Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə106/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   102   103   104   105   106   107   108   109   ...   119

 

357


bölməlidir.  Kasıb qızılları  bölmək  istəmir,  birinci dəfə daş  atıb  ilanın 

quyruğunu  zədələyir,  ikinci  dəfə  yolunu  dəyişib  başqa  istiqamətdən 

gedir. Axırda tutduğu işə peşman olur.  

Qarabağ, II kitab, s.378-381; V kitab, s.205-206; VI kitab, s.255-

256; IX kitab, s.193-196; s.196-200 

559  Danışmayan  qız.  Qəhrəman  xəstə  atası  üçün  tutulmuş  ba-

lığı  dəryaya  buraxır.  Onun  köməyi  ilə  padşahın  qızını  danışdırır  və 

onunla evlənir.  

Qarabağ,  II  c.,  s.196-202,  kont.653A+976*A+661*;  III  kitab, 

s.182-191,  kont.661*+653A+976*A;  VI  kitab,  s.224-228,  kont.661*+ 

653A 


590  Ana divlə  əlbir  olub  oğlunu  öldürmək  istəyir. Özünü xəs-

təliyə  vurub  oğlunu  Ağ  divin  bağında  bitən  dirilik  almasını  gətirməyə 

göndərir.  Oğlunun  bu  səfərdən  sağ  qayıtdığını  görən  ana  onun  qolunu 

yayın  kirişi  ilə  bağlayıb  gözlərini  çıxarır,  özünü  isə  quyuya  atır.  Tula 

gözləri  dilinin  altında  saxlayır.  Qəhrəman  göyərçinlərin  verdiyi  lələklə 

gözlərini sağaldır. Divi və anasını öldürüb onlardan qisas alır. 

Qarabağ, III kitab, s.199-201 

[650**  Zal  və  Rüstəm].  Zal  getdiyi  şəhərdə  bir  qadınla  siğə 

elətdirir  və  ondan  bir  oğlu  olur.  Uşaq  atasının  kim  olduğunu  öyrənib 

onu axtarmağa gedir və başqa bir padşahın pəhləvanı kimi onun qarşı-

sına  çıxır.  Zal  uşaqdakı  fəndləri  görüb  gələcəkdə  onu  üstələyəcəyin-

dən ehtiyat edir və onu öldürür. Qolundakı bilərzikdən oğlu olduğunu 

tanıyır.  Bir  ağsaqqaldan  uşağı  qırx  gün  qucağında  gəzdirərsə,  onun 

diriləcəyini öyrənir. Otuz doqquz gün onu qucağında gəzdirir, sonuncu 

gün əlindən yerə qoyur, uşaq çırpınıb keçinir.  

Qarabağ, II kitab, s.267-269 

653A Ən qiymətli hədiyyə. Qardaşlar atalarının verdiyi pula üç 

əşya alır: böyük qardaş uçan xalça, ortancıl qardaş güzgü, kiçik qardaş 

isə  dirilik  suyu  alır.  Həmin  əşyaların  köməyi  ilə  dünyasını  dəyişmiş 

əmisi qızlarını dirildirlər. Kəlbəcər rayonundan qeyd alınmış variantda 

isə,  qardaşlardan  biri  uzaq  vilayətdə  yaşayan  bacılarının  can  üstə 

olduğunu xəbər verir, o biri cənnətdən meyvə gətirir, üçüncü isə onları 

qızın yanına çatdırır və meyvəni verib bacılarını sağaldırlar. 

Qarabağ, II c., s.196-202; VI kitab, s.224-228, kont.559+661* 




 

358


661* Xarrat, dərzi və kimyagər. Dülgər taxtadan qadın heykəli 

düzəldir,  dərzi  ona  paltar tikir,  molla  isə  can  verir.  Daha  sonra  qadın 

üstündə mübahisə edirlər. 

Qarabağ, II c., s.196-202; VI kitab, s.224-228, kont.559+653A 



670  Ovçu  Pirim.  Ağdam  variantında  Musa  peyğəmbər  eşşəklə 

öküzün  danışığını  eşidib  gülür,  Cəbrayıl  variantında  isə  Süleyman 

peyğəmbər maydanla dayçanın danışığını eşidib gülür. Hər iki variant-

da  arvad  ərindən  gülməyinin  səbəbini  öyrənmək  istəyir.  Peyğəmbər 

əvvəl sirri açmaq istəyir, amma qoçun qoyuna verdiyi cavabı və ya itlə 

xoruzun söhbətini eşidib bu fikirdən daşınır.  

Qarabağ, I kitab, s.181-183, kont.207A; s.184 

670****  Göydən  gələn  bəla.  Heyvanların  dilini  bilən  bir  kişi 

atının, camışının öləcəyini bilib onları ucuz qiymətə satır, axırda bəla 

onun özünə gəlir. 

Qarabağ, I kitab, s.225-226, kont.751C+332; V kitab, s.180-181,  



671C**  Dağyunusun  xəzinəsi.  Cəbrayıl  variantında  ata  körpə 

uşağını quşlarla bir yerdə böyüdür və bu yolla onun quş dili öyrənmə-

sinə nail olur. Daha sonra çoxlu  heyvan kəsdirib  ətini quzğunlara  ye-

dirtməklə  onlardan  Dağ  Yunusun  çovğuna  düşmüş  karvanının  yerini 

öyrənir. Kəlbəcər variantında isə quş dili bilən Bəhlul Danəndə qəcir-

lərin söhbətinə qulaq asmaqla Harın Qarının xəzinəsinin yerini öyrənir. 

Qarabağ, I kitab, s.270-271; VI kitab, s.253; s.254 

679*  =  AT  875D  Balıqların  gülməsi:  Qız  atasının  çaydan 

tutduğu quru kəllənin tozundan uşağa qalır. Dünyaya gələn uşaq balıq-

ların gülməyinin səbəbini izah edir.   

Qarabağ, II c., s.182-187 



707A = AT 707 Uşağın dəyişdirilməsi. Böyük bacı bir yumurta 

ilə qırx qonağı yola sala bilir, ortancıl elə bir xalça toxuya bilir ki, onun 

üstündə  yüz  adam  oturur,  kiçik  bacı  isə  bir  teli  qızıl,  bir  teli  gümüş 

övlad dünyaya gətirəcəyini deyir. Padşah kiçik  bacı  ilə evlənir. Vəzir 

kiçik bacının doğduğu qeyri-adi uşaqları oğurlatdırıb yerinə it küçüyü 

qoyur.  Arvadının  onu  aldatdığını  zənn  edən  padşah  onu  saraydan 

qovur. Nağıl kiçik bacının günahsız olduğunun üzə çıxması və padşah 

yenidən ailəsinə qovuşması ilə tamamlanır.  

Qarabağ, III kitab, s.289-294; s.294-296; IV kitab, s.262-265 



 

359


[740  =  AT  740*  Evdən qovulmuş  qardaş].  Böyük qardaş arva-

dının  sözü  ilə  kiçik  qardaşı  və  atasını  evdən  qovur.  Allah  qocanın 

quşları qovmaq üçün əlinə götürdüyü daşı qızıla döndərir. Kiçik qardaş 

həmin  daşı  qırx  dəvə  yükü  qızıla  padşaha  satır  və  onun  hesabına 

varlanır. Böyük qardaşın isə bütün var-dövləti əlindən çıxır və dilənmək 

məcburiyyətində qalır.  

Qarabağ, III kitab, s.300-305 

 

DİNİ NAĞILLAR 

 

750B*    İbadət  yaxşıdı,  yoxşa  səxavət.  İmam  Həsənlə  İmam 

Hüseyn  Əli  Əleyhsalamın  məsləhəti  ilə  əvvəl  abidə,  sonra  naxırçıya 

qonaq  olurlar.  Abid  onlara  evində  yer  vermir,  amma  naxırçı  onları 

mehriban  qarşılayır,  qoyunlarını  kəsib  onların  böyrəyindən  qonaqlara 

yemək  hazırlatdırır.  Bu  hadisənin  şahidi  olan  İmam  Həsənlə  İmam 

Hüseyn səxavətin ibadəti üstələdiyinə əmin olurlar.  

Qarabağ,  I kitab, s.197-199; II kitab, s.287-293, kont.934G*; V 

kitab, s.170-173; s.176-177, kont.750** 



750D  Peyğəmbərlə  üç  yolçu.  Peyğəmbər  yolçuların  arzusunu 

yerinə  yetirir:  onlardan  birinə  bağ,  birinə  qoyun  sürüsü,  birinə  də  halal 

südəmmiş qız qismət edir. Daha sonra yolçuları sınamaq üçün növbə ilə 

onlara baş çəkir. 

Qarabağ, VI kitab, s.233-234 

750D*  Dərviş  və  iki  yolçu.  Yolçulardan  biri  qurud əzir,  digəri 

təzək  yığır.  Dərviş  onların  arzusunu  yerinə  yetirir,  birinə  padşahlıq, 

digərinə vəzirlik verir, amma uşaqlarının birini ona verməlidirlər. Şərti 

pozduqları üçün var-dövlətləri əllərindən çıxır. 

Qarabağ, III kitab, s.241-243 

[750İ* Kürək kürəyə yapışmış qardaşlar].

 

Bu süjetin bölgədən 



iki  variantı  qeydə  alınmışdır.  Ağcabədi  variantında  Musa  peyğəmbər 

qızınmaq  üçün  kürəyini  abidin  kürəyinə  sürtür, Tərtər  variantında  isə 

iki  qardaş  o  qədər  kürək  kürəyə  verib  otururlar  ki,  kürəkləri  bitişir. 

Naxırçı və yaxud haramıbaşı öz oğlunun başını kəsib qanını qardaşla-

rın  (Musayla  abidin)  kürəyinə  tökməklə  onları  bir-birindən  ayırır. 

Xeyirxahlığına görə Allah onu cənnətlə mükafatlandırır. 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə