən keçi, dana və 

qoyun  hərəsi  bir  yırtıcı  heyvan  dərisinə  bürünür.  Keçi  yeddi  canavar 

dərisindən kürk tikdirmək istədiyini deyir, canavarlar qorxub qaçır. 

Qarabağ, III kitab, s.317-320, kont.126A 



126A  =  AT  126A*  Hürküdülmüş  heyvanlar.  Canavarların 

təqibindən qaçan qoyun, keçi  və dana ağacda gizlənirlər. Ayağı sürü-

şüb ağacdan  yıxılan dana canavarları  yeyəcəyi  ilə hədələyir, canavar-

lar qorxub qaçır. 

Qarabağ, III kitab, s.317-320, kont.126 

155  Yaxşılığa  yamanlıq.  İlan  onu  alovun  içindən  xilas  edən 

kişinin boynuna sarılıb onu sancmaq istəyir. Razılaşırlar ki, üç nəfərə 

məsləhət  etsinlər,  onlar  ilanı  haqlı  sayarlarsa,  o  zaman  onu  sancsın. 

Kişi  tülkünün  köməyi  ilə  ilandan  xilas  olur,  amma  sonradan  ona 

yaxşılıq etmiş tülkünün yerini ovçulara nişan verir. 

Qarabağ, II kitab, s.395-397, kont.161 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə